Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-762/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, evə köçürülmə tələbi, özbaşına tikili) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviç hakimlərdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və iddiaçının yaşayış evinə köçürülməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 2(103)-5665/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası A li Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X12 ilə İddiaçı 14 fevral 1975-ci il tarixdə nikah bağlamışdırlar.
2. X12 ilə Cavabdeh arasında 2 iyun 2012-ci il tarixdə dini kəbin bağlanmışdır.
3. X12 13 dekabr 2020-ci il tarixdə ölmüşdür.
4. Bakı şəhəri 18 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, mərhum X7 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi müəyyən edilmişdir. İslamova X5 Vaqif Rəsul oğlunun vərəsəsidir. Bunları nəzərə alaraq, mərhum X7 adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış verilməsi xahiş olunmuşdur. 5. "xxxx" ASC ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən evlə bağlı xx.xx.2022ci il tarixli müqavilə bağlanmışdır. 6. ünvan 4 ünvanı ilə bağlı Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli bildirişdə abonent kodunun İddiaçı adına olduğu qeyd edilmişdir.
7. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli Arayışında qeyd olunmuşdur ki, Cavabdeh Dadaş Bünyadzadə küçəsi, ev 73 ünvanında qeydiyyatsız olmaqla yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 73 saylı f ərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması, iddiaçının evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən bununla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə (Xrebtovı) küçəsində yerləşən 73 saylı evə gəlin köçmüşdür. Sözügedən fərdi yaşayış evi xx.xx.1969-cu il tarixdən İddiaçı mərhum əri X8 məxsus olmuş, onlar birlikdə sözügedən evdə yaşamışlar. Bu yaxınlarda İddiaçı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi kənar şəxslər tərəfindən özbaşına olaraq zəbt edilmiş, özlərini evin sahibi kimi təqdim etməklə İddiaçı yoldaşından ona miras qalmış əmlaka daxil olmalarına imkan verməmiş və evdən çıxmaqdan imtina etmişlər. Könüllü olaraq evin boşaldılması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. İddiaçı məxsus ünvan 7 evi özbaşına olaraq zəbt edən şəxslərin barəsində qanunamüvafiq tədbir görülməsi, onların məsuliyyətə cəlb edilməsi və fərdi yaşayış evinin boşaldılaraq sahibi İddiaçı təhvil verilməsinə köməklik göstərilməsi barədə hüquqmühafizə orqanlarına müraciət olunmuş, məlum olmuşdur ki, fərdi yaşayış evi özünü Vaqif Məmmədovun “arvadı” kimi təqdim edən Cavabdeh tərəfindən zəbt edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin ev özbaşına tikilidir. X12 atası tərəfindən yaşamağa verilmiş 1 otaq evi satmış və Neapol dairəsində olan mənzili almış və onda olan məlumata əsasən sonradan mənzil qızının adına qeydiyyata alınmışdır. 2012-ci ilə qədər həmin evdə nə iddiaçı, nə də X12 yaşamamış, yalnız qonaq kimi gəlibgetmişlər. 2012-ci ildə iddiaçı ilə X12 arasında ər-arvad münasibətləri pozulmuş və iddiaçı evdən çıxıb getmişdir. X2 həmin evdə yaşamış, həmin evə artırmalar olmuş, təmir işləri aparılmışdır. Cavabdeh həmin evə 2012-ci ildə köçmüşdür. Cavabdeh X4 ilə birlikdə eyni otaqda yaşayır. İddiaçının yaşayış yeri vardır. Həmin fərdi yaşayış evi özbaşına tikinti olduğundan həmin evə istifadə hüququ müəyyən oluna bilməz və həmin ev vərəsəliyin predmeti ola bilməz. İddiaçı həmin evdə 43 ildir ki, yaşamamışdır. Cavabdehin digər yaşayış yeri yoxdur, özü də heç bir yerdə işləmir. İddiaçının digər yaşayış yeri də vardır. İddiaçının həmin evə istifadə hüququ yara nmamışdır.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək, izahatında bildirmişdir ki, X12 ilə dini nikaha girəndə onun rəsmi nikahda olduğunu bilmişdir. X12 iddiaçıdan ayrılmışdı. 2012-ci ildə bir neçə ay tanışlıqdan sonra X12 ilə dini nikaha daxil olmuşlar. Həmin vaxtdan mübahisəli fərdi yaşayış evində yaşamışlar. İddiaçının onun həmin fərdi yaşayış evində yaşamağından məlumatı olmuşdur. Vaqifin iki qardaşı, bir bacısı da həmin həyətdə yerləşən evdə yaşayır. Bütün qohumlar da X12 ilə ailə həyatı qurduqlarını bilir. Vaqiflə dini nikaha girəndən sonra o, həmin evdə daimi olaraq onunla birlikdə yaşamış, heç bir yerə getməmiş, iddiaçı da həmin evə gəlməmişdir. İddiaçı çox vaxt qızı ilə Amerikada yaşamış, qalan vaxtlarda isə Neapol dairəsində yerləşən mənzildə yaşamışdır. O, sözügedən evə gələndə ev tikilmiş olmuşdur. X6 qardaşı ilə birlikdə tikdirmişdir. O, həmin evə gələndən sonra təmir işləri aparılmışdır. Ev 1 mərtəbəli, 4 otaqlıdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-3193/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 73 saylı fərdi yaşayış evi iddiaçının rəsmi nikahda olduğu əri mərhum X7 mülkiyyətində olmasa da, həmin mübahisəli əmlaka mərhum X7 gözlənilən mülkiyyət hüququ olmuşdur. Bu baxımdan İddiaçı da X7 vərəsəsi kimi mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul ediləndir.
14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu baxımdan vərəsə kimi mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olan “İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ünvanında yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi“ hissəsində təmin edilməlidir.
15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi digər hissədə, yəni Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 73 saylı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin fərdi yaşayış evindən çıxarılması hissələrində təmin edilməməlidir. Məhkəmə iddiaçı nın vərəsə kimi mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququnun olmasına baxmayaraq iddia tələbinin bu hissədə təmin edilməsini ədalətli və vicdanlı hesab etməmiş və bu hissədə iddia tələbinin təmin ediləcəyi təqdirdə hüquqdan sui-istifadəyə gətirib çıxaracağını güman etmişdir.
16. Məhkəmə tərəfindən işin hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə mərhum X12 02 iyun 2012-ci il tarixdə faktiki nikaha (dini nikaha) daxil olaraq ailə qurmuşlar. Cavabdeh hazırkı günədək Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 73-də yaşayır. V.Məmmədovla İddiaçı isə 14 fevral 1975-ci il tarixdə rəsmi nikaha daxil olmuş və 1981-ci ilə qədər ünvan 5-də onlar üçün Rəsul Məmmədov tərəfindən (V.Məmmədovun atası) ayrılmış sahədə yaşamışlar. 1981-ci il tarixdə cütlüyə dövlət tərəfindən mənzil verildiyinə görə, onlar yaşadığı sahəni satmış və yeni mənzilə köçmüşlər. İddiaçı 1981-ci ildən (artıq 43 ildir) indiyə qədər ünvan 5 ünvanında yaşamır. 2008-ci ildən iddiaçı ilə mərhum X12 faktiki olaraq ayrılmış və onların nikahı formal xarakter daşımışdır. 2012-ci ildə cavabdehlə V.Məmmədov tanış olmuş və V.Məmmədov cavabdehə rəsmi olaraq evli olduğunu, uşaqlarına görə ayrılmasını rəsmiləşdirmədiyini, lakin iddiaçı ilə hər hansı bir ünsiyyətinin qalmadığını bildirmişdir.
17. Məhkəmə Cavabdeh 12 ildən artıq müddətdir ki, mübahisəli mənzildə yaşamasını, başqa yaşayış yerinin olmamasını, həmin mənzilə gözlənilən mülkiyyət hüququ olan X7 iradəsinə uyğun olaraq dini kəbində olan arvadı kimi köçürülməsini və İddiaçı isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsini nəzərə alaraq hesab etm işdir ki, iddia tələbinin “İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 73 saylı fərdi yaşayış evinə köçürülməsi“ hissəsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından qiymət verilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 157.8, 180, 180, 180.2, 560.1, 560.1, 560.2-ci maddələri, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023cü il 03 mart tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin evdən çıxarılması hissəsində əsassız qətnamə qəbul edilmiş, məhkəmə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, iddia tələbinin təmin edilməyən hissəsi ilə əlaqədar kifayət qədər əsaslandırılmamış qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə əsasən dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. xx.xx.2012-ci il tarixdə X1 Arzu Musa qızı dini kəbin bağlanan zaman iddiaçı ilə Vaqif Məmmədov arasında rəsmi nikah qüvvədə olmuş, tərəflər arasında nikah pozulmamışdır. Ümumiyyətlə hazırkı iş üzrə cavabdehlə Vaqif Məmmədov arasında olan münasibətlər faktiki nikah münasibətləri hesab edilə bilməz. Ailə qanunvericiliyi ilə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Məhkəmə iclasında cavabdeh verilmiş sullara cavab olaraq Vaqif Məmmədovla dini nikaha girəndə onun İddiaçı ilə rəsmi nikahda olduğunu bildiyini etiraf etmişdir. İddiaçı mütəmadi olaraq xarici ölkədə olan qızının yanına getdiyindən məhz Vaqif Məmmədovun qayğısına qalmaq məqsədilə Cavabdeh mübahisəli evə gediş-gəlişi razılaşdırılsa da, sonradan onların arasında yaranan yaxın münasibət dini kəbinlə nəticələnmiş və bu iddiaçıdan gizlədilmişdir. Yəni Cavabdeh həmin yaşayış evində hər hansı bir hüququ olmamışdır, sadəcə Vaqif Məmmədovla qeyri-rəsmi münasibətdə olmasından istifadə edərək həmin yaşayış evinə iddia edir. Digər tərəfdən hazırkı halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi əşyalara mülkiyyət hüququnun olması; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olması. Qeyd olunan şərtlərin yaşayış evinə münasibətdə birinci və ikincisinin hazırkı işdə mövcud olması mübahisə olunmaya bilər. Lakin üçüncü şərt üzrə isə işin faktiki hallarını araşdıran məhkəmə səlahiyyəti çərçivəsində təqdim olunmuş sübutlara və tərəflərin izahatlarına əlaqəli hüquqi qiymət verməklə səhv nəticəyə gəlmişdir. Belə ki, h azırda cavabdehin faktiki sahibliyində və istifadəsində olan mübahisəli ev birgə nikah dövründə əldə edildiyindən, Vaqif Məmmədovun sağlığında tikili artıq mövcud olduğundan həmin evə iddiaçının həm də sahiblik hüququ vardır. Buna görə də fərdi yaşayış evinə köçürülməklə yanaşı yaşayış evindən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olmuşdur. İşdən göründüyü kimi, mübahisəli əmlaka mərhum X7 gözlənilən mülkiyyət hüququnun, bu baxımdan İddiaçı da onun vərəsəsi kimi mübahisəli evə mülkiyyət hüquqlarının əldə etmək barədə əsaslı gözləntisinin yaranması işin mübahisəsiz halıdır. Məhkəmə isə öz qətnaməsində də məhz araşdırma nəticəsində bu qənaətə gəldiyini qeyd etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə nədənsə, “yaşayış evinə köçürülməsi“ hissəsində iddianı təmin etmiş, “yaşayış evindən çıxarılması” hissəsində iddianı təmin etməmişdir. Bu isə şəxsin mülkiyyət hüququna qanuni gözləntisi olduğu yaşayış evindən istifadə edə bilməməsi isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 73 saylı fərdi yaşayış evi özbaşına tikilidir və qanun özbaşına tikinti aparmış şəxsin tikinti üzərində sərəncam verməsinə qadağa qoysa da, belə tikintiyə sahiblik etmək və ondan istifadə etməklə bağlı bənzər qadağa müəyyənləşdirməmişdir. Öz vəsaiti hesabına özbaşına tikili tikmiş (əldə etmiş) şəxsin bu tikilidən onun iradəsi ziddinə istifadə edən şəxslərin tikilidən çıxarılmasını tələb etmək hüququ da olmalıdır. Məhkəmə araşdırması zamanı iş üzrə Cavabdeh bildirmiş dir ki, o sözügedən evə gələndə ev artıq tikilmiş olmuşdur. X15rdaşı ilə birlikdə tikmişdir (etirazda olanları təkzib etmişdir). Həm iddiaçı, həm də cavabdehin ifadəsi ilə fərdi yaşayış evinin 2012-ci ildə artıq tikilib başa çatdığı təsdiq olunur. Belə olduğu halda ölümünə qədər nikahda olduğu arvadı kimi mərhum əri ilə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına tikilmiş evdən iddiaçının iradəsi ziddinə yaşayan şəxsin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Evin özbaşına tikili olması bu evə görə heç bir xərc çəkməmiş üçüncü şəxslərin (cavabdehin) evdən istədiyi kimi istifadə edə biləcəyi mənasına gəlmir. Həmçinin məhkəmə mübahisəli fərdi yaşayış evi əldə olunan və əsaslı təmir dövründə iddiaçının öz ailəsi ilə mehriban ailə kimi yaşamasına, mərhum Vaqif Məmmədovla etibarlı ail ə münasibətlərinin mövcud olmasını əhəmiyyət verməmişdir.
21. Məhkəmə iclasında izahat verən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, o, Amerikaya qızının yanına gedib qalırdı. 2012-ci ildə Vaqif Məmmədov ona zəng edib bildirmişdir ki, sonuncuya baxan yoxdur. X10 Nazirliyində vəzifəli şəxs kimi işləmiş, yüksək maaş və pensiya almışdır. Vaqif Məmmədovun əvvəl heç bir xəstəliyi olmamış, sonuncu “COVİD” xəstəliyinə tutulduğu vaxt, o, Bakıda olmamışdır. Onun xəbəri olmadan yoldaşını başqa yerlərə aparmışlar. Sağlam insan olan yoldaşı 2-3 gün içərisində vəfat etmişdir. Kommunal xidmətlər onun adınadır. Ona 122 manat işığın ödənilməsinə görə mesaj gəlsə də, heç kim ödəməmişdir.
22. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasi ya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddiaçı qeyd edilənləri qəbul etmir. Belə ki, vahid həyətdə tikililər mövcuddur ki, hamısı bir-birindən ayrıdır. Sözügedən tikililərdə qeydiyyatda olan və yaşayan digər şəxslərlə iddiaçının bağlı heç bir problemi yoxdur. İddiaçı cavabdehin oradan çıxarılmasını tələb edir ki, iddia tam təmin edildiyi halda heç bir problem yaranmayacaqdır. Birinci instansiya məhkəməsində “iddiaçı evi satıb, həyətdən çıxıb” formasında izahat verilməmişdir. Çünki elə bir hal baş verməmişdir. İddiaçı ailəsi ilə birlikdə 1979-cu ildə 8-ci kilometr qəsəbəsində iddiaçıya atası tərəfindən alınmış mənzilə köçüb yaşamışdır. Tikili 1992-ci ilə aiddir ki, həmin tikiliyə dair rus dilində tərtib edilmiş sənəd də iş materiallarına əlavə edilmişdir. Həmin sənəddə V aqif Məmmədovun adı qeyd edilmişdir. İddiaçının Məsumə Məmmədovayla bağlı iddiası yoxdur. Polis bölməsi orada kimin yaşadığını aydınlaşdıran zaman belə cavabdeh cərimələnmişdir.
23. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, 2012-ci ildə Vaqif Məmmədovla ailələrin iştirakı ilə dini nikahı olmuşdur. İddiaçı isə Vaqif Məmmədovu evdən qovmuşdur. Sonuncu pencəyini götürüb evdən getmişdir. Vaqif Məmmədov uşaqlarına görə boşanmamışdır ki, söz-söhbət yaranmasın. O da bu halla razılaşmışdır. Vaqif Məmmədovun bacısı ilə qardaşı bir həyətdə yaşayırlar. Yəni, o, baldızları və qaynı ilə bir həyətdə 8 il yaşamışdır. İddiaçı Vaqif Məmmədovun vəfatından sonra pensiyasını, maşını, əmlakını götürmüşdür. Onun hazırda yaşayacaq başqa yeri yoxdur. Mübahisəli mənzilə 2012-ci il də Vaqif Məmmədovla dini nikahı olandan sonra köçmüşdür. Həmin ilə qədər başqa yerdə kirayədə yaşamışdır. Tikili əvvəl köhnə olmuş, Vaqif Məmmədovun qardaşının köməkliyi ilə tikilidə təmir işləri aparılmışdır.
24. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdehin övladı yoxdur ki, həmin ev ona miras qalsın. Həmçinin digər yaşayış yeri də yoxdur, özü heç bir yerdə işləmir. Cavabdeh 2012-ci ildən həmin evdə yaşadığından məqsədi sadəcə həmin evdə yaşamaqdır ki, həmişəlik sığınacağı olsun. Həqiqətən də 2008-ci ilə qədər mərhum Vaqif Məmmədovla İddiaçı birlikdə həmin evdə yaşamışlar. Lakin həmin ildən etibarən cavabdehin bildirdiyinə görə iddiaçı mərhumu evdən qovmuşdur. Bununla da, tamamilə əlaqələri kəsilmişdir. Evin tikintisin ə ən çox zəhmət çəkən Vaqif Məmmədovun böyük qardaşı olmuşdur. Həmin evə daha da geniş artırmalar isə cavabdehlə faktiki nikah baş tutduqdan sonra həyata keçirilmişdir. Hətta evin 1 otağını da xeyir və şər məclisi üçün ayırmışdırlar. Cavabdehlə Vaqif Məmmədovun nikahından bütün qohumların xəbəri olmuşdur. Şəkillərdən də görünür ki, elçilik və kiçik yığıncaq və s. olmuşdur. 2012-ci ildən Vaqif Məmmədov vəfat edənədək onun qayğısına Cavabdeh qalmışdır. Cavabdeh qulluqçu olmamışdır. Birinci instansiya məhkəməsində Məsumə Məmmədovanın mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatət verilmiş, lakin təmin edilməmişdir. Tikilidəki təmir işlərinin illərdir aparılması, habelə bunun iddiaçı və Vaqif Məmmədovun birgə nikah dövründə aparılmasını sübut edəcək sənəd yoxdur. Çimnaz adlı xanım Vaqif Məmmədovun bacısı, Məsumə Məmmədova isə Vaqif Məmmədovun digər qardaşının arvadıdır. Həmin qardaş da vəfat etmişdir. Adıçəkilən şəxslər də qeyd edilənləri təsdiq edəcəkdirlər. Vaqif Məmmədovun həmin tikilini tikməsinin məqsədi iddiaçıdan ayrıldıqdan sonra yenidən ailə qurması olmuşdur. Cavabdeh məhkəmə qətnaməsi ilə razı deyil, amma buna baxmayaraq apellyasiya şikayəti verməmişdir. Cavabdeh iddiaçıya hətta, onunla yaşamağı da təklif etmişdir. Mübahisəli mənzil bir həyətin içindədir və vahid ünvandadır. Məsumə Məmmədova da orada yaşayır. Bu səbəbdən də, iddia tam təmin edilərsə, qətnamənin icra mərhələsində çətinliklər olacaqdır. Həmin mübahisəli əmlakdan təkcə Vaqif Məmmədov istifadə etməmiş, digər şəxslər də istifadə etmişdir. Əmlakın Vaqif Məmmədova məxsus olması da sübut edilməlidir. Çünki hazırda həmin ərazidə 12 şəxs yaşayır. Qətnamə icra edilərsə, belə anlaşılır ki, digər şəxslər də oradan çıxarılmalıdır. Tikili özbaşınadır.Tikilib tamamlandıqdan sonra, cavabdeh ora gəlin olaraq köçmüşdür. Həmin evdən istifadə təkcə Vaqif Məmmədovun deyil, orada yaşayan digər şəxslərin də hüququdur. Buna görə həmin şəxslər məhkəmə iclasında dindirilməlidir. Cavabdehin yaşamağa yeri yoxdur deyə özündən yaşca böyük şəxsə qulluq edib evlənmişdir. Həyətdə yaşayan 12 şəxs cavabdehin orada yaşamasını heç bir problem etmir. Mübahisəli tikili təkcə Vaqif Məmmədovun hesabına tikilməmişdir. Qarşı tərəf hətta rayon məhkəməsində iclasda bildirmişdir ki, evi satıb, həmin həyətdən çıxıb getmişlər. Daha sonra, iddiaçı Vaqif Məmmədovu q ovmuş və Vaqif Məmmədov ora yenidən qayıtmışdır. Şəkillərdən də aydın olur ki, tikili sonradan artırılmış, təmir işləri aparılmışdır. Tikili 1969-cu ilə aid ola bilməz, belə ki, evin suvağı yenidir. Prokopoviç Rusiya qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında bildirilmişdir ki, ərizəçi faktiki nikahda yaşamış partnyorunun mənzilindən, sonuncunun vərəsələri tərəfindən qovulduğundan, sonuncunun Avropa Konvensiyasının 8-ci maddə ilə qorunan mənzil hüququna hörmət hüququ pozulmuşdur. Bu pozulma Avropa İnsan Hüquqları üzrə Məhkəməsi tərəfindən tanınmışdır. Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə əsasən də iddia əsassızdır. Su və işıq təchizatı barədə müqavilələr Vaqif Məmmədovun adına olmuşdur. X18 böyük qardaş olmuşdur. İddiaçı isə Vaqif Məmmədovun vəfatından sonra həmin müqavilələri öz adına keçirmişdir. Qaz təchizatına dair müqavilə isə Vaqif Məmmədovun bacısının adına olmuşdur. Məsumə Məmmədovada evin tikilməsi ilə bağlı ev dəftəri mövcuddur ki, həmin dəftər birinci dəfə evin satılaraq evdən çıxılan vaxta aiddir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 24 oktyabr 2024-cü il tarixli, 2(103)-5665/2024 saylı qətnaməsi ilə (hakimlər – G.T.Axundova (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və F.H.Qasımov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi təmin edilmişdir.
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 73 saylı fərdi yaşayış e vi iddiaçının rəsmi nikahda olduğu əri mərhum X7 mülkiyyətində olmasa da, həmin mübahisəli əmlaka mərhum X7 gözlənilən mülkiyyət hüququ olmuşdur. Bu baxımdan İddiaçı da X7 vərəsəsi kimi mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul ediləndir.
27. Məhkəmə hesab etmişdir ki, Cavabdeh X12 ilə dini kəbin bağlayaraq mübahisə predmeti olan fərdi yaşayış evinə xx.xx.2012-ci il tarixdə köçdüyündən hazırkı münasibətlərə qanunun analogiyası üzrə 1 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsi tətbiq edilməlidir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh ilə X12 arasında nikah münasibətləri qeydə alınmamışdır. Cavabdehin dini nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər han sı bir əhəmiyyəti yoxdur. Çünki bu nikah hər hansı hüquqi nəticə yaratmır və cavabdehə mərhumun ailə üzvü olması statusu vermir.
29. Məhkəmə qeyd etmişdir ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması ilə yanaşı prosessual hüquq normasının da pozuntusuna yol verilmişdir. Belə ki, işə baxan məhkəmə cavabdehin etirazda qeyd etdiyi halları işin mübahisəsiz halları kimi qətnamədə qeyd etmişdir. Halbuki, cavabdehin etirazında istinad etdiyi həmin hallar iddiaçı tərəfindən etiraf, yaxud sübut edilməmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, mübahisə predmeti olan evi mərhum 1981-ci ildə satmış və yeni mənzilə köçmüşdür. Qeyd edilməlidir ki, X7 mübahisə predmeti olan evi 1981-ci ildə satması nə iddiaçı tərəfindən etiraf edilmiş, nə də hər hansı sübutla təsdiqini tapmışdır. Əksinə, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iddiaçının nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, 1992-ci ildə 1 otaqlı evin satışından əldə edilmiş pul vəsaiti ilə mübahisəli fərdi yaşayış evini tikmişlər. Evin tikintisi tam şəkildə 2012-ci ildə başa çatmışdır.
30. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 157.2, 157.8, 180.1, 1151.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2, və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinadən əs aslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin qismən - Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 73 saylı fərdi yaşayış evindən çıxarılması və ev boşaldılaraq İddiaçı Məmmədəlı qızına təhvil verilməsi hissəsində ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının gəldiyi nəticə Avropa Konvensiyanın təsbit etdiyi “ailə həyatı” və “mənzil hüququ” anlayışlarına açıq aydın ziddir. Belə ki, Avropa Məhkəməsi bir çox işlərdə bildirmişdir ki, ailə həyatına hörmət hüququ, bir ailənin birlikdə yaşaması və inkişaf etdirməsi hüququnu əhatə edir. Bu konsept, ər-arvad, valideyn-uşaq münasibətləri kimi ənənəvi ailə strukturunu əhatə etməklə yanaşı, müxtəlif ailə quruluşlarında müxtəlif formalarda qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi qəbul edir ki, nikah bağlanmadan uzun müddət bir yerdə yaşayan cütlüklər də "ailə həyatı" tərifinə daxil edilə bilər. Bu qəbul edir ki, münasibətin yolu rəsmi qeydiyyat ilə məhdud olmalı deyil.
33. Hər iki instansiya məhkəməsi cavabdehlə mərhum V.Məmmədovun 2012-ci ildən birgə təsərrüfat apardığını (faktiki ər-arvad münasibətlərində olduğu) və cavabdehin mübahisəli mənzildə 14 ildir ki, yaşadığını müəyyən etmişlər. Qeyd edilmişdir ki, 1981-ci ildən indiyə qədər iddiaçı ünvan 6 ünvanında yaşamamış, 2008-ci ildən iddiaçı ilə mərhum X12 faktiki olaraq ayrılmış və onların nikahı formal xa rakter daşımışdır. Apellyasiya instansiyası mübahisəni ədalətli qaydada həll etmək əvəzinə tənha və yaşlı qadını “küçəyə atmışdır”.
34. Bundan əlavə, ev bir neçə bir-birindən ayrılmış otaqlardan ibarət olsa da, onlar bir ünvan və vahid ev kimi - ünvan 7 ev kimi tanınır. Odur ki, cavabdehin iddiaçının tələbi əsasında Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 73-dən çıxarılmasının qət edilməsi, həmin evə dair iddiaçının yeganə şəxs kimi sahiblik etməsi anlamına gəlmişdir. Halbuki, iddiaçı həmin evdə qeydiyyatda deyil və 43 ildir ki, həmin evdə yaşamır. Lakin cavabdeh 1965-ci ildən həmin evdə yaşayan və qeydiyyatda olan şəxslərin və mərhum V.Məmmədovun razılığı ilə mübahisəli evə köçürülmüşdür. Lakin ev özbaşına tikili olduğundan cavabdehin istifadə hüququnun rəsmiləşdirilməsi qeyr imümkün olmuşdur.
35. Bundan əlavə, iddiaçının bildirdiyinə görə, guya mübahisəli yaşayış sahəsi onunla mərhum Vaqif Məmmədovun birgə vəsaitləri hesabına tikilmişdir (ən azı onlar birgə təsərrüfat apardığı müddətdə). Lakin hər iki instansiyada mübahisəli özbaşına tikilinin nə vaxt və kimin tərəfindən inşa edilməsi müəyyən edilməmişdir. İddiaçı buna dair hər hansı bir müqavilə, ödəniş qəbzləri, şahid ifadələri və s. təqdim etməmişdir. Düzdür, cavabdeh etiraf etmişdir ki, mübahisəli tikilinin müəyyən hissəsi o, həmin evə köçməmişdən əvvəl mövcud idi. Lakin cavabdeh istər iddia ərizəsinə dair verdiyi etirazda, istərsə məhkəmə proseslərində verdiyi izahatlarda dəfələrlə vurğulamışdır ki, mərhum Vaqif Məmmədov arvadı tərəfindən 2008-ci ildə qovulduqdan sonra sözügedən ünvana köçmüş və mərhum qardaşı Məmmədov Vahid tərəfindən sözügedən ünvanda artırmalar aparmışdır. Bu səbəbdən də, hazırda mübahisəli sahədə cavabdeh Məmmədov Vahidin arvadı X4 ilə yaşayır. Cavabdehin birinci instansiya məhkəməsində X3 üçüncü şəxs qismində cəlb edilməsi, bu təmin edilmədiyi halda şahid kimi izahat verməsi (həmçinin mübahisəli evdə yaşayan digər şəxslərin) barədə vəsatəti, həmçinin apellyasiya instansiyasında sözügedən şəxslərin şahid qismində dindirilməsi barədə vəsatətləri rədd edilmişdir. Bu hal həmçinin tərəflərin “məhkəmə qarşısında bərabərlik” prinsipini də kobudcasına pozmuşdur.
36. Kassator məhkəmə təcrübəsinin vahidliyinin pozulması halı kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-603/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2(102)-3486/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
41. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
43. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvlə ri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
44. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
46. Maddə 13.5. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümu mi prinsiplərini əsas götürür.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən - Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 73 saylı fərdi yaşayış evindən çıxarılması və ev boşaldılaraq İddiaçı Məmmədəlı qızına təhvil verilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
58. Bundan əlavə, cavabdehin kassasiya şikayətində vahid məhkəmə təcrübəsinin pozulması halı kimi istinad etdiyi işlər üzrə məhkəmə tərkibi bildirir ki, həmin işlər üzrə faktiki hallar, məhkəmə araşdırmaları zamanı müəyyən edilən hallar və məhkəmələrin gəldikləri nəticələr üzrə istinad olunmuş maddi və prosessual hüquq normaları hazırkı işin hallarından fərqlənməklə, vahid məhkəmə təcrübəsinin pozulması halı kimi dəyərləndirilə bilməz. Odur ki, kassasiya şikayətinin bu dəlili əsassızdır.
59. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılm ış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5665/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.