Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-755/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ; mənzil toxunulmazlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1370/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MTK ilə payçı X3 arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında 18 oktyabr 2006-cı il tarixli, 32 №- li müqaviləsinə əsasən kooperativ inşa ediləcək binanın 2ci giriş, 9-cu mərtəbədə yerləşən 72 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürür. 2. "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, 3 otaqlı, ümumi sahəsi 101 kv metr olan mənzilin dəyəri X3 tərəfindən tam ödənilmişdir 3. 25 fevral 2019-cu il tarixli elektrik enerjisinin alqı-satqısı barədə müqavilədən, habelə "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-yə istifadə edilmiş sərfiyyat üzrə kommunal ödənişlər barədə çeklərdən görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv metr olan 72 saylı mənzildə hazırda yaşayış vardır və kommunal xidmətlərlərə görə ödənişlər Mətləb Əsgərov tərəfindən etibarnamə verilmiş X7 tərəfindən həyata keçirilmişdir. 4. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında 20 sentyabr 2010-cu il tarixli, 122 nömrəli müqaviləyə əsasən kooperativ inşa ediləcək binanın 2-ci giriş, 9-cu mərtəbədə yerləşən 72 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürür. 3 otaqlı, ümumi sahəsi 101 kv metr olan mənzilin dəyəri 34500 manat məbləğində müəyyənləşdirilmişdir. 5. 3 otaqlı, ümumi sahəsi 101 kv metr olan mənzilin dəyəri X5 tərəfindən tam ödənilmişdir. 6. 05 iyul 2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nın mənzillərin qeydiyyatı arxiv sənədinə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv metr olan 72 saylı mənzilə dair ilkin olaraq xx.xx.2008-ci il tarixdə MTK ilə X4 “kooperativ mənzil tikinti haqqında” 122 saylı müqavilə bağlamışdır. Pay hüququ ilə ona aid olmuşdur. Daha sonra qarşılıqlı razılaşma əsasında mənzil payının keçməsi ilə əlaqədar, həmin mənzilə dair müqavilə xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmışdır. MTK-nın arxiv sənədlərində həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişməsi ilə bağlı qeyd aşkar edilməmişdir. 7. "xxxx" MTK-n ın 29 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv metr olan 72 saylı mənzilə dair son “Kooperativ mənzil tikinti haqqında” 122 saylı müqavilə 20 sentyabr 2010-cu il tarixdə İddiaçı Cəlil qızı arasında bağlanmışdır və hal-hazırda da həmin mənzil pay hüququ ilə ona məxsusdur. Adı keçən mənzil ona müqavilə bağlanıldığı 20 sentyabr 2010-cu il tarixdə təhvil verilmişdir. Mənzili təhvil alanda kooperativin yeni üzvü İddiaçı iradları olmamış və sonralar da mənzilə dair MTK ilə arasında hər hansı mübahisə olmamışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 oktyabr 2021-ci il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) 125 ünvanında yerləşən 72 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv metr olan 72 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Kooperativ mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli, 122 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsindəki 101 kv metr olan 72 saylı mənzili əldə etmişdir. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından görə həmin mənzilə dair İddiaçı 34500 manat məbləğində ödəniş etmiş və heç bir borcu qalmamışdır. "xxxx" MTK-nın xx.xx.2021ci il tarixli, 021/705/M nömrəli cavab məktubunda qeyd edilmişdir ki, sözü gedən mənzillə bağlı ilkin olaraq xx.xx.2008-ci il tarixdə MTK ilə X4 “Kooperativ mənzil tikintisi haqqında” 122 saylı müqavilə bağlanmış, mənzil pay hüququ ilə həmin şəxsə aid olmuş və daha sonra qarşılıqlı razılaşma əsasında mənzil payının keçməsi ilə əlaqədar həmin mənzilə dair müqavilə xx.xx.2010-cu il tarixdə MTK ilə İddiaçı arasında bağlanmışdır. Həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişməsi ilə bağlı qeyd aşkar edilməmişdir. Bütün bunlara baxmayaraq, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9- cu mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv metr olan 72 saylı mənzil "xxxx" MTK tərəfindən ona təhvil verilməmişdir.
11. Sumqayıt Şəhəri Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-7020/2021 nömrəli iş üzrə 04 noyabr 2021-ci il tarixli qə tnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən binanın 2-ci giriş, 9-cu mərtəbəsindəki ümumi sahəsi 101 kv metr olan 72 saylı mənzil İddiaçı təhvil verilməsi qət edilmişdir.
12. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 9-cu mərtəbəsindəki ümumi sahəsi 101 kv metr olan 72 saylı mənzilə yerli baxış zamanı müəyyən edilmişdir ki, tərəflər arasında heç bir mübahisə olmamasına baxmayaraq, mənzil hazırkı vaxtadək İddiaçı təhvil verilməmiş, həmin ünvanda yerləşən mənzilin qapısı bağlı olmaqla, hər hansı bir şəxsin yaşam ası halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və y a ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmçinin həmin Plenum qərarı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dö vlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən mənzil qanuni əsaslarla İddiaçı məxsusdur. İddiaçı yuxarıd a göstərilən qanunvericiliyin tələblərinə uyğun qaydada tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdeh MTK tərəfindən mənzili təhvil verilməməsi məhdudlaşdırılmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 (əvvəlki Sumqayıt şəhəri, 19-cu məhəllə) ünvanında yerləşən binanın 2-ci giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv metr olan 72 saylı mənzil İddiaçı təhvil verilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarınd a ifadə olunmuş hüquqi mövqeyə, Mülki Məcəllənin 152.1, 157.4, 178.1 və 203.1-ci maddələrinə istinad etmişdir.
16. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7020/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli qətnaməsi qətnamə ləğv edilməli, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mətləb Əsgərov apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" MTK ilə onun bağladığı müqavil ə əsasında ona məxsus olan və tərəfindən hal-hazırda da istifadə olunan mənzilin başqa bir adama verilməsi barədə məhkəmə prosesindən xəbəri olmamış, tərəflər də bu barədə məhkəməyə düzgün məlumat verməmişlər. 18 oktyabr 2006-cı ildə onunla "xxxx" MTK arasında müqavilə bağlanmış və həmin mənzilin dəyəri tərəfindən tam ödənilmişdir. Belə olan təqdirdə həmin mənzil MTK-nın mülkiyyəti hesab oluna bilməz. xx.xx.2010-cu il tarixdə eyni mənzillə bağlı yeni müqavilə bağlana bilməzdi, bu onu göstərir ki, "xxxx" MTK hazırkı iddiaya cavab verməli şəxs deyil, eyni zamanda iddiaçının təqdim etdiyi müqavilə Mülki Məcəllə ilə nəzərdə tutulmuş qaydalarla bağlanmadığından həm də etibarsızdır, belə müqavilə əsasında iddiaçının mənzilin ona təhvil verilməsi ilə bağlı hazırkı tələbi irəli sürməyə subyektiv h üququ yoxdur. Mübahisəli mənzil faktiki olaraq fasiləsiz onun istifadəsində olmuş, həmin mənzildə təmir işləri aparmış, eləcə də, kommunal müqavilələr də bağlayaraq elektrik, su, qaz sayğacları qoşdurmuşdur. Keçən bu müddət ərzində İddiaçı heç vaxt mənzil tələbi etməmişdir. Məhkəmə prosesinə cəlb olunacağı təqdirdə hazırkı iddia tələbinin rədd olunması qaçılmaz olacaqdı. Bundan başqa qüvvədə olan bir müqavilə olduğu halda eyni mənzilə dair "xxxx" MTK-nın başqa şəxslə xx.xx.2010-cu il tarixdə yeni müqavilə bağlaması özü əhəmiyyətsiz əqd kimi qiymətləndirilməli və onun etibarsız sayılması məsələsi müzakirə edilməli idi.
19. Apellyasiya baxışı zamanı işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 apelly asiya şikayətini müdafiə edib şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçının adına olan müqavilənin etibarlılığı şübhə altındadır. Müqavilədəki imzalar müxtəlif şəxslər tərəfindən icra edilmişdir. X6 müqaviləsi daha öncəki tarixə aiddir və keçən bu müddət ərzində sözügedən mənzil məhz Mətləb Əsgərovun istifadəsində olmuş, mənzildə yaşamaq üçün bütün kommunal şərait yaradılmış, bu illər ərzində o, iddiaçını tanımamışdır. Təxminən 10 ilə yaxın müddət keçdikdən sonra iddiaçının hazırkı tələblə çıxış etməsi onun iddiasının əsaslılığını şübhə altına salır. Mətləb Əsgərovun birinci instansiya məhkəməsində iş üzrə icraatdan, məhkəmə proseslərindən xəbərsiz olması, dolayısı ilə onun proseslərdə iştirakının təmin edilməməsi, hazırkı iddianın təmin edilməsi ilə nəticələnən əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1370/22 nömrəli iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-7020/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir.
21. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilə dair Mətləb Əsgərovla "xxxx" MTK arasındakı müqavilə 18 oktyabr 2006-cı il tarixdə, həmin mənzilə dair eyni şərtlərlə İddiaçı ilə həmin MTK arasında isə xx.xx.2010-cu il tarixdə bağlanmışdır. MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən hər iki tərəf mənzilin dəyərini tam olaraq ödəmişdir. Yenə işin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli mənzil təmir olunmuşdur, hazırda Mətləb Əsgərovun istifadəsindədir, mənzilə dair kommunal haqlar onun tərəfindən(etibarnamə ilə Sənan Zeynalov) ödənilir.
22. Məhkəmə Mənzil Məcəlləsinin 112-113-cü maddələrinə istinadən qeyd etmişdir ki, maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakte rlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi mənzilin ona təhvil verilməsi öhdəliyini yaradır. İşdə olan müqavilədən və arayışdan görünür ki, mübahisə edilən mənzilə dair müəyyən edilmiş pay haqqı tam olaraq Mətləb Əsgərov tərəfindən MTK-ya ödənilmişdir. Beləliklə, o, mübahisəli mənzilin mülkiyyətçisinə çevrilmişdir.
23. Mətləb Əsgərovla MTK arasında müqavilə 18 oktyabr 2006-cı il tarixdə, İddiaçı ilə xx.xx.2010-cu il tarixdə bağlanmış və işdə olan arayışlara əsasən hər ikisi mənzilə dair pay haqqını tam ödəmişdir. Pay ödənilməsi ilə bağlı arayışlarda tarix göstərilmədiyindən ödəniş tarixlərini müqavilələrin tarixi ilə eyni tarix olduğunu qəbul ediliəlidir. Belə olan halda mübahisəli mənzilin dəyəri Mətləb Əsgərov tərəfindən 18 oktyabr 2006-cı il tarixində ödənildiyindən o, daha öncə istinad olunan hüquq normalarına əsasən həmin tarixdən mənzilin mülkiyyətçisi hesab olunmalıdır.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1, 152.5, 152.3, 452.1 və 452.2-cü, Mənzil Məcəlləsinin 112 və 113-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, MTK mənzili 2010-cu il tarixdə iddiaçıya təhvil vermişdir. İddiaçının MTK-dan mənzil tələbetmə səbəbi də yenə iş materiallarında öz əksini tapmışdır. Lakin məhkəmə hansısa səbəbdən həmin hala qiymət verməmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş sübuta məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü bölməsinin təqdim etdiyi arayışa münasibət bildirməmişdir. Arayışda da qeyd edilir ki, 2019-cu ilin fevralında üçüncü şəxsin nümayəndəsi olan Sənan Zeynalov qeyd edilən mənzili qanunsuz olaraq zəbt etmişdir. Bu iki sübut təsdiq edir ki, mübahisəli mənzil iddiaçıya təhvil verilsə də, sonradan yəni 2019-cu ildə üçüncü şəxsin nümayəndəsi tərəfindən zəbt edilmişdir. Lakin məhkəmə həmin halı araşdırmamış, ümumiyyətlə həmin fakta münasibət belə bildirməmişdir. Yalnız prokurorluğa sorğu verməklə kifayətlənmişdir ki, bu da mübahisənin həlli üçün kifayət deyildir. Bu səbəbdən məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
27. Mübahisəli mənzil MTK tərəfindən 2006-cıildən üçüncü şəxsə təhvil verilə bilməzdi. Mübahisəli mənzilə üçüncü şəxs yalnız nümayəndəsi olan Sənan Zeynalov vasitəsi ilə zəbt edərək sahiblik etmişdir. Mənzilin 2019-cu ildən Sənan Zeynalov tərəfindən zəbt ed ilməsi faktını üçüncü şəxsin məhkəməyə təqdim etdiyi sübut da dolayı yolla təsdiq edir. Belə ki, üçüncü şəxs enerji alqı satqısının bir tipli müqaviləsini məhkəməyə təqdim etmişdir ki, həmin müqavilə də xx.xx.2019-cu il tarixində bağlanmışdır. Necə ola bilər ki, 2019-cu ilin fevralında iddiaçı polisə 102-yə müraciət edir ki, onun mənzili zəbt edilib, elə həmin tarixdə də, yəni 2019-cu ilin fevralında üçüncü şəxsin nümayəndəsi ilə "xxxx" ASC arasında qeyd edilən müqavilə bağlanır. Bu sübut da təsdiq edir ki, mənzil üçüncü şəxsə 2006-cı ildə təhvil verilə bilməzdi. Həmçinin işə əlavə edilmiş cavabdehin cavab məktubu ilə də sübut edilir ki, üçüncü şəxsin həmin mənzilə heç bir aidiyyəti olmamış, mənzil 2010-cu ildən iddiaçıya təhvil verilmişdir. Bu hallar təsdiq edir ki, mənzilə ilkin sahiblik üçüncü şəxs tərəfindən deyil üçüncü şəxsə aiddir.
28. Həmin əmlak hazırkı iş üzrə üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişdir. Belə ki, işin yuxarıda qeyd edilən işin hallarından da görünür ki, mübahisəli mənzil 2019cu ilə kimi, üçüncü şəxsə heç bir aidiyyəti olmamışdır. Bu səbəblə də qeyd edilən normanın üçüncü cümləsinə diqqət etmək lazımdır. Üçüncü cümlədə də qeyd edilir ki, öhdəliyin hansı kreditorun xeyrinə əmələ gəlməsini müəyyən etmək mümkün deyildirsə, hüquq iddianı daha əvvəl irəli sürənindir. İş materiallarından da aydın olur ki, öhdəliyin kimin xeyrinə daha əvvəl əmələ gəlməsini müəyyən etmək mümkün deyildir. Çünki, həm iddiaçının, həm də üçüncü şəxsin maliyyə arayışlarında tarix göstərilməmişdir, bu səbəblə də hüquq iddianı verənə, yəni iddiaçıya aid edilməlidir. Məhkəmə n ə işin hallarına düzgün hüquqi qiymət vermiş, nə də qeyd edilən normanı düzgün tətbiq etmişdir.
29. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutlara vizual baxışla baxarkən belə görünən hallara düzgün qiymət verməmişdir. Üçüncü şəxsin təqdim etdiyi alqı-satqı müqaviləsi 2006-cı ilə aid olsa da, nədənsə müqavilənin yazıldığı vərəqələr iddiaçı ilə cavabdeh arasında bağlanmış 2010-cu il tarixli müqavilədən daha təzədir. Adi gözlə baxıldığı zaman bilinən bu hala məhkəmə necə hüquqi qiymət verə bilərdi axı. Daha sonra üçüncü şəxs müqavilənin daha əvvəl bağlandığını iddia etsə də, cavabdeh tərəfindən iddiaçıya təqdim edilən məktubdan da görünür ki, belə bir müqavilə ümumiyyətlə olmamışdır. İşin hallarından da görünür ki, cavabdehin həmi n mənzilə faktiki sahibliyi 2006-cı ildən deyil, yalnız 2019-cu ildən olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs X3 və vəkili Vəkil2 tərəfindən verilmiş etiraz daxil olmuşdur. X1 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olma q, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
33. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 452.1. Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi i cra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
34. Mənzil Məcəlləsi Maddə
112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperat ivi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi b inalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı
36. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq pros essual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 42.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1370/2022 nömrəli mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q