Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-759/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi, sübutetmə, mütəxəssis rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5624/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şi kayətinə 05 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı” və ya İddiaçı) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “abonent”) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir.
2. Sonradan, müxtəlif vaxtlarda iddiaçının əməkdaşları tərəfindən cavabdeh barəsində təbii qazdan qeyri-qanuni yolla istifadə olunması əsası ilə müxtəlif tarixlərdə aktlar tərtib edilmişdir.
3. Həmçinin cavabdehin istehlak etdiyi təbii qaza görə debitor borcu vardır.
4. Mübahisə debitor və aktlar üzrə hesablanmış borcun ödənilməsi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək 7945,08 manat məbləğində zərərin, 210,02 manat debitor borcun və 101,56 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasının xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırlıb ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuşdur. Aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.
7. Cavabdehin təqsirli hərəkətləri ilə bağlı tərtib olunmuş 1) xx.xx.2022-ci il tarixli akt əsasında 106 2,72 manat, 2) xx.xx.2022-ci il tarixli akt əsasında 708,48 manat, 3) xx.xx.2022-ci il tarixli akt əsasında 1399,68 manat, 4) xx.xx.2023-cü il tarixli akt əsasında 1382,4 manat, 5) xx.xx.2023-cü il tarixli akt əsasında 1555,2 manat, 6) xx.xx.2024-cü il tarixli akt əsasında 1468,8 manat 7) xx.xx.2024-cü il tarixli akt əsasında 367.2 manat iddiaçıya ziyan dəymişdir. Eyni zamanda, cavabdehin iddiaçıya sayğac üzrə ödənilməmiş 210,02 manat da borcu qalmışdır.
8. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 14.2.6, 21, 386, 442, 443.1, 448.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
10. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 302,40 manat məbləğində maddi zərər və 210,02 manat debitor borcu olmaqla, cəmi 512,42 manat məbləğində pulun tutulması, iddiaçının ödədiyi dövlət rüsumunun 30 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan 71,56 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ruslan Mirzəliyev)
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdən dəyişiklik olunub ki, həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etm əli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Bu halda məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət olunmalıdır. Əks halda bu akt qəbul olunmalı deyil.
12. Birinci instansiya məhkəməsi iddiaçını təqdim etdiyi aktlara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.5-ci bəndinə istinadən hesab etmişdir ki, cavabdeh iddiaçıdan aldığı qazın sayğacla müəyyənləşdirilən hesabını ta m ödəməli olduğu halda, bu günədək bunu etməmişdir. Buna görə də iddia tələbi 31 yanvar 2022-ci il və 31 mart 2022ci il aktlar üzrə 302,40 manat aktlar üzrə vurulmuş ziyan borcu və 210,02 manat debitor borcu ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
13. İddianın qalan, yəni digər aktlar üzrə hesablanmış borc hissəsini əsaslı saymayan birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində həmin məbləğin 1399,68 manat hissəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli, 1382,40 manat hissəsinin xx.xx.2023-cü il tarixli ******* nömrəli, 1555,20 manat hissəsinin xx.xx.2023-cü il tarixli ******* nömrəli, 1468,80 manat hissəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli, 367,20 manat hissəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazd an istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında hesablandığını bildirsə də, məhkəməyə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli aktları iş materiallarına əlavə etməmişdir. Həmçinin aktlar tərtib edildikdən sonra müvafiq inzibati orqanlara müraciət olunmalıdır.
14. Birinci instansiya məhkəməsi tərtib edilmiş aktlardakı məlumatlara əsasən göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci və xx.xx.2022-ci ildə cavabdehin qazdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən "Qazdan istifadə Qaydaları"nın 2.7-ci bəndinə əsasən ən çoxu altı ay əvvəl texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız həmin son altı ay üçün hesablana biləcəyini nəzərə almamışdır. xx.xx.2022-ci və xx.xx.2022-ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, bu müddət altı aydan artıq ola bilməz, bu səbəbdən də maddi ziyan yalnız xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixindən əvvəlki son altı ay (182 gün) üçün hesablana bilər.
15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci ildə tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilən pozuntuya görə hesablamalar düzgün deyil. Cavabdehə məxsus qaz qurğularının sayına gəldikdə isə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 4.3-cü bəndində "İstehlakçının qaz qurğuları haqqında məlumat" qrafasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsi, samovar və divar sobası göstərilmişdi r.
16. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, maddi ziyanın hesablanmasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd qeyristandart su qızdırıcısında sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır. Qaz plitəsinin qaz sərfi 1,2 kub.m/saat, qeyri-standart su qızdırıcısının qaz sərfi isə 3 kub.m/saatdır. Beləliklə, 1 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd qeyri-standart su qızdırıcısın birlikdə 1,20x6x30x2,12=25,92 manat; 1,50x12x30x0,12=64,80 manat; 1,40x12x30x0,12=60,48 manat cəmi 151,20 manat, 31 mart 2022-ci il tarixli akt üzrə 1,20x6x30x2,12=25,92 manat; 1,50x12x30x0,12=64,80 manat; 1,40x12x30x0,12=60,48 manat cəmi 151,20 manat cəmi 302,40 manat təşkil edir. Odur ki, iddia qismən, yəni cavabdehdən 302,40 manat məbləğində zərərin və 210,02 manat d ebitor borcun, cəmi 512,42 manat məbləğin tutulması hissəsində təmin edilməli, maddi zərərin qalan 7744,24 manat hissəsində isə təmin edilməməlidir
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2, 6.5, 13-8.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.7, 5.5-ci bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qanunsuz istifadəyə görə iddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və beləliklə, xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlmişdir. Halbuki, maddi zərərin miqdarını müəyyən etmək üçün ekspertiza təyin edilməli idi.
20. Apellyasiya instansiyası məhkəməsi müvafiq mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyinin Bakı filialına sorğu vermişdir.
21. X1 Agentliyinin Bakı filialının mütəxəssisi tərəfindən verilən rəyə görə xx.xx.2022ci il tarixli ******* saylı akt üzrə vurulmuş zərərin həcmi 4428 m3, xx.xx.2022-ci il tarixli akt üzrə isə vurulmuş zərərin həcmi 2952 m3 olmaqla ümumilikdə hər iki akt üzrə dəymiş zərərin miqdarı 7380 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif Şurasının halhazırda qüvv ədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021ci il tarixli 13 nömrəli qərarına əsasən əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 olmaqla) olan hissəsi üçün hər 1 m3 0.12 manat, illik istehsalat həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0.20 manat, illik istehsalat həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0.25 manat qiymət təyin edildiyi nəzərə alınmaqla 2 akt üzrə 2022-ci ildə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan 7380 m3 qaz həcminin dəyəri 5017.0 manat (1200 m m3 x 0.12 manat = 144 manat; 1300 m3 0.20 manat = 260 manat; 4840 m3 x 0.25 manat = 1220 manat; 144 manat + 260 manat + 1220 manat = 1624 manat) məbləğində, abonentin bu aylar üzrə etdiyi ödənişlər (60 manat) nəzərə alınmaqla iddia çının xeyrinə tutulmalı məbləğ 1560 manat təşkil etməlidir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5624/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli aktlara əsasən cavabdehdən 302.4 manat məbləğində maddi zərərin tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən 1564 manat məbləğində maddi zərərin tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Abdıyev).
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, hazırkı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi 3 istiqamətdə aparılmalıdır: 1) sayğacdan qeyri-qan uni istifadəyə görə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə, yəni müvafiq qanunvericiliyə 2022-ci ilin may ayında edilən dəyişikliklərdən əvvəlki dövrdə tərtib olunmuş aktlara əsasən hesablanmış borc məbləği; 2) 2022-ci ilin may ayından sonra sayğacdan qeyri-qanuni istifadəyə görə tərtib edilmiş aktlara münasibətdə hesablanmış borc məbləği; 3) cari qaz sərfiyyatına görə hesablanmış borc məbləği.
24. İddia tələbi cari qaz sərfiyyatına görə hesablanmış borc məbləğinə münasibətdə tam təmin edildiyindən hüquqi dəyərləndirmə prosesi digər iki tələbə münasibətdə davam etdirilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müvafiq qanunvericiliyə 2022-ci ilin may ayında edilən dəyişikliklərdən əvvəlki dövrdə tərtib olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci i l tarixli aktlara münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq ziyanın tutulmalı olması qənaətinə gəlsə də, dəymiş ziyanın hesablanmasında yanlışlığa yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi zərərin miqdarını özü hesablamış və nəticədə məbləğ dəqiq müəyyən edilməmişdir. Halbuki, həmin məbləğin hesablanması xüsusi bilik tələb edən məsələdir.
26. Buna görə də apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Təzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur.
27. Həmin rəydə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar üzrə dəymiş zərərə görə iddiaçının xeyrinə tutulmalı məbləğin 1564 manat olması göstə rilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə istinadən hesab etmişdir ki, iddia tələbinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar üzrə iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı hissəsində apellyasiya şikayəti qismən təmin edilməli, tutulmalı məbləğin miqdarı dəyişdirilməli və rəyə uyğun olaraq zərərin məbləği 1564 manat həcmində müəyyən edilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 2022-ci ilin may ayından sonra tərtib edilmiş aktlara münasibətdə hesablanmış borcun tutulması ilə bağlı isə göstərmişdir ki, birinci instansiya məhkəməsinin göstərilən hissədə iddianı təmin etməməsi ilə bağlı mövqeyi qanuni və əsaslıdır.
30. Belə ki, iddiaçı iddia ərizəsində həmin məbləğin 1399,68 manat hissəsinin xx.xx.2022-ci il tarixli, 1382,40 man at hissəsinin xx.xx.2023-cü il tarixli, 1555,20 manat hissəsinin xx.xx.2023-cü il tarixli, 1468,80 manat hissəsinin xx.xx.2024-cü il tarixli, 367,20 manat hissəsinin isə xx.xx.2024-cü il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında hesablandığını bildirsə də, ilk növbədə həmin aktlardan xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli aktları iş materiallarına, ümumiyyətlə, əlavə etməmişdir. Həmçinin iddiaçı (apelyator) proseslərə gəlməmiş və həmin aktların mövcudluğunu sübut edəcək hər hansı addımlar atmamışdır.
31. Digər aktlar isə cavabdehin təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etməsi barədə tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Aktlarda cavabdehin onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktların tərtib olunmasın da hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin iddiaçı bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.
32. Beləliklə, cavabdehə məxsus mənzillə bağlı qeyd olunan dövr aralığında qeyriqanuni qoşulma əsası ilə aktlar tərtib edilsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır.
33. Digər tərəfdən, istehlakçının qazpaylayıcısına zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vuru lmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
34. Tərtib olunan xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar 2022-ci ilin may ayının 1-dən sonraya təsadüf etdiyindən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Qaz təchizatı haqqında” Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
35. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur.
36. Apellyasiya instansiyası məhkə məsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2, 21, 385.1, 386.1, 443.1, 560.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, “Qazdan istifadə qaydaları” haqqında Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli qərarının 4.2, 4.6, 4.7, 4.8, 6.5, 6.6 və 6.7-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə faktı aşkar olu nduqdan sonra, aidiyyəti addımlar atılmış, müvafiq aktlar tərtib olunmaqla qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Qeyd edilənlərlə bağlı, o cümlədən zərərin vurulması faktının mövcudluğu, zərər vuran şəxsin təqsirli olması, zərərin ödənilməsinə əsas verən halları təsdiq edən sübutlar iş materiallarına əlavə edilsə də, apellyasiya məhkəməsi tərəfindən onlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən ba şqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak ve rmək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13, 8-ci bənd. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiya). Maddə 13, 8-1-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğa ca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurul muş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə ö zləri daşıyırlar. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnaməni həmin hissədə yoxlayır.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə ya zılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
45. İddia tələbi debitor borcu və 2022-ci ilin may ayınadək və bundan sonrakı tarixlər üzrə tərtib olunmuş aktlar üzrə zərərin əvəzinin ödənilməsi barədədir.
46. Birinci instansiya məhkəməsi 210,02 manat debitor borcuna aid iddianı tam, aktlar üzrə zərərə aid iddianı 302,40 manat həddində olmaqla qismən təmin etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayəti əsasında 2022-ci ilin may ayınadək tərtib olunmuş aktlar üzrə zərərə aid iddianı mütəxəssis rəyinə əsasən daha artıq məbləğdə müəyyən etməklə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi 2022-ci ilin may ayınadək tərtib olunmuş aktlar üzrə iddia tələbinə ətraflı hüquqi qiymət vermiş, zərərin məbləğini iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən mütəxəssis rəyi ilə müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərin ə uyğun olaraq düzgün qiymətləndirmiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Həmçinin 2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlar üzrə zərərə aid iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı olmuşdur.
50. İşdən görünür ki, cavabdeh barəsində xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin aktlar üzrə zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi. Apellyasiy a instansiyası məhkəməsi də bu halı xüsusilə qeyd etmişdir.
51. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
52. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5624/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.