Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7602/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı V1 qızının vəkili ** oğlunun və Cavabdeh nümayəndəsi və vəkili ****oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.06.2018-ci il tarixli 2(103)4821/2018 nömrəli qətnaməsindən iddiaçı V1 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim İ.Ab basova) 25.01.2018-ci il tarixli 2(011)867/2018 nömrəli qətnaməsi ilə İddiaçı Fərhad qızının Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən 107 saylı mənzildə İddiaçı Fərhad qızının ½ hissədə payının müəyyən edilməsi, İddiaçı Fərhad qızının Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 27 saylı evin 107 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) 06.06.2018-ci il tarixli 2(103)-4821/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25.01.2018-ci il tarixli 2(011)-867/2018 nömrəli qətnaməsinin qismən-Xətai r ayonu, Neapol küçəsi, ev 27 ünvanında yerləşən 107 saylı mənzildə İddiaçı Fərhad qızının ½ hissədə payının müəyyən edilməsinə aid hissədə ləğv edilməsi və həmin tələbin rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı Aslanova (Həmzəyeva) Fərhad qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Fərhad qızı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə 25.10.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilin 2 otağına köçürülməsi, dəhlizin, mətbəxin, sanitar otağın ümumi istifadədə qalmaq şərti ilə mənzildən ist ifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Fərhad qızı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, Neapol küçəsi, ev 27 ünvanında yerləşən 107 saylı mənzilin ½ hissədə ona və ½ hissədə Cavabdeh çatmaqla bərabər şəkildə bölünməsinə və onun Neapol küçəsi, ev 27 ünvanında yerləşən 107 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı V1 qızı və vəkili ** oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxan apellyasiya kollegiyası işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, müəyyən edilən faktiki hallara düzgü n hüquq normalarını tətbiq etməmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətlə bağlı qeyd edilməlidir ki, bu qənaət hər hansı özbaşına tikiliyə münasibətdə tətbiq oluna bilər. Lakin hazırki halda mübahisə predmetini təşkil edən mənzil heç də özbaşına tikili deyildir, müvafiq MTK tərəfindən inşa edilmiş və tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları mənzildir və mülki iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başıçısının Aparatı tərəfindən verilmiş 033082 nömrəli order əsasında cavabdehin adına qeydiyyata alınmışdır. Qeyd edilən order mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilməsə də, mülkiyyət hüququnun qeydiyyatı üçün tələb edilən ilkin rəsmi sənəddir və bu sənədin mövcudluğu apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu qənaətin yanlış olduğuna dəlalət edir. ünvan 1 ünvanında yerləşən 107 saylı mənzil “xxxx” MTK tərəfindən inşa edilmiş binada yerləşir və tərəflərin rəsmi nikah münasibətlərinin mövcud olduğu dövrdə, yəni 27.04.2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına ilkin qeydiyyatdan keçərək onun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbləri baxımından qeyd edilən mənzil tərəflərin ümumi birgə mülkiyyəti sayılır. Beləliklə apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.06.2018-ci il tarixli 2(103)-4821/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edə n şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı V1 qızı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı V1 qızının vəkili ** oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili ****oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.06.2018-ci il tarixli 2(103)-4821/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edi lməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, tərəflər keçmiş ər-arvaddır, onların nikahı 24.10.2003-cü ildə bağlanıb və 30.06.2017-ci il tarixdə pozulub. Tərəflərin birgə nikahlarından 4 uşaqları vardır və nikah pozulduqdan sonra uşaqlar analarının yanında qalmışdır. Tərəflər arasındakı mübahisə ünvan 1 ünvanında yerləşən 107 saylı mənzillə bağlıdır. Mənzil “xxxx” MTK tərəfindən tikilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tikinti barədə müqaviləni həmin MTK ilə 27.04.2016-cı il tarixdə cavabdeh bağlamışdır. Apellyasiya kollegiyası iddia tələbini mənzilin bölünməsi hissəsi üzrə təmin etməmiş və qənaətini onunla əsaslandırmışdır ki, mənzil döv lət qeydiyyatına alınmamışdır və dövlət reyestrində qeydə alınmayan mənzil ər-arvadın ümumi birgə mülkiyyəti sayıla və onların arasında bölünə bilməz. Mülki Məcəllənin 146-cı maddəsi daşınmaz əşyaya mülkiyyət hüququnun əmələ gəlməsini dövlət reyestrində qeydiyyatdan asılı etmişdir. Ona görə də mənzil üzərində heç kəsin mülkiyyət hüququ əmələ gəlməmişdir. Ailə Məcəlləsinin 32-ci maddəsində və Mülki Məcəllənin 225-ci maddəsində ər-arvadın ümumi mülkiyyətindən bəhs edilir. Əgər əşya üzərində mülkiyyət hüququ ümumiyyətlə əmələ gəlməyibsə, həmin əşyanın ər-arvadın ümumi mülkiyyəti sayılması və onların arasında bölünməsi mümkün deyildir. Kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası qeyd edilən mübahisəni mahiyəti üzrə həll edərkən mübahisələndirilən hissədə düzgün ol mayan qənaətə gəlmişdir. Belə ki, apellyasiya kollegiyası daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamasına əsaslanaraq sözügedən mənzili ər-arvadın ümumi mülkiyyəti hesab etməmişdir. Lakin həm iş materiallarından, həm də apellyasiya kollegiyasının qəbul etdiyi qətnamədən də aydın olur ki, ünvan 1 ünvanında yerləşən 107 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir, cavabdeh tərəfindən mənzillə bağlı pay haqqı tam ödənilmişdir və həmin mənzillə bağlı cavabdehin adına 033082 nömrəli order verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymə tli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Göstərilən normalar və işin faktiki halları əsasında kassasiya kollegiyası qeyd edir ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət qeydiyyatında alınmasa belə, hazırda həmin mənzilin dövlət qeydiyyatına alınması üçün hər hansı maneə müəyyən edilmir. Odur ki, mənzilin tərəflərin birgə nikahları dövründə birgə gəlirlər hesabına əldə edilməsi nəzərə alınaraq, iddiaçının həmin mənzildə ½ hissədə pay hüququ tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 417.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə qismən ləğv edilməli, iddia tələbi təmin edilmədiyi hissədə yeni qərar qəbul edilərək, iddiaçı V1 qızının ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilə ½ hissədə pay hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı V1 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 06.06.2018-ci il tarixli 2(103)4821/2018 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissə üzrə yeni qərar qəbul edilsin. İddiaçı V1 qızı ünvan 1 ünvanında yerləşən 107 saylı mənzilə ½ hissədə pay hüququ tanınsın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.06.2018-ci il tarixli 2(103)4821/2018 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7602/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7602/2019
12.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver