Məhkəmə qərarları › İş №2(102)-752/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-752/2024

08.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-752/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Cavabdeh filialına qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6023/2023 nömrəli iş üzrə 1 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2001-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh şirkətdə mexanik vəzifəsinə qəbul edilmişdir. 2. 30 mart 2023-cü il tarixli HR/1063 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrə görə, Neftvurma sahəsinin böyük mexaniki iddiaçı (TN 20197) ilə bağlanmış əmək müqaviləsinə 30 mart 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları) əsasən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işdən kənarlaşdırılmasına dair xx.xx.2023-ci il tarixli HR/1058 №-li əmrinin, eləcə də Azərbaycan Res publikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadən Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-ci il tarixli 1063 HR/№-li əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, əvvəlki işə - XX” Şirkətində Neftvurma sahəsinin böyük mexaniki vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının, eləcə də mediasiya xərcləri üzrə 60 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1214/2023 nömrəli iş üzrə 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Birinci instansiya məhkəməsinin q ətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6023/2023 nömrəli iş üzrə 1 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İş materiallarına əlavə edilmiş "xxxx" şirkətinin xx.xx.2023-cü il tarixli, HR 1058 saylı “İşçinin işdən kənar edilməsi haqqında” əmrindən görünür ki, İddiaçı X10 şirkətinə məxsus NYM sexindən elektrik talama hadisəsində şübhəli bilinən və bu faktla bağlı müvafiq istintaq orqanına şikayət ərizəsi ilə müraciət edilərək Prokurorluqda araşdırma aparıldığından, Az ərbaycan Respublikası Əmək məcəlləsinin 72 maddəsinin c) və f) bəndinin tələblərinin kobud surətdə pozduqlarından, ilkin ehtimallara görə bu işdə cavabdeh və məsul şəxslər olan X11 böyük mexaniki İddiaçı Beydulla oğlu və əvəllər həmin NVM sahənin rəisi işləmiş, hazırda informasiya hesabat şöbəsinin rəis müavini X1 təhqiqat və Prokurorluq Orqanında aparılan araşdırmalar yekunlaşana və müvafiq qərar qəbul edilənədək işdən kənar edilməsi və onlara işdən kənarlaşdırılan günlər üçün əmək haqqı ödənilməməsi bildirilir. Bu işlə əlaqədar prokurorluqda aparılan icraat prosesinin gedişi ilə bağlı məsələlər və prosesə köməklik göstərilməsi (iş ilə bağlı müvafiq sənədlər təqdim edilməsi və sair) Nümayəndə (Hüquq məsələləri üzrə Baş menecerinin müavini) və Gülgün Eminbəyli (İR şöbəsinin rəisi) həvalə e dilsin. Daxili təhqiqat və Prokurorluq araşdırmaları bitdiyi və müvafiq qərar qəbul edilən vaxt və istintaqın gəldiyi nəticələrə uyğun olaraq məsələyə münasibət bildirilməsi üçün Saylan Oyl Limited ƏŞ HİK-na müraciət edilsin. Bu əmr xx.xx.2023-cü ildən qüvvəyə minir və əmrə nəzarəti öz üzərimdə saxlayıram. İş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli, HR/1063 nömrəli “Əmək müqaviləsinin xitam verilməsi barədə” əmrindən görünür ki, X11 böyük mexaniki İddiaçı (TN 20197) ilə bağlanmış əmək müqaviləsinə 30 mart 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları ) əsasən xitam verilsin. Əmrin icrası İnsan Resursları üzrə X8, ona nəzarət isə Hüquq meneceri Nümayəndə hə valə edilsin. İşçi ilə son haqq hesabların aparılması Maliyyə Departamentinə tapşırılsın. İş materiallarına olan Salyan Oyl İTD Şirkətinin HİK-nin İclasının 17 mart 2023-cü il tarixli, 49 nömrəli protokulundan görünür ki, X7 həqiqətən bu qanunsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, X4 həqiqətən bu qanunsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və X9 Büro üzvlərinin həqiqətən bu qanu nsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmirik.Büro üzvlərinin Baş Menecer Hörmətli Ramil Əsgərovdan aşağıdakı məsələlərlə bağlı xahişinə əsasən X2 34 ildir bu şirkətdə çalışdığını və onun həyat yoldaşının ürək xəstəsi (açıq ürək əməliyyatı) olmağını imkan dairəsində nəzərə almağınızı və bundan daha yüngül cəza verilməsini, X5 Müharibə veteranı olmasını imkan dairəsində nəzərə almağınızı və bundan daha yüngül cəza verilməsini xahiş edirik. İş materiallarına əlavə edilmiş xx.xx.2023 cü tarixli, İ/23 saylı əmrindən görünür ki, Komissiya sədri və Komissiya üzvləri XX1, XX2, XX3, XX4, XX5, XX6 tərkibində X14 şirkətinin Kirovdağ sahəsində qanunsuz işıq qoşulması (oğurluq) hallarının qarşısının alınması ilə əlaqədar araşdırma aparmaq üçün komissiya təşkil edilsin. İş materiallarında olan xx.xx.2023 cü il tarixli aktdan görünür ki, X14 şirkətinin Kirovdağ sahəsində mövcud olan qaz təhcizatı xəttinə qoşulmuş qanunsuz qaz xətləri, xx.xx.2023-cü il tarixində ləğv edildikdən sonra sutkalıq qaz sərfiyyatı təqribi olaraq 1500 metr/kub azalmışdır. Yəni sutka ərzində təxmini olaraq 1500 metr/kub qaz itkisi baş vermişdir. İstilik xanaların mövsümü işləməsini nəzərə alsaq, 6 ay ərzində təqribən 270.000 metr/kub qaz itkisi baş vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktından görünür ki, Kirovdağ sahəsində yoxlama apararkən traktorla qazıntı zamanı UDO-3m peçi ndən yaxınlığındakı istixana istiqamətində çəkilmiş və basdırılmış təxminən 75 m kauçuk boru komissiya tərəfindən aşkarlandı. Qoşulu olmasa da, bu qanunsuz qoşulma yaxın günlərdə ayrılmasını komissiya müyyən etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktından görünür ki, Kirovdağ sahəsinin inzibati binasının anbarlar olan hissəsində tapılan şübhəli kauçuk şlankı aşkarlamaq üçün komissiya şəklində pol söküldü və qoşulu olmasa da (təzə ayrılıb) yalnız açarı İddiaçı olan otaqda sonu aşkarlandı. Komissiyanın rəyinə görə təzə ayrılması nəticəsinə gəlindi. video çəkilişlər var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan Oyl şirkətinin əmtəə operatoru XX9 izahatından görünür ki, sözü gedən qanunsuz qaz qoşqusundan xəbəri yoxdur amma bu işlə məşğul olan müdiriyyət özüdür v ə keçən il qışda labaatoriya binasında Y iş otağında oğurluq gedən qaz xəttini tapdıq, rəhbərimiz Vüqar Balayevə məlumat verdik. Bu işin üstü açılsa da yenə xətt kəsilmədi. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılmadığı müəyyən edilmişdir. Belə ki, göstərilən halların İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğundan iddia tələbinin əmrin etibarsız hesab edilərək ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, iddianın işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və.s. hissəsi əmrin ləğv edilməsi tələbindən irəli gəldiyindən bu tələbl ər də əsassızdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi, işəgötürənə (cavabdehə) yalnız müvafiq səlahiyyətli orqanın (təhqiqat və istintaq orqanın cinayət işi üzrə şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə və ya inzibati xəta haqqında iş üzrə akt) qərarının mövcud olduğu təqdirdə, işçini işdən kənar etmək səlahiyyəti verməsi ilə uzlaşdırır. Bunu nla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-cü il tarixli qərarı da mövcuddur. İş üzrə məhkəmə iclasları səthi aparılmış, sübutların təhqiqi aparılmamış, qətnamədə sübutlara düzgün təhlili verilməmiş, iddia və ona verilmiş etirazın mexaniki surətdə qətnaməyə köçürülməsi ilə məhkəmə işini bitmiş hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı cavabdehin etirazında qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbə st surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə

62. İşçinin işdən kənar edilməsi

1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sən ədləşdirilməlidir;

3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir;

4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər; Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) iş çi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə

186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; Maddə

294. Fərdi əmək mübahisələrinə baxan orqanlar

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara m əlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Az ərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qism ində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

18. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüşdür.

21. İlk olaraq, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün xüsusi əhəmiyyətə malikdir. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bi r ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əksər hüquqlara münasibətdə olduğu kimi, əmək hüququ da mütləq deyil və məhdudlaşdırılmaya məruz qala bilər.

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” 2005-ci il 21 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına müdaxiləyə hədd qoymaq məqsədinə yönəlmişdir. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız q anun əsasında mümkündür. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

23. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini və sair müəyyən edir.

24. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri əsassı zdır. Belə ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin məzmunundan anlaşıldığı kimi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; əmək intizamını təmin etmək. Bu mənada, işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır, işdən kənar edilmədən məqsəd işçinin əmək funksiyalarının yerinə yetirilməsinin d avam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır.

25. Adıçəkilən maddənin 4-cü hissəsində isə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürənin işdən kənar edilmiş işçiyə eyni Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə biləcəyi təsbit edilmişdir ki, cavabdehin iş üzrə hərəkətləri də sözügedən tənzimləməyə uyğun olmuş, işə baxan məhkəmələrin də mübahisəyə maddi hüquq normalarının tətbiqi baxımından mövqeləri də Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarı ilə (§15) verilən şərhə zidd olmamışdır.

26. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §14).

27. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikay əti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6023/2023 nömrəli iş üzrə 1 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar