Məhkəmə qərarları › İş №2(102)-763/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-763/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-763/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək stajı faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 rayon şöbəsinə “əmək stajı faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(104)-2218/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ərizəçi xx xxxxxxxx 1957-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuş, 1978-ci ildə H.Zərdabi adına X5 İnstitutuna daxil olaraq, 1983-cü ildə həmin İnstitutun riyaziyyat fakültəsini bitirmişdir.

2. Ərizəçi adına 12 fevral 1991- ci il tarixdə açılmış ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan qeydlərə əsasən o, Şəmkir RXTŞ-də işə keçirilənədək Ermənistan SSR-in Vardenis rayonunun Əzizli kənd orta məktəbində 1979-cu ilin sentyabr ayından 1988-ci ilin dekabr ayınadək müəllim işləmişdir. Əsas kimi Ermənistan SSR Vardenis RXTŞ-nin həmin illərə dair arayışları göstərilmişdir. 10 dekabr 1988-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək o, müxtəlif məktəblərdə müəllim işləmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ərizəçi ünvanlanmış 28 oktyabr 2022ci il tarixli məktuba əsasən Şəmkir Rayon Təhsil İdarəsi tərəfindən 12 fevral 1991-ci il tarixində tərtib olunmuş İT-İ №2039335 nömrəli əmək kitabçasının surətində Ermənista n SSRİ-nin Vardenis rayon xalq təhsil idarəsinin arayışı əsasında ərizəçinin 01 sentyabr 1979-cu il tarixdən 01 dekabr 1988-ci il tarixinədək adıçəkilən rayonun Əzizli kənd orta məktəbində işləməsi barədə müvafiq qeyd aparılmışdır. Əmək kitabçasının qeyd bölümündə arayışın tarixi, nömrəsi qeyd olmadığından, həmçinin sözügedən arayış tərəfindən təqdim edilmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun Göygöl rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1979-cu il tarixdən 01 dekabr 1988-ci il tarixədək Qərbi Azərbay canın (indiki Ermənistanın) Vardenis rayonunun Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonu Əzizli kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləmiş, 1988-ci ildə Qərbi Azərbaycandan qovulan zaman ona məxsus əmək kitabçası orada qalmışdır. Qaçqın gəldikdən sonra Şəmkir rayonunda yenidən əmək kitabçası tərtib edilsə də, bütün sənədlər Ermənistanda qaldığı üçün ərizəçinin qeyd olunan illərə aid iş fəaliyyəti yalnız Vardenis RXTŞ-nin onda qalan arayışları əsasında əmək kitabçasında qeyd olunmuşdur. Ərizəçinin 65 yaşı tamam olmuş, təqaüdə çıxmış, lakin ərizəçinin 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək olan iş fəaliyyəti nəzərə alınmamışdır.

6. Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 nömrəli qətnaməsi (hakim Ə.V.Kərimov) ilə ərizə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, baxılan mübahisə üzrə ərizəçinin üzərinə düşən işləməsi faktının sübut etməsidir. Lakin ərizəçi müvafiq qurumda işləməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 77.3, 78.2, 80, 88, 217.3, 217.4, 307.2.11, 308-ci maddələri, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarı, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı, X9 Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Ərizəçi apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)-729/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruz əsi ilə, hakimlər R.Ş.Muradovun və F.Ə.Mehtiyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən ərizəçi irəli sürülən iddianın əsaslı olduğunu təsdiq edə bilən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, sübut növü kimi yalnız öz izahatını vermişdir.

12. İşə apellyasiya qaydasında baxılarkən də ərizəçi ərizəsinin əsaslı olduğunu təsdiq edə bilən mötəbər sübut növlərini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin izahatına və onun ərizəsinə əlavə etdiyi sənədlərə münasibətdə qeyd etmişdir ki, həmin sənədlər irəli sürülən ərizənin təmin edilməsinə əsas verən sübut növləri kimi qəbul edilə bilməz. Belə ki, ərizəçi 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci ilədək Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonu Əzizli kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işlədiyini bildirsə də, ərizəyə əlavə olunmuş diplomun surətindən görünür ki, o, 1978-ci ildə H.Zərdabi adına X5 İnstitutuna daxil olmuş, 1983-cü ildə həmin İnstitutun riyaziyyat fakültəsini bitirmişdir. Belə olan halda ərizəçinin 01 sentyabr 1979-cu il tarixdən, yəni İnstitutun 1-ci kursunu bitirdiyi vaxtdan ixtisası üzrə müəllim işləməsinin işin faktiki halı kimi müəyyən edilməsini kollegiya MPM-in sübutlarla bağlı tələblərinə əsasən yolv erilməz hesab etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Ərizəçi kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)-729/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2023cü il tarixli, 2(102)-2503/2023 saylı qərarı ilə (sədrlik edən E.Şamayev, hakimlər E.Vəliyeva və Ə.Xıdırov) Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(104)-729/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ərizə üzrə birinci instansiya məhkəməsində tərtib olunmuş 06 dekabr 2022-ci il tarixli hazırlıq iclasının və 23 dekabr 2022-ci il tarixli məhkəmə baxışı iclasının protokollarından müəyyən olunmuşdur ki, həmin məhkəmə mülki prosessual qanunvericiliyin tələblərindən (MPM-in 14.1, 165, 167, 184-cü maddələri) irəli gələn vəzifələrini tam icra etməyərək, ərizəçinin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması üçün prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməmişdir.

17. Həmçinin apellyasiya instansiya məhkəməsi ərizəçinin tələbini sübut edə bilməməsini qeyd etsə da, ərizəçinin Ermənistan Respublikasından 1988-ci ildə qaçqın olaraq Azərbaycana gəlməsini və bundan s onra əmək kitabçası açılarkən, yəni 1991-ci ildə orada onun Ermənistanda əmək fəaliyyəti barədə qeydlərin aparılmasını nəzərə almamışdır. Həmçinin ərizəçinin təqdim etdiyi Ermənistan Kommunist Partiyasının Vardenis rayon komitəsi tərəfindən verilmiş Partiya biletində onun 1980-ci ildən 1988-ci ilədək Vardenis rayonunda işləməsi, əmək haqqı alması və həmin əmək haqqından ödənişlər etməsi göstərilmişdir.

18. Lakin birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı araşdırmalar aparılmamış, müvafiq suallar verilməmiş, ərizəçinin hüquqlarının müdafiəsi üçün sübutların təqdim edilməsi, o cümlədən şahidlərin dəvət olunması təklif olunmamışdır. Birinci instansiya məhkəməsinin həm hazırlıq, həm də baxış iclaslarında ərizəçinin izahatı bir cümlə ilə: “Ərizəni müdafiə edirəm və təmin olunmasını x ahiş edirəm.” ifadə olunmuşdur.

19. Ərizəçi göstərdiyi dövrdə Ermənistanın Vardenis rayonu Əzizli kənd orta məktəbinə riyaziyyat müəllimi işlədiyini başqa yolla təsdiq edə bilməməsini, 2 nəfər şahid dəvət etsə də, rayon məhkəməsinin şahidləri dindirməməsini apellyasiya şikayətində qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi də yuxarıda qeyd olunan istiqamətdə araşdırma aparmamış, ərizəçinin prosessual hüquqlarının təmini üçün sübutların təqdim edilməsini təklif etməmiş, o cümlədən onun müəyyən edilməsini xahiş etdiyi fakt üzrə hər hansı sorğu sual etməmişdir.

20. Həmçinin, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini rədd etmək məqsədi ilə ərizəçinin 1978-1983-cü illərdə ali təhsil müəssisəsində təhsil almasına istinad etsə də, tələbə zidd hesab etdiyi həmin halla bağlı ə rizəçinin fikrini soruşmamış və ərizəçinin təhsillə iş fəaliyyətinin eyni dövrə düşməsinin mümkünlüyünü araşdırmamış, bununla bağlı sübutların təqdim edilməsini də ərizəçiyə təklif etməmişdir.

21. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab verməmişdir.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin 1-ci hissəsinə, MPM-nin 2.1, 14.1, 14.2, 76.1, 76.2, 77.1, 77.3, 88, 165, 167.1, 167.1.2, 167.1.8, 167.2, 184.1, 217.4, 305.1.1, 307.1, 307.2.11, 308, 416.1, 417.1.1-ci və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edi lməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(104)-2218/2023 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Q.Rzaquliyevın və İ.T. Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(066)-1248/2022 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, ərizə təmin edilməsi, Ərizəçi 01 sentyabr 1979-cu ildən 01 dekabr 1988-ci il tarixədək Ermənistan SSR, Vardenis rayonu, Əzizli kənd orta məktə bində müəllim işləməsi faktı müəyyən edilməsini qət etmişdir.

24. Məhkəmə kollegiyası tərəfləri və şahidləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi ərizəçinin tələbini sübut edə bilməməsi əsası ilə ərizəni təmin etməkdən imtina etmişdir ki, bu zaman birinci instansiya məhkəməsi işdə olan sübutları kifayət qədər qiymətləndirməməklə yanaşı düzgün qiymətləndirməmiş, həmçinin sübutların yetməzliyi halında isə Mülki Prosessual Məcəllənin 14,167 və 184.1-ci maddəsinin tələbini pozaraq, ərizəçiyə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və müvafiq prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməmişdir.

25. Belə ki, birinci in stansiya məhkəməsi ərizəçinin hərbi biletinə istinad edərək, onun 1984-cü ildə Ermənistan SSR Vardenis rayon Komissarlığından hərbi xidmətə çağırıldığını qeyd etmişdir. Lakin, o 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, insititutu bitirməsi və ali təhsil alması ilə əlaqədar olaraq, yeni hərbi bilet 1984-cü il tarixdə verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübuta düzgün istinad etməmişdir.

26. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər X2 və X3 ərizəçinin onların Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbində riyaziyyat müəllimi olmasını təsdiq etmişlər ki, həmin şahidlərin ifadələri məhkəməyə təqdim edilmiş digər sübutlarla əlaqəli şəkildə yoxlanıl araq mötəbər sübut kimi qəbul olunmuşdur. Belə ki, ərizəçi tərəfindən məhkəməyə onun Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbinin müəllim kollektivi ilə çəkilmiş fotoşəkli, o cümlədən 1976-1977-ci illər buraxılışlı kollektiv şəkil tablosu məhkəməyə təqdim edilmişdir ki, 1976-1977-ci illər buraxılışlı kollektiv şəkil tablosunda müəllimlər İ.Qəhrəmanov, N.Qəhrəmanov və Əli Həsənovun fotoşəkilləri olmuş, həmçinin onların fotoşəkli ərizəçinin Ermənistan SSR Vardenis rayonu Əzizli kənd orta məktəbinin müəllim kollektivi ilə çəkilmiş fotoşəkildə də öz əksini tapmışdır. Şahidlər isə onlara təqdim edilmiş fotoşəkildəki ərizəçi və onunla birlikdə olan müəllimləri tanımaqla, göstərmişlər. Buna görə də məhkəmə kollegiyası həmin şahidlərin ifadəsini mötəbər sübut kimi qəbul etmişdir.

27. Məhkəmə mövqeyini Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 167.1, 184.1, 217.3, 307.1, 311, 308, 372.1, 372.6, 372.7 və 402.1-ci maddələri ilə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

28. Maraqlı şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya mülki işi yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

29. Kassator şikayətini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna, Əmək Məcəlləsinin 87-ci maddəsinə v ə Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların 3.1-ci maddəsinə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinin 5-ci yarımbəndinə, Əmək Pensiyaları haqqında AR Qanunun 1.0.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 104.3, 308-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndi ilə ə saslandırılmışdır.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi xidmət haqqında arayışının surətinə və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 06 il 4 ay 21 gün təşkil etmişdir.

31. Nəzərə alınsa ki, ərizəçi hazırki faktın qəbul edilməsini onun pensiyasının yenidən hesablanması zamanı əmək stajı kimi nəzərə alınması üçün qəbul edilməsini zəruri hesab olunsa da, məhkəmənin qəbul etdiyi xx.xx.1979-xx.xx.1988-ci illərdəki əmək fəaliyyəti dövrü ərizəçinin təhsil illəri ilə (1978-1983) üstüstə düşdüyündən yalnız biri nəzərə alınmalıdır. Belə olan halda həmin faktın qəbul edilməsini zəruri edən hal mövcud o lmayacaqdır. Eyni zamanda məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ərizəçi xx.xx.1979-cu ildən xx.xx.1988-ci ilədək Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonu Əzizli kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işlədiyini bildirsə də, ərizəyə əlavə olunmuş diplomun surətinə əsasən, o, 1978-ci ildə H.Zərdabi adına X6 İnstituna daxil olmuş, 1983-cü ildə həmin İnstitutun riyaziyyat fakültəsini bitirmişdir. Belə olan halda ərizəçinin xx.xx.1979-cu il tarixdən, yəni İnstitutun 1-ci kursunu bitirdiyi vaxtdan ixtisası üzrə müəllim işləməsi mümkün deyil. Əyani olacağı təqdirdə Ermənistandan hər gün gəlib Gəncədə təhsil alması yaxud Gəncədən hər gün gedib Ermənistanda əmək fəaliyyəti göstərməsi müəyyən edilməmişdir. Ali təhsili olmadan qiyabi təhsil alaraq riyaziyyat mü əllimi işləməsi qanunvericilik norması ilə nəzərdə tutulmamışdır.

32. Ərizəçi məxsus Şəmkir Rayon Təhsil İdarəsi tərəfindən xx.xx.1991-ci il tarixdə tərtib olunmuş ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətində Ermənistan SSRİ-nin Vardenis rayon xalq təhsil idarəsinin arayışı əsasında onun xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək adıçəkilən rayonun Əzizli kənd orta məktəbində işləməsi barədə müvafiq qeyd aparılmışdır. Lakin iddiaçıya məxsus əmək kitabçasının qeyd bölümündə arayışın tarixi, nömrəsi qeyd olmadığından, həmçinin sözügedən arayış ərizəçi tərəfindən təqdim edilmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

33. Həmçinin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır.

34. Bundan əlavə, məhkəmə ərizəçinin əmək kitabçasını, diplomunu, hərbi biletini əsas götürərək ərizəni təmin etmişdir. Halbuki həmin sənədlər və əmək kitabçasında bununla bağlı qeyd mövcud olduğu halda işə xüsusi icraat qaydasında baxılmamalı idi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri 36.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 37.Hazırki kassasiya şikayətində maraqlı şəxs tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: 38.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

39. Maddə 2.1 mülki işlər və kommersiya mübahisələri üz rə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

40. Maddə 14.1 məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1 tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll et mək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2 bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 77.3 İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif etməlidir

46. Maddə 88 İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 165 Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.

48. Maddə 167.1 Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir:

49. Maddə 167.1.2 Tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir;

50. Maddə 167.1.8 Şahidlərin çağırılması məsələ sini həll edir.

51. Maddə 167.2 Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir.

52. Maddə 184.1 Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir.

53. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 305.1.1 Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.

55. Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

56. Maddə 307.2.11 Məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

57. Maddə 308 Məhkəmə hüquqi əhəmiyyət i olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

58. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikli k edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı 61. 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir Kassasiya instansiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi fakti ki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(104)-2218/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar