Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7610/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1, onun və digər cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 vəkili ** oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-8816/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə ba xaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 28.01.2019-cu il tаrixli, 2(004)-140/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, 14.12.2011ci il tarixli 11L000000832 saylı kredit xətti müqaviləsi və onun çərçivəsində bağlanmış kredit razılaşmaları və sazişlərinin ləğv edilməsi, 14.12.2011-ci il tarixli 11L000000832 saylı kredit xətti müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada - 011R********** saylı kredit razılaşması üzrə 16643.83 ABŞ dolları məbləğində əsas borc, 2765,23 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğ ində cərimə borcu olmaqla, cəmi 19609,06 ABŞ dolları məbləğində pulun, 011R********** saylı kredit razılaşması üzrə 12578,16 ABŞ dolları əsas borc, 4483,25 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17261,41 ABŞ dolları məbləğində pulun, hər iki kredit razılaşması üzrə cəmi 36870,47 ABŞ dolları məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) və 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 25 nömrəli mənzilinə yönəldilməsi, i poteka predmetinin satış qiymətinin 56300 manat müəyyən edilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən tutulmalı məbləğ həddində banka ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçi-Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) 25.06.2019-cu il tarixli, 2(103)-8816/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək,iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.01.2019-cu il tаrixli, 2(004)-140/2019 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada - 011R**** ****** saylı kredit razılaşması üzrə 16643.83 ABŞ dolları məbləğində əsas borc, 2765,23 ABŞ dolları məbləğində faiz borcu, 5493.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 011R********** saylı kredit razılaşması üzrə 12578,16 ABŞ dolları əsas borc, 4483,25 ABŞ dolları məbləğində faiz borcu və 5648,11 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 47612,15 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində istifadədə olan 0.0387 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binanın 1- ci girişində, 9-cu mərtəbəsində, 31.8 kv.m ümumi, 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 25 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və 47612.15 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində istifadədə olan 0.0387 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 9-cu mərtəbəsində, 31.8 kv.m ümumi, 16.6 kv.m yaşayış sahəsindən ibarət 1 otaq lı, 25 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” QSC iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 14.12.2011-ci il tarixli, 11L000000832 saylı kredit xətti müqaviləsinə, 011R********** saylı kredit razılaşmasına, 26.04.2016-cı il tarixli 011R**********S saylı, 21.02.2017-ci il tarixli 011R**********SA saylı sazişlərə, 29.10.2014-cü il tarixli, 011R********** saylı kredit razılaşmasına və 20.05.2016-cı il tarixli, 011R**********S saylı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada - 011R********** saylı kredit razılaşması üzrə 16643.83 ABŞ dolları məbləğində əsas borc, 4355,74 ABŞ dolları məbləğində faiz borcu, 8903.33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29902,9 ABŞ dolları borcun, 011R********** saylı kredit razılaşması üzrə 12578,16 ABŞ dolları əsas borc, 6594,72 ABŞ dolları məbləğində faiz borcu və 8226,64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 26799,52 ABŞ dolları borcun, ümumilikdə 57302,42 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətindəki B akı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 25 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və 57302.42 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 25 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onl arın həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 və onların vəkili ** oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi zamanı mənzilə faktiki baxış keçirilməmiş, qiymətləndirmə formal olaraq bankın maraqlarına uyğun aparılmışdır. Məhkəmə bu barədə cavabdehin etirazını nəzərə almamışdır. Hazırda əmlakların bazar qiyməti faktiki olaraq 80000 manatdan yüksəkdir. Digər tərəfdən bank tərəfindən faizlər şişirdilmişdir. Eyni zamanda bankın təqdim etdiyi arayış əsasında faizlər və cərimə lər nəzərə alınmış, maliyyə mühasibatlıq ekspertizası formal olaraq aparılmış, bu günə qədər cavabdehlər tərəfindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-8816/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “xxxx” QSC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməm iş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun və digər cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 vəkili ** oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından aydın olur ki, “xxxx” QSC ilə Cavabdeh1 arasında bağ lanmış 14.12.2011-ci il tarixli, 11L000000832 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsiüzrə Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 22.10.2014-cü il tarixli, 01 R ********** saylı kredit razılaşması əsasında Cavabdeh1 bankdan 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Habelə, tərəflərin imzaladıqları 26.04.2016-cı il tarixli 011R**********S saylı, 21.02.2017-ci il tarixli 011R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “xxxx” QSC ilə bağladığı 29.10.2014-cü il tarixli, 011R**** ****** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 (iyirmi bir min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq, kredit xətti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Cavabdeh1 ilə bank arasında bağlanmış 14.12.2011-ci il tarixli, 11M300000132 saylı ipoteka müqaviləsinə əsasən kredit alanın mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 25 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh1 apelyasiya şikayətində ipoteka predmeti olan mənzilin real dəyəri 80000 manatdan yuxarı olduğu halda, müstəqil qiymətləndirici tərəfindən evin qiymətinin 56300 manat müəyyən edilməsini bildirmişdir. İş materiallarında olan Cavabdeh1la “xxxx” QSC arasında bağlanmış 14.12.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılaşması ilə 19264,35 manat müəyyən edilmişdir. Müstəqil qiymətləndiricinin 05 sentyabr 2018-ci il tarixli rəyinə əsasən həmin mənzilin bazar dəyəri 56300 manat məbləğində qiymətləndirilmişdir. Rəy kifayət qədər əsaslandırılmış, Cavabdeh1 rəyin düzgün olmamasını əsaslandı rmamış və mənzilin bazar dəyərinin 80000 manatdan yuxarı olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində məhkəmə mühasibatlıq ekspertizasının formal aparılması qeyd olunsa da, Cavabdeh1 rəyin formal olmasını əsaslandırmamışdır. Məhkəmə iclaslarında cavabdehlərin iştirakının təmin olunmaması, məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməməsi barədə apelyasiya şikayətində qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında cavabdehlərin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaları barədə kifayət qədər sübutlar vardır. Bundan əlavə, Cavabdeh1, habelə onun və digər Cavabdeh2 nümayəndəsi ** oğlu məhkəmə iclaslarında iştirak etmiş, hətta Cavabdeh1 vəsatəti əsasında iş üzrə məhkəmə-mühasib atlıq ekspertizası təyin edilmişdir. Beləliklə, Cavabdeh1 apelyasiya şikayətində göstərilən dəlillər ətraflı yoxlanılmış və onların formal mülahizələrdən ibarət olması müəyyən edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillərə düzgün hüquqi mövqe nümayəniş etdirmişdir. Hazırda da kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmış, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməsi ilə bağlı hər hansı hala istinad edilməmişdir. Kassasiya yoxlaması zamanı apell yasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) ba şqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə a yrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı madd əsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldi lməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipot eka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahələrini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş müddətdə ipoteka qoyan v ə onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ca vabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)8816/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7610/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7610/2019
12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver