Məhkəmə qərarları › İş №2(102)-765/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-765/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-765/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11381/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ş.Talıbov, iş № 2(008)-912/2019) İddiaçı Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh təbii qazdan istifadə üzrə ya ranmış borca görə 5843,8 manat və 30 manat dövlət rüsumu, ümumilikdə 5873,8 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmaqla Cavabdeh həmin müqavilə əsasında təbii qazdan istifadə edir. xx xxxx 2018-ci il tarixdə İddiaçı əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvana baxış keçirilmiş və sonuncunun sayğacdan kənar təbii qaz xəttinə qoşularaq qanunsuz olaraq qazdan istifadə etməsinin aşkar olunması barədə akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçı tərəfindən Cavabdeh 5843,8 manat məbləğində borc hesablanmışdır. 2018-ci ilin oktyabr ayında İddiaçı həmin borcun Cavabdeh tutulması barədə məhkəmədə iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək ondan tələb olunan qazdan istifadəyə görə borcun silinməsi barədə başqa icraatda işin olmasına baxmayaraq Birliyin hazırkı tələblə ona qarşı iddia qaldırmasını, hazırkı işə isə onun iştirakının təmin olunmadan baxılmaqla maddi və prosessual hüquq normalarının pozulmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya ko llegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi İstehsalat Birliyinin iddia tələbinin təmin olunub cavabdehdən 5843,8 manat tutulmas ına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən cavabdehin yaşadığı ünvanda təbii qazdan qanunsuz istifadə olunmasının aşkar olunmasına və bu barədə tərtib olunmuş xx xxxx 2018-ci il tarixli akta əsaslanmışdır. İş materiallarından görünür ki, yuxarıda göstərilən akta əsasən Cavabdeh 5843,8 manat məbləğində borc hesablandıqdan sonra o, həmin borcun silinməsi barədə 2018-ci ildə Xətai rayon məhkəməsində iddia qaldırmış və hazırda həmin iş məhkəmə instansiyalarında baxılmaqla iş üzrə qəti qərar qəbul edilməmişdir. Göründüyü kimi Cavabdeh qazdan istifadə ilə əlaqədar hesablanmış borcun silinməsi, Birlik isə həmin borcun ondan tutulması barədə iddia qaldırmışlar. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən isə görünür ki, həqiqətən də, Cavabdeh hazırk ı iş üzrə İstehsalat Birliyi iddia qaldırana qədər borcun silinməsi barədə Xətai rayon məhkəməsində iddia qaldırmış və Xətai rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd olunsa da, həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmiş və iş indiyə kimi öz qəti həllini tapmamışdır. Cavabdeh iddia ərizəsində qoyulan tələblə hazırkı iş üzrə Birlik tərəfindən irəli sürülən tələb biri-birilərini inkar etdiklərindən və həmin tələblərin bir icraatda birləşdirilməklə baxılması işin düzgün həlli üçün əhəmiyyətli olduğundan, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsinin tələbinə m üvafiq olaraq iddia tələblərinin bir icraatda birləşdirilməklə işə baxılmasının mümkünlüyü məsələsi müzakirə olunmalıdır. MPM-nin 169-cu maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. (169.3) Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. (169.4) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar