Məhkəmə qərarları › İş №2(102)-76/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-76/2023

09.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-76/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə iş № 2(102)-76/2023 Açar sözlər: mülkiyyətin müdafiəsi Bakı şəhəri, 09 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi),Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-74/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lerik rayon AİK-ın 2 5 dekabr 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən, JN 0067 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə 0.83 hektar torpaq sahəsi verilmişdir.

2. Lerik rayon AİK-ın 25 dekabr 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən, JN 0054 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətə 6.38 hektar torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 zəbt etdiyi Lerik rayon Amburdərə kəndində yerləşən və onun mükiyyətində olan 0.83 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh1 təq siri ucbatından ona dəymiş 3000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 5000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Lerik rayon X1 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində Lerik rayon Amburdərə kəndində 0.83 ha torpaq sahəsi verilmişdir.Torpağın mülkiyyət hüququna dair JN-0067 KOD 80306098 saylı Dövlət Aktı verilmişdir, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq ona məxsus olan torpaq sahəsini zəpt edərək təsərrüfatla məşğul olurlar, dəfələrlə cavabdehlərdən mülkiyyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də cavabdehlər buna məhəl qoymayaraq həmin torpaq sahəsindən istifadə edirlər, Cavabdeh1 bildirmişdir ki, həmin torpaq sahəsi adiyyəti qurumlar tərəfindən ona verilmişdir. Cavabdehlərin qanunsuz əməllərinin qarşısının alınması məqsədi ilə dəfələrlə aidiyyəti təşkilatlara şikayət ərizəsi ilə müraciət etmişdir.Həmin qurumlar tərəfindən bildirmişlər ki, tələb mülki xarakterli olduğu üçün məhkəməyə mürciət etməlidir.Bütün bunaları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Lerik Rayon Məhkəməsinin (sədrlik edən A.Kiçibəyov) 09 fevral 2021-ci il tarixli, 2(048)-29/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Lerik rayon Amburdərə kəndi ərazisində yerləşən pay torpaq sahəsinin zəptdən azad edilməsi və Cavabdeh1 təqsiri ucbatından dəymiş 3000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 5 000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, İddiaçı ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/2231 saylı ekspert rəyinə əsaslanmışdır. Rəyə əsasən İddiaçı məxsus iddia edilən Lerik Rayon Aqrar İsalahat Komisiyyasının 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən JN 0067 saylı, 80306098 KOD nömrəli Dövlət Aktı ilə qeydə alınmış pay torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmamışdır.

7. Məhkəmə öz mövqeyini Azərb aycan Respublikası Mülki Məcəlləsinin 1097, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1,-cü maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci tarixli 7 saylı qərarın 2-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayətinə verərək, Lerik rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(048)-29/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəld iyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə ekspert öz rəyini apardığı tədqiqatlar əsasında verməlidir, lakin ekspert heç bir tədqiqat aparmadan mütəxəssis rəyini öz rəyinə köçürməklə kifayətlənmiş və qeyd etmişdir ki, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə qiymət verə bilər. Həmin rəyi əsaslı və mötəbər hesab etməmişdir, rəy əsassızdır, mütəxəssis rəyi ekspert rəyini əvəz edə bilməz.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkil Novruz Hacızadə yazılı vəsatət verərək mütəxəssisin haqqını ödəməyi iddiaçı üzərinə götürməklə iş üzrə əlavə ekspertiza təyin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyasının 12 avqust 202 1-ci il tarixli 2(106)1616/2021 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

11. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin 17 may 2022-ci il tarixli 10/2944 saylı rəyinə əsasən, İddiaçı Lerik rayon AİK-ın 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən JN 0067 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.83 hektar torpaq sahəsinin koordinatları müəyyən edildi və məlum oldu ki, həmin torpaq sahəsi iki hissədən (0.7729 ha və 0.0566 ha) ibarət olmaqla Lerik rayonunun Ambudərə kəndində yerləşir. Cavabdeh1 və ailə üzvlərinə Lerik r ayon AİK-ın 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən JN 0054 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 6.38 hektar torpaq sahəsinin koordinatları müəyyən edildi və məlum oldu ki, həmin torpaq sahəsi üç hissədən (0.6251 ha, 5.631 ha və 0.126 ha) ibarət olmaqla Lerik rayonunun Aşağı Ambudərə kəndində, mübahisəli ərazidən kənarda yerləşir. İddiaçı Lerik rayon AİK-ın 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən JN 0067 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.83 hektar torpaq sahəsinin (0.7729 ha hissəsinin) 0.48 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə edildiyi, digər Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin isə İddiaçı JN 0067 saylı Dövlət Aktı ilə mülkiyyətə ver ilmiş 0.83 hektar torpaq sahəsinin 0.0566 ha hissəsi ilə üstüstə düşmədiyi müəyyən edildi. İddiaçı Lerik rayon AİK-ın 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən JN 0067 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.83 hektar torpaq sahəsi ilə Cavabdeh1 və ailə üzvlərinə Lerik rayon AİK-ın 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən JN 0054 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 6.38 hektar torpaq sahəsinin Ambudərə kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən qonşu torpaq sahələri olmadığı müəyyən edilmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Z.A.Zeynalov (sədrlik edən və məruzəçi), N.F.Mirzəyev və Z.M.Allahyarov) 2(106)74/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməs i ilə İddiaçı nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lerik rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(048)-29/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Lerik rayon AİK-ın 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən JN 0067 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş iki hissədən ibarət olan 0.83 hektar torpaq sahəsinin 0.7729 ha hissəsinin 0.48 ha hissəsindən Cavabdeh1 çıxarılması qət olunmuş, iddia qalan hissələrdə təmin edilməmiş və məhkəmə xərci həll olunmuşdur.

13. Məhkəmə kollegiyası iş üzrə 17 may 2022-ci il tarixli 10/2944 saylı ekspert rəyini tədqiq edərək digər sübutlarla yanaşı qiymətləndirib iddia tələbinin torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəsində Cava bdeh1 qarşı təmin edilməsi baxımından mötəbər sübut növü kimi qəbul etmişdir.

14. İş materilları, ekspert rəyi ilə müəyyən və sübut edilir ki, İddiaçı Lerik rayon AİK-ın 25 dekabr 1998-ci il tarixli 46 nömrəli qərarına əsasən JN 0067 saylı, 80306098 Kod nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.83 hektar torpaq sahəsi iki hissədən (0.7729 ha və 0.566 ha) ibarət olmaqla 0.7729 ha hissəsinin 0.48 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə edilir, Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin İddiaçı naturada iddia etdiyi torpaq sahəsinin İddiaçı JN 0067 saylı Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.83 hektar torpaq sahəsinin mübahsəli 0.0566 ha hissəsi ilə üst-üstə düşmədiyi müəyyən edilməklə Cavabdeh2 tərəfindən zəbt edilmədiyi üçün iddia tələbi Cavabdeh2 qarşı təmin edilməməl idir.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 21.2, 152.1, 157.2, 178.1-ci, Torpaq Məcəlləsinin 68, 111-ci, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmış dır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-74/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Cavabdeh1 həmin torpaq sahəsində 1993-cü ildən fərdi yaşayış evi tikmiş, verilmiş torpaq sahəsində təyinatı üzrə istifadə etmiş və hazırda da həmin fərdi yaşayış evində yaşamaqla istifadə edir. Yəni torpaq sahəsi iddiaçıya ümumiyyətlə torpaq sahəsi ayr ılmamışdan çox əvvəl ayrılmış və istifadəsində olmuşdur. Bunu sübut edən Lerik rayon İHB-nın Kələxan kənd İƏD-i üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış təqdim edilmişdir. Lakin həmin arayış məhkəməyə təqdim edilsədə işə əlavə edilməmiş və araşdırılmamışdır. Hazırda iddiaçı Dövlət Aktı ilə verilmiş torpaq sahəsinə dair mülkiyyəty hüququnu qeydə aldırmamışdır və hazırda cavabehin torpaq sahəsini zəbt etdiyi üçün çıxarılması tələbi ilə iddia qaldırmaq hüququ yoxdur.

18. Bundan əlavə, hər iki instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəylərin nəticələri ziddiyyətlidir.

19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1,157.2,178.1,Torpaq Məcəlləsinin 68, 111 və MPM-nin 101.7-ci maddələri ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88 Maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

34. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-74/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar