Məhkəmə qərarları › İş №2(102)-7609/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7609/2019

25.11.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7609/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh 2nın və cavabdehlərin vəkili Musayev Nazim Cəlal oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9319/2018 nömrəli qətnaməsindən cavabdehlər 2nın, Cavabdeh2 oğlunun və X7nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və X4 qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 1B saylı binanın 74 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Zığ Yolu küçəsi 1B saylı binanın 74 saylı mənzili onun mərhum anası X2 adınadır. Bu barədə ona mənzilə dair order də verilmişdir. Anası vəfat etmişdir və o, mənzildə öz ailə üzvləri ilə yaşayır. Həmin mənzildə cavabdehlər, yəni onun boşandığı keçmiş həyat yoldaşı və iki övladı da qeydiyyatdadırlar. Cavabdehlər bu mənzildə qeydiyyatda olsalar da, burada 1993-cü ildən yaşamırlar, onların mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Belə ki, o, cavabdehlərin də kommunal xərclərini ödəyir. Bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(011)-1021/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9319/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1021/2019 saylı iş üzrə 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9319/2018 nömrəli qətnaməsindən cavabdehlər 2, Cavabdeh2 oğlu və X7 və onların vəkili Musayev Nazim Cəlal oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər 2, Cavabdeh2 oğlu və X7 və onların vəkili Musa yev Nazim Cəlal oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)9319/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yenidən apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ailə qurduqdan sonra mübahisəli mənzilə gəlin köçmüş və orada yaşamışdır. Həmin ünvanda yaşayan şəxslərdən bəziləri yoluxucu xəstəlik daşıyıcısı olduğundan (sonradan həmin şəxs vəfat etmişdir) uşaqlarının sağlamlığı üçün həmin mənzildən çıxmaq məcburiyyətində qalmışlar. Bir müddət kirayədə yaşamışlar, onun valideynləri istifadələrində olan özbaşına tikilini yaşamaq üçün müvəqqəti olaraq onlara vermişdir. 2017-ci ilə qədər özü, uşaqları v ə iddiaçı özbaşına tikilidə yaşamışlar. Nikahları pozulan ərəfədə iddiaçı özbaşına tikilini tərk etmiş, mübahisəli mənzilə yox, başqa ünvana getmişdir. Nikahları pozulana qədər mübahisəli mənzilə gedib gəlmişlər və həmin mənzildən istifadə etmişlər. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Mübahisəli mənzil mülkiyyətdə deyil və Dövlət Mənzil fonduna aiddir. Həmçinin qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilə istifadə hüququ tanınmışdır. Belə olan halda məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 123-cü maddələri ilə əsaslandırmaqda haqlı olmamışdır. Həmçinin Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehlərin daimi yaşamaq üçün başqa yaşayış yerinə getmələri iş materialları ilə təsdiq olunmur. PROSES SUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh 2 və onun vəkili Musayev Nazim Cəlal oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı və digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15 iyul 2019-cu il tarixli, 2(103)-9319/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-1021/2019 saylı iş üzrə 11 mart 2019cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 1B saylı binanın 74 saylı mənzilinin icarədarı X3r. X5 26 fevral 2017ci il tarixdə kəskin ürək damar çatışmamazlığı səbəbin dən Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 fevral 2009-cu il tarixli 2-588/2009 saylı qətnaməsinə əsasən, X6 azyaşlı uşağı X9 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev 1b, mənzil 74-ə yaşayış hüququnun tanınması və onun həmin mənzilə köçürülərək qeydiyyata salınması, müstəqil tələb irəli irən üçüncü şəxs Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev 1b, mənzil 74-ə istifadə hüququnun tanınması və onun həmin mənzilə qeydiyyata alınması qət olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti MKİS tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixdə verilmiş 18 saylı arayışına əsasən, İddiaçı, Cavabdeh1, Cavabdeh2 oğlu və X1 Yolu içəsi, 1 B saylı binanın 74 saylı mənzilində daimi qeydiyyatdadırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2018-ci il t arixli (011)-3221/2018 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 18 sentyabr 1992-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Xətai rayon İcra Hakimiyyəti 66 saylı MKİS tərəfindən 31 yanvar 2019-cu il tarixdə verilmiş 237 saylı arayışa əsasən Cavabdeh1 K.Kərimov küçəsi, 17/11 saylı evin özbaşına tikili mənzilində qızı X7 və oğlu Cavabdeh2 oğlu ilə birlikdə qeydiyyatsız yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08 fevral 2019-cu il tarixli məktuba əsasən Cavabdeh1 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsinə dair birinci isntansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən a şağıdakıları qeyd etmişdir. Cavabdeh1 2009-cu il tarixdə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Onun mübahisəli mənzillə bağlı istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmışdır. İş üzrə digər cavabdehlər isə İddiaçı və Cavabdeh1 birgə nikahlarından olan uşaqlarıdır. Cavabdehin istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınsa da cavabdehin mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Belə ki, cavabdeh bu müddət ərzində mübahisəli mənzilə köçüb yaşamamışdır, hazırda cavabdeh uşaqları ilə birlikdə başqa ünvanda yaşayır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətləri 1993-cü ildən yarandığından, hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiym ət verilməlidir. Belə ki, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş ş əxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından cavabdehlərin mübahisəli mənzildən daimi yaşama q üçün digər yaşayış sahəsinə köçməsi halı təsdiq edilir. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, nikahları pozulana qədər iddiaçı və uşaqları ilə (iş üzrə digər cavabdehlər) birlikdə atasının verdiyi özbaşına tikilidə yaşamışlar, hazırda da özü və uşaqları həmin özbaşına tikilidə yaşayırlar. Cavabdehlərin mübahisəli mənzilə qeydiyyatları formal xarakter daşıyır. Göründüyü kimi hazırki iş üzrə cavabdehlərin daimi əsaslarla mübahisəli mənzili tərk etməsi və uzun müddət həmin mənzildə yaşamaması halı sübut yetirilir, belə olan halda Kollegiya hesab edir ki, hazırki iddiaya münasibətdə yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtləri mövcuddur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsini rəhbər tutaraq mübahisəni hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll etmişdir. Eyni zamanda maddi hüquq normalarını tətbiqi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30. 4-cü maddələrinin şərh edilməsinə dair» 08.10.2013-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə də uyğun olmuşdur. Mənzili daimi əsaslarla tərk etməməsi ilə bağlı digər dəlillərlə bağlı kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübu t etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər 2nın, Cavabdeh2 oğlunun və X7nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli, 2(103)-9319/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar