Məhkəmə qərarları › İş №2(102)-753/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-753/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-753/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)1795/2021 nömrəli qətnam əsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh 09 mart 1990-cı il tarixdə nikaha daxil olmuş, Balakən Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə nikahlar pozulmuşdur. Zaqatala şəhəri, Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ 22 iyul 2005-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanın da yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin nikahları pozulduqdan sonra cavabdeh iddiaçının mülkiyyətində olan evdən getmiş, Balakən rayonunun Katex kəndində yaşayış yerinin olmasına baxmayaraq, iddiaçıya məxsus mənzilə icazəsiz gəlib getmiş, özünə məxsus əşyaları saxlayaraq iddiaçıya həmin evdə yaşamağa imkan verməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri, Azərbaycan prospekti 93/5 nömrəli mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan m aneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Lələyev X4 rayonunun Katex kəndində oğlu Ceyhun Lələyevə məxsus təsərrüfatda qeydiyyatdadır. Tərəflər ailə qurduqları vaxtdan, yəni 1990-cı il tarixdən mübahisəli mənzildə yaşayırlar, onun bütün əmlakı həmin evdədir, hazırda yaşamağa başqa evi yoxdur. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2020 nömrəli qətnaməsi ilə (hakim T.H.Həsənov) qarşılıqlı iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər 2000-ci il sentyabrın 1dək yəni, 09 mart 1990-cı ildə ailə qurmaqla, mübahisələndirilən evə köçüb yaşamışlar, lakin həmin mənzil 22 iyul 2005-ci il tarixində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Yaşayış evinin mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvünü onun köçməsi zamanı başqa qeyd-şərt göstərməmiş, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində, 29-c u maddəsinə, 08 iyul 1982-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü maddələrinə, Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2021-ci il tarixli qərarlarına istinad edərək hesab etmişdir ki, Cavabdeh arvadına, hazırki iş üzrə iddiaçıya məxsus mənzildə istifadə hüquqları olmuş və həmin istifadə hüquqlarına xitam verilməmişdir. Cavabdehin mübahisə predmeti olan həmin evdən istifadə hüququ olduğundan, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsinə maneçilik yaradıldığından qarşılıqlı iddiaçı, həmin evə köçürülməsini və həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2020 nömrəli qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)536/2021 nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və E.Ş.Hüseynovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilm iş, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-691/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, 93 nömrəli evin 5 nömrəli mənzildən çıxarılması, Cavabdeh İddiaçı qarşı Zaqatala şəhəri, Azərbaycan prospekti, 93 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüququnun tanınması və fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və gös tərmişdir ki, İddiaçı Cavabdeh ikinci ailəsidir. Cavabdeh 09 mart 1990cı il tarixdə İddiaçı ilə ailə həyatı qurmazdan əvvəl birinci ailəsi ilə birlikdə Balakən rayonu, Katex kəndində yaşamış və həmin ünvanda qeydiyyatda olmuşdur. Cavabdeh qeydiyyatda olduğu ünvanda onun fərdi təsərrüfatı, həyətyanı torpaq sahəsi və 1972-ci ildə tikilən evi olmuşdur. Sonradan, yəni 2010-cu ildə həmin təsərrüfat Cavabdeh oğlu X1 adına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı ilə 1990-cı il tarixdə ailə həyatı quraraq İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən mənzilə köçsə belə, əvvəlki özünə məxsus olan Balakən rayonu, Katex kəndində yerləşən mənzildə həmişə qeydiyyatda olmuş və onu həmin qeydiyyatda olduğu ünvandan heç kəs qeydiyyatdan çıxarmamışdır. Bundan başqa Cavabdeh 2018-ci ildə İddiaçı ilə məhkəmə qay dasında ayrıldıqdan sonra da, öz yaşayış sahəsi olan Balakən rayonu, Katex kəndində yerləşən mənzilə qayıdaraq həmin ünvanda yaşayır. Göründüyü kimi, cavabdeh başqa yaşayış sahəsinə malikdir. Ona görə də onun mülkiyyət hüququ ilə başqasına (İddiaçı) məxsus olan sözügedən evdən istifadə hüququ istisna olunur. Apellyasiya məhkəməsi həmçinin göstərmişdir ki, iş materiallarında olan Zaqatala şəhəri Azərbaycan prospekti, 93 ünvanında yerləşən 5 saylı mənzilin özəlləşdirilməsi sənədlərindən görünür ki, özəlləşdirilmədən əvvəl həmin mənzildə İddiaçı, qızı - 1994-cü ildə anadan olmuş X2 və anası - 1925-ci ildə anadan olmuş X3 qeydiyyatda olmuşlar. Həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə yalnız orada qeydiyyatda olan X3 tərəfindən razılıq ərizəsi verilmişdir. Qeyd edilənlərdən göründüyü kim i, Cavabdeh sözügedən mənzildə heç bir zaman qeydiyyatda olmamış, o cümlədən, 2005-ci ildə mənzilin İddiaçı mülkiyyətinə verilməsi zamanı da o, həmin mənzildə qeydiyyatda olmadığına görə onun razılığı alınmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin “özəlləşdirilən mənzildə faktiki yaşayan Cavabdeh həmin mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə verilməsi haqqında razılığının olmasının, onun həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilməsinin düzgün olmaması” barədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından birinci instansiya məhkəməsi bununla bağlı səhv nəticəyə gəlmişdir. Belə olan halda, iddiaçı mülkiyyətində olan yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavab deh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(107)-536/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(102)-3871/2021 nömrəli qərarı ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021ci il tarixli, 2(107)-536/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin həmin qərarın da işin mübahisəsiz halı kimi qeyd etmişdir ki, tərəflər 09 mart 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxt cavabdeh iddiaçının istifadəsində olan Zaqatala şəhəri, Azərbaycan prospekti, 93 ünvanında yerləşən 5 saylı mənzilə köçmüş və daimi yaşayış yeri olaraq həmin ünvanı seçmişdir. Nə qədər ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmuş və cavabdeh iddiaçının həyat yoldaşı və ailə üzvü kimi mübahisəli mənzilə köçmüş, bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həmin mənzilə istifadə hüququ əldə etmişdir. 2005-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış, lakin cavabdehin əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamışdır. Bu halda isə onun istifadə hüququn əsas kimi qüvvədə olan Mülki Məcəlləsinin 228-ci maddəsi baxımından saxlanılırdı. Tərəflər arasında nikahın 2018-ci ildə pozulması isə cavabdehin mənzil üzərində istifadə hüququna xitam verilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə olan halda apellyasiya instansiya məhkəməsinin “cavabdehin mülkiyyət hüququ ilə başqasına (İddiaçı) məxsus olan sözügedən evdən istifadə hüququ istisna olunur.” kimi mövqeyinin əsassız olması aşkar olaraq müəyyən olunmuş olur. Apellyasiya instansiya məhkəməsinin digər mövqeyi cavabdehin mübahisəli mənzildə qeydiyyatda olmaması və həmin mənzildə yaşadığı müddətdə oğlunun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaqda davam etməsi mübahisəli mənzildən istifadə hüququna malik olmasını istisna edir. Məhkəmə qeyd etmişdir ki, hər hansı mənzildə şəxsin və ya şəxslər in qeydiyyatda olması onların məhz həmin mənzilə münasibətdə hər hansı hüququn, o cümlədən istifadə hüququnun əldə edilməsi əsası kimi çıxış etmir. İşin halları baxımından məhkəmənin hansı əsas və sübutlar əsasında cavabdehin digər yaşayış yerinə malik olması, mübahisəli mənzillə davamlı əlaqələrini kəsməsi, mübahisəli mənzilə ehtiyacının olmaması, davamlı olaraq digər (oğlunun mülkiyyətində) olan mənzillə bağlı olması müəyyən edilməmiş qalmışdır. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin istifadə hüququnun tanınması, həmin hüququn mövcud olub-olmamasını deyil, yalnız boşanmadan sonra artıq əldə edilmiş istifadə hüququnun saxlanmalı olub-olmamasının müəyyən edilməsi zəruri olmuşdur. Hazırkı işin halları baxımından, yəni ilkin iddianın və qarşılıqlı iddianın qarşılıqlı olara q qiymətləndirilməsinin təmin edilməsi üçün apellyasiya instansiya məhkəməsinin müəyyən etməli olduğu hallar yuxarıda sadalananların mövcud olmasının müəyyən edilməsi ilə bağlı olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hər hansı araşdırmanın aparılmasını təmin etməmiş və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamasına dair mövqeyi isə ziddiyyətli olmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-1795/2021 nömrəli qətnaməsi ilə (hakim İ.H.Şükürovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovdan və V.İ.Məlikovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il ta rixli, 2(033)-691/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki kollegiyasının əvvəlki icraatında irəli sürülmüş hüquqi mövqeyi və göstərişləri kontekstində işi yenidən araşdıraraq hesab etmişdir ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcud olmuş və cavabdeh iddiaçının həyat yoldaşı və ailə üzvü kimi mübahisəli mənzilə köçmüş, bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həmin mənzilə istifadə hüququnu əldə etmişdir. 2005-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış və lakin cavabdehin əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamışdır. Bu halda isə onun istifadə hüququn əsas kimi qüvvədə olan Mülki Mə cəlləsinin 228-ci maddəsi baxımından saxlanılırdı. Tərəflər arasında nikahın 2018-ci ildə pozulması isə cavabdehin mənzil üzərində istifadə hüququna xitam verilməsi üçün əsas kimi qəbul oluna bilməz. Apellyatorun dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər hansı mənzildə şəxsin və ya şəxslərin qeydiyyatda olması onların məhz həmin mənzilə münasibətdə hər hansı hüququn, o cümlədən istifadə hüququnun əldə edilməsi əsası kimi çıxış etmir. Həmçinin, iddiaçı özü də etiraf etmişdir ki, cavabdehə məxsus əşyalar mübahisəli evdədir, cavabdeh faktiki olaraq bu evə gəlib-getməkdə davam edir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilində i stifadə hüququ əldə etmiş Cavabdeh oradan istifadə hüququnu itirməmiş və onun istifadə hüququna hər-hansı şəkildə xitam verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-1795/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu, Mülki Məcəlləsinin 152, 157-ci maddələri, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokol unun 1-ci maddəsinin tələbləri pozulmuş, Cavabdeh iddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra Balakən rayonunun Katex kəndində yerləşən mənzilə köçərək, orada yaşaması nəzərə alınmamış, 08 iyul 1982-ci il tarixdə təsdiq olunmuş Mənzil Məcəlləsinin 53, 60, 57 və 123-cü maddələri düzgün tətbiq olunmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Re spublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ail ə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin a ilə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya kö çdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəf lərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsin i yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasi ya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü hüquqi mövqeyə qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, kassatorun tərəflər arasında hüquq münasibətlər onların nikaha daxil olmaları və cavabdehin mübahisələndirilən yaşayış sahəsinə köçməsi ilə sonuncunun həmin mənzildən istifadə hüququ yaranmış və mübahisəyə düzgün olaraq Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin Balakən rayonunun Katex kəndində qeydiyyatda olması, sonuncunun mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun olmaması kim i qiymətləndirilə bilməz. Belə ki, cavabdehə məxsus əşyalar mübahisəli evdə olması cavabdeh faktiki olaraq bu evə gəlib-getməkdə davam edərək, ondan faktiki istifadə etməsi işin mübahisəsiz hallarıdır. Təsadüf deyildir ki, iddiaçı iddiasında cavabdehin mənzildən çıxarılması tələbini irəli sürmüşdür. İddiaçının mülkiyyət hüququnun pozulması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə müəyyən olunmuş hallarda şəxsin mülkiyyət hüququnun məhdulaşdırılmasına yol verilir. Bu hallardan da biri, yaşayış sahəsindən istifadə hüququdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu izah etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli ü çün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(107)-1795/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar