Məhkəmə qərarları › İş №2(102)-764/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-764/2024

26.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-764/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarma, maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən cavabdehin çıxarılması, maddi zərə və sair tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5455/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmə nin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 15 oktyabr 2012-ci il tarixli, 434 saylı qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 150 kvadrat metr torpaq sahəsi ayrılmışdır.

2. Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçı ilə bitişik torpaq sahəsində inşa edilmiş evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 15 oktyabr 2012-ci il tarixli, 434 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə istifadəsinə verilmiş torpaq sahəsinin 10 kvadrat metr hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin həmin hissəsində cavabdeh tərəfindən quraş dırılmış kanalizasiya və su xəttinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin ona təhvil verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi, habelə ona məxsus fərdi yaşayış evinə cavabdehə məxsus kanalizasiya xəttindən çirkli suyun sızması nəticəsində dəymiş 30000 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, istifadəsində olan torpaq sahəsi X5 tərəfindən ona ayrılmış və təhvil verilmişdir. Torpaq sahəsinin hər tərəfi hasarlansa da, evin arxasında 10 kvadrat metr hissəsi boş ərazi olmaqla maddi imkanı olmadığından həmin sahədə əlavə iş görülə bilməmişdir. Hazırda həmin 10 kvadrat metr ərazi qonşu – cavabdeh tərəfindən kanalizasiya xətti yerləşdirilməklə zəbt edilm işdir. Cavabdeh iddiaçını həmin sahəyə buraxmır. Sözügedən kanalizasiya xəttindən mütəmadi baş verən çirkli su sızıntıları nəticəsində iddiaçının evinə maddi ziyan dəymiş, divarlarda geniş çatlar, döşəməsində çürümə, çökmələr baş vermişdir. Ziyanın aradan qaldırılması üçün evin əsaslı təmirinə ehtiyac yaranmışdır ki, buna ən azı 30000 manat tələb olunur.

5. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, 2019-cu ildən mütəmadi olaraq sözügedən kanalizasiya xəttini təmir etdirir. Hazırda da kanalizasiya xətti ilə bağlı hər hansı bir problem yoxdur. İddiaçının evinə həmin xəttin işlək olmaması nəticəsində hər hansı ziyan dəyməmişdir.

6. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtizası Mərkəzinin 3 avqust 2022-ci il tarixli rəyində göstərilmişdir ki, X2 15 oktyabr 2012-ci il tarixli, 434 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 150 kvadrat metr torpaq sahəsinə dair təqdim edilmiş cizgidə miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən həmin sahənin cavabdeh tərəfindən zəbt olunub-olunmadığı barədə sualı cavablandırmaq mümkün olmamışdır. İddiaçıya məxsus evin arxa tərəfindən cavabdeh tərəfindən kanalizasiya və su xətləri çəkilmişdir. X2 15 oktyabr 2012-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 150 kvadrat metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinin taxtadan olan döşəməsində boşluqlar, tərpənmələr, divarlarda çatlar, divar kağızının qopması mövcuddur. Divarlarda və döşəmədə əmələ gəlmiş qüsurların hansı səbəbdən əmələ gəlməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 mütəxəssisləri tərəfindən evə baxış keçirildikdən sonra müəyyən edilə bilər. Evdə yaranmış qüsurların səbəbi və fərdi yaşayış evinin əsaslı təmirə ehtiyacı olub-olmaması müəyyənləşdirildikdən sonra, dəymiş ziyanın aradan qaldırılması barədə smeta tərtib oluna bilər.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 aprel 2023-cü il tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən tərtib olunmuş 10 mart 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən texniki baxış zamanı qonşuya məxsus mövcud kanalizasiya xəttindən su axma-sızması müşahidə olunmadığı, hal-hazırda qonşuya məxsus olan kanalizasiya xəttinin işlək vəziyyətdə olduğu və iddiaçının evinə heç bir ziyanı olmadığı müəyyən olunmuşdur. Həmçinin, mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, fərdi yaşayış evində əmələ gələn nöqsanların evin tikintisi zamanı antiseysmik kəmərin inşa olunmaması səbəbindən baş verə bilər. İddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyəri mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1936 manat təşkil edir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-81/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim X3) iddia rədd edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli sahə tərəflərin h eç birinin mülkiyyətində deyil, torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, habelə torpaq sahəsinin qonşu sərhədlərini əks etdirən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş plan və ölçü yoxdur.

10. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin həmin 10 kvadrat metr torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində iddia əsassız olduğundan təmin edilə bilməz.

11. İddia tələbinin su xəttinin sökülməsi və dəymiş 30000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, sübutetmə yükü baxımından tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar üzrə alınmış rəylərdə həmin kanalizasiya və su xətlərində nasazlıq olmadığı, iddiaçının evinə dəymiş zərərin borularla əlaqəsinin olmadığı göstərilmişdir. Həmçinin, mütəxəssis rəyində qeyd olunmuşdur ki, fərdi yaşayış evində əmələ gələn nöqsanlar evin tikintisi zamanı antiseysmik kəmərin inşa olunmaması səbəbindən baş verə bilər. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının evində əmələ gələn nöqsanların cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə səbəbli əlaqəsinin olması sübuta yetirilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (b undan sonra – Torpaq Məcəlləsi) 5.1, 47.1 və 56.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1096.1, 1096.2, 1097.1, 1111.2 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5455/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşa raq, qeyd etmişdir ki, torpaq qanunvericiliyinə əsasən tərtib edilmiş torpaq sahəsinin planı olmadan hüququn pozulub-pozulmadığını müəyyən etmək mümkün deyil. İddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, həmin 10 kvadrat metr torpaq sahəsi bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda torpaq sahəsinin boşaldılması üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci, Torpaq Məcəlləsinin 65 və 66-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, təkrar ekspertiza təyin olunması və məhkəmə iclasının təxirə salınması barədə vəsatəti əsassız olaraq təmin olunmamış və işə onun iştirakı olmadan baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Torpaq Məcəlləsi

20. Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

21. Maddə 47.1. Torpaq üzərində bələdi yyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

22. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Mülki Məcəllə

23. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin po zulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zər ərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır,amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 376.2. İşə baxılmanın va xtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1. Kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə bi rinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

42. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasının təxirə salınması barədə ərizə göndərsə də, bunun üzürlü səbəblərlə bağlı olduğu barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmaqda haqlı olmuşdur.

43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

44. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaət ə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5455/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar