Məhkəmə qərarları › İş №2(102)-7595/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7595/2019

18.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7595/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli 2(103)9011/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh13 və Cavabdeh16 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(006)-1265/2019) iddiaçı “xxxx” MTK-nın cavab dehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün “xxxx” MTK-ya ayrılmış torpaq sahəsindən Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 1 saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1 digər cavabdehlər Cavabdeh2 və X1 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1 saylı evin, 65 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh12 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1 saylı evin, 66 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh13 digər cavabdehlər Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 ev əşyaları ilə birlikdə “xxxx” MTK-nın vəsaiti hesabına aylıq 1 otaq üçün 350 manat, 2 otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri/evlərinin sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 1, qapı 1 ünvanda qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh17 “xxxx” MTK-nin vəsaiti hesabına aylıq 800 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda yeni tikiləcək binada həmin ölçüyə (92 kv.m) 30 faiz əlavə edilməklə qeyri-yaşayış sahəsi ilə təmin edilməklə əşyaları ilə birlikdə çıxarılması, Cavabdeh1 mülkiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, 1C saylı evin altındakı 0,00766 ha torpaq sah əsinin onun mülkiyyətinə verilməsi hissəsində çıxarışın etibarsız hesab edilməsi, habelə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və X1 qarşılıqlı iddialarının qismən təmin edilərək “xxxx” MTK-nın vəsaiti hesabına cavabdehlərə ayrılan kirayə haqqının 350 manat müəyyən edilməklə onların həmin mənzildən çıxarılmaları, qalan hissədə isə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev) Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamı ilə Nəsimi rayonu Ak.Topçubaşov, A.Səhhət, Xan Şuşinski və F.Qasımzadə küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında “xxxx” MTK-nın istifadəsinə verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 14 aprel 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 noyabr 2016-cı il tarixli məktubu ilə razılaşdırılmış həmin məhəllədə yerləşən, qəzalı vəziyyətdə olan 1,2,3 mərtəbəli yaşayış bina larının və qeyri-yaşayış binalarının sökülərək yerində “xxxx” MTK tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla həmin məhəllənin ərazi-planlaşdırma sənədləri təsdiq edilmişdir. 21 aprel 2017-ci il tarixdə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması üçün Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ilə “xxxx” MTK-nın rəhbəri arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən MTK sakinlərin köçürülməsi üçün onlarla razılaşdırılmış kompensasiyaları ödəmək, yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazidə və r azılaşdırılmış şəraitlərlə müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək (1 otaqlı mənzillər üçün ayda 300 manat, 2 otaqlı mənzillər üçün ayda 350 manat, 3 otaqlı mənzillər üçün ayda 400 manat, 4 otaqlı mənzillər üçün ayda 450 manat və 5 otaqlı mənzillər üçün ayda 500 manat) sakinlərin yeni tikilən binalarda sökülən mənzillərin sahəsindən 15% artıq sahəyə malik orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahələri ilə təmin etmək və tikintinin 36 ay müddətinə istismara verilməsini təmin etmək və s. işləri görmək barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra MTK ilə sökülməsi planlaşdırılmış evlərin mülkiyyətçiləri arasında müvafiq müqavilələr bağlanmaqla sakinlərin böyük əksəriyyəti onlara edilən təkliflə razılaşaraq yaşadıqları mənzilləri tərk etmiş və onlara verilən müav inətlərin hesabına kirayədə yaşayırlar. Sakinlərdən bir qismi onlara edilən təkliflə razılaşmadıqlarından MTK tərəfindən onların çıxarılmaları barədə 2018-ci ilin dekabr ayında iddia qaldırılmış, sonradan iddia tələbi dəqiqləşdirilərək həmin tələb üç ailəyə qarşı – 1 saylı evin 62-ci mənzilində yaşayan Cavabdeh1 və onun ailə üzvlərinə, 1 saylı evin 65-ci mənzilində yaşayan Cavabdeh12 və 1 saylı evin 66-cı mənzilində yaşayan Cavabdeh13 və onun ailə üzvlərinə qarşı yönəldilmişdir. Həmin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və qeyriləri “xxxx” MTK-ya qarşı əmlak tələbi barədə iddia irəli sürmüşlər. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh13 və Cavabdeh16 k assasiya şikayəti verərək Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlsə də əslində tam təmirli mənzilin əvəzi olaraq onlara orta təmirli mənzillərin təklif olunmaqla faktiki istifadələrində olan sahənin onlara 50 faiz artırılmaqla təklif olunan sahədən çox olmasını, qəbul edilmiş qətnamənin onları MTK ilə razılaşmağa məcbur etməklə Mülki Məcəllə və Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnu qoruyan və müdafiə edən normalarına zidd olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında cavabdehlər Cavabdeh12, Cavabdeh14, Cavabdeh15 və onların vəkili kassasiya şikayətini müdafiə e dərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, qətnamənin qanuniliyi yalnız kassasiya şikayəti verən cavabdehlər Salamovlara münasibətdə yoxlanılmalı və gələcəkdə onlara verilməsi qət olunmuş mənzillərin ölçüsünə dair hissədə qətnamə dəyişdirilərək onlara veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilməsinə dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. MTK-nın iddia ərizəsinə görə Cavabdeh12 mülkiyyətində olan 1 otaqlı mənzilin sahəsi 14,0 kv metr, Cavabdeh13 mülkiyyətində olan 2 otaqlı mənzilin sahəsi isə 26,0 kv metr təşkil edir. MTK həmin şəxslərin çıxarılmasını tələb edərkən onlara mənzillərin sənədlərində göstərilən ölçüdə və üstəgəl həmin sahənin 50 faizi həcmində əlavə edilməklə mənzil təklif etmişdir. Salamovların iddia etməsinə görə onların faktiki istifadələrində olan sahə sənədlərində olduğundan xeyli artıqdır. Salamovların kassasiya şikayətinin əsas dəlili mülkiyyət hüquqlarının pozulması ilə əlaqələndirilsə də, şikayətdə eyni zamanda onlara verilməsi təklif olunan mənzillərin ölçülərinin az olmasına narazılıq da ifadə olunur. İş materiallarından göründüyü k imi cavabdehlərin yaşadıqları mənzillərindən çıxarılmaqla evlərin sökülməsi Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarının icrası ilə bağlı olmuşdur. Həmin qərarın qəbul edilməsində məqsəd Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, yaşayış üçün yararsız olan yaşayış və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasından ibarət olmuşdur. İşin 1-ci cildinin 27-ci səhifəsində olan 12.01.2017-ci il tarixli aktdan görünür ki, cavabdehlərin yaşadıqları mənzillərin yerləşdiyi ev 1926-cı ildə tikilmiş, sakinlər tərəfin dən artırmalar inşa edilməklə ev mövcud inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İşdən göründüyü kimi Cavabdeh12 mülkiyyətində olan 1 otaqlı mənzilin rəsmi sənədlərində olan sahəsi 14,0 kv metr, Cavabdeh13 mülkiyyətində olan 2 otaqlı mənzilin rəsmi sənədlərdə olan sahəsi isə 26,0 kv metr təşkil edir. Cavabdehlər mənzillərinin sahələrini özbaşına tikililərin hesabına xeyli artırsalar da həmin tikililər qanunun tələblərinə müvafiq qaydada onların adlarına rəsmiləşdirilməmiş və mülkiyyətlərinə verilməmişdir. Hazırda Cavabdeh12 faktiki istifadəsində olan sahə 55,0 kv. metr, Cavabdeh13 faktiki istifadəsində olan sahə isə 85,50 kv. metr təşkil edir. İşə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən MTK tərəfindən cavabdehlərə mülkiyyətlərində olan sahəyə onun 50 f aizi həcmində əlavə sahə təklif olunsa da, işə Ali Məhkəmədə baxılarkən cavabdehlərin faktiki istifadələrində olan (həm qanuni həm də özbaşına tikililər) sahəyə 50 faiz həcmində əlavə sahə verilməsi təklif olunmuş, lakin cavabdehlər bu təkliflə də razılaşmayaraq daha artıq sahənin onlara verilməsini tələb etmişlər. Göründüyü kimi, MTK tərəfindən cavabdehlərə yeni, davamlı, təhlükəsiz və müasir tələblərə cavab verən binada malik olduqlarından xeyli artıq sahəsi olan mənzillər təklif olunur. Göstərilən vəziyyətdə iddianın təmin olunması nəinki cavabdehləri mülkiyyətlərindən məhrum etmir, əksinə onların mənzil şəraitini daha da yaxşılaşdırmış olur. Bundan başqa, kollegiya qətnamənin dəyişdirilməklə iddianın təmin olunması barədə nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan digər halları da nəzərə alır və həmin halları iddianın təmin edilməsinə imkan verən əsas kimi qəbul edir. İş materiallarından görünür ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar 21 aprel 2017-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti ilə MTK arasında müqavilə bağlanmış və müqavilənin 2.7-ci bəndində tikiləcək sahənin lahiyə sənədlərinin müvafiq qaydada təsdiqindən və tikintiyə başlanması üçün tələb olunan icazələr alındıqdan sonra tikintinin birinci mərhələsinin 18 aya, 2-ci mərhələsinin 36 aya tam başa çatdırılıb istismara təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə bağlandıqdan sonra orada yaşayan sakinlərin böyük əksəriyyəti MTK ilə müqavilələr bağlamaqla yaşadıqları mənzilləri təhvil versələr də, Salamovlar həmin vaxtdan uzun müddət keçməsinə baxmayara q MTK ilə müqavilə bağlamaqdan imtina etmiş və bu səbəbdən MTK indiyə kimi yeni binanın tikintisinə başlamaq imkanı əldə etməmişdir. Bundan başqa, kirayədə yaşayan sakinlər yeni binanın tikintisinə başlanmamasından şikayət edir, eləcə də uzun müddət ərzində kirayədə yaşamaq məcburiyyəti qarşısında qalırlar. Müəyyən olunmuşdur ki, sakinlər yaşadıqları mənzilləri tərk etdikdən sonra ev baxımsızlıqdan bərbad hala düşmüş və orada insanların normal yaşaması qeyri-mümkün olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehlər özləri də yaşadıqları mənzilləri tərk etməklə orada yaşamağa maraqlarını itirmişlər. İşin göstərilən halları həm sakinləri, həm MTK-nı və həm də Salamovların özlərini qeyri-müəyyən və çətin vəziyyətə saldığından həmin vəziyyətin davam etməsinin qarşısını almaq üçün kollegiya iddianın son təklif olunan variantda təmin olunmasını mümkün sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilsin. Onlara veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilsin. Qətnamə Salamovlara münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar