Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7527/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)7843/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərhum ataları X3 ikinci nikahdan olan həyat yoldaşı Cavabd eh onları qeydiyyatda olduqları mənzilə buraxmamasının, həmin mənzildən ümumiyyətlə istifadə etməklərinə qadağa qoymasının qanunsuz və əsassız hesab edilməsi, onların qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının bərpa olunması və həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(004)521/2019 saylı qətnaməsi (hakim T.C.Xəlilova) ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarının həyata keçirilmələrinə maneələrin aradan qaldırılmasının cavabdeh X1 həvalə edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqla rının bərpa olunması, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)7843/2019 nömrəli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(004)-521/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)7843/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Məmmədov Səyyad Məhəmməd oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Məmmədov Səyyad M əhəmməd oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)7843/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 592-ci məhəllədəki 43 saylı evin 3 otaqlı ümumi sahəsi 67,2 kvm olan 123cü mənzilinə dair 07 may 1990-cı il tarixli 027077 saylı order X3 adına verilmiş, onunla birlikdə orderdə 3 nəfər ailə üzvü – arvadı və iki oğlu qeyd edilmişdir. Mənzil 31 iyul 2008ci il tarixdə X3 adına özəlləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin X3 adına özəlləşdirilməsinə onun ailə üzvləri - övladları İddiaçı1 və İddiaçı2 müvafiq olaraq 24 iyun 2008-ci və 25 iyun 2008-ci il tarixlərdə notariat qaydasında təsdiqlənmiş ərizələrlə razılıq vermişlər. Arvadı Vəkilova Dildar Rafiq qızı 01 dekabr 2006cı il tarixdə vəfat etdiyindən razılığı tələb olunmamamışdır. Cavabdeh və X5 arasında nikah 22 may 2015-ci il tarixdə bağlanmış, birgə nikahda olan dövrdə onlar Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 43 saylı evin 3 otaqlı 123-cü mənzilində yaşamışlar. Cavadehin əri, iddiaçıların isə ataları X5 17 mart 2017-ci il tarixdə vəfat etmişdir. X3 ölməsi ilə həmin mənzilə miras açılmış və qanun üzrə 3 nəfər birinci növbədə olan vərəsələr övladları İddiaçı1 və İddiaçı2, habelə arvadı Cavabdeh tərəfindən mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət e dilmişdir. İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən könüllü olaraq evləndikdən sonra başqa mənzillərə köçmüş və hazırda da həmin mənzillərdə ailə üzvləri ilə birlikdə yaşayırlar. Onlar mübahisəli mənzilin mülkiyyətçisi olan Elgün Hacıyevlə birlikdə yaşamamışlar, ona görə də onların mübahisəli mənzilə istifadə hüquqları yoxdur. İddiaçıların mənzilində qeydiyyatları onların həmin mənzilə istifadə hüquqlarının mövcud olmasına qanuni əsas deyildir, onlar mübahisəli mənzilə qanuni sahiblik etməmişlər, onların başqa daha şəraitli başqa yaşayış mənzilləri vardır. İddiaçılar hazırkı iddia tələbi ilə yalnız münaqişə yaratmaq məqsədi güdürlər. Belə ki, tərəflərin bir mənzildə yaşamaları mümkünsüzdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdez Cavabdeh və 3 saylı Bakı Asan Xidmət Mərkəzində yerləşən Notariat Kontoruna qarşı “Vərəsə kimi tanınma, miras payın 1/2 hissədə müəyyən olunması” tələbinə dair iddia ərizələri üzrə mülki iş vardır. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələri üzrə mülki işin icraatı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindəki mülki iş baxılanadək dayandırılmışdır. Hazırkı iş digər işlərlə əlaqəli olduğundan iş üzrə icraatın dayandırılması barədə q ərardad çıxarılmalıdır. Belə ki, miras əmlaka paylar müəyyən edilmədən həmin işə mahiyyəti üzrə baxılması mümkünsüzdür. Paylar müəyyən edildikdən sonra miras kütləsinə daxil olan bütün əmlaklar 3 nəfər qanun üzrə birinci növbədə vərəsələr arasında bərabər paylarla bölünəcəkdir. Ondan sonra ya miras naturada və ya satılaraq bölünəcəkdir və hər bir vərəsə öz payına sahib olacaqdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. İddiaçı2 və Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsa sən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası qəbul etdiyi 27.06.2019-cu il tarixli, 2(103)-7843/2019 nömrəli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(004)-521/2019 saylı qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Bakı şəhər i, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 43 saylı evin 123-cü mənzili iddiaçıların atası X2 mülkiyyətində olmuşdur. İddiaçıların anaları Vəkilova Dildar Rafiq qızının vəfatından sonra Elgün Hacızadə 22 may 2015-ci il tarixdə hazırki iş üzrə Cavabdeh ilə nikah bağlamışdır. Elgün Hacızadə 17 mart 2018-ci il tarixdə vəfat etmişdir. Elgün Hacızadənin ölümündən sonra həm iddiaçılar (miras qoyanın övladları), həm də cavabdeh (miras qoyanın arvadı) qanun üzrə birinci növbəli vərəsə olmaqla mirası qəbul etmişlər. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət t oxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Sadalanan hüquq normalarının tələblərini rəhbər tutan apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisələndirilən mənzil faktiki olaraq tərəflərin birgə mülkiyyəti olduğundan iddiaçıların da, həmin mənzildən qanunvericiliyə uyğun sahiblik və istifadə etmək hüquqları vardır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və o byektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçıların öz hüquqlarının həyata keçirilməsi ilə cavabdehə zərər vurmaq niyyətində olmasına dəlalət edən hər hansı sübut mövcud deyildir və bu dəlil iddia tələbinin rədd olunması üçün əsas kimi qiymətləndirilə bilməz. Həmçinin iddiaçıların başqa ünvanda yaşamaları faktı da, mülkiyyətlərində olan digər mənzildən də istifadə etməkdən imtina üçün əsas ola bilməz. Digər t ərəfdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki işlərin nəticəsi hazırki iddianın həlli üçün preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 olmaqla, sonuncular ataları X5 tərəfindən mübahisələndirilən mənzilin özəlləşdirilməsini mübahisələndirmiş və bununla mənzilin hüquqi statusunun ilkin vəziyyətə, order əsasında sonuncunun və onun ailə üzvlərinin, yəni o cümlədən övladları olan iddiaçıların sahibliyinə və istifadəsinə qaytarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə isə iddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlaka paylarının müəyyən edilməsini xahiş etmişlər. Yəni araşdırılan həmin hər iki mülki iş üzrə iddiaçıların mübahisələndirilən mənzilə istifadə və sahiblik hüquqları mübahisə predmeti deyildir və onların nəticəsi hazırki işin həll olunması üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.06.2019-cu il tarixli, 2(103)-7843/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7527/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7527/2019
25.11.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver