Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-761/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-761/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X2 ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2015/18 saylı, 18.09.2018-ci il tarixli qətnaməsindən İddiaçı və v əkili Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən barəsində çıxarılmış 01 may 2017-ci il tarixli 884 saylı əmrin ləğv edilməsi, həmin xəstəxanadakı iş yerinə “Tibb bacısı” rəhbəri vəzifəsinə bərpa edilməsi və boşdayanma müddətinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hаkim Elçin Mehdiyev) 01 iyun 2018-cı il tаrixli qətnaməsi ilə İddiaçı Cavabdehna qarşı əmrin ləğv edilməsi, işə bərpa və boşdayanma günlərinin əvəzinin ödənilməsi tələbinə dair iddiаsı təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi İ.Quliyev, hakimlər Ə.Məcidov və M.Əsədli) 18.09.2018-ci il tarixli, 2(107)-2015/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 iyun 2018-ci tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli, 2(107)-2015/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 01 mart 1994-cü il tarixdə Cavabdehna işı qəbul edilmiş, tibb bacısı olaraq müxtəlif şöbələrdə işləmiş, sonuncu dəfə 01 mart 201 0-cu il tarixdə Şəki rayon X1 reanimasiya şöbəsinə anestiziya-tibb bacısı vəzifəsinə təyin edilmiş, lakin, heç bir qanuni əsas olmadan 01 may 2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə xitam verilmişdir. Halbuki iddiaçı ixtisas imtahanını vermiş, Rusiya Federasiyası Buryat Respublikasının Səhiyyə Nazirliyinin Təhsil Mərkəzinin yanında imtahan ixtisas komissiyasının 12 noyabr 2002-ci il tarixli protokol və 29 saylı qərarı ilə ona tibb bacısı ixtisası və bununla bağlı sertifikat da verilmiş, 1994-cü ildən 23 il ərzində fasiləsiz olaraq həmin xəstəxanada işləmiş, kifayət qədər peşəkarlıq səviyyəsi vardır. O sertifikasiyadan keçməyə ümumiyyətlə buraxılmamışdır, bu hal müəssisənin təqsirindən baş vermişdir. 23 illik tibb işçisi stajı 10 dəfə orta ixtisas tibb təhsilinə bərabərdir və onun sertifıkasiyadan keçməyi üçün hüquqi əsas yaratmır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehna işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MP M-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı məxsus 001004 nömrəli müvəqqəti diplomun surətinə əsasən o, 1991-ci ildə Ali tibb kollecinin 1-ci pilləsinə qəbul edilmiş 1993-cü ilə tibb bacısının işi üzrə tam kursu bitirmişdir. Həmin diplomda qeyd edilmişdir ki, müvəqqəti diplom 1994-cü ilin sonunadək etibarlıdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 mart 2010-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı X1 reanimasiya şöbəsinə anestiziya tibb bacısı vəzifəsinə təyin edilmişdir. İddiaçı verilmiş 12 noyabr 2002-ci il tarixli mütəxəssis sertifikatına əsasən o, ixtisa s imtahanını vermiş, Rusiya Federasiyasının Buryat Respublikasının Səhiyyə Nazirliyinin Təhsil Mərkəzinin yanında imtahan ixtisas komissiyasının 12 noyabr 2002-ci il tarixli protokol və 29 saylı qərarı ilə tibb bacısı ixtisası verilmişdir. Sertifikat beş il müddətində etibarlıdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli, 108 №-li qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifıkasiyası qaydasına” uyğun olaraq səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifıkasiyaya cəlb edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehna göndərilmiş məktubda səhiyyə mütəxəssislərinin sertifıkasiyadan keçməs inin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı da sertifıkasiyadan keçməmişdir. Sertifikasiya prosesinin 2011-ci ildən başlanmasına baxmayaraq müxtəlif səbəblərdən sertifikasiya imtahanından keçməyən tibb işçiləri və əczaçılar səhiyyə müəssisələrində hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olurlar. Səhiyyə mütəxəssislərinin sertifıkasiyadan keçməsinin təmin edilməsinə dair dəfələrlə müəssisə rəhbərlərinə xəbərdarlıq edilmişdir. Cavabdeh 06 mart 2017-ci il tarixli 403№-li əmrindən çıxarışdan görülür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq Anesteziologiya - reanimasiya şöbəsinin anestizisti İddiaçı tibb ixtisası üzrə ixtisasartırma kursu keçmək üçün 27 mart 2017-ci il tarixdən 20 aprel 2017-ci il tarixədək 2№-li Bakı baza Tibb Kollecinə göndərilmişdir. Eyni zamanda İddiaçı “Tibb ixtisası üzrə” ixtisasartırma kursu keçmək üçün 27 mart 2017-ci il tarixdən 20 aprel 2017-ci il tarixədək 2№-li Bakı baza Tibb Kollecinə göndərilməsi ilə bağlı Cavabdeh baş həkimi tərəfindən 06 mart 2017-ci il tarixli, 403№-li əmr verilmişdir. Həmin əmrin icrası ilə bağlı Cavabdeh baş həkimi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kadrlar, Elm və Təhsil şöbəsinə göndərilmiş 13 aprel 2017-ci il tarixli 317№-li məktubda da İddiaçı sertifıkasiya olunmaq üçün kursdan keçməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kadrlar, Elm və Təhsil şöbəsi tərəfindən Cavabdehna göndərilmiş 21 aprel 2017-ci il tarixli 05/19-1987 saylı cavab məktubunda isə İddiaçı adına yazıla n Ali Tibb kollecin 001004№-li müvəqqəti diplomunun nümunəvi sənəd olmadığı və müvəqqəti diplom 1994-cü ilin sonunadək etibarlı olduğu üçün onun əsasında həmin şəxsin tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kurslarına göndərilməsi və sertifıkasiya olunmasının mümkün olmadığı göstərilmişdir. Ona görə də, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinin tələbinə uyğun olaraq həmin Məcəllənin 70ci maddəsinin “c” bəndi əsasında 01 may 2017-ci il tarixdən xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, b irinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4 və 5-ci bəndlərinin tələbinə görə, sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən t ərəfindən ləğv edilməsi üçün əsas ola bilər. İş materiallarından göründüyü kimi, iddiaçının adına yazılan Ali Tibb kollecinin 001004№-li müvəqqəti diplomunun nümunəvi sənəd olmadığından, müvəqqəti diplom 1994-cü ilin sonunadək etibarlı olduğundan həmin şəxsin tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kurslarına göndərilməsi və sertifıkasiya olunması mümkün olmamışdır. Bu isə həmin şəxsin praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmasını qeyri-mümkün etdiyindən cavabdeh tərəfindən onun 01.05.2017-ci il tarixdə işdən azad edilməsi barədə əmri qanuni və əsaslı olmuşdur. İddiaçının kassasiya şikayətində göstərilənlər, yəni onun 23 il tibb işçisi kimi fəaliyyət göstərməsi isə iddiaçının müvafiq tibb təhsilinin olmasına dair təhsil sənədi olmadan və qanunla müəyyən edilmiş sert ifikasiyadan keçmədən həmin fəaliyyəti davam etdirməsinə əsas vermir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı YYYqızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2015/18 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-761/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-761/2019
11.02.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver