Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-753/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və cavabdehin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(107)1101/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhk əməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Şəki şəhəri, F.X.Xoyiski küçəsi, döngə 3, 6 saylı ev X2 mülkiyyətində olmuşdur.
2. X10 19 sentyabr 1943-cü ildə ölmüşdür.
3. İddiaçı X2 qızı X7 övladı, Cavabdeh isə - oğlu X8 qızıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və cavabdehin həmin evdən ailə üzvləri ilə birlikdə çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçının babasına məxsus olmuş, sonuncunun vəfatından sonra onun anası həmin evdə yaşamışdır. İddiaçı da, 4 yaşından anası ilə birlikdə qeyd olunan ünvanda yaşamışdır. Evdə həmçinin iddiaçının dayısı Gülməmməd Məmmədov və sonuncunun arvadı Ayna Məmmədova yaşamışlar. Dayısı vəfat etdikdən sonra da iddiaçı, anası və dayısı arvadı Ayna xala anası rəhmətə gedənədək sözü gedən evdə yaşamışlar. İddiaçının anası 07 avqust 2016-cı ildə vəfat etdikdən sonra, o, dayısı arvadı X13 ilə qalmışdır. Dayısı arvadı Ayna ağır xərçəng xəstəsi olduğu üçün, sözü gedən evin şəraitsizliyindən, qarşıdan soyuq payız və qış fəsli gəldiyindən, evdə olmayanda Cavabdeh gəlib onu döyüb yataq xəstəsi salmağından qorxduğundan, iddiaçının anasının vəfatından 2 ay sonra evi və əmlakı ona əmanət edib öz istəyi ilə bacısı oğlu Ramazanın evinə getmişdir. Ayna Məmmədova 30 iyul 2020-ci il tarixdə yoluxduğu korona xəstə liyindən xəstəxanada vəfat etmişdir. Qeyd edilən evdə anasının və dayısının arvadı Ayna xalanın vəfatından sonra ancaq iddiaçı tək qalmış və mirası idarə etmişdir. Lakin 2020-ci ilin avqust ayında digər dayısı X3 Elmira Ağamməd qızı iddiaçının baş sağlığı üçün Bakı şəhərində yaşayan bacısı gilə getdiyini və evdə heç kimin olmadığını bilib, heç bir razılıq və hüquqi əsas olmadan əvvəlcə onun yaşadığı evin darvazasının və evin bütün otaqlarının qapılarının qıfıllarını sındırıb evə yerləşmişdir. Bakı şəhərindən qayıdıb, evə girmək istəyəndə Elmira qapını açmamışdır. Belə olduqda məhəllənin ağsaqqalı, həm də əvvəllər də onların məhəlləsinin sahə müvəkkili olan Süleyman müəllimlə evə gəlmiş, Elmiraya evə qanunsuz girdiyindən məsuliyyət daşıyacağını izah etdikdə, sonuncu ona cəmi 6 ay vaxt veril məsini, banka borcunun olmasını və həm kirayə pulu, həm də bankın borcunu verə bilmədiyindən qarşıdan soyuq payız, qış gəldiyindən fevral ayında borcu qurtardıqdan sonra mart ayında da evdən çıxacağına söz vermişdir. Belə olan halda iddiaçı nə polisə, nə məhkəməyə müraciət etməmiş, həmin tarixdən Elmira və iki oğlu ilə birgə həmin evdə yaşamışlar. 2021-ci ilin mart ayında Novruz bayramından sonra Elmiradan evdən çıxmalarını tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələrlə avqust ayının axırına kimi evdən çıxmadılar. 28 avqust 2021-ci ildə iddiaçının Şəki şəhərində yaşayan bacısının əri vəfat etmiş, yas mərasiminə gedərək onkoloji xəstə olan bacısının da səhhəti pisləşdiyindən 1 ay bacısı ilə qalmalı olmuşdur. Bir aydan sonra evə qayıdanda Elmira ümumiyyətlə qapını açmamış və onu evə buraxma mışdır.
6. Şəki Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsi ilə (hakim E.Y.Vəliyev) iddia təmin olunmuş, Cavabdeh ünvan 1 ünvanından ailə üzvləri ilə birlikdə çıxarılması və İddiaçı həmin evə köçürülməsi qət edilmişdir.
7. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə 1965-ci il tarixdə ünvan 2 mənzildən köçmüş, 1989-cu il tarixdə ailə həyatı quraraq gəlin kimi digər ünvana köçmüş, 2020-ci ildə dayısı arvadı Ayna rəhmətə getdikdən sonra həmin mənzilə gələrək yaşamışlar.
8. Şəki Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh da nümayəndəsi olduğu anası Maraqlı şəxs X9 qarşı qayınatası Məmmədov Məmməd oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hü ququnun verilməsi, evdən və həyətdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh nümayəndəsi olduğu anasının da ünvan 1 saylı mənzildən istifadə hüququ yaranmamışdır. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
9. Eyni zamanda, iş materiallarına əlavə edilmiş “Arxaüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və anası X1 şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yaşamışlar. Anası rəhmətə getdikdən sonra həmin ünvanda İddiaçı yaşamışdır. Məhkəmə qətnaməsi ilə həmin evdə yaşamaq hüququndan mərhum olmuş Elmira Ələkbərova qanunsuz şəkildə basqı yolu ilə evə daxil olmuş, İddiaçı yaşayış evinə buraxmamışdır. Ona görə də İddiaçı məhəllənin keçmiş sahə müvəkkili Süleyman müəllimə müraciət etmiş və onun rəhbərliyi ilə evə daxil olmuşdur. Elmira Ələkbərova qanunsuz girdiyi üçün yalvarıb onun bank borcu olduğunu, onu ödəyib oradan çıxacağını bildirmişdir. İddiaçı 29 noyabr 2021-ci il tarixdə qapının bağlandığını görmüşdür. ƏlCavabdeh İddiaçı evə buraxmamışdır.
10. Birinci instansiya məhkəməsi iddiaçının ünvan 1 ünvanında uzun müddət yaşaması işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı, şahidlərin ifadələri və işin digər halları ilə müəyyən etmişdir.
11. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab etmişdir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz.
12. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında izahatında 1965-ci ildə babası X4 məxsus ünvan 1 ünvanından ailə üzvləri ilə birlikdə köçərək başqa ünvanda yaşadığını bildirsə də, bu halın özü belə cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsasdır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servi tut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh 1965-ci ildən sonra mübahisəli mənzildə yaşamır, daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Bu müddət ərzində o, mübahisəli mənzildə yaşamağa cəhd göstərməmişdir və ya həmin mənzilə köçməklə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən iddiası əsassız hesab olunmaqla təmin edilməmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8, 158.2, 158.4-cü, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 60, 87 və 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(107)-1101/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.M.Mehdiyevdən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(075)-584/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən evdən çıxarılmasını qət etmişdir.
16. Apellyasiya məhkəməsi qe yd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qüvvədə olan Mülki Məcəllənin 157 və 158-ci maddələrinə, o cümlədən 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinə istinad etmişdir ki, bununla həm maddi, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur.
17. Belə ki, Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən evin mülkiyyətçisi olmuş ilkin miras qoyan Ağaməmmədov (Ağammədov, Ağəmmədov, Məmmədov) (Mülki işin 41-ci vərəqində olan Arxüstü məhəlləsinin nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 187 nömrəli Arayışa əsasən Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanda yaşamış X17 həqiqətən X5r) Məmməd Məmməd oğlunun 19 sentyabr 1943-cü ildə ölməsi ilə miras açıldığından mübahisənin həllinə həmin vaxt qüv vədə olmuş 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsi, daha sonrakı dövrdə açılmış vərəsəliklər üzrə isə ardıcıl olaraq 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi və 01 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəlləsi tətbiq edilməli idi.
18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən mübahisəli ev iddiaçının babası X2 mülkiyyətində olmuşdur. Sonuncu 19 sentyabr 1943-cü ildə öldükdən sonra vərəsələri olaraq arvadı X19 (1973-cü ildə ölmüşdür), qızı X18 (2003-cü ildə ölmüşdür), oğlu X15 (1993-cü ildə ölmüşdür), oğlu X11 (2000-ci ildə ölmüşdür) və qızı X14 (13 avqust 2016-cı ildə ölmüşdür) qalmış və onlar faktiki olaraq mübahisəli evdə yaşamaqla 16 iyun 1923-cü ildə qüvvəyə minmiş və həmin vaxt qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən mirası qəbul etmişlər. Daha sonra, X15 və X14 ailə quraraq həmin evdən daimi yaşamaq üçün başqa yerə köçmüşlər. X14 həmin evə müxtəlif vaxtlarda gəlib-getmişdir. Mirasqoyanın arvadı X19 1973-cü ildə öldükdə oğlu X11 və qızı X14 həmin vaxt faktiki olaraq mübahisəli evdə yaşamaqla 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən ondan qalan mirası qəbul etmişdir. X11 2000-ci ildə ölmüş, ondan qalan mirası arvadı X13 qəbul etmişdir. X14 isə 13 avqust 2016cı ildə ölmüş, ondan qalan mirası qızı hazırki İddiaçı 2000-ci il sentyabrın 1-d ən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən faktiki olaraq qəbul etmişdir.
19. Məhkəmə həmçinin müəyyən etmişdir ki, X15 ailəsi ilə birlikdə 1965-ci ildə mübahisəli evdən köçmüşdür. O, 1993-cü ildə öldüyü vaxt mübahisəli evdə yaşamadıqlarından arvadı Maraqlı şəxs və qızı, hazırki iş üzrə Cavabdeh miras əmlakı qəbul etməmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli evdən miras payı olduğu halda, Cavabdeh mübahisəli evə heç bir hüququ mövcud deyildir. Bu hal Şəki Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə də təsdiq edilmişdir. Belə ki, həmin qətnamə ilə iddiaçı Maraqlı şəxs cavabdeh X9 qarşı qayınatası X12 xüsusi mülkiyyətində olan Şəki şəhəri, F.X.Xoyski küçəsi, döngə 3, ev 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq h üququnun verilməsi, evdən və həyətdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə hazırki İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7, hazırki Cavabdeh isə anası, həmin iş üzrə iddiaçı Maraqlı şəxs nümayəndəsi olaraq işdə iştirak etmişlər. 20. 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 487, 489, 499, 500-ci, 01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 532, 533, 552-ci və hazırda qüvvədə olan Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.5, 1133.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1159.2, 1160, 1243.1, 1243.2, 1255-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 82.3, 88, 217, 218.1, 233.3, 372.1, 372.3, 372.6, 372.7, 384.0.2, 385.1.1, 386, 387. 1-ci maddələrinə istinad edən məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli evə köçürülməsini və Cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(107)-1101/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 71, 127-ci, Mülki Məcəllənin 51, 14.1, 1301-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 88, 217-ci maddələri pozulmuşdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mirasdan imtina etməyən vərəsə olmasını, 30 iyun 2020-ci il tarixdə Şəki şəhərində, bacısı oğlunun evində ölmüş X6 dəfnindən mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşamasını nəzərə almamışdır.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. İddiaçı Həsənova Bela Kamal qızı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(107)-1101/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisə predmeti olan yaşayış evinə hər hansı hüququnun olmamasını təsdiq edən məhkəmə qətnaməsi vardır. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarını əsas götürməklə, qətnamənin ləğv edilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 3
0. Azərbaycan SSR-nin 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Mülki Məcəlləsinin: 487-ci maddəsinə əsasən vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etməlikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əm əyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaşbacıları hesab olunurar. 489-cu maddəsinə əsasən vərəsəlik vəsiyyətlə dəyişdirilmədiyi bütün hallarla, qanun üzrə vərəsəlik öz qüvvəsini saxlayır. 499-ci maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Hazırda olan vərəsələr, sair vərəsələrin gəlməsini gözləməyərək, vərəsəlik əmlakını idarə etməyə başlaya bilərlər. Vaxtında gələn digər vərəsələr vərəsəlik əmlakından öz paylarını tələb edə bilərlər. 500-cü maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsələr, miras əmlaka mühafizə tədbirləri görüldüyü gündən etibarən altı ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər.
31. Azərbaycan SSR-nin 01 mart 1965-ci ildə qüvvəyə minmiş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, h əm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1 57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras a ktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini ist isna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2 17.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəlləni n 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına və cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
36. Kassasiya şikayətinin dəlilləri cavabdehin mübahisəli əmlaka vərəsəlik hüququnun olmasına yönəldilmişdir. Lakin, iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə, Maraqlı şəxs (hazırki iş üzrə cavabdehin anasının) mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Valideynlərinin mübahisəli mənzilə hüquqları olmadığı halda, cavabdehin də babasına məxsus olmuş əmlaka hər hansı hüququ istisna olunur.
37. Cavabdehdən fərqli olaraq işin faktiki hallarını araşdır an məhkəmələr iddiaçının anasının, sonra isə özünün mübahisəli fərdi yaşayış evini faktiki idarə etməklə mirası qəbul etmələrini müəyyən etmişdir.
38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(107)-1101/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.