Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-760/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi və sənədin şəxsə məxsus olması barədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1567/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, JN 097F, KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə 0,08 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayonu Əhən kənd sakini X32 və X24 birgə mülkiyyətinə verilmişdir.
2. X32 19 fevral 2003-cü ildə, X17 isə 19 dekabr 2013-cü ildə vəfat etmişdir.
3. İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnaməyə əsasən İsmayıllı rayonun Əhən kəndində yaşayan X17 özünə məxsus olan Əhən kəndində 2 otaqlı 28,8 kvadrat metr yaşayış evini, tövləsini, JN097F KOD 40704018 nömrəli dö vlət şəhadətnaməsi ilə verilən həyətyanı torpaq sahəsini Əhən kəndində yaşayan Ərizəçi vəsiyyət etmişdir.
4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2-1(84)-764/2016 saylı qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə X18 və X25 adlarına verilmiş JN-097F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 kvadrat metr hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 kvadrat metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi iddiaçı Şahid1 adına qeydə alınması öhdəliyi qoyulmuşdur. 5. 07 fevral 2017-ci il tarixli **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa ə sasən ümumi sahəsi 31,5 kvadrat metr olan fərdi yaşayış evi və 0,0438 hektar həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. 6. 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,085 hektar (0,0438 hektar da daxil olmaqla) həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. 7. 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Şahid1 DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən 07 fevral 2017-ci il tarixdə **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi və yaşayış sahəsi 31,5 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evini, 0,0438 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyə tinə vermişdir. 8. 14 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 09 avqust 2017-ci il tarixdə verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi sahəsi 0,085 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. 9. 21 sentyabr 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və 407-4018/68 inventar nömrəli texniki pasportda əsasən ümumi sahəsi 31,5 kvadrat metr olan fərdi yaşayış evi və 0,1288 hektar həyətyanı torpaq sahəsi Şahid2 adına qeydə alınmışdır.
10. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadı ilə iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X9 və X25 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0,045 hektar hissəsinin ləğv edilməsi, həmin 0,045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir.
11. İsmayıllı rayon Notariat Ofisinin 24 iyul 2020-ci il tarixli 868 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərizəçi anasının xalası olmuş mərhum X7 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnam ə verilməsinə dair müraciətinə miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddət buraxıldığından, miras əmlakın faktiki qəbulu üçün faktların sübutu mümkün olmadığından miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2020-ci il tarixli **********74 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərizəçi JN-097F nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Əraz i İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Ərizəçi maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X32 və X24 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair X3, X12 məxsus olması və X7 miras qalan JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçinin həmkəndlisi və qohumu X2 İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş və reyestrdə 02 nömrə ilə qeydə alınmış 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə iki otaqlı fərdi yaşayış evini, JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə anası X32 ilə özünün birgə mülkiyyətinə verilmiş 0,08 hektar həyətyanı torpaq sahəsini və həmin həyətyanı torpaq sahəsində olan tövləni ərizəçiyə vəsiyyət etmişdir. Mərhumla rın istifadəsində olan həyətyanı torpaq sahəsi ümumilikdə 0,142 hektar olmuş, onun 0,08 hektarı şəhadətnamə üzrə adlarına qeydə alınmış, qalan 0,062 hektarı sənəd üzrə bələdiyyə mülkiyyətində qalmışdır. X32 19 fevral 2003-cü ildə vəfat etmiş, ondan qalan mirası birinci növbəli vərəsəsi olan, onunla birlikdə yaşayan ailə qurmamış qızı X17 faktiki qəbul etmişdir. Gülarə Xankişiyeva 19 dekabr 2013-cü ildə vəfat etmişdir. Ərizəçi vəsiyyət üzrə vərəsə kimi Gülarə Xankişiyevadan miras qalan, Gülarə Xankişiyeva və Gülzaman Rzayevanın birgə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evini, habelə tövlə binasını faktiki qəbul etmiş və idarə etmiş, vergiləri, kommunal xidmətlər üçün haqları ödəmişdir. Eyni zamanda miras qoyanın faktiki istifadəsində olan 0,062 hektar torpaq sahəsi ərizəçinin faktiki olaraq istifadəsinə keçmişdir. X32 və X10 adlarına verilmiş JN-097F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0,045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şahid1 Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə X32 və X10 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 kvadrat metr hissədə ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 kvadrat metr torpaq sahəsi və ü zərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi Şahid1 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31,5 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evinə, 0,0438 hektar həyətyanı torpaq sahəsinə, ümumi sahəsi 0,085 hektar həyətyanı torpaq sahəsinə 2017-ci ildə çıxarışlar almış və mülkiyyətində olan həmin torpaq sahələrini və iki otaqlı fərdi yaşayış evini bacısı Şahid2 bağışlamışdır. 2019cu ildə ərizəçi həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İşə yenidən baxılmış və məhkəmə prosesi zamanı Şahid1 iddiasını geri götür düyündən iş üzrə icraata xitam verilməsi barədə 04 dekabr 2019-cu il tarixli yeni qərar qəbul edilmişdir. Hazırda ərizəçi Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şahid1 adına 31,5 kvadrat metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı və Şahid1 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0,085 hektar torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışların ləğv edilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələb etmiş və iş üzrə məhkəmə iclası 25 noyabr 2020-ci il tarixə təyin edilmişdir. Torpaq islahatları zamanı X32 və X24 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətn amədə texniki səhv olaraq X4 anasının soyadına uyğun olaraq “Rzayeva”, adı isə Gülarə” əvəzinə Güllər” yazılmışdır. Əslində həmin şəhadətnamə X12 məxsusdur. Həmin faktların məhkəməyə qədər və məhkəmədən kənar təsdiqi mümkün deyildir.
15. Maraqlı şəxs birinci instansiya məhkəməsindəki icraatda ərizəyə qarşı yazılı etiraz təqdim etməmişdir.
16. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 15 oktyabr 2020-ci il tarixli, 2(037)-685/2020 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.
17. Məhkəmə Mülki Məcəllənin 1133.1 və 1166-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.2 və 308-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə JN097F KOD 40704018 nömrəli torpağı n mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 hektar həyətyanı torpaq sahəsinin 0,04378 hektar hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31,5 kvadrat metr olan iki otaqlı fərdi yaşayış evinə, 0,0438 hektar həyətyanı torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ümumi sahəsi 0,085 hektar həyətyanı torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar alaraq həmin əmlakları bacısı Şahid2 bağışladığından, Şahid2 isə bağışlama müqavilələri əsasında ümumi sahəsi 31,5 kvadrat metr metr olan fərdi yaşayış evinə və 0,1288 hektar h əyətyanı torpaq sahəsinə dair 21 sentyabr 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış aldığından və hazırda JN097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,036 hektar hissəsi qüvvədə qaldığından ərizə rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) 17 fevral 2021-ci il tarixli, 2(107)-429/21 nömrəli qətnaməsi ilə Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(037)-685/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəld iyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və M.Əhmədova) 2(102)-3668/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərarı ilə Ərizəçi kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-429/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ərizəçinin birinci tələbi (sənədin məxsus olması faktının müəyyən edilməsi) üzrə ərizəsinə baxılarkən birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək ərizədəki həmin tələblə bağlı sə nədi verən Müvafiq İcra Hakimiyyəti orqanını (və ya orqanın hüquqi varisini) maraqlı şəxs qismində işə cəlb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu pozuntuya əhəmiyyət verməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi ərizəni rədd edərkən iş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2- 1(84)764/2016 saylı qərarına istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin qərardada istinad etmiş, lakin eyni iş üzrə işə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadını nəzərə almamışdır. Belə ki, 04 dekabr 2019-cu il tarixli qərardadla iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X9 və X25 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0,045 hektar hissəsinin ləğv edilməsi, həmin 0,045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi ərizəçinin ərizəsində göstərdiyi hüquqi faktların müəyyən edilməsi ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparmamış, məhkəmə mübahisələrinin hazırkı iş üzrə hüquqi faktların müəyyən edilməsinə nə kimi maneəçilik törətməsini əsaslandır mamış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarının nəticələrini sadalamaqla iddiaçının hazırkı tələblə məhkəməyə müraciətinin artıq hüquqi əhəmiyyətini itirməsi, subyektiv hüququnun olmaması qənaətinə gəlməyə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi səhvi təkrarlamış, apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş, ərizəçinin şikayətdə göstərdiyi hallarla bağlı heç bir sübut təqdim etmədiyini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, miras qoyan X10 qanun üzrə vərəsələri yoxdur, ərizəçi onun yeganə vərəsəsidir, sonuncu tərəfindən mirasın qəbul edilməsi faktını mübahisləndirmək hüququna malik olan şəxslər müəyyən olunmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, ərizəçinin apellyasiya şikayətinin də lilləri və hazırkı işin mahiyyəti sübutların tədqiqi ilə bağlı olmamışdır. Ərizəçi məhkəmədən yuxarıda qeyd edilən iki hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmiş, işə baxan məhkəmələr birinci faktla bağlı hər hansı bir hüquqi qiymətləndirmə aparmamış, ikinci faktla bağlı isə ərizənin rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticə işin hallarına və ərizənin dəlillərinə uyğun olmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Abbasov (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov) 30 sentyabr 2021-ci il tarixli, 2(107)-1567/21 nömrəli qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi lə ğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılmaqla, Ərizəçi İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin maraqlı şəxs qismində cəlb edildiyi vəsiyyət üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsinin və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, İsmayıllı rayon Əhən kənd sakinləri X32 və X24 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X12 məxsus olması faktı və X7 miras qalan JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyi ndə 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, X1 Gülzaman Fərhad qızının yeganə vərəsəsi olmuşdur. Ərizəçi isə X25 bacısının nəvəsi olmaqla onun sağlığında, yəni 2011-ci ildə mirasqoyanın razılığı ilə sözügedən yaşayış evinə köçmüş, ailəsini və şəxsi əmlaklarını həmin evə köçürmüş, Gülarə Xankişiyeva 2013-cü ildə vəfat edənə kimi onunla birlikdə həmin evdə yaşamışdır. X17 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə sözügedən əmlakları Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi Gülarə Xankişiyeva 2013-cü ildə vəfat etdikdən sonra hazırkı vaxta kimi ailəsi ilə birlikdə həmin evdə yaşayır və mirasqoyandan qal an təsərrüfatı idarə edir. İşin halları ilə mərhum Gülarə Xankişiyevanın ərizəçidən savayı digər vərəsəsinin olması inkar edilir. Belə olan halda, kollegiyaya görə ərizəçi sözügedən miras əmlakların vərəsə kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməkdə də haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İsmayıllı rayon Notariat Ofisi kassasiya şikayəti verərək qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində göstərir ki, İsmayıllı rayon Notariat Ofisinin 24 iyul 2020-ci il tarixli 868 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum anasının xalası X8 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnamə verilməsinə dair müraciətinə miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 (altı) aylıq müddət buraxıldığından, miras əmlakın faktiki qəbulu üçün faktların sübutu mümkün olmadığından miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi ərizəçi tərəfindən müddətin ötürülməsi faktı məhkəməyə məlum olsa da, lakin məhkəmə qanunvericiliyin tələblərinə zidd olan öhdəliyi notariusun üzərinə qoymuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, “Ərizəçi İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin maraqlı şəxs qismində cəlb edildiyi vəsiyyət üzrə vərəsəlik hüququ əsası nda mirasın qəbul edilməsinin və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin.. Lakin göründüyü kimi məhkəmənin qeyd olunan qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Əhən İƏD üzrə nümayəndəliyinin 12.11.2021-ci il tarixli, 116 nömrəli arayışından görünür ki, mərhum X15 mərhum anası X19 ilə birlikdə İsmayıllı rayonu, Əhən kəndində yaşamışdır. Anası vəfat etdikdən sonra tək yaşamış, vərəsəsi olmamışdır. X20 19.12.2013-cü ildə vəfat etmiş, bununla bağlı nümayəndəliyin 2012-2017-ci illərin VVAQD-na dair kitabında 06 nömrə ilə qeyd edilmişdir. X20 vəfat etdikdən sonra onun dəfnini təşkil edən və xərclərini qarşılayan qardaşı oğlu X29 ol muşdur. Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2007-2021-ci illərə dair vəsiyyətnamələrinin qeydiyyatı jurnalında X20 tərəfindən 08.12.2008-ci ildə X21 vəsiyyətnamə verilmiş 2-3 səhifələrdə 05 nömrə ilə qeydiyyat aparılmış, 3.50 manat dövlət rüsumu ödənilmişdir. Vəsiyyətnamə verilərkən şahidlər iştirak etmiş, şahidlər qismində mərhum X48 və mərhum X49 imza etmişlər. X6 X26 verdiyi vəsiyyətnamənin ləğv olunmasına və Əhən kənd sakini Ərizəçi vəsiyyətnamə verilməsinə dair 2007-2021-ci il illərin vəsiyyətnamələrinin qeydiyyatı kitabında heç bir qeydiyyat aparılmamış, şahidlər qeyd edilməmiş və dövlət rüsumunun məbləği göstərilməmişdir. X6 əmlakı alqı-satqısı ilə bağlı Əhən kənd İƏD üzrə heç bir məlumat yoxdur. Göründüyü kimi məhkəmə qeyd olunan faktları nəzərə almadan yalnız ər izəçinin göstərdiyi əsassız məlumatlar əsasında qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
28. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
29. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
30. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlak ı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
34. Maddə 307.1. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu fakt ları müəyyən edir.
35. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır.
36. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
42. JN 097F KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tar ixli 61 saylı qərarı ilə 0.08 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayonu Əhən kənd sakini X32 və X24 birgə mülkiyyətinə verilmişdir. 43. 13 avqust 2020-ci il tarixli AZ-İ № 006656 nömrəli arayışdan görünür ki, X32 19 fevral 2003-cü ildə vəfat etmişdir. 44. 13 avqust 2020-cil tarixli AZ-İ № 627522 nömrəli arayışdan müəyyən edilir ki, X17 19 dekabr 2013-cü ildə vəfat etmişdir.
45. İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, İsmayıllı rayonu Əhən kəndində yaşayan X17 özünə məxsus olan Əhən kəndində 2 (iki) otaqlı 28,8 kv.m. yaşayış evini, tövləsini, JN097F KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilən həyətyanı torpaq sahəsini Əhən kəndində y aşayan Ərizəçi vəsiyyət etmişdir.
46. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2-1(84)-764/2016 saylı qərarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə X18 və X25 adlarına verilmiş JN-097F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 m2 hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi iddiaçı Şahid1 adına qeydə alınması öhdəliyi qoyulmuşdur. 47. 07 fevral 2017-ci il tarixli **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evi və 0.0438 hektar həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. 48. 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. 49. 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 07 fevral 2017-ci il tarixdə **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evini, 0.0438 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. 50. 14 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanm ası müqaviləsindən müəyyən edilir ki, Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 09 avqust 2017-ci il tarixdə verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. 51. 21 sentyabr 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və 407-4018/68 inventar nömrəli texniki pasportdan müəyyən edilir ki, ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evi və 0.1288 hektar həyətyanı torpaq sahəsi Şahid2 adına qeydə alınmışdır.
52. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadından görünür ki, iddiaçı Şahid1 cavabdeh Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X9 və X25 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0.045 hektar hissəsinin ləğv edilməsi, həmin 0.045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir.
53. İsmayıllı rayon Notariat Ofisinin 24 iyul 2020-ci il tarixli 868 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum anasının xalası X7 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 (altı) aylıq müddət buraxıldığından, miras əmlakın faktiki qəbulu üçün faktların sübutu mümkün olmadığından miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
54. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2020-ci il tarixli **********74 nömrəli məktubdan görünür ki, Ərizəçi JN-097F nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məh kəməyə müraciət etmək hüququ izah olunmuşdur.
55. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2-1(116)-764/2020 nömrəli bildirişindən müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına 31,5 kv.m. sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə 07.02.2017-ci ildə qeydə alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı və Şahid1 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair Şahid1 mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********51 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə 09.08.2017-ci ildə dövlət qeydiyyatına alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə iclası 25 noyabr 2020ci il tarixə saat 12:00 Şəki Məhkəmə Kompleksinin binasına təyin edilmişdir.
56. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli **********43 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə JN-097F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.08 hektar torpaq sahəsinin 0.04378 hektar hissəsi və üzərində yerləşən fərdi yaşayış evi Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi qalan 0.036 hektar hissədə qüvvədədir.
57. İsmayıllı RİHB-nin Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-cu il tarixli 171 nömrəli arayışından görünür ki, Əhən kənd sakini olmuş mərhum X17 15 dekabr 2013-cü ildə vəfat edənə kimi Əhən kəndində yaşamışdır. X10 anası X32 ilə ölənə kimi birgə yaşamışlar və qızı X7 başqa varisi olmamışdır. X10 vərəsəsi olmamışdır.
58. İsmayıllı RİHB-nin Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-cu il tarixli 172 nömrəli arayışından görünür ki, Əhən kəndində həyətyanı tor paq sahələri özəlləşdirmə üçün ölçülərkən torpaq sahəsinin JN-097F plan və ölçüsü sənədlərində (kadastrda), Aqrar İslahat Komissiyası tərəfindən verilmiş siyahıda X10 adında və soyadında texniki səhv olaraq X33 yazılmışdır. 59. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş bildirişlərdən və istifadə olunmuş elektrik enerjisinə görə haqların ödənilməsinə dair mədaxil qəbzlərindən görünür ki, abonentin adı X13 qeyd edilmiş və haqlar ayrı-ayrı vaxtlarda X27 adından ödənilmişdir. 60. 23 may, 31 may 2018-ci il və 11 iyul 2020-ci il tarixli tədiyyə bildirişlərindən və 15 iyul 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, Əhən Bələdiyyəsi tərəfindən torpaq vergisinin ödənilməsi üçün Ərizəçi adına bildiriş göndərilmiş və Ərizəçi öz adından 15 iyul 2020ci il tarixdə torpaq vergisini ödəmişdir.
61. Mülki işin 95-ci vərəqində olan X22 aid olan Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 20 avqust 1964-cü ildə doğulduğu qeyd edilən şəxsə aid Şəhadətnamədə ata qrafası boş saxlanılaraq hər hansı şəxsin adı qeyd edilməmişdir.
62. Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2-1(116)-77/2021 nömrəli cavab məktubundan görünür ki, Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2-1(116)77/2021 nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə (üçüncü şəxslər Şahid1, Şahid2) qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsi tərəfindən Şahid1 adına 31,5 kv.m. sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 ha torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 07.02.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi” tələbinə dair 2-1(116)-77/2021 nömrəli işin icraatı iddiaçının məhkəməyə 06.08.2021-ci il tarixdə daxil olan vəsatətinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1567/2021 nömrəli mülki işə baxılıb qurtaranadək dayandırılmışdır.
63. Apellyasiya instansiyası məhkəməsi ərizənin həlli ilə bağlı qeyd etmişdir ki, işin gerçək halı ondan ibarətdir ki, JN-097F KOD 40704018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Əhən kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi X32 və X24 birgə mülkiyyətlərinə verilmişdir. X32 19 fevral 2003-cü ildə vəfat etmişdir. Əhən kənd sakini X5 Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş və reyestrdə 02 nömrə ilə qeydə alınmış 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə iki otaqlı 28.8 kv.m fərdi yaşayış evini, tövləsini, JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə həyətyanı torpaq sahəsini ərizəçiyə vəsiyyət etmişdir. X17 19 dekabr 2013-cü ildə vəfat etmişdir.
64. Daha sonra İsmayıllı rayonu Əhən kənd sakini Şahid1 X32 və X24 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN097F, KOD 40704018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0.045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır.
65. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə X18 və X25 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 m2 hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi Şahid1 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 6
6. Daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evinə, 0.0438 hektar həyətyanı torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli **********36- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar almışdır. Şahid1 həmin çıxarışlar əsasında mülkiyyətində olan ümumi sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evini, 0.0438 hektar həyətyanı torpaq sahəsini 18 fevral 2017-ci il tarixdə, 0.085 hektar həyətyanı torpaq sahəsini isə 14 sentyabr 2017-ci il tarixdə notarial qaydada bacısı Şahid2 bağışlamışdır. Şahid2 isə bağışlama müqavilələri əsasında ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evinə, 0.1 288 hektar həyətyanı torpaq sahəsinə dair 21 sentyabr 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və 21 sentyabr 2017-ci il tarixli 407- 4018/68 inventar nömrəli texniki pasport almışdır.
67. Ərizəçi həmin məhkəmə proseslərindən məlumat alan kimi onun ərizəsinə əsasən 2019-cu ildə həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə prosesi zamanı Şahid1 iddiasını geri götürdüyündən onun iddiası üzrə olan inzibati işin icraatına xitam verilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 04 dekabr 2019-cu il tarixli yeni qərar qəbul edilmişdir.
68. Ərizəçi yenidən Şəki İnzibati Məhkəməsinə müraciət ed ərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına 31,5 kv.m sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı və həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışların ləğv edilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb etmiş, Şəki İnzibati Məhkəmənin 07.09.2021-ci il tarixli qərardadı ilə 2- 1(116)-77/2021 nömrəli inzibati işin icraatı hazırki mülki işə baxılıb qurtaranadək dayandırılmışdır.
69. Sadalanan məhkəmə qərarlarından görünür ki, sözügedən miras əmlakın Şahid1 adına rəsmiləşməsinə əsas olmuş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı i l tarixli qərarı ləğv edilmişdir.
70. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsini maraqlı şəxs qismində işə cəlb edərək nümayəndəsinin izahatını almış və ərizəyə münasibətini örgənmişdir.
71. Göründüyü kimi hazırkı baxılan işdə ərizəçi iki faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir: İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X32 və X24 birgə mülkiyyətinə verilmiş 0,08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X12 məxsus olması; X7 miras qalan JN 097F KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,08 hektar həyətyanı torpaq sahəsi, iki otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsə kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi.
72. Ərizədən müəyyən edilir ki, ərizəçi JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X12 məxsus olmasını xahiş edərkən ərizəsini onunla əsaslandırmışdır ki, torpaq islahatları zamanı X32 və X24 adlarına verilmiş şəhadətnamədə texniki səhv olaraq X4 anasının soyadına uyğun olaraq “Rzayeva”, adı isə Gülarə” əvəzinə Güllər” yazılmışdır. Əslində həmin şəhadətnamə X12 məxsusdur.
73. İsmayıllı RİHB-nin Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-cu il tarixli 172 nömrəli arayışından görünür ki, Əhən kəndində həyətyanı torpaq sahələri özəlləşdirmə üçün ölçülərkən torpaq sahəsinin JN-097F plan və ölçüsü sənədlərində (kadastrda), Aqrar İslahat Komissiyası tərəfindən verilmiş siyahıda X10 adında və soyadında texniki səhv olaraq X33 yazılmışdır.
74. İnzibati orqanın qeyd edilən arayışı və işin digər mübahisəsiz halları ilə JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X10 adının səhvən X14 yazılması sübut olunur.
75. Belə olan halda, ərizəçi JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X12 məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlı olmuşdur.
76. Bundan başqa birinci instansiya məhkəməsi ərizəni rədd edərkən iş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 okty abr 2016-cı il tarixli 2- 1(84)764/2016 saylı qərarına istinad etmişdir.
77. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin qərardada istinad etmiş, lakin eyni iş üzrə işə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadını nəzərə almamışdır.
78. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)- 1637/2019 saylı qərardadından görünür ki, iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X9 və X25 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0,045 hektar hissəsinin ləğv edilməsi, həmin 0,045 hektar tor paq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir.
79. Apellyasiya kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsində göstərdiyi hüquqi faktların müəyyən edilməsi ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparmamış, məhkəmə mübahisələrinin hazırkı iş üzrə hüquqi faktların müəyyən edilməsinə nə kimi maneəçilik törətməsini əsaslandırmamış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarının nəticələrini sadalamaqla iddiaçının hazırkı tələblə məhkəməyə müraciətinin artıq hüquqi əhəmiyyətini itirməsi, subyektiv hüququnun olmaması qənaətinə gəlməyə çalışmışdır.
80. Müəy yən edilmişdir ki, X1 Gülzaman Fərhad qızının yeganə vərəsəsi olmuşdur. Ərizəçi isə X25 bacısının nəvəsi olmaqla onun sağlığında, yəni 2011-ci ildə mirasqoyanın razılığı ilə sözügedən yaşayış evinə köçmüş, ailəsini və şəxsi əmlaklarını həmin evə köçürmüş, Gülarə Xankişiyeva 2013-cü ildə vəfat edənə kimi onunla birlikdə həmin evdə yaşamışdır. X17 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə sözügedən əmlakları Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi Gülarə Xankişiyeva 2013-cü ildə vəfat etdikdən sonra hazırkı vaxta kimi ailəsi ilə birlikdə həmin evdə yaşayır və mirasqoyandan qalan təsərrüfatı idarə edir. İşin halları ilə mərhum Gülarə Xankişiyevanın ərizəçidən savayı digər vərəsəsinin olması inkar edilir.
81. Belə olan halda, ərizəçi sözügedən miras əmlakların vərəsə kimi tərəfindən qəbul edilm əsi faktının müəyyən edilməsini tələb etməkdə də haqlı olmuşdur.
82. Göründüyü kimi, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydadaalabilmir. Ona görə də, ərizəçi ərizəsində qeyd etdiyi faktların təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 83. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kim i çıxış etməlidir.
85. Kollegiya nəzərə alır ki, maraqlı şəxsin etiraz etdiyi vəsiyyətnamə mübahisələndirilməmişdir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Eyni zamanda hazırkı işdə
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
87. Qeyd olunanları nəzərə alaraq Kol legiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
88. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1567/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.