Məhkəmə qərarları › İş №2(102)-764/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-764/2023

16.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-764/2023 16.01.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1791/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1791/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosess ual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Hazırki işdə kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. MPM-nin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı şikayətə kassasiya qaydasında baxılmaq üçün əsaslar olmadığından, kassasiya şikayəti qeyrimümkün sayılmalı və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405, 408.1.4, 404-1.2, 409-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1791/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar