Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7518/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Vəkil, Cavabdeh MTK nümayəndəsi X3 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)6047/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MTK ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)386/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) İddiaçı Cavabdeh MTK qarşı “müqavilədə nəzərdə tutulan mənzilə dair reyestr xidmətindən mülkiyyət hüququna dair çıxarışın alınması, mənzilin başqa bir şəxsə satılmasını təmin etmək məqsədi ilə mənzilə dair hər hansı borcun olunmaması ilə bağlı kooperativin sədrinin imzası və kooperativin möhürü ilə təsdiq edilmiş arayışın verilməsinin təmin edilməsi, tərəflər arasında mövcud olmuş öhdəliklərdən kənar ödənilmiş 10.000 ABŞ dollarının və kommunal xidmət adı ilə qanunsuz alınmış 1.464 manat pulun tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan 10.000 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı qətnamədən apellyasi ya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)6047/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi “tərəflər arasında 11 sentyabr 2013-cü il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş mənzilə dair reyestr xidmətindən mülkiyyət hüququna dair çıxarış alınması və (və ya) mənzilin başqa bir şəxsə satılmasını təmin etmək məqsədi ilə mənzilə dair hər hansı bir borcun olmaması ilə bağlı kooperativ sədrinin şəxsi imzası və kooperativin möhürü ilə təsdiq olunmuş arayışın verilməsinin təmin edilməməsi” hissəsində ləğv edilib, həmin hissədə iddia tələbi təmin edi lib və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq “müqavilədə nəzərdə tutulan mənzilə dair reyestr xidmətindən mülkiyyət hüququna dair çıxarışın alınması, mənzilin başqa bir şəxsə satılmasını təmin etmək məqsədi ilə mənzilə dair hər hansı borcunun olunmaması ilə bağlı kooperativin sədrinin imzası və kooperativin möhürü ilə təsdiq edilmiş arayışın verilməsinin təmin edilməsi, tərəflər arasında mövcud olmuş öhdəliklərdən kənar ödənilmiş 10.000 ABŞ dollarının və kommunal xidmət adı ilə qanunsuz alınmış 1.464 manat pulun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhk əmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçının kassasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh təşkilat kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdeh təşkilatın kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı vəkili Vəkil məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh MTK nümayəndəsi Elmar Seyidov və vəkili Sabir Əliyev öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQ UQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yuxarıda göstərilən hissədə ləğv edib, həmin hissədə iddianı təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olmasına, iddia ərizəsini yuxarıda göstərilən hissədə rədd edirkən birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 139.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh təşkilat, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi-65, 1990-cı məhəllədə yerləşən yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 4-cü binasının, 14 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 233,65 kv.metr olan 4 otaqlı, 93 saylı mənzili tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul edib, mənzilin dəyərini təşkil edən 178.034 manat pul vəsaitini cavabdeh təşkilata ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra işə əlavə edilmiş digər sübu tlardan görünür ki, sözügedən müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh təşkilata 11 sentyabr 2013-cü il tarixdə 149.000 manat, 12 ay müddətində isə hər ay 2.420 manat ödəniş edilmiş və bu barədə cavabdeh təşkilat tərəfindən iddiaçıya müvafiq maliyyə arayışları verilmişdir. Cavabdeh təşkilat kassasiya şikayətində tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının həmin təşkilata borcunun olmasını, eləcə də mənzilin naturada faktiki sahəsinin 233,65 kv.metr deyil, 242,5 kv.metr olmasını və yeni lahiyələndirmə ilə əlaqədar olaraq mənzilin maya dəyərinin hər kv.metr üzrə artmasını, həmçinin mənzilə xidmət göstərən su, elektrik və qaz sayğaclarının dəyərinin və kommunal ödənişlərin tam olaraq iddiaçı tərəfindən ödənilməməsini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi ca vabdeh təşkilatın bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla, cavabdeh təşkilatdan kassasiya şikayətində göstərdiyi bu dəlillər nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılmasının predmeti olmamışdır. Digər tərəfdən işdən görünür ki, hazırki işə baxılmasının predmetini iddiaçının cavabdeh təşkilata qarşı “sözügedən müqavilədə nəzərdə tutulan mənzilə dair reyestr xidmətindən mülkiyyət hüququna dair çıxarışın alınması, mənzilin başqa bir şəxsə satılmasını təmin etmək məqsədi ilə mənzilə dair hər hansı borcunun olunmaması ilə bağlı kooperativin sədrinin imzası və kooperativin möhürü ilə təsdiq edilmiş arayışın verilməsinin təmin edilməsi və tərəflər arasında mövcud olmuş öhdəliklərdən kənar ödənilmiş 10.000 ABŞ dollarının və kommunal xidmət adı ilə alınmış 1.464 manat p ulun tutulması” təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb ilk növbədə haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında yalnız 11 sentyabr 2013-cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə hər hansı əlavə və dəyişiklik nəzərdə tutan əlavə olmamışdır. İddiaçının sözügedən müqavilə üzrə borcun olmaması barədə arayışı tələb etməkdə məqsədi reyestr xidmətindən sözügedən mənzilə dair çıxarışın alınması ilə bağlı olmuşdur. Həm Mülki Məcəllənin 139-1-ci maddəsinə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılma sının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddia tələblərinə cavabdeh təşkilatın etirazı ilə razılaşmayıb, mülki iş materiallarını araşdırıb düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı sözügedən müqavilə üzrə pay haqqını tam şəkildə ödəmişdir və cavabdeh təşkilatın istinad etdiyi faktiki sahəsinin 242,5 kv.metr olması və yeni layihələndirmə ilə əlaqədar olaraq mənzilin maya dəyərinin hər kv.metr üzrə artması halları isə cavabdeh təşki latın riskidir. Həmçinin tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci maddəsinin e) bəndinə əsasən, tikinti zamanı qiymətlərin dəyişməsi ilə əlaqədar kooperativ ödənişi etmiş payçılara heç bir maddi irad tuta bilməz. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “tərəflər arasında 11 sentyabr 2013-cü il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş mənzilə dair reyestr xidmətindən mülkiyyət hüququna dair çıxarış alınması və ya mənzilin başqa bir şəxsə satılmasını təmin etmək məqsədi ilə mənzilə dair hər hansı bir borcun olmaması ilə bağlı kooperativ sədrinin şəxsi imzası və kooperativin möhürü ilə təsdiq olunmuş arayışın verilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələ bi təmin edilməlidir. İddia tələbinin 1464 manat vəsaitin cavabdeh təşkilatdan tutulması hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında yalnız bir müqavilə mövcudur. Həmin Müqavilənin 3.2-ci maddəsinin c) bəndində qeyd olunur ki, tikintisi başa çatdıqdan sonra tikiləcək bina “kooperativ”in balansına alınan tarixdən etibarən “payçı”ya ayrılmış mənzilin və binanın ümumi sahəsində onun payına düşən hissəsinə proporsional olaraq idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidmət xərclərinin (ilk dəfə 12 ay qabaqcadan) ödənilməsini iddiaçı öhdəsinə götürmüşdür. Ona görə də qətnamə “1464 manat vəsaitin tutulmasının təmin edilməməsi” his səsində dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçı, kassasiya şikayətində iddia tələblərinin tam təmin edilməsi üçün, cavabdeh təşkilat isə kassasiya şikayətində iddia tələblərinin bütövlükdə rədd edilməsi üçün əsasların olmasını və sair göstərsələr də, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları apellyasiya araşdırması zamanı sübuta yetirə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini mü zakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəmə sinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və Cavabdeh MTK ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)-6047/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7518/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7518/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver