Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7519/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili İbrahimov Taleh Vəli oğlunun iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamə nin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən zəruri keçidin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.Əsədov, iş № 2(001)-1793/2018) iddia təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski, iş № 2(103)-4461/2019) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı k assasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili İbrahimov Taleh Vəli oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxl anılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında 0.04 ha sahədən ibarət torpaq sahəsinin cavabdehin, ünvan 1 ün vanda yerləşən qeyri-yaşayış sahəsinin («xxxxx» restoranı) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması işin mübahisə olunmayan hallarıdır. İşdə olan qanuni qüvvədə olan məhkəmə qərarlarına (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 aprel 2017-ci il tarixli qətnaməsi, sonuncu qətnamənin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarı) görə, iddiaçı Cavabdeh İddiaçı qarşı «mülkiyyətində olan torpaq sahəsinə açılmış qapının bağlanması və torpaq sahəsinin içərisindən gediş-gəlişin qadağan edilməsi» tələbinə dair İddiası təmin edilmiş, iddiaçının mülk iyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə cavabdeh İddiaçı məxsus «xxxxx» restoranının açılmış qapısının bağlanması və iddiaçıya məxsus torpaq sahəsinin içərisindən gediş-gəlişin qadağan edilməsinin cavabdeh İddiaçı qadağan edilməsi qət olunmuşdur. Eyni zamanda işdə olan qanuni qüvvədə olan digər məhkəmə qərarlarına (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 avqust 2015-ci il tarixli qərarı, həmin qərarın dəyişdirilmədən saxlanılması barədə Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 12 aprel 2018-ci il tarixli qərarı, sonuncu qərarın dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarı) görə, iddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayon icra Hakimiy yətinə qarşı iddiası təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında küçəsində yerləşən 400 m2 torpaq sahəsi üzərində fərdi qeyri-yaşayış binasının eskiz layihəsi əsasında inşa edilməsinə icazə verilməsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmiş, həmçinin həmin torpaq sahəsinin daş hasara alınmasına yaradılmış maneələrin aradan qaldırılması cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarlarına görə, hazırki iş üzrə Cavabdeh xüsusi mülkiyyətində olan 400 m2 (0,04 ha) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tam həyata keçirilməsinə müxtəlif maneələr yaradılmış, o cümlədən həmin torpaq sahəsinə İddiaçı məxsus «xxxxx» restoranının qapısı açılaraq, qanunsuz ola raq gediş-gəlişin yolu kimi istifadə olunur. Bu səbəbdən də qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 400 m2 torpaq sahəsinə İddiaçı məxsus «xxxxx» restoranının açılmış qapısının bağlanması və həmin torpaq sahəsinin içərisindən gediş-gəliş İddiaçı qadağan edilmişdir. Qeyd edilən qətnamə qüvvəyə mindikdən sonra, İddiaçı hazırki iddianı qaldırmaqla cavabdehə məxsus torpaq sahəsindən «xxxxx» restoranına zəruri keçidin verilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1, 175.3, 255.1, 255.4-cü maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq müna sibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntu sunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Y uxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7519/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7519/2019
10.12.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver