Məhkəmə qərarları › İş №2(102)-757/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-757/2024

21.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-757/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-757/2024 Açar sözlər: prosessual müddətin bərpasından imtina, kassasiyanın geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3981/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2 1 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 6 sot torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı ar asında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6325/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(001)- 6325/2022 №-li mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair 2(003)-1817/2022 №-li mülki işlə birlikdə birləşdirilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qəra ra alınmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı Məmmədİsmayıl qızına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir.

5. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(103)- 3981/2023 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Həmin qətnamədən İddiaçı vəkili Vəkil1 kassasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(103)-3981/2023 nömrəli qərardadı ilə İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

9. Kassasiya şikayətinin geri qaytarılmasına səbəb ondan ibarət olmuşdur ki, kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən təqdim olunmuşdur. İddiaçının adından k assasiya şikayətini verən və imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) şikayətə əlavə edilməmiş, yalnız vəkilin orderi əlavə edilmişdir.

10. Daha sonra İddiaçı 06 noyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3981/2023 saylı 26 iyul 2023-cü il tarixli qətnaməsi üzrə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpasını xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışıdr ki, o, nümayəndəsi və vəkili vasitəsilə kassasiya şikayəti vermiş, şikayət nümayəndəyə verilmiş etibarnamənin müddətinin bitməsi, iddiaçının kassasiya şikayətini imzalayan vəkilin səlahiyyətlərini təsdiq edən etibarnamə mövcud olmaması səbəbi ilə geri qaytarılmışdır. İddiaçı bu barədə məlumatsız olmuş, daha sonra v əkilinə notarial qaydada etibarnamə vermişdir. Hazırda yenidən müraciət edir, kassasiya şikayətini vermə müddətinin ötürülməsinin üzürlü hesab edilməsini xahiş edir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(103)-3981/2023 nömrəli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(103)- 3981/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi rədd edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 28 sentyabr 2023-cü i l tarixdə qəbul edilmişdir. Həmin qərardad barədə tərəflərə 11 oktyabr 2023-cü il tarixdə məlumat verilmişdir. Kassasiya şikayətinin geri qaytarılmasına dair qərardadda göstərilən nöqsanlar qısa müddət ərzində aradan qaldırılmalı olduğu halda, iddiaçının adından kassasiya şikayətinin verilməsi (imzalanması) səlahiyyətini təsdiq edən etibarnamənin 26 oktyabr 2023-cü il tarixdə verildiyi iş materiallarından müəyyən olunmuşdur. Həmçinin buraxılmış müddətin bərpası barədə ərizə iddiaçı tərəfindən 06 noyabr 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Halbuki qərardadda qeyd olunan nöqsanlardan iddiaçı 11 oktyabr 2023-cü il tarixdən məlumatlı olmuşdur. Kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin üzürlü səbəbdən ötürülməsini sübut edən dəlillər idd iaçı tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı ərizəsində göstəridiyi hallar təkzib olunduğundan və müddətin üzürlü səbəbdən ötürülməsi üçün əsaslar olmadığından, kollegiya hesab edir ki, ərizə təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmədiyindən onun tərəfindən verilmiş kassasiya şikayəti də geri qaytarılmalıdır.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 128.1, 405.0.1, 130.1, 133.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə qəbul etdiyi bu qərardadın əsaslandırıcı hissəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından tərəflərə 11 oktyabr 2023- cü il tarixində məlumat verildiyini bildirsə də, İddiaçı tərəfindən həmin qərardadın xx.xx.2023-cü il tarixində alınmasına dair mülki işin sənədlərində heç bir sübut yoxdur. Əgər məhkəmə həmin qərardadın İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsilə çatdırılması qənaətinə gəlmişsə, onda açıq-aydın görünür ki, İddiaçı “Elektron Məhkəmə” sistemində “Elektron kabinet”i və eyni zamanda “Asan imza”sı yoxdur. Azərbaycan Respublikası MPM-nin10-1.9-cu maddəsinə görə də rəsmi mə hkəmə sənədlərinin proses iştirakçılarının elektron qaydada göndərməsi işə baxan məhkəmə tərəfindən təmin edilməlidir. Lakin işin hallarından açıq-aydın görünür ki, İddiaçı elektron qaydada hər hansı bir sənəd göndərilməmişdir. Ona görə də məhkəmənin bu qənaətə gəlməsi tamamilə əsassız və qanunsuzdur. Lakin hər bir məhkəmə üçün əsas olaraq qanunvericiliyin tələbləri məcburi olduğu üçün hal-hazırki iş üzrə işə baxan məhkəmə tərəfindən də MPM-nin 14-cü maddəsinə istinad edilərək İddiaçı də onun adına verilmiş etibarnamənin müddətinin bitməsi ilə əlaqədar xəbərdarlıq edilməli idi. Lakin işin hallarından görünür ki, İddiaçı bu barədə heç bir məlumat verilməmiş və bununla da MPMnin 14-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Eyni zamanda, o, ağır xəstə olduğu üçün mütəmadi olaraq mü ayinə və müalicə olunur. Oktyabr-noyabr ayları ərzində onun sağlamlıq vəziyyəti pisləşdiyi üçün müalicəyə ehtiyacı var idi və bu səbəbdən də məhkəmə işləri ilə maraqlana bilmirdi. Eyni zamanda xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi COVİD-19 xəstəliyinə tutulduğu üçün üzürlü səbəblərə görə hərəkət etmək imkanları məhdudlaşmışdır. Lakin əfsuslar olsun ki, prosessual müddətin bərpa edilməsi üçün yetərincə qədər hüquqi əsasların olmasına baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq ərizəsi nəzərə alınmamış və prosessual müddət bərpa olunmamışdır. Bununla da MPM-nin133-cü maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehin vəkili Vəkil4 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxla nılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

21. Maddə 405.0.1. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiya sı məhkəməsi tərəfindən qaytarılır.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyas ına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

29. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

30. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

31. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 28 sentyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Həmin qərardad barədə tərəflərə 11 oktyabr 2023-cü il tarixdə məlumat verilmişdir. Kassasiya şikayətinin geri qaytarılmasına dair qərardadda göstərilən nöqsanlar qısa müddət ərzində aradan qaldırılmalı olduğu halda, iddiaçının adından kassasiya şikayətinin verilməsi (imzalanması) səlahiyyətini təsdiq edən etibarnamənin 26 oktyabr 2023-cü il tarixdə verildiyi iş materiallarından müəyyən olunmuşdur. Həmçinin buraxılmış müddətin bərpası barədə ərizə iddiaçı tərəfindən 06 noyabr 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Halbuki qərardadda qeyd olunan nöqsanlardan iddiaçı tərəf 11 oktyabr 2023-cü il tarixdən məlumatlı olmuşdur.

32. İddiaçının elektron kabinetinin olmaması, xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixdən məlumatlı olması barədə qərardadda qeyd edilənlərin əsassız olmasın barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-75-ci maddələrində nümayəndəlik institutunun prosessual hüquq və vəzifələri aydın şəkildə verilmişdir ki, həmin normaların məzmunundan da aydın olduğu kimi, nümayəndə şəxsin vermiş olduğu etibarn amə əsasında onun adından hərəkət etmək iqtidarında olur. Nümayəndə məhkəmə aktını əldə etməsi barədə tərəfə vaxtında məlumat verməmişsə, bu hal məhkəmə aktının tərəfə çatdırılmaması hesab edilə, onun hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. Hazırkı halda nümayəndənin cavabdehə məhkəmə aktını elektron kabinet vasitəsi ilə əldə etməsi barədə məlumat verməməsi prosessual qanunvericiliyin pozuntusuna əsas verə bilməz. Əks halda bu vəziyyət prosessual hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaratmış olardı ki, bu da yolverilməzdir.

33. Göründüyü kimi iddiaçı qanuna uyğun kassasiya şikayəti ilə məhkəməyə müraciət edəndə kassasiya şikayəti vermək üçün müddət ötürülmüşdü. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.

34. İddiaçı bu müddətin səhhətində yaranmış problemlərlə bağlı olması, hərəkət məhdudiyyyətinin olması barədə də məhkəməyə heç bir sübut təqdim etməmiş, istinad etdiyi tarixlərdə nümayəndəsinə notariat orqasnında etibarnamə vermişdir.

35. İddiaçı qanunla müəyyən edilmiş qaydalara uyğun olmayan kassasiya şikayəti verilməsindən irəli gələn hüquqi nəticələrə görə özü məsuliyyət daşıyır. Tərəflər onlara verilmiş hüquqlardan düzgün istifadə etməyə, verilmiş hüquqlardan sui-istifadə etmədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə şərait yaratmağa borcludurlar.

36. Tərəfin bu cür hərəkət etmək vəzifəsi MPM-nin 47-ci madd əsində də təsbit edilərək göstərilir ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

37. Kassasiya şikayətində göstərilmiş dəlillər müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməsini istisna edir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

39. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən as ılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

40. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

41. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3981/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar