Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-760/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(106)-121/2022 saylı qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti üzrə işə 07 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin hallar ı Beyləqan Rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə kənd təsərrüfatı mallarının istehsalı məqsədilə 3,87 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə “Torpağa mülkiyyətə hüququna dair” JN: 0007 saylı Dövlət Aktı verilmişdir. Beyləqan Rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə kənd təsərrüfatı mallarının istehsalı məqsədilə 4,25 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə “Torpağa mülkiyyətə hüququna dair” JN: 0006 saylı Dövlət Aktı verilmişdir. 05 fevral 2021-ci il tarixli Çıxarışa əsasən Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 4,2491 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət rey estrində ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1 və ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. 18 sentyabr 2020-ci il tarixli Çıxarışa əsasən Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 3,3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 və ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan 3,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahə sinə dair sənədlər heç bir orqan tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. Lakin, həmin torpaq sahələri cavabdehlər tərəfindən qeyri-qanuni olaraq zəbt edilmiş, dəfələrlə torpaq sahəsinin geri qaytarılmasını tələb etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınmışlar. Hazırda ona məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək torpaq sahəsindən istifadə etməsinə imkan vermirlər. Məhkəmə tərəfindən təyin edilmiş torpaqşünaslıq ekspertizası üzrə daxil olmuş “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 19 aprel 2021-ci il tarixli, 57 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətinə verilmiş 3.87 ha torpaq sahəsinin 0,64 ha hissəsi Cavabdeh1, 0,85 ha hissəsi X1 və 2.38 hissəsi isə digər Cavabdeh2 tərəfindən istifadə olunur. Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(020)-76/2021 saylı qətnaməsi ilə (hakim S.Seyfullayev) iddia təmin edilərək, iddiaçının mülkiyyətinə verilmiş 3,87 ha torpaq sahəsinin 0,64 ha hissəsindən Cavabdeh1, 2,38 hissəsindən isə digər Cavabdeh2 çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadə ilə bağlı iddiaçıya törədilən maneələrin aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər çıxarılmaları tələb olunan torpaq sahəsinin iddiaçıya məxsus olmasını mübahisələndirmiş, məhkəmə tərəfindən bununla əlaqədar tikinti-texniki ekspertizası təyin edilmiş və mübahisəli torpaq sahəsinə mütəxəssislər in iştirakı ilə baxış keçirilərək rəy verilmişdir. Nəticədə iddiaçının mülkiyyətinə verilmiş 3.87 ha torpaq sahəsinin 0,64 ha hissəsinin Cavabdeh1, 2.38 hissəsinin isə digər Cavabdeh2 tərəfindən istifadə olunması müəyyən edilmişdir. Bu baxımdan, iddia əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 164.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi nin ləğv edilməsi, iddianın ona münasibətdə rədd olunması və mübahisəli torpaq sahəsinin onun daimi istifadəsində və mülkiyyətində olması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən onun tərəfindən təqdim edilmiş sübutları qiymətləndirməmiş, yalnız iddiaçının izahatını və təqdim etdiyi Dövlət Aktını əsas tutaraq iddianı təmin etmişdir. Halbuki, hazırda istifadə etdiyi torpaq sahəsi Dövlət Aktı əsasında onun mülkiyyətinə verilmişdir və sərhədləri Dövlət Aktındakı cizgilərlə tam olaraq uyğun gəlir. Bununla bağlı, yəni istifadə etdiyi torpaq sahəsi ilə Dövlət Aktı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsinin tam üst-üstə düşməsini təsdiqləyən müvafiq rəy və akt vardır. Bu halları məh kəmə iclasında qeyd etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən nə izahatları, nə də təqdim etdiyi sənədlər nəzərə alınmamışdır. Məhkəmə hər iki cavabdehin iddianı qəbul etdiyini qeyd etsə də, onlar iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişlər. Göründüyü kimi, məhkəmə işə tələsik və birtərəfli baxmışdır. Apellyasiya baxışında məhkəmə kollegiyasının 15 sentyabr 2021-ci il və 18 may 2022-ci il tarixli qərardadları əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizaları üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyi təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfində məhkəməyə ünvanlanmış 26 iyun 2022-ci il tarixli məktubda qeyd olumuşdur ki, iddiaçının və cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi konturun faktiki vəziyyəti ilə Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsinə aid islahatın kompleks yerquruluşu xəritəsi arasında uyğunsuzluq olmaqla həmin konturda faktiki vəziyyətdə torpaq çatışmazlığının olduğu müəyyən edilmişdir. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquq müəyyənedici sənədlərlə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Həyata keçirilən tədbirlər başa çatdıqdan sonra mütəxəssis rəyinin verilməsi məsələnin həllinə baxılacaqdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(106)-121/2022 saylı qətnaməsi ilə (hakimlər S.Mayılov sədrlik edən, məruzəçi, İ.Əsədov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, apellyasiya baxışında qəbul edilmiş qərardadlar üzrə mütəxəssis və ekspert rəylərinin alınmasının mümkün olmaması i ddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iş üzrə alınmış 19 aprel 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin 0,64 ha hissəsi Cavabdeh1, 2,38 ha hissəsi isə Cavabdeh2 istifadəsindədir. Apellyasiya instansiyası məhkəməsi rəyi vermiş mütəxəssisin mühəndislik sahəsində xüsusi biliyinin olmasını, eləcə də verilmiş rəyin yanaşı yoxlanılmış hər hansı sübutla təkzib edilmədiyini nəzərə alaraq, həmin rəylə müəyyən edilənləri işin hallarına uyğun saymışdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 213.2, 213.6-cı maddələrinin, Torpaq Məcəlləsinin 84, 111ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblər i ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və mülki işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi onun mülkiyyət hüququnun məzmununa zidd qərar qəbul edərək, heç bir ekspertiza rəyi olmadığı halda iddiaçının subyektiv fikirləri əsasında tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi barədə əsassız nəticəyə gəlmişdir. İşdə olan yeganə sübut mütəxəssis rəyidir ki, bu rəydə mütəxəssis iddi açının deməsi əsasında müəyyən iddiaçıdan əvvəlki pay torpağı almış subyektin istifadəsində olan torpaq sahəsinin sərhəddindən ölçmə işlərinə başlamış, fiziki olaraq torpaq həcmini müəyyən etmişdir. Halbuki, həmin ölçmə nəticəsində onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi Dövlət Aktında göstərilən konturdan çıxaraq tamamilə başqa bir kontura düşür. Bu hal ona dəlalət edir ki, həmin ərazidə torpaq çatışmazlığı vardır. Mütəxəssis isə bu hala qiymət verməmiş, məhkəmə isə sosial ədaləti bərpa etmək əvəzinə, iddianı təmin etməklə onun və ailə üzvlərinin mülkiyyət hüququnu pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin ə mlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (1, 2 və 3-cü bəndlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində Cavabdeh2 qətnaməni özünə aid olan hissədə mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı yalnız ona münasibətdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i şə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Beyləqan rayon AİK-nın 01 noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 3.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və onun 4 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilib və JN-0007 saylı, 04 yanvar 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. Həmçinin, işin mübahisə olunmayan hallarına görə 18 sentyabr 2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və 18 sentyabr 2020-ci il tarixli Çıxarışa əsasən Beyləqan ray onu, Yuxarı Aran kəndində yerləşən 3.3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 və onun 3 nəfər ailə üzvlərinin adlarına qeydə alınıb. Hazırda iddiaçı, onun və ailə üzvlərinin mülkiyyətində olan 3.87 ha torpaq sahəsinə dair sənədlərin heç bir orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyini, lakin həmin torpaq sahəsinin cavabdehlər tərəfindən qeyri-qanuni olaraq zəbt edildiyini, dəfələrlə torpaq sahəsinin geri qaytarılmasını tələb etsə də, cavabdehlərin hər dəfə müxtəlif bəhanələr gətirərək bundan imtina etdiklərini göstərib, cavabdehlərin ona və ailə üzvlərinə məzsus olan 3.87 ha torpaq sahəsindən çıxarılmalarını və həmin torpaq sahəsinin ona təhvil verilməsini iddia edir. Cavabdeh2 isə Beyləqan rayon AİK-nın 01 noyabr 1998-ci il tarixli, 57 saylı qərarı ilə Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 3.3993 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verildiyini, 18 sentyabr 2020-ci il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun və ailə üzvlərinin adlarına qeydə alındığını, torpaq sahəsindən uzun illərdi ki, istifadə etdiklərini, həmin torpaq sahəsinin özünə aid olduğunu bildiyini, mübahisəli torpaq sahəsindən istifadə etməklə bağlı iddiaçıya heç bir maneçilik törətmək fikrində olmadığını göstərib, iddia etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşıb qeyd etmişdir ki, cavabdehlər çıxarılmaları tələb olunan torpaq sahəsinin iddiaçıya məxsus olmasını mübahisələndirmiş, məhkəmə tərəfindən bununla əlaqədar olaraq tikinti-texniki ekspertizası təyin edilmiş, həmin torpaq sahəsinə mütəxəssislərin iştirakı ilə baxış keçirilərək rəy verilmiş və nəticədə iddiaçının mülkiyyətinə verilmiş 3.87 ha torpaq sahəsinin 0,64 ha hissəsinin Cavabdeh1, 2.38 hissəsinin isə digər Cavabdeh2 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işə əlavə edilmiş 19 aprel 2021ci il tarixli, 57 saylı mütəxəssis rəyi ilə əsaslandırmışdır. Apellyasiya baxışında məhkəmə kollegiyasının 15 sentyabr 2021-ci il və 18 may 2022-ci il tarixli qərardadları ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizaları üzrə Əmlak Məsələləri Dövlət Xidm əti tərəfindən müvafiq mütəxəssis rəyləri təqdim edilmədiyi üçün, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmiş və bu imtina, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işlərinin başa çatmaması, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmaması ilə əlaqələndirilmişdir. Əvvəla, işin mübahisə olunmayan hallarına görə 3.87 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin, 3.3993 ha torpaq sahəsi isə Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir və sonuncu ilk gündən sözügedən mütəxəssis rəyi ilə razılaşmadığını, özünə və ailə üzvlərinə məxsus olan torpaq sahəsindən istifadə etdiyini göstərib, iddiaya etir az etmişdir. Mülki Prosessual Məcəllənin 97.1, 102.1 və 102.2-ci maddələrinin mənasına görə məhkəmə, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza; ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza; əsassızlığına ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi, sözügedən mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edib birinci instansiya məhkəməsinin mübahahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşarkən, həmin mütəxəssis rəyinin kifayət qədər aydın və tam olmamasını nəzərə almamış, ümumiyyətlə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan 3.3993 ha torpaq sahəsinin, iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan 3.87 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini aydınlaşdırmamış, xüsusi bilik tələb edən bu suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza təyin edib əsaslandırılmış rəy almamış, Cavabdeh2 çıxarılması qət edilən 2.38 ha torpaq sahəsinin, 18 sentyabr 2020-ci il tarixli Çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin sərhədləri daxilinə düşüb-düşmədiyini dəqiqləşdirməmiş, başqa sözlə Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan 3.3993 ha torpaq sahəsinin naturada kordinatlarını müəyyən e tməmiş, iddianı Cavabdeh2 münasibətdə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, işin yuxarıda müəyyən edilmiş halları üzrə, habelə onun və ailə üzvlərinin 3.3993 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını poza biləcək nəticəyə gəlmişdir. Belə ki, işdə, Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin, həqiqətən iddiaçının iddia etdiyi 3.87 ha, o cümlədən Cavabdeh2 çıxarılması qət edilən 2.38 ha torpaq sahələri ilə üst-üstə düşmədiyini özündə ehtiva edən heç bir yazılı sübut yoxur. Halbuki, Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhz mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmə k hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdeceresözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Apellyasiya insitansiyası məhkəməsi, sözügedən normanın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin normanın tələblərinə uyğun olaraq iddiaçının Cavabdeh2 qanunsuz sahibliyindən öz əmlakını geri tələb etm əsini şərtləndirən halların olub-olmaması, 2.38 ha torpaq sahəsinin sonuncunun və ailə üzvlərinin qanuni mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsi, üst-üstə düşüb-düşməməsi ilə bağlı işin hallarını lazımi şəkildə araşdırmayıb. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 etiraz ərizəsinin dəlilləri, habelə onun və ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin kordinatları üzrə heç bir araşdırma aparmadan, yalnız ehtimallara əsaslanaraq iddiaçının iddia etdiyi 2.38 ha torpaq sahəsinin Cavabdeh2 olunun və ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin kütləsinə aid olmaması və onun sərhədlərindən kənarda yerləşməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Ca vabdeh2 kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iş üzrə müvafiq ekspertiza təyin edilməklə, Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətində olan 3.3993 ha torpaq sahəsinin sərhədləri, koordinatları yerində müəyyən olunmalı, iddiaçının iddia etdiyi 2.38 ha torpaq sahəsinin həmin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi aydınlaşdırılmalı və yalnız bundan sonra iddiaçının Cavabdeh2 qarşı hazırki iddiasının əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məh kəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismənmübahisələndirilən, yəni Cavabdeh2 qarşı iddianın təmin olunan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət ve rilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(106)-121/2022 saylı qətnaməsi- mübahisələndirilən, yəni Cavabdeh2 qarşı iddianın təmin olunan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.