Məhkəmə qərarları › İş №2(102)-756/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-756/2023

27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-756/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X5 LTD” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı və zərərin əvəzinin ödənilməsi tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), X2 və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1764/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin h allarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 19 aprel 2016-cı il tarixli əmək müqaviləsi ilə İddiaçı (bundan sonra iddiaçı) “X5 LTD” MMC-də (bundan sonra-cavabdeh və ya MMC) ekspeditor vəzifəsinə işə qəbul edilmişdir.

3. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə görə iddiaçının aylıq əmək haqqı 180 manat müəyyən edilmiş, sonrakı dəyişikliklə 250 manat əmək haqqı verilməsi nəzərdə tutulmuşdur.

4. MMC-nin 15 avqust 2020-ci il tarixli, 99/k saylı əmri ilə əmək müqaviləsinə 17 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə i lə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manat əmək haqqının, əmək haqqını qanunsuz saxladığına görə hər gün üçün 3% ödəncin, Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsinə görə iddiaçıya hər ay 250 manat əmək haqqı verilməli idi. İşlədiyi dövrdə ona əmək haqqı hesablanmasına və adına bank kartı olmasına baxmayaraq, həmin kart və o karta vurulan əmək haqqı ona ödənilməmiş dir. Şirkət tərəfindən ona əmək haqqı ayrılmasını bu barədə elektron sistemdən çıxarışı əldə etdikdən sonra məlumatlı olmuşdur. Bu barədə xəbəri olduqdan sonra 15 iyul 2020-ci il tarixli ərizə ilə cavabdehin rəhbərliyinə müraciət edərək ona çatası əmək haqqının ödənilməsini xahiş etsə də, onun ərizəsi cavabsız qoyulmuşdur. Əmək müqaviləsinin bağlanma tarixdən işlədiyi 5 il, yəni 60 ay üçün hər ay 250 manat əmək haqqı hesablandığından 15000 manat edir. Cavabdeh iddiaçıya çatası əmək haqqını mənimsəyərək vaxtında ona ödəməmiş, buna görə də qanunvericiliyin tələbinə görə hər gün üçün 1 % əlavə haqq ödəməlidir. Həmçinin cavabdeh ona məxsus olan pul vəsaitini qanunsuz olaraq saxladığından qanunvericiliklə müəyyən edilmiş illik 5% məbləğində haqqı da ödəməlidir.

7. Cavabdeh birinci instansiya mə hkəməsinin iclasında iddiaya qarşı etiraz edərək, bildirmişdir ki, MMC özəl müəssisə olduğundan və iddiaçı ekspeditor olduğuna görə iddiaçıya vəzifə maaşından kənar əlavə ödənişlər edilmişdir. Əlavələrin həcmi iddiaçının satdığı və ya payladığı məhsulun həcminə əsasən dəyişirdi. İddiaçıya artıq 1200, 1300 və ya 1600 manat məbləğədək ödəniş edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçının maaş kartına son haqq hesab ödənilmişdir. Həm də iddiaçıya indiyədək 3009,79 manat əmək haqqı hesablanaraq ödənilmişdir.

8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehdən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün əmək h aqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manatın alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh təşkilatın nümayəndəsi hüquqlarını müdafiə etdiyi MMC-nin özəl müəssisə olduğunu, iddiaçının şirkətdə ekspeditor işlədiyinə görə vəzifə maaşından kənar əlavə ödənişlər edildiyini və əlavə ödənişlərin daxilində iddiaçıya vəzifə maaşının da ödənildiyini bildirmiş, əlavə ödənişlərin ödənilməsi məhkəmədə təsdiqini tapsa da əmək haqqının ödənilməsi ilə bağlı cavabdeh təşkilat həmin halları təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.

10. Bundan başqa, iş material larında olan MMC tərəfindən verilmiş cədvəldən görünür ki, iddiaçıya Rabitəbank vasitəsi ilə 2016-2020-ci il tarixlərini əhatə edən ödənilmiş əmək haqqının illər və aylar üzrə məbləği 3009,79 manat təşkil edir.

11. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehdən 3009,79 manat əmək haqqı məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

12. Bundan başqa məhkəmə iddia tələbinin əmək haqqı qanunsuz saxlanıldığına görə hər gün üçün 3% ödənilməsi hissəsinin də qismən təmin olunması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmədə işin faktiki hallarından görünür ki, iddiaçı işlədiyi illər ərzində əmək haqqını cavabdeh təşkilatın təqsiri nəticəsində almamışdır və məhkəmə tərəflər arasında balansı nəzərə alaraq hesab edir ki, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir.

13. Məhkəmə iddia tələbinin Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissələrlə bağlı sübutlar və əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Əmək Məcəlləsinin 9-cu maddəsinin d bəndinə, 172.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edi lməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat əmək müqaviləsi üzrə ona müəyyənləşdirilmiş 250 manat əmək haqqını bu günə kimi verməmiş və müxtəlif bəhanələr gətirməklə nəinki ümumilikdə toplanmış 14000 (on dörd min) manat məbləğində əmək haqqını vermək istəmir, hətta ona məxsus olan əmək haqqı kartını da verməkdən imtina edir. 2016-cı ildən işdən çıxana qədər əmək haqqı almayıb, ona verilməli olan əmək haqqı barədə məlumatı olmayıb. Ona əmək haqqı verilməli olduğu barədə 2020-ci ilin aprel ayında xəbərdar olub. Tələb etməyinə baxmayaraq ona məxsus plastik kartı təqdim etmədilər.

17. Cavabdeh MMC-nin vəkili şikayətinə etiraz edərək apelyasiya məhkəməsinin iclasında bildirmişdir ki, cavabdeh təşkilatda gedən audit yoxlaması zamanı iddiaçının mənimsəməsinin olduğu aşkar edilmişdir. Bu barədə mülki qaydada tərəflərindən iddia qaldırılıb. Həmçinin prokurorluqda da müvafiq araşdırılma aparılmaqdadır. İddiaçının barəsində danışdığı plastik kart müəssisədədir. İddiaçıya gəlib kartını götürməsi təklif olunsa da gəlməmişdir. Kartda hazırda təxminən 3000 manatdan yuxarı məbləğdə pul olmalıdır, gəlib təhvil ala bilər. Təkrar olaraq qeyd edir ki, iddiaçının 2018-ci il də işdən azad edilməsinin səbəbi mənimsəmə faktının aşkarlanmasıdır. Əmək haqqına dair cədvəlləri də təqdim edib. İddiaçının müqavilə ilə nəzərdə tutulan əmək haqqı məbləği kartına köçürülmüşdür.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 15 dekabr 2021-ci il tarixli, 2(105)-3267/2021 nömrəli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh təşkilat əmək haqqı kartının cavabdehə verilməsindən heç bir zaman imtina etməmişdir. O, istədiyi vaxt müraciət edib ala bilər.

20. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən 2016-cı il tarixdən ona hesablanmış 14000 manat əmək haqqının tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmiş, iddiasını və apellyasiya şikayətini əsaslandıra bilməm işdir.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə istinad etməklə hesab etmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinin, 12-ci maddəsinin 1-ci hissəsinin “a” və “x” bəndləri, 155-ci maddəsinin 1-ci hissəsi, Mülki Məcəlləsinin 375.2-ci maddəsi, habelə Mülki Prosessual Məcəlləsinin 81, 88 və 220.5-ci maddələri pozulmuşdur. Belə ki, məhkəmə iddiaçıya ödənilməli olan əmək haqqının məbləğini müəyyən edərkən cavabdehin təqdim etdiyi cədvələ istinad etmişdir. Lakin aylıq əmək haqqı məbləğinin müqavilə üzrə müəyyən edilməli olmasını nəzərə almamış, eyni zamanda həmin cədvəldə əmək haqqının bank vasitəsi ilə ödənilməsi qeyd olunduğu halda, pulun iddiaçının xeyrinə tutulmaqla ziddiyyətli nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə mübahisəyə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsini tətbiq edərkən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə vermədiyini nəzərə almamışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2801/2022 nömrəli, 13 iyun 2022-ci il tarixl i (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

25. Kassasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddianı qismən təmin edən məhkəmələr cavabdehin iddiaçıya ödəməli olan əmək haqqı üzrə borcun məbləğini müəyyən edərkən cavabdeh MMC-nin təqdim etdiyi kompüter vasitəsi ilə çap olunan cədvələ (i.v. 44, 68) istinad etmişlər. Həmin cədvələ görə X1 2016-cı ilin aprel ayından 2020-ci ilin avqust ayına kimi ümumilikdə 3497,61 manat məbləğində əmək haqqı hesablanmış, ondan 226,99 manat hissəsi kassa, 3270,62 manat hissəsi bank vasitəsi ilə ödənilmiş, bank vasitəsi ilə ödənilən məbləğin 3009,79 manat hissəsi isə "xxxx" ASC, 260,83 manat hissəsi isə "xxxx" ASC vasitəsi ilə ödənilmişdir.

26. Məhkəmələr məhz "xxxx" ASC vasitəsi ilə ödənilməli olan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını təmin etmişlər.

27. Lakin apellyasiya instansiyası məhkəməsi həmin cədvəlin sübut kimi mötəbərliliyinə hüquqi qiymət verməmişdir. Belə ki, həmin cədvəl sadə formada çap edilməklə, hər hansı bir vəzifəli şəxs tərəfindən imzalanmamışdır. Cədvəlin bir nüsxəsi yalnız "xxxx" qeydi edilməklə, naməlum şəxsin imzası və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Digər tərəfdən cədvəldən müəyyən olunur ki, iddiaçıya işlədiyi dövrdə 23,68 manatdan 170,23 manatadək müxtəlif məbləğlərdə əmək haqqı hesablanmışdır. Halbuki, iş materiallarınd a olan əmək müqaviləsindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçı ilə əmək müqaviləsi bağlanılan zaman əmək haqqı kimi 180 manat, 17 sentyabr 2019-cu il tarixli dəyişiklikdən sonra isə 250 manat ödənilməsi nəzərdə tutulmuşdur.

28. Cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş əmək haqqından daha aşağı əmək haqlarının hesablanmasını əsaslandırmamış, apellyasiya məhkəməsi isə həmin ziddiyyəti araşdırmamış və iddiaçının tələbini sübut edə bilmədiyini göstərməklə apellyasiya şikayətini rədd etmişdir. Halbuki müqavilənin şərtləri mübahisə predmeti deyildir.

29. Həmçinin məhkəmə qeyd olunan cədvəli əmək haqqının hesablanması üçün əsas kimi qəbul etdiyi halda da, nə səbəbdən yalnız "xxxx" ASC-yə köçürülməli olan məbləğin tutul malı olmasını əsaslandırmamışdır.

30. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əlavə olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə istinad etmiş və bununla maddi hüquq normalarını pozmuşdur. İlk olaraq ona görə ki, hazırki tələb pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır. Digər tərəfdən isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə belə ərizə verilməmişdir. Yəni hazırki mübahisəyə Əmək Məcəlləsinin 296-cı maddəsinin tətbiqi ümumiyyətlə istisna olunur.

31. Odur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıya olan əmək haqqı borcunun müəyyən edilməsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən, iddia tələbinin digər hissələri isə qeyd olunan tələbdən irəli gəldiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

32. Apellyasiya instansiyası məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(105)1764/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və Z.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən, qanunsuz olaraq iddiaçıya məxsus pul vəsaitini sax ladığı üçün gecikdirilmiş faiz borcunun illik 5% hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya ödənilməmiş qalan əmək haqqına illik beş faiz hesablanmaqla cəmi 231,72 manatın cavabdehdən tutularaq ona ödənilməsi qət edilmiş, qətnamə cavabdehdən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manatının alınaraq iddiaçıya ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

33. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan əmək müqaviləsindən görünür ki, tərəflər ilk dəfə müqavil ə bağlayarkən işçinin aylıq əmək haqqı 180 manat müəyyən edilmiş, sonrakı dəyişikliklə bu məbləğ 250 manat həcmində müəyyən edilmişdir. Başqa sözlə, iddiaçının iddiasının hüquqi əsası kimi qeyd olunan əmək müqaviləsi və ona edilmiş dəyişiklik çıxış edir. Adi hesablamaya görə iddiaçı bütün dövr üçün, yəni xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək əmək müqaviləsi üzrə cəmi 10077,33 manat əmək haqqı almalı idi. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçı işçi olaraq, aldığı pulu faiz (?) hesab etsə də, hər bir halda cavabdeh Cəmiyyətdən hər ay əmək haqqı almışdır. Müxtəlif rəqəmlər səsləndirilsə də, iddiaçının özünün yazılı etirafına görə bu məbləğ aylıq 150 manat olmuşdur. Belə olan halda iddiaçı bütün əmək münasibətləri dövründə 7760 manat əmək haqqı almış olur. Beləliklə, iddiaçının işlədiyi illər ərzində almadığı əmək haqqına görə hazırda almalı olduğu məbləğ 2317,33 təşkil edir. Qeyd olunan məbləğ isə sadə riyazi hesablama qaydasında ortaya çıxır. Yəni ki, işin faktiki hallarından məlum olduğu kimi, iddiaçı xx.xx.2016-cı il tarixdə işə götürüldüyü andan, həmin müqaviləyə 13 sentyabr 2019-cu il tarixdə edilən dəyişikliyə qədər, onun aylıq əməkhaqqı məbləği 180 manat təşkil etmişdir. Ona görə də həmin interval arasında 40 ay, 24 gün müddətinə aylıq 180 manat əmək haqqı hesablandıqda, (40x180+24x6) xx.xx.2019-cu ildə müqaviləyə edilən dəyişiklikdən, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2020-ci il tarixədək isə keçən 10 ay, 28 gün müddətinə isə aylıq əmək haqqı məbləği 250 manatla hesablandıqda (10x250+28x8.33) məlum olur ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində ümumilikdə 10077,33 manat məbləğində əmək haqqı almalı idi. İddiaçının özünün etirafına görə o işlədiyi müddət ərzində hər ay aylıq 150 manat əmək haqqı almışdır. İddiaçı işlədiyi dövr ərzində 51 ay, 22 günə (51x150+22x5) ümumilikdə 7760 manat əmək haqqı almışdır. Beləliklə, sadalanan halların yekunu kimi apellyasiya kollegiyasının qənaətincə, iddiaçının işlədiyi illər ərzində almadığı əmək haqqına görə hazırda almalı olduğu əmək haqqı məbləği 2317,33 təşkil edir.

34. İşə baxan məhkəmə isə iddianı qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə 3009,79 manat tutulmalı olması qənaətinə gəlmişdir. Cavabdeh qətnamədən şikayət verməmiş, dolayısıyla qətnaməylə razılaşmışdır.

35. İddiaçı ümumilikdə toplanmış 15000 (on beş min) manat məbləğində əmək haqqının verilməməs ini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. İş üzrə yeganə mötəbər və legitim sübut tərəflər arasında bağlanmış əmək müqaviləsidir ki, həmin müqavilə üzrə də iddiaçıya çatacaq məbləğ daha öncə müəyyən edilən miqdardadır.

36. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kompüter vasitəsi ilə çap olunan cədvəli də (i.v. 44, 68) mötəbər sübut hesab etməyərək qeyd etmişdir ki, həmin cədvəl sadə formada çap edilməklə, hər hansı bir vəzifəli şəxs tərəfindən imzalanmamışdır. Cədvəlin bir nüsxəsi yalnız "xxxx" qeydi edilməklə, naməlum şəxsin imzası və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. Həmin cədvələ görə iddiaçıya 2016-cı ilin aprel ayından 2020-ci ilin avqust ayına kimi ümumilikdə 3497,61 manat məbləğində əmək haqqı hesabla nmış, ondan 226,99 manat hissəsi kassa, 3270,62 manat hissəsi bank vasitəsi ilə ödənilmiş, bank vasitəsi ilə ödənilən məbləğin 3009,79 manat hissəsi isə "xxxx" ASC, 260,83 manat hissəsi isə "xxxx" ASC vasitəsi ilə ödənilmişdir. Digər tərəfdən cədvəldən müəyyən olunur ki, iddiaçıya işlədiyi dövrdə 23,68 manatdan 170,23 manatadək müxtəlif məbləğlərdə əmək haqqı hesablanmışdır. Halbuki, daha öncə də qeyd olunduğu kimi iş materiallarında olan əmək müqaviləsindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçı ilə əmək müqaviləsi bağlanılan zaman əmək haqqı kimi 180 manat, 17 sentyabr 2019-cu il tarixli dəyişiklikdən sonra isə 250 manat ödənilməsi nəzərdə tutulmuşdur.

37. Məhkəmə kollegiyası iddiaçı qanunsuz olaraq ona məxsus olan pul v əsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, işin tədqiq olunan faktiki hallarından məlum olduğu kimi iddiaçının işçi olaraq son haqq-hesabı işəgötürən cavabdeh tərəfindən ona tam ödənilməmiş, başqa sözlə, cavabdeh iddiaçı qarşısında öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı iddia tələbinin qeyd edilən hissəsində qismən də olsa haqlıdır. Bu səbəbdən işdən azad edildiyi gündən məhkəməyə müraciət etdiyi günədək ödənilməmiş qalan əmək haqqına illik beş faiz hesablanmaqla yuvarlaq olaraq cəmi 231,72 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdır.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi güman edilən 150 manat pul vəsaitinin iddia tələbini təşkil edən məbləğdən çıxılmalı olması ilə bağlı qənaətə gələrkən mövcud praktikaya əsasən satış sahəsində çalışan işçilərə, həyata keçirilən satış əməliyyatlarına görə əmək haqqına əlavə olaraq ödənclərin verilməsinin olduqca təbii olduğunu və stabil əmək haqqından əlavə işçiləri həvəsləndirmək məqsədi ilə ödənclərin verilməsinin qanunla da tənzimlədiyini nəzərə almamış, bu barədə araşdırma aparmamışdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi güman edilən 150 manat pul vəsaitinin iddia tələbini təşkil edən məbləğdən çıxılmalı olması ilə bağlı qənaətə gələrkən tərəflər arasında bağlanmış əmək müqaviləsində stabil əmək haqqından başqa hər hansı əlavələrin nəzərdə tutulub tutulmadığını araşdırmamışdır. Məhkəmə tərəfindən iddiaçının cavabdehdən hər ay 150 manat olmaqla 51 ay pul vəsaiti alması barədə ciddi araşdırma aparılmadan nəticəyə gəlinmiş, həmçinin, həmin ehtimal olunan pul vəsaitinin əmək müqaviləsi ilə razılaşdırılmış stabil aylıq məvacib yoxsa digər ödəniş olması ilə bağlı heç bir araşdırma aparmamışdır. Halbuki, iddiaçı hər ay deyil, məhz müəyyən aylarda, bəzən cavabdeh tərəfindən ona 150 manat ödənildiyini bildirmiş və bu məbləğin müqavilə üzrə müəyyənləşdirilmiş 250 manat əmək haqqının bir hissəsi olduğunu yox, satış etdiyi mallara görə ödənilən əlavə faiz olduğunu demişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

41. Maddə 3, bənd

5. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

42. Maddə 154, bənd

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

43. Maddə 172, bənd

1. Aylıq əmə k haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

44. Maddə

287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

45. Maddə

192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar ed ildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar (1-ci və 2-ci hissələr). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi v ə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1764/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar