Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-754/2019 25.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 yanvar 2019-cu il İş № 2(102)-754/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 vəkili Musayev İlqar Qəzənfər oğlunun iştiraklarıilə, Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı mənzilə görə ödənilmiş pulun geri qaytarılması tələbinə dairiddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mirzəzadə, iş 2(004)-931/2018) iddia qismən təmin olunmuş, 35700 ABŞ dolları, məhkəmə xərcinə görə 230 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmiş, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov, iş № 2(103)7181/2018) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş; İddiaçı iddia ərizəsi təmin edil miş, iş üzrə yeni qətnamə qəbul edilmiş; cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 35700 ABŞ dolları (ödəniş günü manata olan məzənnə ilə), 200 manat hüquqi xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 fevral 2018ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 vəkili Musayev İlqar Qəzənfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə ye ni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiy ası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1-nin adından Cavabdeh2 ilə iddiaçının imzaladığı 18 avqust 2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1nin üzərinə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşmiş “Cavabdeh1" MMC-nin tikilməkdə olan binasında 145,5 kv.m. sahəsi olan, 3 otaqlı, 152 nömrəli mənzili iddiaçıya vermək öhdəliyi qoyulmuşdur. Müqavilədə mənzilin 1 kv.metrinin qiyməti 575 AZN, ümumi dəyəri isə 83662,5 manat yazılmışdır. MüqaviləyəCavabdeh1MMC-nin möhürü vurulmuşdur. Cavabdeh1MMC-nin adından verilmiş 18 avqust 2006-cı il tarixli maliyyə arayışında iddiaçının həmin tarixdə 35700 ABŞ dolları ödədiyi, qalıq borcunun 58300 ABŞ dolları olduğu qeyd edilmiş, həmçinin mənzilin 1 kv.metrinin dəyəri 650 ABŞ dolları, ümumi dəyəri isə 94575 ABŞ dolları göstərilmişdir. Cavabdeh2 iddiaçıdan 35700 ABŞ dolları aldığını qəbul etmişdir. "Cavabdeh1" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyat qovluğuna əsasən Cəmiyyətin direktoru 10 fevral 2005-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək X1, 27 dekabr 2005-ci il tarixdən 04 avqust 2006-cı il tarixədək Cavabdeh2, 04 avqust 2006-cı il tarixdən 28 noyabr 2006-ci il tarixədək X3, 28 noyabr 2006-cı il tarixdən 29 oktyabr 2009-cu il tarixədək Cavabdeh2 olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386,1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borc lunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsinin əsası kimi ona istinad etmişdir ki, “Cavabdeh1 ilk dəfə təsisçilər X1 və Cavabdeh2 tərəfindən nizamnamə kapitalı 100000 (bir yüz min) manat həcmində hər biri 50000 (əlli min) manat olmaqla 2 paydan ibarət və hər biri 1 paya sahib olmaqla 11 fevral 2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində 0105-p98-42222 şəhadətnamə ilə qeydiyyata alınmışdır. Tərəflər arasında müqavilə bağlanan zaman Cavabdeh1-nin direktoru X3 olmuşdur. "Cavabdeh1” MMC-nin nizamnaməsinin 9.3-cü bəndində göstərilir ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icra edici orqanı olan və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Daha sonra tərəflərin hər ikisi təsdiq edir ki, ödəniş Cava bdeh2 təkidi ilə dollarla həyata keçirilmişdir. Bu halda yəni ödənişin xarici valyuta ilə həyata keçirilməsinin qanuna uyğun olub olmaması faktıda Bakı Apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bakı Apellyasiya məhkəməsi qətnamə qəbul edən zaman sadəcə olaraq göz yummuş və cinayət xarakterli işə don geyindirməklə əsassız olaraq son nəticəyə gəlmişdir. Bundan əlavə Cavabdeh2 tərəfindən iddiaçıdan qəbul edilən vəsaitin hara xərclənməsi araşdırılmamışdır. Cavabdeh2 olmayan mənzilin satılmasını necə həyata keçirməsini araşdırmamışdır. Daha sonra iddiaçı iddia ərizəsində göstərir ki, onun cavabdehə ünvan ünvanında 558-ci məhəllədə yerləşən "xxxx" MMC-nin tikilməkdə olan binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145,5 kv.metr olan, 3 otaqlı, 52 saylı mənzili almaq üçün 1 kv metri, 650 ABŞ dollarına olmaqla, 94575 ABŞ dollarına almağa razılaşmışlar və dəyərindən "payçı" kimi həmin tarixdə ilkin olaraq 35700 ABŞ dollarını şəxsən nağd şəkildə ödənilmişdir.” Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı yaşayış binasında mənzil tikintisi haqda 18 avqust 2006-cı il tarixli müqaviləni, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamış və bu müqavilə MMC-nin möhürü ilə təsdiq olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 35700 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyət daşıması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti Məhkəmə kollegiyası düzgün hesab edir. Ona görə də Cavabde h1 Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin olunmamalıdır. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “ Cavabdeh1 və İddiaçı İnqilab qızı arasında 18 avqust 2006-cı il tarixində “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Mənzilin dəyəri 94575 ABŞ dolları olaraq müəyyən edilmişdir. Elə həmin tarixdə də payçı mənzilin ümumi dəyərinin 35700 ABŞ dollarını ödəmiş və buna dair maliyyə arayışı verilmişdir. Müqavilə tərəfimdən imzalanmış və şirkətin möhürü ilə təsdiqlənmişdir. Cavabdeh1-i 2005-ci il fevral ayında təsis edilmişdir. Şirkətin tək təsisçisi mən özüm olmuşam. Şirkət təsis edilərkən direktor da özüm olmuşam. Vergilər Nazirliyinin məktubundan belə anlaşı lır ki, 04.08.2006-28.08.2006 tarixləri yəni 24 gün müddətində şirkətin direktoru İsmayılov Babək olmuşdur. Amma mənim belə bir əmrim olmamışdır. Belə bir əmri mən xatırlamıram. Hər bir halda, hətta belə bir əmr olsa belə mən ayrı ayrı vaxtlarda cəmiyyətin direktoru, bütün vaxtlarda cəmiyyətin tək təsisçisi olmuşam. Yəni direktorlar mənim qərarımla təyin olunublar. Cəmiyyət mənə məxsus olub. 18 avqust 2006-cı il tarixində “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanarkən cəmiyyətin direktoru İsmayılov Babək olsa belə, cəmiyyətin tək təsisçisi, ən ali orqanı, cəmiyyətin ümumi yığıncağının tək iştirakçısı kimi səlahiyyətli olmuşam.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Cavabdeh 1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 35700 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh2 tərəfindən MMC-nin kassasına mədaxil olub olmamasının, iddiaçı ilə bağlanmış müqavilənin müvafiq qaydada qeydiyyata alınıb alınmamasını araşdırmamışdır. Əslində həmin xüsusatların araşdırılıb işin mübahisənin həlli üçün zəruri olan faktiki hallarının müəyyən edilməsindən sonra Cavabdeh2 mülki məsuliyyət məsələsinə hüquqi qiymət verilməlidir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 35700 ABŞ dollarının, 200 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş həmin hissədə, yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması, iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci iltarixli qətnaməsinin qis mən ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci iltarixli qətnaməsi qismən Cavabdeh2 İddiaçı xeyrinə 35700 ABŞ dolları (ödəniş günü manata olan məzənnə ilə), 200 manat hüquqi xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin
Məhkəmə qərarları › İş №2(102)-754/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-754/2019
25.01.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver