Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-763/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və X1 qarşı iş üzrə QƏRARİ № 2(102)-763/2022 (Açar sözlər: evdən çıxarılma) Bakı şəhəri, 08 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və X1 qarşı “evdən çıxarılma, evin boşaldılması və təhvil verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-166/2021 nömrəli, 22.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 yanvar 2017-ci il tarixli 3m-37 saylı kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən X8 14.04.2017-ci il tarixinədək qaytarmaq şərti ilə 150000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Eyni tarixli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyin icrasını təmin etməkdən ötrü X3 rayonu Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evi ipotekaya ilə yüklü edilmişdir. Vüqar Xalıqov müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, ipoteka predmeti olan əmlak “X6” MMC tərəfindən keçirilmiş hərrac nəticəsində İddiaçı tərəfindən 159375 (bir yüz əlli doqquz min üç yüz yetmiş beş) manata alınmışdır. Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 17.01.2017-ci il tarixli, ******* qeydiyyat nömrəli Çıxarışa əsasən, X8 məxsus olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evi İddiaçı xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Həmçinin, X11 ilə Cavabdeh1 arasında bağlanan 22 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, borcverən Cavabdeh1 borcalan X8 22.01.2017-ci il tarixinədək 20 000 manat məbləğində, X11 ilə Şəkərova Gülsarə Məmmədsadıx qızı arasında bağlanan 18 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, borcverən Şəkərova Gülsarə Mə mmədsadıx qızı borcalan X8 18.02.2017-ci il tarixinədək 20 000 manat məbləğində pulu borc vermişlər. Onlarda ailələri ilə birlikdə yuxarıda qeyd olunan evdə məskunlaşmışlar. İddiaçı həmin şəxslərin onun mülkiyyətində olan evdə məskunlaşmalarının qanunsuz olmasını iddia edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı evdən çıxarılma, evin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 16.04.2019-cu il tarixli, **********8 qeydiyyat nömrəli Çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh1 və əsasən Cavabdeh2, o cümlədən ailə üzvlərinin çıxarılması, fərdi yaşayış evinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, 6000 manat pulun əldən çıxmış fayda kimi onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan iddiaçının nümayəndəsi-vəkili iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Şəkərov Xandadaş Tofiq oğlunun ailə üzvləri Cavabdeh2 Əli qızı, Şəkərova Şəhanə Rəşid qızı, azyaşlı qızı Şəkərova Mədinə Xandadaş qızı, Şəkərova Gülsarə Məmmədsadıx qızı ilə birlikdə mübahisəli evdən çıxarılmaları, iddiaçıya təhvil verilməsi və 10 000 manat pulun əldən çıxmış f ayda kimi tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-3537/2019 nömrəli, 29 noyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh1, onun ailə üzvləri Cavabdeh2, X7, azyaşlı qızı X4, X2 ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaları və həmin evin iddiaçıya təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
6. İşin məhkəmə tərəfindən aparılan yerli baxışında cavabdehlərin iddiaçının mülkiyyətində olan mübahisəli evdə yaşamaları müəyyən edilmişdir.
7. Məh kəmə hesab etmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında 16.04.2019-cu il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Cavabdehlər mübahisəli mənzilləri mənzilin əvvəlki mülkiyyətçisi olan X8 müəyyən məbləğdə pul vəsaiti ödəməklə oraya köçüb yaşasayaraq aldıqlarını bildirsələr də, onlar arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərlə mübahisəli mənzillərin əvvəlki mülkiyyətçisi arasında alqı-satqı münasibətləri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyindən və həmin mənzillərin mülkiyyətçisi olan hazırkı iddiaçıya münasibətdə cav abdehlər mənzildən istifadə hüquqları olmayan şəxslər olduğundan iddia mənzildən çıxarılmaya və mənzillərin təhvil verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin, qeyd etmişdir ki, cavabdehlərin X8 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmaq hüquqları vardır.
9. Məhkəmə iddia tələbinin ziyan tələbi hissəsinə münasibətdə belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzildən istifadə etmələri ilə bağlı cavabdehlərin hərəkətlərində iddiaçıya münasibətdə hər hansı hüquq münasibəti və təqsirli hərəkətlər olmadığından iddia həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.
10. Həmin qətnamədən İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (ha kimlər L.Məmmədova - sədrlik edən və məruzəçi, G.Tağızadə və T.Quliyev) 22 iyul 2021-ci il tarixli 2(105)-166/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 2(012)-3537/2019 nömrəli, 29 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
13. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 apellyasiya məhkəməsinin qətn aməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Vüqar Xalıqovun əməllərində dələduzluq cinayətinin əlamətləri olsa da, məhkəmələr xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməmişdir. İlk öncə cinayət əməlinə qiymət verilməli olsa da, məhkəmələr icraatı dayandıraraq, cinayət məhkəmə icraatı qaydasında baxılmalı olan işin yekunlaşmasını gözləməmişdir. X12 yaşayır və ölkəyə qayıdacağı halda, cinayət məsuliyyətinə cəlb oluna biləcəyini bildiyi üçün heç vaxt Respublikaya qayıtmayacaq, buna görə də, ona verilmiş pulları geri almaq mümkün olmayacaqdır. Hər iki ailə aldığı mənzilləri özününkü bilib, təmirə x eyli vəsait sərf etmişdir. İddiaçı mənzili olduqca aşağı qiymətə almışdır. Məhkəmə kollegiyasının Vüqar Xalıqova qarşı pul tələbinin irəli sürülməsi barədə tövsiyəsi anlaşılan deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
16. Maddə.
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətind ən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi aşağıdakı əsaslara görə mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. İlk növbədə qeyd olunur ki, kollegiya qətnaməni kassatora aid hissədə yoxlayır.
30. İşin mübahisəsiz halı bundan ibarətdir ki, Abşeron rayonu Xırdalan şəhəri 27ci məhəllədə yerləşən ümumi sahəsi 279 kv.metr ola n mübahisəli fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli, 17.01.2017-ci il tarixli, ******* qeydiyyat nömrəli Çıxarış verilmişdir.
31. Mübahisə predmeti olan evin mülkiyyətçisi İddiaçıdur və onun bu hüquqları mübahisələndirilmir. Mülki Məcəlləyə (§18, §19) əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tələbin qanuni əsası kimi məhkəmələrin həmin normalara istinad etmələri düzgündür. Çünki işin faktiki halları istinad edilən normanın dispozisiya şərtlərinə uyğun gəlir.
32. Məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ayrıca cinayət təqibi qaydasında Vüqar Xalıqovun əməlində cavabdehlər Cavabdeh1 və Şəkərova Gülsarəyə qarşı dələduzluq cinayətinin tərkib əlamətləri təsdiq olunduğu təqdirdə, yenə də hazırkı mübahisə üzrə iddianın rədd edilməsi istisnadır. Həmin fakt öz təsdiqini tapmış olsa belə, Vüqar Xalıqova qarşı vurulmuş zərərin qaytarılması iddiası irəli sürülə bilər.
33. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin olduqca aşağı qiymətə alınması işin faktiki halıdır. Kassasiya məhkəməsində isə, işin faktiki halı araşdırılmır. MPM-nin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
36. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-166/2021 nömrəli, 22.07.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Me