Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7522/2021 15.12.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(103)-1808/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş məzmunda tərtib edilməmişdir. Belə ki, MPM-nin 11.1-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan R espublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Kassasiya şikayəti isə latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilməmişdir. Bu hal kassasiya şikayətində MPM-in 407.1-ci maddəsində göstərilən məlumatların dövlət dilinin əlifdbasında əks olunmadığına dəlalət edir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikay ətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(103)-1808/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-7522/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7522/2021
15.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver