Məhkəmə qərarları › İş №2(102)-758/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-758/2023

16.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-758/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-758/2023 Açar sözlər: məcburi köçkünlərin zəbt olunmuş qeyri-yaşayış sahəsindən çıxarılması, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ərazidən çıxarılma” tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-2852/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 16 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 725 №-li sərəncamı ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsini Dövlət Proqramı”na və Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin haqqında “Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Preziden tinin “tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” 2 dekabr 1997-ci il tarixli 646 saylı fərmanının icrasını təmin etmək məqsədilə Rabitə Nazirliyinin ünvan 1 ünvanında yerləşən İddiaçı Layihə-Tikinti Birliyinin mərkəzi aparatının və ünvan 2 ünvanında yerləşən 1 saylı Tikinti quraşdırma İdarəsinin bazasında İddiaçı açıq tipli səhmdar cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (Emissiya prspekti) təsdiq edilmiş, hüquq idarəsinə İddiaçı səhmdar cəmiyyətinin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılmışdır.

2. İddiaçı ATSC xx.xx.1999-cu il tarixdə ********** nömrə (əvvəlki dövlət qeydiyyatı № 66) ilə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X 2r, hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 10-dur. Cəmiyyətin xx.xx.2002-ci il tarixdə texniki pasportu tərtib edilmişdir. Həmin texniki pasportda tikinti altı sahə 3017,6, ümumi sahə 3337,4, əsas sahə 1646,4, köməkçi sahə 1691,0 kv metr göstərilmiş, tikililərin planı və təsnifatı verilmişdir.

3. Cavabdeh1 1997-ci ildən cəmiyyət məxsus ərazidə məskunlaşmış, Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə orada yaşamağa başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv m olan ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, mülkiyyət forması xüsusidir. Qubadlı rayonu xx.xx.1993-cü il tarixdə işğal edildikdən sonra cavabdehlər iddiaçı şirkətə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən inzibati binada məskunlaşmışdır. Bu hal iddiaçıya maddi ziyan vursa da, iddiaçı şirkət rəhbərliyi bu müddət ərzində cavabdehlərə humanist davranaraq heç bir tələb irəli sürməmişdir. Cavabdehlərin digər qohumları da orada məskunlaşmış olsalar da, sonadan qeyri-yaşayış binasını boşaltmışdırlar. Lakin, cavabdehlərə dəfəl ərlə müraciət edilərək qeyri-yaşayış sahəsinin boşaldılması tələb olunsa da, onlar heç bir əsas gətirmədən imtina etmişdir. Bu da iddiaçının mülkiyyət hüquqlarını, eləcə də sahibkarlıq fəaliyyətini məhdudlaşdırır.

6. Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 120 kv m olan, 3 otaqlı evin hazırki bazar dəyəri 80.000 manat məbləğində pul vəsaitinin, ümumi sahəsi 50 kv.metr olan, 1 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət evin hazırki qiyməti 30000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər.

7. Qarşılıqlı iddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsa slandırılmışdır ki, iddiaçı tərəfindən onlara yaşamaq üçün vaqon verilmişdir. Şirkətin rəhbərliyinin razılığı ilə həmin ərazidə əvvəlcə bir otaqlı ev, sonradan isə 3 otaqlı ev inşa edilmişdir. Evin tikintisinə və təmirinə 60000 manat pul xərcləmişdir. Tikinti materiallarının bahalaşması ilə əlaqədar hesab edirlər ki, evin hazırki bazar dəyəri 80000 manatdır. Bir otaqlı evin dəyəri isə 30000 manatdır. Cavabdeh1 iddiaçının binasının yerləşdiyi həyətdə öz şəxsi vəsaiti hesabına inşa etdiyi evdə yaşayır. Belə olan halda, evinin yerləşdiyi torpaq iddiaçıya məxsus olsa da, ev ona məxsusdur.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5643/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) ilk iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddia çı ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv m olan ərazidən çıxarılması və həmin ərazinin boşaldılaraq İddiaçı ATSC-yə təhvil verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı onun texniki pasportunda göstərilən ərazinin və 3337,4 kv metr qeyri-yaşayış sahəsinin qanuni sahibidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Buna görə də, iddia təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı hesab etmişdir ki, Cavabdeh1 1997-ci ildən cəmiyyət məxsus ərazidə mskunlaşmış və hazırd a anası, arvadı və övladı ilə birlikdə orada yaşayır. Onlar yaşayış şəratlərini yaxşılaşdırmaq məqsədilə orada müəyyən abadlıq işləri etmişdilər. Qarşılıqlı iddia üzrə iddiaçıların iddiasının hüquqi əsası əsassız varlanmadan ibarətdir. Lakin cavabdeh cəmiyyət torpağın boşalıdlaraq ona təhvil verilməsini istəyir, orda inşa edilmiş hər hansı bir əmlaka sahiblik etmək istəmir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçıların hüquqları cəmiyyət tərəfindən pozulduğu təqdirdə onlar zərərin əvəzinin tələb edə bilərlər. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) isə onların hər hansı bir hüququnu pozmamış, əksinə 30 ilə yaxın müddətdə yaşamağa imkan yaratmışdır. Həmçinin, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) hazırda da iki illik kirayə haqqını ödəmək təklifi irəli sürmüş, lakin təklif qəbul edilməmiş dir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 164.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 360-cı maddələrinə, Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 208-1 Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinnin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»nin 7.2, 7.5, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 №-li fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması haqqında Əsasnamə»nin 2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-2852/2022 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2022-ci il tarixli 10/2737 nömrəli rəyi ilə, baxış zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus torpaq sahəsinin sərhədləri və cavabdehlərin faktiki yaşayış yerləri müəyyən edilmiş, həmin torpaq sahəsinin sərhədləri daxilində yerləşən “J” literli talvarın altında tikili inşa edilməsi, “F” literli tikili üzərində isə konstruktiv dəyişikliklər və təmir işləri aparıldığı müəyyən edilm iş, aparılan təmir tikinti işlərinin dəyəri təqribən 48840,2 manat müəyyən edilmişdir. Rəyin təsviri hissəsində “J” literli talvarın altında yaşayış otağı, hamam, mətbəx və toyuq hini inşa edildiyi, “F” literli tikili üzərində isə konstruktiv dəyişikliklər aparılaraq arakəsmə divarlar inşa edilərər yeni otaqlar yaradıldığı, tikilinin dam örtüyünün dəyişdirildiyi, giriş hissəsinin 80 sm hündürlükdə hörüldüyü, üzərinə dam örtüyü vurulduğu, tikilinin daxilinin təmir edildiyi müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının) 28 sentyabr 2022-ci il tarixli, 2(103)-2852/2022 nömrəli qətnaməsi ilə (hakimlər Rafael Eyvazovun sədrliyi və məruzəsi ilə, Şərafət Məmmədova və Fuad Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsin in qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. İşin hallarından və işdə olan sübutlardan müəyyən olunmuşdur ki, cavabdeh tərəf Qubadlı rayonundan məcburi köçkün kimi iddiaçıya məxsus ərazidə məskunlaşmış, hazırda da cavabdehlərin faktiki yaşadıqları tikililər iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh tərəfin müəyyən müddət ərzində iddiaçıya məxsus daşınmaz əmlakda məskunlaşaraq orada yaşaması faktı onların həmin əmlakdan qanuni əmlak hüquqlarını ehtiva edə bilməz. Həmçinin, onlar bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülkiyyət və daşınmaz əmlaka digər qanuni əmlak hüquqlarının məhdu dlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

17. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşən “J” literli talvarın altında tikili inşa etməsi və “F” literli tikili üzərində konstruktiv dəyişikliklər (təmir işləri) aparması halı da vəziyyəti dəyişdirmir. Cavabdeh tərəfin həmin təmir-tikinti işlərinə görə iddiaçıdan pul (kompensasiya) tələb etməsi əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Cavabdeh tərəfin inşa etdiyi tikili statusuna görə özbaşına tikili olmaqla, iddiaçının həmin tikiliyə görə kompensasiya və s. əsaslarla pul ödəməli o lması əsaslı sayıla bilməz.

18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mülki və torpaq qanunvericiliyi bir şəxsin başqasına məxsus torpaq sahəsində özbaşına inşa etdiyi tikiliyə (hazırki vəziyyətdə özbaşına tikili) görə kompensasiya tələb etmək hüququnu da müəyyən etməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 164.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 81, 107, 119.1, 384.0.1, 385.2-ci, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 17-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddələrinə və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.3, 1.4-cü, Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 208-1 Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinnin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»nin 7.2, 7.5-ci, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 №-li fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması haqqında Əsasnamə»nin 2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılmsı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən ərazi iddiaçıya məxsus olsa da, lakin həmin ərazidə tikilmiş ev, evin tikilməsinə sərf olunan materiallar Cavabdeh1 və Cavabdeh3 mülkiyyətidir. İddiaçının iddiasının təmin edilərək, qarşılıqlı iddianın təmin edilmədən, yəni Cavabdeh1 və Cavabdeh3 məhrum olacaqları əmlakın dəyəri ödənilmədən onların əmlaklarından məhrum edilmələri mülkiyyətçi kimi onların hüquqlarını pozur. Onlar öz mülkiyyətindən məhrum edilirlərsə, məhrum edildikləri əmlakın dəyəri onlara məhrum edən tərəfindən ödənilməlidir. Həmçinin, nə birinci instansiya məhkəməsi, nə də apellyas iya instansiyası məhkəməsində sözügedən ünvanda yerləşən iddiaçıya məxsus ərazidə tikilmiş ev, evin tikilməsinə sərf olunan materialların Cavabdeh1 və Cavabdeh3 mülkiyyəti olması barədə iddiaya heç bir münasibət bildirməmişdir. Bundan əlavə, məhkəmə mülkiyyət hüququ barədə qanun normalarına istinad edib, mülkiyyət hüqununun pozulması məsələsinə toxunsa da, lakin bu halın iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmiş, lakin mübahisəli ərazidə tikilmiş ev, evin tikilməsinə sərf olunan materialların Cavabdeh1 və Cavabdeh3 mülkiyyəti olmasını nəzərə almamışdır.

22. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 43-cü maddəsinin İ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 217-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (ə şyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

29. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır k i, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunu

30. Maddə

17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onlara bərabər tutu lan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

31. Maddə

5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası

32. Bənd 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşd irilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.

33. Bənd 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prose ssual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

42. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır (maddə 13.). Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.). Mülki Məcəllənin mənasına görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhr um etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.4.). Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, milli qanunlarla yanaşı beynəlxalq qanunveriliciyədə nəzər salındıqda müəyyən edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

45. Hazırki iş üzrə cavabdehlər Qubadlı rayonundan məcburi köçkün düşmüş şəxslər olmaqla, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yaşayırlar. Lakin onların 30 ilə yaxın həmin ərazidə yaşaması bu müddət ərzində iddiaçının öz əmlakına sahiblik, istifadə və sərəncam hüquqlarını qanunsuz məhdudlaşdırmaqla, iddiaçının dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur.

46. Məhkəmə kollegiyası hesab edir ki, məcburi köçkünlərin mənzillə təmin olunması öhdəliyi dövlətin vəzifəsi olduğundan məhkəmələr düzgün olaraq cavabdehlərin mübahisəli ərazidən çıxarılması qənaətinə gəlmişdirlər.

47. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə hesab edir ki, cavabdeh tərəfin həmin məskunlaşdığı sahəni yaşayış üçün yararlı hala gətirməsi, orada əlavə tikililər inşa etməsi ona həmin təmir-tikinti işlərinə görə iddiaçıdan pul (kompensasiya) tələb etməsinə əsas vermir. Cavabdeh tərəfin inşa etdi tikili statusuna görə özbaşına tikili olmaqla, iddiaçının həmin tikiliyə görə kompensasiya və s. əsaslarla pul ödəməli olması əsaslı sayıla bilməz.

48. Məhkəmə kollegiyası cavabdehin öz qarş ılıqlı iddiasının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə zərurət yoxdur.

49. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli 2(103)2852/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar