Məhkəmə qərarları › İş №2(102)-759/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-759/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-759/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1077/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları:

1. Şəki rayon X4 İcraiyyə Komitəsinin 29 avqust 1991-ci il tarixli, 203 nömrəli qərarının surətinə əsasən, Cəfərabad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0.06 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. 2. 3278 nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, Şəki rayon Cəfərabad kəndində yerləşən 13 saylı yanacaqdoldurma məntəqəsi (ümumi sahəsi 24.4 kv.m) və 1500.0 kv.m torpaq sahəsi hərracdan satış qiymətilə 9000 manata Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı satılmışdır. 3. 13 fevral 2019-cu il tarixli, **********60-06301 reyestr nömrəli texniki pasportun surətinə əsasən, Şəki rayonu, Cəfərabad kəndində yerləşən 13 saylı yanacaq doldurma məntəqəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. 4. 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, Şəki rayonu, Cəfərabad kəndində 0.15 hektar torpaq sahəsində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X7 Agentliyinin 10 oktyabr 2022-ci il tarixli, 4283 nömrəli nömrəli texniki təhlükəsizlik sertifikatının surətinə əsasən, Şəki rayonu, Cəfərabad kəndində İddiaçı məxsus təhlükə potensiallı obyektdə istifadə olunan 1 nömrəli yanacaq çəninin texniki təhlükəsizlik standartlarına, normalarına,qaydalarına və texniki sənədlərə uyğun olması təsdiq edilmişdir.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X7 Agentliyinin 10 oktyabr 2022-ci il tarixli, 4284 nömrəli texniki təhlükəsizlik sertifikatının surətinə əsasən, Şəki rayonu, Cəfərabad kəndində İddiaçı məxsus təhlükə potensiallı obyektdə istifadə olunan 2 nömrəli yanacaq çəninin texniki təhlükəsizlik standartlarına, normalarına,qaydalarına və texniki sənədlərə uyğun olması təsdiq edilmişdir.

7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X7 Agentliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli A-13795 nömrəli çıxarışın surətinə əsasən, İddiaçı məxsus obyekt “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 və X5 Agentliyi tərəfindən verilmiş 12 aprel 2023-ci il tarixli 3-18-3/2- 3544 /23 nömrəli arayışa əsasən, sözügeden yanacaqdoldurma məntəqəsində istifadə olunan 2 ədəd yanacaq çəni xx.xx.2022-ci il tarixində təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır (çıxarışın surəti əlavə olunur). Obyektin 2022-ci ildə reyestr qeydiyyatına alındığını nəzərə alaraq yoxlamanın gələn ilin iş planına daxil edilməsi nəzərdə tutulub. “Şəhər qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN 2.6-1-in 8.46-cı bəndinə əsasən yeraltı yanacaq çənləri olan yanacaqdoldurma məntəqəsindən yaşayış və digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır (sutkada 500-ə qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş məntəqələr üçün məsafəni 25 km-dən az olmamaq şərtilə qısal tmaq olar). “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanununda yanacaqdoldurma (mayə qaz istisna olmaqla) fəaliyəti ilə məşğul olmaq üçün icazə (lisenziya) tələbi nəzərdə tutulmamışdır. 9. 07 yanvar 2014-cü il tarixli, **********58 reyestr nömrəli texniki pasportun surətinə əsasən, Şəki rayonu, Cəfərabad kəndində yerləşən torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. 10. 09 yanvar 2014-cü il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, Şəki rayonu, Cəfərabad kəndində 0.10 hektar torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir.

11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin tikinti işlərinin dayandırılması barədə 04 iyul 2022-ci il tarixli 0488 nömrəli qərarının surətinə əsasən, Azərbay can Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulduğu üçün Cavabdeh1 tikintinin aparılması qadağan edilmişdir.

12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti X3 yanğın Nəzarəti İdarəsinin 25 aprel 2022-ci il tarixli, 37/B-00942 nömrəli məktubuna əsasən, Bayramov MüşviqƏsəbəli oğlu tərəfindən aparılan fərdi yaşayış evinin tikinti işlərinin dayandırılması ilə bağlı Şəki Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli xx/xx-00901 saylı vı Şəki Rayon Polis Şöbəsinə xx.xx.2022-ci il tarixli xx/xx-00900 saylı məktublar ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Cəfərabad kəndində çıxarışa əsasən ona məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında qanunsuz aparılan tikinti işlərinin dayandırılması, Cavabdeh1 məxsus torpaq sahəsində qanunsuz inşa edilən tikintinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 300 manat vəsaitin və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Cəfərabad kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsi 13 fevral 2019-cu il tarixli çıxarışa əsasən ona məxsusdur. Cavabdeh1 və onun qardaşı Cavabdeh2 həmin yanacaq doldurma məntəqəsinin ehtiyat yanacaq çənlərinin yerləşdiyi ərazinin bir neçə metrliyində heç bir icazə olmadan sürətlə tikinti işləri aparır. Dəfələrlə həmi n ərazidə aparılan tikinti işlərinin dayandırılmasını xahiş etsə də, heç bir əhəmmiyyət verməmişdir. Məsələyə hüquqi qiymət verilməsi üçün Fövqəladə Hallar Nazirliyinə və X8 Xidmətinə 06 aprel 2022-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir. Müraciətinə 25 aprel 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi X8 Xidməti Şimal Qərb X9 idarəsi rəsmi qaydada cavab verərək Cavabdeh1 tərəfindən aparılan fərdi yaşayış evinin tikinti işlərinin dayadırılması ilə bağlı Şəki şəhər İcra Hakimiyyətinə və Şəki şəhər-rayon Polis Şöbəsinə 25 aprel 2022-ci il tarixli məktublar ünvanlandığı bildirilmişdir. Lakin Cavabdeh1 və onun qardaşı Cavabdeh2 edilən xəbərdarlıqlara məhəl qoymamış və tikinti işlərini davam etdirirlər. Qeyd olunanlardan aşkar görünür ki, cavabdehlər qanunvericiliyin tələblərini kobud s urətdə pozaraq, tətbiq edilən xəbərdarlıqlardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Belə ki, o, mövcud problemlərə görə öz sahibkarlıq fəaliyyətini sərbəst şəkildə həyata keçirə bilmir. Bu isə ona dövlət büdcəsinə vergilərin ödənilməsinə maneə yaradır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsinin zəruridir.

15. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən ona məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin arad an qaldırılması, ona məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Cəfərabad kəndinin ərazisində ona məxsus 0.10 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini o, 2013-cü alqı-sa tqı müqaviləsi əsasında almışdır. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona çıxarış və torpaq sahəsinin koordinatlarını əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə o, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında evin tikintisinə başlamazdan əvvəl onun layihəsini təsdiq etdirərək Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərmiş və yalnız Məcəllədə nəzərdə tutulmuş müddət keçdikdən sonra Memarlıq şöbəsindən layihəyə hər hansı bir etiraz daxil olmadığını görüb tikinti işlərinə başlamışdır. Lakin tikinti işlə rinə başladıqdan sonra yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinin sahibi İddiaçı heç bir əsası olmadan tikintinin aparılmasına maneçilik törətməyə çalışır. Bununla bağlı aralarında bir neçə dəfə mübahisə olmuşdur. Ancaq o, özünə məxsus olan torpaq sahəsində ev inşa edir və İddiaçı onun tikinti işlərinə müdaxilə etməsi üçün subyektiv hüququ yoxdur. Onun özünə məxsus obyektin torpaq sahəsinə gəldikdə isə ilkin sənədlərdə yanacaq doldurma məntəqəsi üçün 0.06 hektar torpaq sahəsi ayrılsa da sonradan necə olubdursa 0.15 hektar torpaq sahəsi heç bir əsas olmadan onun İddiaçı adına özəlləşmişdir. Ümumiyyətlə hesab edir ki, yaşayış məntəqəsinin lap yaxınlığında yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi təhlükəsizlik baxımından yolverilməzdir. Bütün bunlar azmış kimi isə hazırda İdd iaçı məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində apardığı tikinti işlərinin dayandırılaraq sökülməsini tələb edir. Lakin qeyd etdiyi kimi qanunun tələbinə uyğun olaraq onun bütün sənədlərini qaydasındadır və o, özünün mülkiyyətində olan həyətyanı torpaq sahəsində ev inşa edir. İddiaçının özünə gəldikdə isə onun sənədlərinin heç biri qaydasında deyildir. Belə ki, yanacaq doldurma məntəqəsinin tikintisi üçün müvafiq orqanların rəyi, icazəsi yoxdur. Bu azmış kimi İddiaçı, ona məxsus torpaq sahəsinin lap yaxınlığında yerə benzin çənləri də basdırmışdır ki, bunun da nə qədər təhlükəli olduğu hamıya bəllidir. Bundan başqa cavabdeh İddiaçı məxsus torpaq sahəsinin ilkin sənədlərinə əsasən cəmi 0.06 hektar torpaq sahəsi ayrılsa da, sonradan müəmmalı şəkildə 0,15 h ektar sahəsi heç bir əsas olmadan onun adına özəlləşmişdir. İlkin olaraq Şəki rayon XDC İK-nin 39 avqust 1991-ci il tarixli 203 nömrəli qərarına asasan Cəfərahad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi burada söhbət yanacaq doldurma məntəqəsindən deyil, yalnız neft məhsulları satan mağazadan gedir. Eyni zamanda İddiaçı verilmiş çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 10/6260 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan iş üzrə cavabdeh şəxsə məxsus fərdi yaşayış evinə dair layihəçi X6 tərəfindən tərtib edilmiş eskiz layihənin müvafiq icra ha kimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyini nəzərə alaraq qeyd olunan fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunur. Tədqiq olunan fərdi yaşayış evi ilə yanacaq çənləri arasındakı məsafənin 5.20m təşkil etdiyini nəzərə alaraq həmin yanacaq çənlərinin quraşdırılması zamanı AZDTN 2.6-1 "Dövlət şəhərsalma Norma və Qaydalan"nın 8.46-cı bəndinin tələbinin pozulduğu müəyyən olunur.

18. Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)-42/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) ilk iddia qismən təmin olunmuş, Şəki rayonu Cəfərabad kəndində yerləşən 13 fevral 2019-cu il tarixli çıxarışa əsasən İddiaçı məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən Cavabdeh1 məxs us torpaq sahəsində inşa edilən tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaitləri hesabına sökülərək götürülməsi, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat və ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı ona məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması, ona məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-c i il tarixli, 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 məxsus torpaq sahəsində olan tikili hər hansı bir icazə alınmadan, əksinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları, İcra Hakimiyyəti tərəfindən tikintinin dayandırılması, yasaqlandırılmasına baxmayaraq inşa etdirildiyindən özbaşına tikili kimi qəbul olunmalıdır. Həmçinin fərdi yaşayış evi təhlükə potensiallı obyektin cəmi 5m-liyində inşa olunmuşdur ki, həm Fövqaladə Hallar Nazirliyinin arayışından, həm də ekspert rəyi ilə müəyyən olunur ki, qeyd olunan məsafə qanunvericinin tələblərinə ziddir. Həmçinin məhkəmə qeyd etmişdir ki, qeyd olunan tikiliyə görə İddiaçı mülkiyətçisi olduğu əmlakından istifadə edə bilmir, ona görə də, həmin tikilinin sökülməsini tələb etməkdə haqlıdır.

20. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi Cavabdeh1 məxsus torpaq sahəsində qanunsuz inşa edilən tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək götürülməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cavabdehlər tərəfindən tikinti işləri artıq başa çatıdırıldığından və hazırda mübahisəli ərazidə tikinti işləri aparılmadığından ilk iddia tələbi iddiaçıya məxsus yanacaq doldurma məntəqəsinin yaxınlığında qanunsuz aparılan tikinti işlərinin dayandırılması hissəsində təmin edilməməlidir.

21. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh1 məxsus torpaq sahəsinin yaxınlığında yerə basdırılmış benzi n çənlərinin onun öz vəsaiti hesabına götürülməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Şəki rayon X4 İcraiyyə Komitəsinin 29 avqust 1991-ci il tarixli, 203 nömrəli qərarına əsasən Cəfərabad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0.06 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sonradan 13 fevral 2019-cu il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki rayonu, Cəfərabad kəndində yerləşən 24.4 kvadratmetr qeyri-yaşayış binası, yəni 13 saylı yanacaq doldurma məntəqəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan və cavabdeh tərəfindən qarşılıqlı iddia tələbinə əsasən mübahisələndirilən qeyri-yaşayış sahəsinin 1991-ci ildən neft məhsulları satan mağaza kimi fəaliyyətinə i cazə verilmiş və həmin obyektdə yanacaq doldurma məntəqəsi fəaliyyət göstərərək, neft məhsullarının satışı həyata keçirilmişdir. Göründüyü kimi, mübahisəli yanacaq çənləri elə həmin dövrdən nəzərdə tutulan yerdə basdırılmışdır. Eyni zamanda İddiaçı məxsus mübahisəli qeyri-yaşayış sahəsi “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmış və həmin obyektdə, yəni yanacaq doldurma məntəqəsində istifadə olunan 1 və 2 nömrəli yanacaq çənlərinin texniki təhlükəsizlik standartlarına, normalarına, qaydalarına və texniki sənədlərə uyğun olması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X7 Agentliyi tərəfindən təsdiq edilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi Cavabdeh1 məxsus torpaq sahəsinin yaxınlığında İddiaçı tərəfindən yerə basdırılmış benzin çənlərinin onun öz vəsaiti hesabına götürülməsi hissəsində təmin edilməməlidir.

22. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin İddiaçı ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 həmin tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Belə ki, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqı-satqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun.Göründüyü kimi İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli 3278 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi hüququ olmayan şəxs tərəfindən verilmi şdir. Eyni zamanda məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas müəyyən olunmur. Obyektin 1991-ci ildə torpaq sahəsi 6 sot olduğu halda alqı-satqı müqaviləsində 15 sot göstərilməsi tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən oluna bilər və bu halın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Ona görə də, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

23. Məhkəmə, qarşılıqlı iddia ərizəsinin İddiaçı tərəfindən Cavabdeh1 məxsus olan Şəki rayonu, Cəfərabad kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh1 ona məxsus 0.10 hektar həyətyanı torpaq sahəsində tikinti işləri nin aparılması qanunsuz hesab edildiyindən, həmçinin artıq həmin tikinti işlərinin aparılması başa çataraq dayandırıldığından həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilməməlidir

24. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157, 170 və 180-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

25. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə o Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllə sinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında evin tikintisinə başlamazdan əvvəl onun layihəsini təsdiq etdirərək Şəki Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərmiş və yalnız Məcəllədə nəzərdə tutulmuş müddət keçdikdən sonra Memarlıq şöbəsindən layihəyə hər hansı bir etiraz daxil olmadığını görüb tikinti işlərinə başlamışdır. Hazırda isə tikinti işlərini tam başa çatdırmış və fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişir. Lakin tikinti işlərinə başladıqdan sonra yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinin sahibi İddiaçı heç bir əsası olmadan tikintinin aparılmasına maneçilik törətmə yə başlamışdır. Ancaq o özünə məxsus olan torpaq sahəsində ev inşa etmiş və onun tikinti işlərinə müdaxilə etməsi üçün hər hansı bir subyektiv hüququ yoxdur. Mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti üçün hər hansı bir icazənin alınması deyil, yalnız məlumatlandırma icraatının həyata keçirilməsi tələb olunur və yuxarıda qeyd etdiyi kimi, tikintiyə başlamazdan öncə tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə uyğun olaraq tikiləcək evin layihəsini təsdiq etdirərək Şəki Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərmiş və yalnız Məcəllədə nəzərdə tutulmuş müddət keçdikdən sonra Memarlıq şöbəsindən layihəyə hər hansı bir etiraz daxil olmadığını görüb tikinti işlərinə başlamışdır. Onun özünə məxsus obyektin torpaq sahəsinə gəldikdə isə ilki n sənədlərdə neft məhsullarının satışı mağazası üçün 0.06 ha torpaq sahəsi ayrılsa da, sonradan necə olubdursa 0.15 torpaq sahəsi heç bir əsas olmadan yanacaq doldurma məntəqəsi kimi onun adına özəlləşmişdir. Ümumiyyətlə isə hesab edir ki, yaşayış məntəqəsinin lap yaxınlığında hər hansı bir yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi təhlükəsizlik baxımından yolverilməzdir. İddiaçıya məxsus yanacaq doldurma məntəqəsinin tikintisi və fəaliyyət göstərməsi üçün müvafiq orqanların icazəsi tələb olunur ki, iddiaçıda da bununla bağlı hər hansı bir icazə sənədi yoxdur. Buna baxmayaraq, məhkəmə bütün bunlara hər hansı bir əhəmiyyət verməyərək, qanunsuz və hər hansı bir icazə olmadan tikilmiş yanacaq doldurma məntəqəsinin (iddiaçı özü də məhkəmədə sözügedən yanacaq doldurma məntəqəsinin əvvə llər neft məhsullarının satışı ilə məşğul olan mağaza kimi fəaliyyət göstərməsini, yanacaq doldurma məntəqəsinə çevrilməsi üçün hər hansı bir icazə sənədinin olmamasını bildirmişdi) və evə bitişik basdırılmış benzin çənlərinin sökülməsi barədə qətnamə çıxarmaq əvəzinə, onun tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evinin sökülməsi barədə qanunsuz qətnamə çıxarmışdır. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən qeyd edilən benzin çənlərinin quraşdırlıması zamanı Dövlət Şəhərsalma Norma və Qaydalarının (AzDTN 2.6-1) da tələblərinin pozulmasına baxmayaraq, qətnamədə bir tərəfli olaraq həmin qaydaların onlar tərəfindən pozulduğu qənaətinə gəlmişdir. Ona görə də, Şəki Rayon Mə hkəməsinin 22 iyun 2023-cü il tarixli 2(075)-42/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə tam olaraq təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(107)-1077/2023 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və E.M.Mehdiyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Şəki Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(075)42/2023 nömrəli qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökü lməsi” barədə ilk iddiasının rədd olunması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən, ilk iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74 və 80-ci maddələrinin (bax 44-cü bənd) əlaqəli təhlilindən görünür ki, apellyator mübahisəli fərdi yaşayış evini inşa edərkən müvafiq icra hakimiyyəti orqanından icazə almalı deyil, məlumat verməli idi. Məlumatlandırma icraatı müvafiq layihənin göndərilməsi və 10 iş günü gözlənilməsi ilə həyat a keçirilir ki, həmin prosesə apellyator tərəfindən riayət edilmişdir. O cümlədən, əgər tikintidə Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının pozulması aşkar edildiyi təqdirdə 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanından əsaslandırılmış iradlar verilməli idi. Hazırki halda isə, heç bir irad verilməsi aşkar edilmir. Hətta mübahisəli fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında 25 iyul 2023-cü il tarixli Çıxarış da verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi üçün heç bir əsası yoxdur.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddianın çənlərin sökülməsi ilə bağlı hissəsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçının mülkiyy ətində olan qeyri-yaşayış binası 1991-ci ildən yanacaq doldurma məntəqəsi kimi fəaliyyət göstərməklə, mübahisəli çənlər də həmin dövrdən nəzərdə tutulan yerdə quraşdırılmışdır. Dövlət Şəhərsalma Norma və Qaydalarının 8.46cı bəndi maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən yaşayış bina və qurğuların divarlarına qədər məsafələrin 50 m-dən az olmamalı olduğunu müəyyən edir. Hazırki işdə mübahisəli çənlərin quraşdırılması mübahisəli fərdi yaşayış evi mövcud olmazdan öncə nəzərdə tutulduğundan çənlərin göstərilən qaydaların pozulması ilə inşa edilməsi hesab edilə bilməz.

30. Məhkəmə kollegiyası qarşılıqlı iddianın digər rədd edilmiş hissələrinə münasibətdə birinci instansiya məhkəməsinin bu qətnamənin 17-20-ci bəndlərində göstərilmiş dəlilləri ilə razılaşmış və həmin bəndlərdə göstə rilənlərin təkrarən araşdırılmasına zərurət görməmişdir.

31. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 158.1.2, 158.2, 170.1, 170.2, 180.1, 180.4-cü maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1, 75.2, 80.1, 80.2, 80.4, 80.5-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın rədd olunan hissəsində ləğv edilib, həmin hissədə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. İddiaçı ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya məhkəməsi mövcud mübahisəyə yalnız şəhərsalma və tikinti qanunvericiliyin normaları və ilkin iddia üzrə cavabdeh üçün əlverişli inzibati icraat prinsipləri çərçivəsində yanaşmaqla düzgün nəticəyə gəlməmiş və ilkin iddia üzrə iddiaçının mülkiyyət hüququna müdaxilə halına münasibət bildirməyərək səlahiyyətli dövlət orqanı tərəfindən cavabdehin qanunsuz hərəkətlərinin dayandırılmamasını sonuncunun xeyrinə şərh edərkən mülki münasibətlərə, tərəflərin (qonşuların) iradə bərabərliyinə, iddiaçının mülkiyyətinin ona təmin etdiyi səlahiyyətlərin demək olar ki, tamamilə sıradan çıxması hallarına toxunmamışdır. Belə ki, mülkiyyət hüququ şəxsə aktiv və qoruyucu olmaqla iki növ səlahiyyət təmin edir. Aktiv səlahiyyətlər predmetdən ist ifadə, faydalanma və sərəncamı (usus, fructus, abusus), qoruyucu səlahiyyətlər isə vindikator və neqator iddiaları əhatə edir. YDM-dən təyinatı üzrə istifadə və faydalanma əlbəttə ki, yalnız avtomobillərə yanacaq doldurulmasını, bunun qarşılığında ödəniş qəbul edilməsini və bu prosesin həyata keçirilməsi üçün görülən bütün tədbirləri əhatə edir. İndiki halda ilkin iddia üzrə iddiaçı cavabdehin yaxınlıqda fərdi yaşayış evi tikməsi ucbatından YDM-dən təyinatı üzrə faydalana bilmir və ondan istifadə edə bilmir. YDM-ə dair sərəncam vermə isə prinsipcə mümkün olsa da sərəncamın motivini təşkil edən istifadə və faydalanmanı həyata keçirmək mümkün olmadığına görə bu hüquq sadəcə formal olaraq qalır. Nəticədə heç bir şəxs istifadə edə bilmədiyi YDM-ni satın almaq, ona vəsait sərf etmək istəməz. Ap ellyasiya məhkəməsinin bu halları nəzərə almamasına görə iddiaçının mülkiyyət hüququ “içi boşaldılmış” şəkildə, istifadə və faydalanma hüquqları olmadan, sərəncam vermə hüququ isə “quru” şəkildə mövcudluğunu davam etdirir. İddiaçının digər nəzərə alınmayan hüququ qoruyucu səlahiyyət olan neqator iddiadır. Neqator iddia nəticəsində mülkiyyətçi mülkiyyət hüququna müdaxilənin qarşısını almağı tələb edə bilər və bu müdaxilənin əhatəsini YDM-in sahəsi ilə məhdudlaşdıran hər hansı norma yoxdur. Deməli ilkin iddia üzrə cavabdehin AzDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 8.46-cı bəndinin tələblərini pozaraq fərdi yaşayış evi tikməsi ilə iddiaçının mülkiyyət predmetindən istifadə edə bilməməsi də müdaxilə hesab olunmalıdır. Müdaxilənin cavabdehin təqsiri ilə əlaqəli olması da hüquqi ba xımdan əhəmiyyət kəsb etmir və təqsirin olub-olmamasından asılı olmayaraq müdaxilənin hüquqa uyğun olmaması mülkiyyətçinin neqator iddiası üçün əsas təşkil edir. Cavabdeh torpaq sahəsinə 2014-cü ildə mülkiyyət hüququ əldə edərkən qonşuluğunda 1985-ci ildən fəaliyyət göstərən YDM artıq mövcud idi. YDM-nin mövcudluğu nəticəsində onun gələcəkdəki tikilisinə (fərdi yaşayış evinə) və torpaq sahəsinə dair mülkiyyət hüquqları qanuni çərçivədə artıq məhdud vəziyyətdə idi. Belə ki, mülkiyyət hüququ heç də sərhədsiz deyildir, o qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla sahibliyi və istifadəni əhatə edir (MM 152.5). Mübahisə baxımından aktual olan məhdudiyyət isə AzDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın 8.46-cıbəndində əks olunmuş tələbdir. Cavabdehin həmin normanın tələbi ni pozmaqla özü üçün hüquqi əlverişli şərait yaratmağa çalışmasına apellyasiya məhkəməsinin münasibət bildirməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Heç kim özünün hüquqa zidd əməli ilə özü üçün hüquqiəlverişlişərait yarada bilməz” prinsipini pozmaqla cavabdeh hüquqdan sui-istifadə etmişdir. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının digər əsası isə ondan cəmiyyət, ictimai qayda əleyhinə istifadə olunmasıdır ki, bu hallar MM152.5-ci maddədə(...bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın)əksini tapır. Dövlət tikinti normalarının, daha konkret desək sözügedən 8.46-cı bəndin məqsədlərindən ən vacibinin ictimai təhlükəsizlik, insanların həyat və sağlamlığının qorunması olduğu şübhəsizdir. Belə ola n halda cavabdehin torpağa mülkiyyət hüququ əldə etməmişdən, tikintiyə başlamamışdan çox əvvəl mövcud olan YDM barədə məlumatlı olmasına, normanın tələbinin açıq olmasına, iddiaçı tərəfindən 06 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsinə, tikintinin dayandırılması üçün MTT barədə məhkəməyə ərizə təqdim edilməsinə baxmayaraq tikintini yekunlaşdırması, dövlət orqanının vaxtında müdaxilə etməməsi nəticəsində onu reyestrdə qeydə aldırması və hətta iddiaçının YDM-nin sökülməsi barədə qarşılıqlı iddia qaldırması hüquqdan sui-istifadənin ən tipik misallarındandır. Mübahisələndirilən apellyasiya məhkəməsinin qətnaməsindən bu nəticə çıxır ki, tərəflərin tikintilərinə dair heç bir hüquq pozuntusu yoxdur (?!), çünki həmin qətnamə hər hansı tikilinin sökülməsi barədə gö stəriş müəyyən etməmişdir. Halbuki ən mühüm məqsədlərindən biri ictimai təhlükəsizlik və insan sağlamlığı olan tikinti normalarının məlum bəndinin pozuntusu işin mübahisəsiz halıdır. Məhkəmənin normaya onun məqsədi baxımından yanaşmaması bu cür anormal halın meydana gəlməsinə və iddiaçının qarşı tərəfinkindən çox daha əvvəl müvafiq icazələri alınmaqla reyestrdə qeydə alınmış mülkiyyət predmetinə dair mülkiyyət hüququnun faktiki sıradan çıxmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 6.1.4 və 6.1.7-ci maddələrinin tələblərinə müvafiq olaraq mülki qanunvericiliyin başlıca prinsipləri olan, mülkiyyətin toxunulmazlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini nəzərə almamışdır.

34. Cavabdeh Müşfiq Baramov kassasiya şi kayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin tam olaraq təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Cavabdeh1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şəki rayonu, Cəfərabad kəndinin ərazisində mənə məxsus 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini mən 2013-cü ildə alqı-satqı müqaviləsi əsasında almışam. Mülkiyyət hüquqlarım qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq bu barədə mənə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” verilmi şdir. Torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə mən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında evin tikintisinə başlamazdan əvvəl onun layihəsini təsdiq etdirərək Şəki Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərmiş və yalnız Məcəllədə nəzərdə tutulmuş müddət keçdikdən sonra Memarlıq şöbəsindən layihəyə hər hansı bir etiraz daxil olmadığını görüb tikinti işlərinə başlamışam. Hazırda isə tikinti işlərini tam başa çatdırmışam və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarım daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə mənə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişir. Lakin tikinti işlərinə başladıqdan sonra yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinin sahibi İddiaçı heç bir əsası olmadan tikintinin aparılmasına maneçilik törətməyə başladı. Bununla bağlı aramızda bir neçə dəfə mübahisə olmuşdur. Ancaq mən özümə məxsus olan torpaq sahəsində ev inşa etmişəm və onun mənim tikinti işlərimə müdaxilə etməsi üçün hər hansı bir subyektiv hüququ yoxdur. Onun özünə məxsus obyektin torpaq sahəsinə gəldikdə isə ilkin sənədlərdə neft məhsullarının satışı mağazası üçün 0.06 ha torpaq sahəsi ayrılsa da, sonradan necə olubdursa 0.15 torpaq sahəsi heç bir əsas olmadan yanacaq doldurma məntəqəsi kimi onun adına özəlləşmişdir. Ümumiyyətlə isə hesab edirəm ki, yaşayış məntəqəsinin lap yaxınlığında hər hansı bir yanacaq doldurma məntəqəsinin fəaliyyət göstərməsi təhlükəsizli k baxımından yolverilməzdir. Ona görə də məcburiyyət qarşısında qalaraq qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etməli olmuşdum. Lakin qarşılıqlı iddianın tam əsaslı olmasına baxmayaraq, həm birinci, həm də apelyasiya instansiya məhkəmələri onun təmin edilməməsi barədə qətnamə çıxarmışlar. Məhkəmələr belə bir qənaətə həmin çənlərin guya daha əvvəldən orada yerləşməsi səbəbindən gəldiyini göstərmişlər. Lakin biz bununla razılaşmırıq. Belə ki, həmin ərazidə əvvəllər heç vaxt yanacaq doldurma məntəqəsi fəaliyyət göstərməmişdir. Üstəlik, ətrafda mənim evimdən başqa da bir neçə fərdi yaşayış evi vardır və həmin fərdi yaşayış evlərinin də torpaq sahələrinin kateqoriyası mənimt orpaq sahəm kimi yaşayış məntəqələrinin torpaq sahələridir. Belə olan halda isə onların arasında yanacaq doldurma mə ntəqəsinin fəaliyyət göstərməsi qeyri-mümkündür. Buna baxmayaraq, İddiaçı mənə məxsus torpaq sahəsinin lap yaxınlığında yerə benzin çənləri basdırmışdır ki, bunun da nə qədər təhlükəli olduğu hamıya bəllidir. Bundan başqa, İddiaçı məxsus torpaq sahəsinin ilkin sənədlərinə əsasən cəmi 0.06 ha torpaq sahəsi ayrılsa da, sonradan müəmmalı şəkildə 0.15 torpaq sahəsi heç bir əsas olmadan onun adına özəlləşmişdir. Belə ki, ilkin olaraq Şəki rayon XDC İK-nin 29 avqust 1991-ci il tarixli 203 nömrəli qərarına əsasən Cəfərabad kəndində neft məhsulları satan mağazanın tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi burada söhbət yanacaq doldurma məntəqəsindən deyil, yalnız neft məhsulları satan mağazadan gedir. Yaşayış məntəqəsinin lap yaxınlığında isə hər hansı bir yanacaq doldurma m əntəqəsinin fəaliyyət göstərməsi təhlükəsizlik baxımından yolverilməzdir. Həmçinin qeyd etdiyim kimi, bu məqsədlə ayrılmış torpaq sahəsi ilkin sənədlərdə 0.06 ha olsa da, özəlləşdirilən zaman 0.15 ha olmuşdur. Eyni zamanda, İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir. Ona görə də 18 yanvar 2017-ci il tarixli, 3278 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alqısatqı müqaviləsi əsasında İddiaçı verilmiş 13 fevral 2019-cu il tarixli Çıxarış ləğv olunmalıdır. Lakin qeyd edilən faktların hər biri açıq-aydın göz qabağında olsa da, apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası bu istiqamətdə heç bir araşdırma aparmadan, təqdim edilmiş sübutları düzgün qiymətləndirmədən qarşılıqlı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarmaqla həmin hissədə maddi və prosessual hüquq normalarını pozmuşdur Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13 (1) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respubli kasının Mülki Məcəlləsi

38. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürməd ən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

41. Maddə158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

42. Maddə158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

43. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

44. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

46. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

47. Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nə zərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

48. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir.

49. Maddə 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini(ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər.

50. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəs ində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

51. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

52. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair i rad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

53. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə bax maq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Dövlət Şəhərsalma Norma və Qaydaları (AzDTN 2.6-1) 60. 8.46-cı bəndinə əsasən maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər və ümumi təhsil, habelə, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. Kassasiya baxışının hədləri

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində ilkin iddia üzrə iddiaçı qətnaməni tam, ilkin iddia üzrə cavabdeh isə qətnaməni qismən, qarşılıqlı iddianın təmin olunmaması hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandı rma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

64. Tərəflər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

65. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74 və 80-ci maddələrinin (bax 44-cü bənd) əlaqəli təhl ilindən görünür ki, cavabdeh mübahisəli fərdi yaşayış evini inşa edərkən müvafiq icra hakimiyyəti orqanından icazə almalı deyil, bu barədə məlumat verməli idi. Məlumatlandırma icraatı müvafiq layihənin göndərilməsi və 10 iş günü gözlənilməsi ilə həyata keçirilir ki, həmin prosesə cavabdeh tərəfindən tam riayət edilmişdir. O cümlədən, əgər tikintidə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının pozulması aşkar edildiyi təqdirdə 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanından əsaslandırılmış iradlar verilməli idi. Hazırki halda isə, heç bir irad verilməsi aşkar edilmir. Hətta mübahisəli fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin adına 25 iyul 2023-cü il tarixli Çıxarış da verilmişdir.

66. Apelly asiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan ilk iddia tələbinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi üçün heç bir əsas yoxdur.

67. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası 1991-ci ildən yanacaq doldurma məntəqəsi kimi fəaliyyət göstərməklə, mübahisəli çənlər də həmin dövrdən nəzərdə tutulan yerdə quraşdırılmışdır.

68. Dövlət Şəhərsalma Norma və Qaydalarının 8.46-cı bəndi maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən yaşayış bina və qurğuların divarlarına qədə r məsafələrin 50 m-dən az olmamalı olduğunu müəyyən edir. Hazırki işdə mübahisəli çənlərin quraşdırılması mübahisəli fərdi yaşayış evi mövcud olmazdan öncə nəzərdə tutulduğundan çənlərin göstərilən qaydaların pozulması ilə inşa edilməsi hesab edilə bilməz.

69. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın digər rədd edilmiş hissələrinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, həmin hissələrdə birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

70. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi tərəflərin ayrıayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə ra zılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll edib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(107)-1077/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar