Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-760/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)4918/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X6 29 iyul 2019-cu il tarixdə digər şəxslərlə qrup halında Cavabdeh nikaha girməyə məcbur etmək məqsədi ilə avtomobillə Diyallı kəndində olan fərdi yaşayış evinə apararaq saxlamaqla adam oğurluğu cinayətini törətmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qərarı ilə hökm edilmiş cəzanın hesablanma qaydasında dəyişdirilmişdir.
2. İddiaçı X1 atasıdır.
3. Cinayət işi üzrə icraat zamanı Cavabdeh məhkəmədə verdiyi izahatında Elturanın ailəsinin istintaqda onun ailəsi ilə barışığa cəhd etmədiyini, əksinə şantaj edib televiziyaya verib onu biabır edəcəklərini, Elturanın valideynlərindən 10000 manat almaları barədə məlumatının olmadığını bildirmiş, Humayın X13 isə izahatında Elturanın ailəsindən 10000 manat aldığını və qaytarmaq fikrinin olmadığını, qızına dəymiş fiziki və mənəvi ziyana görə onların maddi cəhətdən cavabdehlik daşımalı olduğunu bildirmişdir. Həmin cinayət işində Elturan özünü təqsirli bilməmiş, Humayın anasının istintaq zamanı barışığa gəlmələri üçün onlardan 10000 manat pul aldığını bildirmişdir.
4. İddiaçı öz oğlundan şikayət etmiş Cavabdeh X13nın şikayəti geri götürəcəyini vəd edib aldadaraq 10000 manat pulu ələ keçirilməsi barədə Nizami rayon prokurorluğuna ərizə vermiş, həmin ərizə araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin 25- ci Polis Şöbəsinə göndərilmiş, araşdırmanın nəticəsi olaraq 26 mart 2021-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı həmin pulunu istintaqa şikayətinin olmaması barədə Humay tərəfindən ərizənin təqdim edilməsi üçün verildiyini, Humayın X13 və vəkili isə həmin pulun Humaya dəymiş fiziki və mənəvi zərərin bir qismi kimi verildiyini bildirmişlər.
5. Eyni zamanda İddiaçı cavabdeh X3 qarşı həmin 10000 manat pulun qaytarılması barədə iddia vermiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə adıçəkilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddianın rədd edilməsinin əsası kimi tələbin əsl o lan cavabdehə qarşı irəli sürülməməsi göstərilmişdir. Məhkəmələr müəyyən etmişlər ki, həmin tələbə cavab verməli şəxs pul vəsaitinin bilavasitə alan şəxs Tamam Novruzova deyil, Cavabdeh olmalıdır. Həmin iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh öz ifadəsində göstərmişdir ki, onunla Elturan Daşdəmirovun ailəsi arasında pul müqabilində onun şikayəti geri götürməsinə dair razılıq əldə olunmamışdır. O, yalnız Elturan Daşdəmirovun törətmiş olduğu cinayət əməlinin məhkəmədə etiraf edəcəyi halda onu bağışlayacağını bildirmişdir. Elturanın anası danışıb razılığa gəlmək üçün onun X13ya dəfələrlə zəng etmişdir. Qeyd edilən 10000 manat pul məbləği onun məhkəməyə mənəvi zərərin ödənməsinə dair iddia verilməməsi üçün X1 dayısı Samiq tərəfindən onun vəkili Ənnağıya ödənmiş, Ənnağı is ə pul məbləğinin ona çatdırılması üçün anası Tamama vermiş, mənəvi zərərə görə pulun verilməsini o, tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10000 manat məbləğində pulun, həmçinin 120 manat dövlət rüsumunun və 100 manat vəkil xidmətləri üçün ödənilmiş vəsaitin əvəzi olmaqla, cəmi 10220 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X6, Cavabdeh qızı ilə bir birlərini sevmiş, 2019-cu ilin iyul ayında evlənmək məqsədi ilə bir birilərinə qoşulub qaçmışlar. Daha sonra Cavabdeh X13nın diktəsi ilə Elturan Daşdəmirovdan şik ayətçi olmuşdur. Buna görə də, oğlu Elturan Daşdəmirov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinə görə cinayət işi başlanmışdır. Cinayət işinin ibtidai istintaqı dövründə iddiaçı Tamam Novruzova ilə görüşüb, qızı Cavabdeh oğlundan nə səbəbə görə şikayət etdirdiyini soruşmuşdur. Tamam Novruzova bildirmişdir ki, iddiaçı ona 10000 manat verdiyi təqdirdə, o, qızının oğlundan şikayətinin olmadığı, oğlu ilə barışdığı barədə istintaq orqanına Cavabdeh ərizə verəcəyini, şikayətini geri götürəcəyini bildirmişdir. İddiaçı oğlu həbs edildiyi üçün çıxılmaz vəziyyətdə olmuş, oğlunun tezliklə azadlığa qovuşması üçün, məcbur olub Tamam Novruzova ilə belə bir razılığa gəlmişdir ki, sonuncu, onun tələb etdiyi 10000 manat pulu verəcək, əvəzində isə onun qızı Cavabdeh barəsində S abunçu Rayon Polis İdarəsinə vermiş olduğu şikayət ərizəsini geri götürəcək və istintaq orqanına Elturan Daşdəmirovla barışdığı, ondan hər hansı şikayət və tələbinin olmaması barədə ərizə verəcəkdir. İddiaçı 10000 manat pulu Tamam Novruzovaya vermişdir. Lakin, sonuncu müxtəlif səbəblərlə (gah xəstəliyi ilə əlaqədar, gah işinin olması ilə əlaqədar və s.) Cavabdeh oğlu Elturan Daşdəmirovla barışdığı, ondan şikayət və tələbinin olmaması barədə ərizəni istintaq orqanına təqdim etməyi ləngitmişdir. Bununla əlaqədar iddiaçı Nizami Rayon prokurorluğuna şikayət etmişdir. Həmin şikayət ərizəsinə əsasən, araşdırma aparılmış və 26 mart 2021-ci il tarixli HK11664 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” qəbul edilmişdir. Həmin polis araşdırması zamanı verdiyi izahatında Tamam Novruzova iddiaçıdan 10000 manat pul aldığını etiraf etmişdir. Daha sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olanda, hətta ondan sonra da Tamam Novruzova barışıq ərizəsi verəcəklərini bildirmiş, ərizə verməsini isə müxtəlif bəhanələrlə uzatmış, əvvəlcə Elturanın məhkəməyə etirafedici ifadələr verməsini istəmiş, sonra COVİD-19 pandemiyasını bəhanə edərək evdən çıxa bilmədiklərini bildirmiş, sonra isə əlavə 30000 pul da tələb etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsində 1(103)-23/2023 nömrəli cinayət işi ilə əlaqədar 14 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh qəti olaraq bildirmişdir ki, oğlundan şikayətçidir və barışmaq fikri yoxdur. Daha sonra, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X2 onun xeyrinə 10000 manatın tutulmasını istəmişdir. Həmin Məhkəmənin 15 sentyabr 2023-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qətnaməsini aşağıdakı səbəblərlə əsaslandırmışdır: “Göründüyü kimi cavabdehin qızı Cavabdeh hazırkı mübahisə predmeti olan pul məbləğinin anası tərəfindən ona çatdırıldığını bildirmişdir. Belə olan halda məhkəmə də hazırkı iddianın tələbə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığı nəticəyə gəlmişdir. İddiaçının hazırda tələb etdiyi 10000 manat məbləğində pul nəticə etibarı ilə Cavabdeh çatdırıldığı (özünün etirafı) üçün hazırkı tələb üzrə cavab verməli olan şəxs Cavabdeh olduğundan, iddiaçı həmin pulun on a geri qaytarılmasını müvafiq olaraq Cavabdeh tələb edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, 10000 manat pul Cavabdeh zərər çəkmiş şəxs olduğu cinayət işi üzrə razılıq əldə olunması məqsədilə verilmişdir və nəzərdə tutulan razılıq da məhz Cavabdeh iradəsinə bağlı olmuşdur. Hazırda, nə qədər ki, Cavabdeh həmin pulu aldığını etiraf edir, deməli həmin pulla bağlı qaldırılmış iddiaya da məhz o cavab verməlidir. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz”.
8. Cavabdehin nümayəndəsi, Vəkil2 birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, cavabdeh 2019-cu ildə Elturan Daşdəmirov və onunla əlbir olan digər şəxslər tərəfindən oğurla nmışdır. X13 heç vaxt 10000 manat pul müqabilində iddiaçının oğlundan şikayətinin olmayacağı barədə ərizə yazacağını iddiaçıya vəd etməmiş və bu məzmunda X13 ilə nəinki iddiaçı arasında, ümumiyyətlə heç kimlə hər hansı razılaşma heç vaxt olmamışdır. Sözügedən cinayət işində barışığa dair yekun razılaşma X13 ilə özünü Elturan Daşdəmirovun dayısı kimi təqdim etmiş X11 arasında danışıqlar nəticəsində əldə olunmuşdur. Həmin razılaşmanın şərtlərinə görə, Elturan Daşdəmirov cavabdehə qarşı qanunsuzluq etdiyini, yəni onu zorla qaçırdığını etiraf edib peşman olduğunu bildirməli, yalnız bu etirafdan sonra cavabdeh ondan şikayətinin olmayacağı barədə ərizə verməli idi. Samiq İmanovun verdiyi məlumata görə, razılaşmanın şərtləri Elturan Daşdəmirovun vəkili vasitəsilə ona deyilmiş və Elturan bu şərtlə rə razılığını bildirdikdən sonra, 15 aprel 2020-ci il tarixdə X8 təklifi ilə həmin vaxt cavabdehin nümayəndəsi olan X4 ofisində iddiaçının, Elturan Daşdəmirovun anasının, Samiq İmanovun, cavabdehin X13nın və Ənnağı Məmmədlinin iştirakı ilə görüş olmuşdur. Həmin görüşdə Samiq İmanov cavabdehə vurulmuş maddi və mənəvi zərərin qismən də olsa ödənilməsi üçün 10000 manat pulu X13ya vermişdir. Eyni zamanda, yaxın günlərdə müstəntiq tərəfindən Elturanın etirafedici ifadəsinin alınacağı, bundan sonra cavabdehin gedib həmin ifadə ilə tanış olub, barışdığı barədə ərizə verəcəyi şərtləri bir daha görüşdə iştirak edən şəxslərlə, o cümlədən iddiaçı ilə razılaşdırılmışdır. Beləliklə, guya 10000 manat pulun barışıq ərizəsinin yazılması müqabilində verilməsi, Tamam Novruzovanın, yaxud cavabdehin bu barə də vəd edərək, iddiaçını aldatmaları həqiqətə uyğun deyildir. Cinayət işi başlanan gündən həmişə cavabdehin və ailəsinin barışıq ərizəsi yazmağının yeganə şərti kimi Elturan Daşdəmirovun öncə cinayət əməlini etiraf etməsi olmuşdur. Bu razılaşmanın (müqavilənin) şərtlərinin ardıcıllığına görə ilkin olaraq edilməli olan Elturan Daşdəmirova aid öhdəlik, yəni cinayət əməlinin səmimi etiraf edilməsi bu günədək icra olunmadığından, həmin razılaşmanın (müqavilənin) cavabdehə aid öhdəliyinin, yəni barışıq ərizəsi yazmağının tələb olunması əsassızdır, çünki ilk növbədə Elturan Daşdəmirov cinayət əməlini etiraf etməli idi. X9 əməlini etiraf etməmiş, onun təqsirliliyinə dair olan Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti verərək, təqsirli olmadığını bil dirmişdir. Başqa sözlə, cavabdehə vurulmuş maddi və mənəvi zərərin qismən ödənilməsi məqsədilə 10000 manat pulun verilməsi barışıq ərizəsi yazmağıyla şərtləndirilməyindən, eləcə də, cinayət əməlinin etiraf olunacağı təqdirdə həmin barışıq ərizəsini yazacağına dair əldə olunmuş razılaşma (müqavilə) etibarsız sayılmadığından və bu razılaşma üzrə cavabdeh öhdəliyinin müəyyən olunmuş ardıcıllıqda icra olunmasından heç vaxt imtina etmədiyindən, 10000 manat pulun geri tələb olunması üçün heç bir əsas yoxdur. 10000 manat pulun geri tələb olunmasının digər əsassızlığı isə, həmin pulun cavabdehə iddiaçı tərəfindən ödənilməməsidir. Bu pul Samiq İmanov tərəfindən X13ya verilmişdir, pulun ona aid olduğunu, Elturan Daşdəmirovun ailəsinin “bir qara qəpiyinin” olmadığını demişdir. Beləliklə, iddiaçının 1 0000 manat pulu geri tələb etməkdə subyektiv hüququ da yoxdur. Bu pulun məhz Samiq İmanov tərəfindən verilməsi iddia ərizəsinə əlavə olunmuş 26 mart 2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarda yazılmışdır. Qərardan görünür ki, həm Tamam Novruzova, həm də Ənnağı Məmmədli 10000 manat pulun məhz Samiq tərəfindən verildiyini göstərmişlər. Nə qədər ki, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir, iddiaçının öz izahatına uyğun olaraq, onun bağlandığını iddia etdiyi müqavilə üzrə Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunmuş 3 illik iddia müddəti də keçmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2(008)2375/2024 nömrəli qətnaməsi ilə (hakim T.Əsədova) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi öz mö vqeyini onunla əsaslandırmışdır ki, cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının 10000 manat pulunu özündə saxlamış və geri qaytarmaqdan imtina etmişdir. İddiaçı tərəfindən həmin məbləğin Humayın şikayətini geri alması müqabilində verilməsi cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş izahat və Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş halla təsdiq edilir.
11. Məhkəmə qeyd etmişdir ki, adıçəkilən mülki iş üzrə İddiaçı tərəf kimi iştirak etmiş, lakin Cavabdeh iş üzrə tərəf olmamış, şahid qismində ifadə vermişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə 10000 manatı verilməsinin səbəbinə dair müəyyən edilmiş hal artıq İddiaçı tərəfindən yenidən sübut edilməməlidir. Lakin Cavabdeh həmin iş üzrə tərəf olmadığından həmin halın əksini sübut etmək imkanını itirməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, Cavabdeh həmin halın əksini sübut edə bilməmişdir. Belə ki, cinayəti işində Humay ümumiyyətlə 10000 manat barəsində məlumatının olmadığını bildirmiş, sonradan Sabunçu Rayon Məhkəməsində 2(008)-3881/2023 nömrəli işə baxılan zaman 10000 manat pulun mənəvi zərərə görə verilməsini onun tələb etdiyini bildirmiş, onun nümayəndəsi iddia ərizəsinə verdiyi etirazda eyni halı qeyd etmiş, sonra məhkəmə iclasında 10000 manatın verilməsinin səbəblərindən birinin də Humay tərəfindən şikayətin geri götürülməsi olduğunu bildirmiş, Humaya dəymiş maddi və mənəvi zərərin qiymətləndirilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, Cavabdeh götürdüyü 1000 0 manatı özündə saxlamasının hər hansı bir qanuni əsası barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş səs yazılarını mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin səslərin yazılması cavabdeh tərəfindən həyata keçirilmiş, iddiaçı səsləri yazmamışdır. Belə olan halda, həmin səs yazıları tərəflər arasında baş tutmuş bütün danışıqları əks etdirən yazılar kimi qəbul edilə bilməz. Həmin səs yazıların seçmə üsulu ilə məhkəməyə təqdim etmək imkanı məhz cavabdehdə olduğundan pulun verilməsinin Humay tərəfindən barışıq ərizəsinin təqdim edilməsi ilə şərtləndirilməsi barədə təqdim edilmiş səs yazılarının içində olmaması həqiqətdə həmin səs yazısının olmasını istisna etmir.
14. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Cavabdeh maddi və mənəvi zərərin tutulması barəd ə məhkəməyə mülki iddia verə bilər.
15. Cavabdehin nümayəndəsinin subyektiv hüququ barədə mövqeyinə görə məhkəmə qeyd etmişdir ki, şahid X11 həmin pulun iddiaçıya məxsus olduğunu bildirmişdir. Odur ki, həmin pulu cavabdehdən tələb etmək hüququ da artıq ona keçmişdir.
16. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə ərizədə göstərilən hüquqi əsaslandırma ilə razı olmasa da (müqavilə üzrə Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunmuş 3 illik iddia müddəti), iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini qəbul etmiş və qeyd etmişdir ki, mübahisəli pul məbləği 15 aprel 2020-ci il tarixdə verilmiş, artıq 2021-ci ildə iddiaçı hüququnun X7 tərəfindən pozulması barədə polisə müraciət etmiş, 2023-cü ildə məhkəmədə X3 qarşı iddia qaldırmış, həmin icraatda X7 t ərəfindən iddia müddətinin tədqiqi barəsində ərizə verilməmiş, işə baxılmış və başqa əsasdan iddia rədd edilmiş, yalnız 2023-cü ildə iddiaçı onun tələbinə cavab verəsi cavabdehin Cavabdeh olduğunu bilmiş və iki il keçmədən ona qarşı iddia irəli sürmüşdür. Məhkəmə Sabunçu Rayon Məhkəməsində 2(008)-3881/2023 nömrəli işə baxılan zaman iddia müddətinin ötürülüb-ötürülməməsinin hazırkı iş üzrə əhəmiyyət kəsb etmədiyini düşündüyündən həmin halı araşdırmamışdır. Belə ki, qeyd edildiyi kimi, həmin icraatda iddia müddətinin tədqiqi barədə ərizə verilməmiş və bununla da iddia müddətinin tədqiqi imkanı aradan qalxmışdır. Bundan başqa, iddiaçı yalnız bir il bundan əvvəl onun tələbinə cavab verəsi cavabdeh barədə məlumat əldə etmişdir. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddətin şamil edilməsi həmin tələb hüququnun konkret şəxsə ünvanlaması ilə şərtləndirilmişdir. Yəni hətta Tamama Novruzovaya qarşı iddia müddəti ötürülmüş olsa da, Cavabdeh qarşı bu müddət ötürülməmişdir.
17. Eyni zamanda məhkəmə Tamama Novruzova da qarşı iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Belə ki, qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsində cinayət işi üzrə qərar 27 oktyabr 2023-cü il tarixdə çıxarılmış və həmin qərar çıxanadək Cavabdeh tərəfindən şikayətin geri götürülməsi ehtimalı olmuşdur.
18. Yəni məhkəmə hesab etmişdir ki, iddiaçı əvvəllər də polisə, məhkəməyə müraciət etsə də, hüququnun birmənalı pozulduğunu 27 oktyabr 2023-cü il tarixdə bilmişdir. Belə ki, Humay tərəfi ndən gözlənilən ərizəni vermək imkanı yalnız o tarixdə aradan qalxmışdır.
19. Odur ki, məhkəmə hesab etmişdir ki, hazırkı iddia üzrə iddia müddətinin axımı məhz 27 oktyabr 2023-cü il tarixdən başlamalıdır. Beləliklə, məhkəmə iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyi qənaətinə gəlmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia nın hüquqi əsası ilə razılaşmamış, ailələrin aralarında olan şifahi razılaşmanı müqavilə kimi qiymətləndirməmiş, hazırkı iddianın hüquqi əsasının əsassız varlanma barədə müddəalar olduğunu hesab etmiş, Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad etmiş, cavabdehin heç bir hüquqi əsası olmadan iddiaçının 10000 manat pulunu özündə saxlaması və geri qaytarmaqdan imtina etməsi qənaətinə gəlmiş, iddiaçı tərəfindən həmin məbləğin Humay tərəfindən şikayətini geri almaq üçün verilməsinin 20 may 2024-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş izahat və Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edildiyi, Humaya dəymiş maddi və mənəvi zərərin qiymətləndirilməsi barədə onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi, iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyi qənaətlərinə gəlmiş, cavabdehin məhkəməyə təqdim etdiyi səs yazılarını mötəbər sübut hesab etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi təsdiq edir ki, ailələr arasında şifahi razılaşma olmuşdur. Başqa sözlə, ailələr arasında müzakirələrin aparıldığı, bu müzakirələr nəticəsində müəyyən şərtlərin razılaşdırıldığı, həmin şərtlərin şahidlərin iştirakı ilə təsdiq olunduğu, iddiaçının məhz bu razılaşmanın şərtinə əsasən cavabdehə hazırda geri tələb etdiyi 10000 manat pulu verdiyi halda, bütün bu proseslərin yekunu olan barışıq müqaviləsinin niyə müqavilə kimi qiymətləndirilməməsini hakim əsaslandırmamışdır. Göründüyü kimi bütün bu proseslər müqavilənin bağlanmasını təsdiq edir və mülki qanunvericiliyin müqavilənin bağlan ması ilə bağlı tələblərinə tam uyğundur. Beləliklə, tərəflər arasındakı razılaşmanın müqavilə kimi qiymətləndirilməməsi barədə hakimin gəldiyi nəticə qanuni deyildir. Digər tərəfdən cavabdehin pulu özündə saxlaması və qaytarmasının hüquqi əsasının olmadığını göstərmişdir. Lakin cavabdehin pulu əldə etməsinin hüquqi əsasının olub-olmamasını qeyd etməmişdir. Əsassız varlanma məhz hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsindən başlayır. İddiaçının etiraf etdiyi kimi 10.000 manat pul tərəflər arasındakı razılaşmaya əsasən cavabdehə verilmişdir. Belə olan həmin pulun cavabdeh tərəfindən əldə edilməsi hüquqi əsassız baş verməmiş, müqavilə (razılaşma) əsasında baş vermişdir. Bu hal isə həmin pulun əsassız varlanmanın obyekti olmasını istisna edir. Göründüyü kimi, hakim maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməyərək, tərəflər arasındakı münasibətləri əsassız olaraq müqavilə münasibətləri kimi qiymətləndirməmişdir. Eyni zamanda tərəflər arasındakı münasibətlərin istər müqavilə, istərsə də əsassız varlanma kimi qiymətləndirilməsindən asılı olmayaq, hazırkı iddiaya iddia müddəti tətbiq olunmalıdır, çünki cavabdehin bu barədə ərizəsi vardır. Hakim tərəflər arasındakı münasibətləri əsassız varlanma kimi qiymətləndirdiyindən, hazırkı iddiaya Mülki Məcəllənin 1095-ci maddəsi ilə müəyyən edilmiş iki illik müddətin keçibkeçməməsi baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaya görə, cavabdeh 10.000 pulu aldıqdan sonra barışıq ərizəsini verməli idi. Pul 15 aprel 2020-ci il tarixdə verildiyindən, barışıq ərizəsi də həmin gün verilməli idi, lakin həmin tarixdə barışıq ərizəsi verilməmişdir. Deməli, 16 aprel 2020-ci il tarixdən iddiaçının hüququnun pozulması və 10.000 manat pulu tələb etməsi ilə bağlı iddia müddətinin axımı başlanmışdır. Hakimin iddia müddətinin axımını Elturanın barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarının qəbul olunduğu vaxtdan hesablaması əsassızdır. Çünki həmin cinayət işi üzrə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqları zamanı cavabdeh birmənalı olaraq Elturandan şikayətçi olduğunu, onunla barışığın olmadığını bəyan etmişdir, hətta Bakı Apellyasiya Məhkəməsinin Elturana qismən bəraət verən 19 may 2021-ci il tarixli hökmü məhz zərər çəkmiş şəxsin Humayın kassasiya şikayəti əsasınd a Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Hakim hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi 08 fevral 2024-cü il tarixə kimi olan dövrdə iddia müddətinin axımının dayandırılması və kəsilməsinin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hər hansı əsasına istinad etməmişdir. Eləcə də, bu dövr ərzində hakimin qeyd etdiyi, iddiaçı tərəfindən hüququn pozulması barədə polisə müraciət olunması, yaxud pozulmuş hüququn müdafiəsi üçün əsl olmayan cavabdehə qarşı iddianın verilməsi əsasları Mülki Məcəllə ilə müəyyənləşdirilmiş iddia müddətinin axımının dayandırılması və kəsilməsi əsaslarında yoxdur. Beləliklə, qeyd olunan hallar iddiaçının hüququnun pozulduğunu bildiyi 16 aprel 2020-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi 08 fe vral 2024-cü il tarixə kimi olan dövrdə iddia müddətinin axımının dayandırılması və kəsilməsi üçün əsaslar sayılmadığından, hazırkı iddia üzrə istər Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunmuş 3 illik iddia müddəti, istərsə də Mülki Məcəllənin 1095-ci maddəsi ilə müəyyən edilmiş 2 illik müddət keçmişdir. Bundan başqa, nə nümayəndənin izahatında, nə də Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsində 10.000 manat pulun ancaq cavabdeh tərəfindən şikayətinin olmaması barədə ərizənin yazılması müqabilində alınmasına (verilməsinə) dair hər hansı məzmun yoxdur. Hər iki sübutda sözügedən pulun məhz barışıq razılaşması daxilində alındığı, lakin pulun alınmasının qarşılığı olaraq Humayın Elturandan şikayətinin olmaması barədə ərizə yazmağının olmaması, bu barədə əri zənin ancaq Elturanın Humayı zorla qaçırdığını etirafdan sonra veriləcəyi barədə məzmun öz əksini tapmışdır. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh həmin işdə tərəf olmamışdır. Belə olan halda, Cavabdeh tərəf olmadığı iş üzrə qəbul olunmuş məhkəmə aktının hazırkı iş üzrə hər hansı preyudisiallığı mövcud deyildir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-4918/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2(008)-2375/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Bir inci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cinayət işinin gedişatında təqsirləndirilən (hazırda məhkum olunmuş) şəxs İddiaçı ailəsi tərəfindən zərər çəkmiş şəxs olan H.Təhməzovun ailəsinə 10000 manat pul vermişdir. Hazırkı halda iddiaçı tərəfindən pulun hansı hissəsinin hansı qohuma aid olmasının hər hansı əhəmiyyəti ola bilməz, çünki onlar pulu cavabdehə yox, ehtiyaclarını qarşılamaq məqsədi ilə İddiaçı vermişlər. Cavabdeh tərəfindən isə pulun cavabdehin anasının almasına baxmayaraq, məhkəmələr tərəfindən iddiaçının bu tələbi üzrə cavabdehin məhz Cavabdeh ola biləcəyi müəyyən olunmuşdur.
25. Cavabdeh tərəf hazırda həmin vəsaitin tərəflər arasında olan yalnız “barışıq müqaviləsi” üzrə verildiyini bildirsə, də bu barədə mötəbər sübut lar təqdim edilməmişdir. Belə ki, cinayət işinin gedişatında verilmiş pul vəsaiti, məhz cavabdeh tərəfin şikayətçi olmaması əsası ilə verilmişdir, eləcə də tərəflər arasında bu barədə hər hansı yazılı müqavilə bağlanmamış, cavabdeh tərəf iddiaçının iddia etdiyindən fərqli başqa razılığa əsasən pulun alındığını qeyd etsə də, buna dair əsaslı sübutlar verə bilməmişdir. Halbuki, həmin pulun təqsirləndirilən şəxsin ailəsi tərəfindən zərər çəkmiş şəxsin ailəsinə cinayət işində şikayətçi olmaması barədə razılığa əsasən deyil, başqa bir əsasa görə alınmasının sübut edilməsi MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən məhz cavabdeh tərəf üzərinə düşür.
26. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, əsassız varlanan o şəxs (varl anmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin ailəsi ilə zərər çəkmiş şəxsin ailəsi arasında həmin cinayət işinin gedişatı zamanı danışıqlar aparılmış və zərər çəkmişin şikayətinin olmamasına dair ərizə verməsi şərti ilə iddiaçı cavabdehə həmin pul vəsaitini ödəmişdir. Bu cür münasibətlər oxşar cinayət işləri üzrə tez-tez rast olunan haldır. Əksər hallarda zərər çəkmişin belə bir ərizə verməsi təqsirləndirilən şəxsə münasibətdə daha əlverişli (cinayət təqibinə xitam verilməsi, cəzadan azad edilmə, daha yüngül cəzanın verilməsi, verilmiş cəzanın şərti hesab olunması və s.) nəticənin əldə olunmasını şərtləndirir. Hazırkı halda da tərəflər arasında məhz eyni məzmunda razılaşma olmuş, buna müvafiq olaraq iddiaçı tərəf pulu cavabdehə vermiş, lakin cavabdeh tərəf həmin ərizəni verməmişdir. Həmin pul vəsaiti cavabdehdə qalmış, cavabdeh pulu iddiaçıya qaytarmaqdan imtina edir. Hazırda iddiaçı cavabdehə ödədiyi həmin 10000 manatın geri qaytarılmasını tələb edir.
28. Belə olan halda, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.
29. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli o lur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.
30. İddia tələbinin qanuni əsasının tapılmasından sonra növbəti mərhələ iddiaçının bildirdiyi halların qanunun dispozitiv şərtlərinə uyğun gəlib-gəlməməsini yoxlanılmasından ibarət olmalıdır.
31. Hazırkı mübahisənin müəyyən olunmuş hallarının istinad olunan normanın dispozitiv şərtlərinə, yəni həyata keçməmiş əsasa tam uyğun olduğunu təsdiqləyi r.
32. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iddianın hüquqi əsasını əsassız varlanmaya dair müddəaların yaratması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh götürdüyü 10000 manatı özündə saxlamasının hər hansı bir qanuni əsası müəyyən edilməmişdir. Eyni zamanda da, Cavabdeh həmin cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ayrıca tələb hüququ mövcuddur.
33. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, iddia müddətinin düzgün tətbiq edilməməsi barədə cavabdeh tərəfin dəlilləri də əsassız olmuşdur.
34. Belə ki, iddiaçının tələb etdiyi pul məbləği 15 aprel 2020-ci il tarixdə verilsə də, həmin cinayət işi üzrə icraat uzun müddət davam etmiş, iddiaçı 2023-cü ildə məhkəmədə X3 qarşı iddia qaldırmış, işə baxılmış və T.Novruzovanın həmin tələb üzrə cavabdeh olmadığı, cavabdehin Cavabdeh olduğunu məhkəmələr müəyyən etmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı 30 yanvar 2024-cü ildə qəbul edilmiş və həmin qərarın qəbulundan cəmi 8 gün sonra iddiaçı hazırkı iddianı irəli sürmüşdür. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsində həmin cinayət işi üzrə son qərar 27 oktyabr 2023-cü il tarixdə çıxarılmışdır və məlum məsələdir ki, həmin qərar çıxanadək də zərər çəkmiş Cavabdeh tərəfindən hökmdən verdiyi şikayətin geri götürülməsi və razılaşdırılmış ərizənin verilməsinin real ehtimalı olmuşdur. Hazırkı apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkil də bu halı, yəni cinayət işi üzrə son apellyasiya mərhələsində də tərəflər arasında danışıqların aparı ldığını, eləcə də barışığın əldə olunması imkanının olduğunu təsdiq etmişdir. Mülki işin 4-cü vərəqində olan iddia ərizəsindən müəyyən olunur ki, ərizə 08 fevral 2024-cü il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin cinayət işi üzrə yekun qərarından cəmi üç ay dörd gün sonra məhkəməyə daxil olmuşdur. Mülki Məcəllənin 1095-ci maddəsində belə tələblər üçün iki il müddət müəyyən edilmişdir. Müddətin axımının isə şəxsin məhz hüququn pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanması qaydası həmin Məcəllənin 377.1-ci maddəsində təsbit edilmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin o dəlili, yəni iddiaçının hazırkı tələblə məhkəməyə müraciət edərkən həm də müddəti ötürməsinə dair dəlili əsassız olmuşdur.
35. Apellyasiya kollegiyası qeyd etmişdir ki, rayon məhkəməsi müddətlə bağlı məsələyə bir qədər fərqli yanaşsa da, mahiyyət etibarı ilə müddətin ötürülmədiyinə dair düzgün nəticəyə gəlmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 375.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
37. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-4918/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 372.1, 373.2, 374.2, 375.2, 385.1, 386.1, 389.1, 405.1, 405.2, 406.1, 881.1, 881.3, 1091.2, 1095-ci, Mülki Prosessual Məcəllənin 8.1, 8.2, 14.2, 77.1, 82.3-cü maddələrinin tələbləri pozulmuşdur.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında razılaşma olduğunu müəyyən (təsdiq) etmişdir. Başqa sözlə, ailələr arasında müzakirələrin aparıldığı, bu müzakirələr nəticəsində müəyyən şərtlərin razılaşdırıldığı, həmin şərtlərin şahidlərin iştirakı ilə təsdiq olunduğu, iddiaçının məhz bu razılaşmanın şərtinə əsasən cavabdehə hazırda geri tələb etdiyi 10.000 manat pulu verdiyi halda, bütün bu proseslərin yekunu olan barışıq müqaviləsinin niyə müqavilə kimi qiymətləndirilməməsini hakim əsaslandırmamışdır. Aydın olduğu kimi bütün bu proseslər müqavilənin bağlanmasını təsdiq edir və mülki qanunvericiliyin müqavilənin bağlanması ilə bağlı tələblərinə tam uyğundur. Beləliklə, tərəflər arasındakı razılaşmanın müqavilə kimi qiymətləndirilməməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni deyildir. Belə olan halda, pulun cavabdeh tərəfindən əldə edilməsi hüquqi əsassız baş verməmişdir, müqavilə (razılaşma) əsasında baş vermişdir. Digər tərəfdən, tərəflər arasında həmin razılaşmanın əsasını təşkil edən Elturan Daşdəmirovun təqsirliliyi halı aradan qalxmamışdır və o, barəsində olan cinayət işində bəraət almamış, beləliklə 10000 manat pulun verilməsi əsası sonradan aradan qalxmamışdır. Tərəflər arasındakı münasibətlərin istər müqavilə, istərsə də əsassız varlanma kimi qiymətləndirilməsindən asılı olmayaq, iddiaya iddia müddəti tətbiq olunmalıdır. Apellyasiya məhkəməsinin iddia müddətinin axımının Elturanın barəsində olan cinayət işi üzrə Bakı Ap ellyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarının qəbul olunduğu vaxtdan hesablaması və həmin qərara kimi “zərər çəkmiş Cavabdeh tərəfindən hökmdən verdiyi şikayətin geri götürülməsi və razılaşdırılmış ərizənin verilməsinin real ehtimalı olması qənaəti əsassızdır. Çünki, həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmündən zərər çəkmiş şəxs şikayət verməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarından məlum olur ki, həmin qərar müdafiə tərəfinin apellyasiya şikayətləri üzrə qəbul olunmuşdur. Cinayət işi üzrə olan istər ibtidai istintaq, istərsə də, məhkəmə istintaqları zamanı cavabdeh birmənalı olaraq Elturan Daşdəmirovdan şikayətçi olduğunu, onunla barışığın olmadığını bəyan etmi şdir. Hətta Bakı Apellyasiya Məhkəməsinin Elturan Daşdəmirova qismən bəraət verən 19 may 2021-ci il tarixli hökmü məhz zərər çəkmiş şəxsin kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Belə olan halda, iddiaçının guya Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarının qəbul olunduğu vaxta kimi cavabdehin barışıq ərizəsini verəcəyinə dair ümidinin olmasına heç bir əsası olmamışdır. İddiaçının Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarının qəbul olunduğu vaxta kimi cavabdehin barışıq ərizəsini verəcəyinə dair ümidinin olmadığı həm də onunla müəyyən olunur ki, iddiaçı hazırkı iddiası ilə eyni məzmunda, yəni, barışıq ərizəsinin veriləcəyi vədi ilə aldadılması barədə daha əv vəlcə iki dəfə müraciət etmişdir: 1) iddiaçının 2021-ci il tarixdə Nizami rayon prokurorluğuna ünvanladığı ərizəsi üzrə 25-ci PB-də 26 mart 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur; 2) 30 aprel 2023-cü il tarixdə isə hazırkı iddia ilə əsl olmayan cavabdehə qarşı – Tamam Novruzovaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə verilmiş iddia təmin olunmamışdır. Hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi 08 fevral 2024-cü il tarixə kimi olan dövrdə iddia müddətinin axımının dayandırılması və kəsilməsinin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hər hansı əsası da yoxdur. Hazırkı mülki işin materiallarında 10.000 manat pulun “cavabdeh tərəfin şikayətçi olmaması”, “zərər çəkmişin şikayətinin olmamasına dair ərizə verməsi” şərt i ilə verildiyini təsdiq edən heç bir sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi sübutu – səs yazılarını niyə mötəbər hesab etmədiyini əsaslandıra bilməmişdir. Cavabdehin təqdim etdiyi səs yazıları həmin səs yazılarında səsi yazılmış şahid X8 iştirakı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində 20 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında tədqiq edilmişdir. Bütün səs yazıları dinlənilmiş, şahid Samiq İmanov öz səsini tanımış, səs yazılarında səsləndirilmiş məzmuna dair hər hansı etiraz etməmiş, həmin məzmunda danışığın olmamasını bildirməmişdir. Təqdim olunmuş səs yazılarındakı məzmunlar ardıcıldır və bir-birlərini tamamlayır. Səs yazılarından aydın şəkildə məlum olur ki, X5 barışıq ərizəsini yazmasını birmənalı olaraq Elturanın Humayı qaçırdığ ını etiraf etməsi ilə şərtləndirir. Lakin, ibtidai istintaqı aparan müstəntiq Elturan Daşdəmirovun həmin etirafı edəcəyi halında ona köməklik edə bilməyəcyini deməsindən sonra, Elturan həmin etiraf ərizəsini yazmır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qətnaməsinin, Cavabdeh həmin işdə tərəf olmadığı üçün, hazırkı iş üzrə hər hansı preyudisiallığı mövcud deyildir.
40. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
41. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam y oxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Mə cəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin t ələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını işin müəyyən olunmuş faktiki hallarına uyğun düzgün tətbiq etməmişdir. Bu səbəbdən kassasiya şikayəti təmin edilməklə, qətnamə ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək, iddia mübahisələndirilən hissədə rədd olunmalıdır.
48. Belə ki, iddiaçının oğlunun cavabdehə qarşı cinayət əməli törətməsi, bununla bağlı cinayət işi üzrə istintaq zamanı iddiaçının cavabdeh tərəfə 10000 manat məbləğində vəsait verməsi, buna baxmayaraq cavabdehin təqsirlənd irilən şəxsə qarşı şikayətçi olmaqla, sonuncunun məhkum olunması işin mübahisəsiz hallarıdır.
49. İddiaçı qeyd olunan vəsaiti ödəyərkən cavabdeh tərəfin iddiaçının oğluna qarşı olan şikayətinin geri götürəcəyini öhdəsinə götürdüyünü, lakin bu öhdəliyini icra etmədiyi üçün oğlunun azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını qeyd etməklə, pulun əsassız varlanma qaydalarına əsasən geri tələb etmişdir.
50. Cavabdeh tərəf isə iddiaya etirazında, habelə apellyasiya və kassasiya şikayətlərində verilən pulun ona vurulmuş ziyanın kompensasiyası olmasını, şikayətin geri götürülməsinin təqsirləndirilən şəxsin öz əməlini etiraf edəcəyi halda razılaşdığını, yəni əsassız varlanmanın baş vermədiyini və iddia müddətinin ötürüldüyünü qeyd etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.
51. İddianı təmin edən məhkəmələr iddiaçının mövqeyi ilə razılaşmışlar.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qətnaməsində əsassız varlanmanın dispozisiya şərtlərinə istinad etsə də, iddiaçının tələbinin həmin şərtlərə uyğunluğunu tam əsaslandırmamışdır.
53. Belə ki, Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə görə, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir qanuni və ya müqavilə əsası olmamalı, ya da ki, varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənməlidir. Əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır.
54. Ha zırkı işdə cavabdehin iddiaçının hesabına 10000 manat pul əldə etməsi, yəni əsassız varlanmanın 1 və 2-ci şərtlərinin mövcudluğu mübahisəsizdir.
55. Lakin, əsassız varlanmanın 3-cü şərtinin mövcud olub-olmamasına əlavə hüquqi qiymət verilməlidir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının oğlunun törətdiyi cinayət əməli üzrə zərər çəkmiş şəxs olmuşdur. Yəni, hazırkı işdə iddiaçının oğlu tərəfindən cavabdehə qarşı törətdiyi əməl nəticəsində sonuncuya zərər vurulmuşdur.
57. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.
58. Cinayət mühakimə icraatında müdafiə tərəfi zərər çəkmiş şəxsə vurulan zərər ilə qarşılıqlı razılığa əsasən aradan qaldırıla bilər.
59. Belə ki, Cinayət Məcəlləsinin 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır.
60. Eyni zamanda, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
61. Qeyd olunmalıdır ki, təcrübədə zərər çəkmiş şəxsə vurulan ziyanın bilavasitə cinayət törətmiş (təqsirləndirilən, məhkum olunan) şəxs tərəfindən deyil, onun adından yaxın qohumları və üçüncü şəxslər tərəfindən ödənilməsi mümkündür.
62. Bu zaman, zərərin aradan qaldırılması nəticəsində ittiham tərəfinin ittihamdan imtina etməsi, o cümlədən zərər çəkmiş şəxsin şikayətin geri götürməsinə vəd verməsi, habelə məhkəmə tərəfindən cəza təyini zamanı hansı həddə nəzərə alınması əhəmiyyət kəsb etmir. Ziyan zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlanmasından, habelə cinayət törətmiş şəxsin məsuliyyətə cəlb edilməsindən, ona cəza təyin edilibedilməməsindən, bu cəzanın həddindən asılı olmadan ödənilə bilər.
63. Göründüyü kimi, cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulan ziyanın ödənilməsinin qanuni əsası mövcuddur və bu əsas zərər çəkmiş şəxsin barışığa razılıq verməməsi, şika yətinin davam etməsi ilə aradan qalxmır.
64. Belə olan halda, hazırkı işdə əsassız varlanmanın Mülki Məcəllənin 1091.2-ci maddəsi ilə nəzərdə tutulan dispozisiya şərtinin 3-cü elementi müəyyən olunmur. Ona görə ki, iddiaçının cavabdehə verdiyi 10000 manat pul sonuncuya cinayət nəticəsində vurulan ziyanın kompensasiyası olmuşdur.
65. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi özü də cavabdehə ona vurulmuş ziyanın tutulması ilə bağlı iddia vermək hüququnu izah etməklə, faktiki olaraq iddiaçının verdiyi pul vəsaitinin cavabdehə vurulan ziyanın əvəzinin olmasını qəbul etmişdir.
66. Belə olan halda, iddianın əsassız varlanma qaydalarına əsasən tutulmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmamışdır.
67. İddia tələbinin təmin olu nması üçün başqa hüquqi əsas da müəyyən olunmur.
68. Odur ki, iddia rədd olunmalıdır.
69. Daha sonra, məhkəmə kollegiyası iddianın əsaslı olmamasını nəzərə almaqla, hazırkı tələb irəli sürülərkən iddia müddətinin ötürülüb-ötürülməməsinə dair əlavə əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə uyğun olaraq zərurət bilmir.
70. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə maddi hüquq normasının tələblərini pozmuşdur ki, bu hal Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)4918/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.