Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7598/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh ***iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli, 2(103)-6483/2019 nömrəli qətnaməsindən cavabdeh *** kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 51672 manat məbləğində borcun iddiaçının xeyrinə tu tulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4440/2016 saylı iş üzrə 10 may 2016-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 24000 manat əsas borc, həmin məbləğə illik beş faiz hesabına 1800 manat olmaqla, cəmi 25800 manat məbləğində pul vəsaitinin İddiaçı onun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli, 2(103)-6483/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4440/2016 saylı iş üzrə 10 may 2016-cı il tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2019- cu il tarixli, 2(103)-6483/2019 nömrəli qətnaməsindən cavabdeh Ələkbərov Əlövsət Səfərəli oğlu və vəkili Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Ələkbərov Əlövsət Səfərəli oğlu və vəkili Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli, 2(103)-6483/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. O, iddiaçıdan 6000 manat məbləğində borc almış və həmin məbləği qaytarmışdır. İddiaçı işin həqiqi mahiyyətini gizlədərək məhkəməni bir sıra vacib faktiki halların ar aşdırılmasından yayındırmış, nəticədə onun qanunla qorunan maraqlarını və hüquqi vəziyyətinin pozulmasına nail olmuşdur. Müqavilənin bağlanmasına əsas səbəb iddiaçı ilə cavabdehin aralarında birgə sahibkarlıq fəaliyyətinin nəticəsidir. Qeyd olunan vəsaitin alınması tikintinin yerinə yetirilməsi ilə bağlı mal-materialın alınması, istifadə edilməsi, eləcədə tikinti obyektlərinin satışında əldə edilən vəsait hesabına və ya öhdəlik üzrə müəyyən edilmiş vəsait miqdarına tənasüb naturada qaytarılması sövdəsində müştərək fəaliyyətin həyata keçirilməsi formasında nəzərdə tutulmuşdur. Əgər iddiaçı birgə fəaliyyəti nəzərdə tutmamışdırsa müstəsna şəkildə istinad etdiyi əlyazmaya görə öhdəliklərinin icra olunmasını əsas tutursa, hansı itirilmiş faydaların bərpa edilməsindən söhbət gedə bilər. Müki h üquq normaları ilə borc öhdəlikləri ilə bağlı tərəflərin razılıq əldə etməsi, həmin razılıqların rəsmləşdirilməsi, rəsmləşdirmənin təsdiq edilərək təqdimat formaları ilə bağlı qaydalar açıq-aşkar təsbit edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 02 iyul 2019-cu il tarixli, 2(103)-6483/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4440/2016 saylı iş üzrə 10 may 2016-cı il tarixli qətnaməsini Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, cavabdeh 10 mart 2014-cü il tarixdə İddiaçı 24000 manat borc pul almış, borc 15 may 2014cü il tarixdə qaytarılmalı olduğu halda, qaytarılmamışdır. İddiaçı cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq borcun ödənilmədiyini göstərərək, bo rc tələbi irəli sürmüşdür. Belə ki, Cavabdeh tərəfindən yazılaraq imzalanmış 10.03.2014-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh pula ehtiyacı olduğu üçün 10 mart 2014-cü il tarixdə yaxın tanışı İddiaçı 24000 manat borc almış və həmin məbləği 15 may 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 04.12.2015-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 10 gün müddətində borcunu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1 və 740-cı maddələrinə əsasən, borc müqaviləsinə görə iştira kçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 385.1 və 386.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icra sını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə ç atmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529-cu maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti q əbul edən kreditor, əgər onu öhdəliyi icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normalara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı 24000 manat məbləğində pulun qaytarılmalı olduğunun sübutu kimi cavabdeh tərəfindən yazıldığı və imzalandığı mübahisələndirilməyən yazılı sübuta (iltizama) istinad edir. İltizam 10.03.2014-cü il tarixdə yazılmış və həmin müddətdən iddia ərizəsinin məhkəməyə müraciət edilməsinədək kifayət qədər vaxt keçmişdir. İddiaçı məhz 24000 manat məbləğində pulun cavabdehin ödəməli olduğunu, cavabdeh isə həmin məbləğdə pul öhdəliklərinin olmadığını sübut etməlidir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh borcun olmamasını təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal hə qiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayar aq, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ***kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli, 2(103)6483/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7598/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7598/2019
25.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver