Məhkəmə qərarları › İş №2(102)-765/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-765/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-765/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)4640/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 10 iyun 2017-ci il tarixli kredit müqaviləsi ilə X1 İradə Məmməd qızına 10 iyul 2017-ci il tarixədək 25.000 ABŞ dolları məbləğində faizsiz borc vermişdir. Kredit müqaviləsi borc verənin əvəzinə etibarnamə əsasında nümayəndəsi İddiaçı imzalamışdır.

2. Eyni tarixli ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı məqsədi ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzili ipotekaya qoymuşdur. İpoteka müqaviləsi həmçinin ipoteka saxlayanın əvəzinə etibarnamə əsasında nümayəndəsi İddiaçı imzalamışdır.

3. X6 18 sentyabr 2018-ci i l tarixdə ölmüşdür.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə Cavabdeh tutularaq İddiaçı ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv.metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi qət edilmişdir.

5. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya M əhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

8. İddiaçı tərəfindən Cavabdeh tutmanın ipoteka predmetinə yönəldilməsinə dair 23 fevral 2023-cü il tarixli bildiriş ünvanlanmış, həmin bildirişin qeyd alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə ərizə” ünvanlanmış və həmin ərizə 01 mart 2023-cü il tarixdə İdarə tərəfindən qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyun 2017-ci il tarixli “kredit müqaviləsi” üzrə yaranmış 25.000 manat məbləğində borcun icrasının təmin edilməsi üçün tutmanın ipoteka predmeti olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27 kv.m. olan 9 nömr əli 2 otaqlı mənzilə yönəldilməsi və ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən borc məbləği olan cəmi 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi nəzərə alınmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X6 ilə Cavabdeh arasında 10 iyun 2017-ci il tarixli borc (kredit) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən X6 borc alan - Cavabdeh 25.000 məbləğində pul vəsaitini borc olaraq vermiş, borc alan isə həmin borcu 10 iyul 2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən borc (kredit) müqaviləsinin icrasının təminatı kimi tərəflər arasında 10 iyun 2017-ci il tarixli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzil ipoteka saxlayana ipotekaya qoyulmuşdur. Hər iki müqavilə üzrə iddiaçı Bakı şəhəri, 21 saylı notariat kontorunda 31 may 2017-ci tarixdə verilmiş 7844 reyestr nömrəli etibarnamə əsasında mərhum atası X4 təmsil edərək, həmin müqavilələri imzalamışdır. İddiaçının atası X6 18 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Daha sonra, iddiaçı tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 21 saylı notariat kontoruna müraciət edilmiş, həmin müraciət əsasında vərəsəlik işi açılmış, mərhum atası X2 v ərəsələri qismində arvadı X8, qızı X5, oğulları X7 və İddiaçı müəyyən edilmişlər. Borclu Cavabdeh tərəfindən borc müqaviləsi üzrə götürüdüyü öhdəliklər icra edilməmiş və borc məbləği geri qaytarılmamışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq, məktubu, bildiriş və s. ünvanlasa da həmin bildiriş və məktublara cavab verilməmişdir. İddiaçı əvvəllər də məhkəməyə iddia ilə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş mənzil ə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılması, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi qismən – “tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” hissəsində ləğv edilmiş, iddiaçı X2 varisi İddiaçı Cavabdeh qarşı “tutmanın ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi, ipoteka predmeti ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra, məhkəmələr tərəfindən verilmiş göstərişlər iddiaçı tərəfindən tam olaraq nəzərə alınmış, qa nunvericilikdə nəzərdə tutulmuş qaydada bütün zəruri prosedur hərəkətlər icra edilmiş, cavabdehə iddiaçı tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsinə dair 23 fevral 2023-cü il tarixli bildiriş ünvanlanmış, daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə ərizə” ünvanlanmış və həmin ərizə 01 mart 2023-cü il tarixdə idarə tərəfindən qəbul edilmişdir.

11. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşə n 30 saylı evin ümumi sahəsi 27 kv.m olan 9 nömrəli mənzilin orta bazar qiymətinə uyğun ümumi dəyəri 70.200 manat, likvid qiyməti isə 63.200 manat məbləğində müəyyən edilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(006)-141/2024 nömrəli qətnaməsi ilə (hakim N.Abbasov) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə tələbin (25.000 ABŞ dolları) Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv.m olan 9 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 63.200 manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı olan borcunun ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi möv qeyini onunla əsaslandırmışdır ki, Cavabdeh 10 iyun 2017-ci il tarixli kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olmuşdur. Lakin, müqavilə ilə müəyyən edilmiş borcu ödəmə vəzifəsini yerinə yetirməyərək öhdəliyini tam şəkildə icra etməmişdir. Bu səbəbdən, İddiaçı, cavabdehin borcunu ödəməkdəki uğursuzluğu nəzərə alaraq, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6-cı, Mülki Prosessual Məcəllənin 119.1-ci, “İpoteka haqqında” Qanunun 34.1, 36.2, 36.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmi n edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan mənzilin real dəyəri ən azı 60.000 ABŞ dolları (100.000 manat) təşkil edir. “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” formal olaraq görünüş üçün bağlanmışdır. Cavabdehə borc verilməmişdir. “İpoteka müqaviləsi” dövlət qeydiyyatından keçirilməmişdir. X9 faizə pul verən olmuşdur. Onunla müqavilələri bağlamaqda məqsədi cavabdehin mənzilinə yiyələnmək olmuşdur. Cavabdeh iddiaçını və onun atasını tanımamışdır. Borcu cavabdehin qohumu Emin Həsənov götürmüş və geri qaytarmışdır. Cavabdeh işin həqiqi hallarını bilən kimi, məsələni aydınlaşdırmaq üçün dərhal Bakı İstintaq Təcridxanasında saxlanılan qohumu Emin Həsənovla əlaqə saxlamışdır. Emin Həsənov isə b ildirmişdir ki, həqiqətən Röya adlı şəxsin təklifi ilə ona iki dəfəyə 25.000 ABŞ dolları (10.000+15.000) pul verilmiş, elə pul verilən anda 10.000 ABŞ dollarının 10 faizi (1.000 ABŞ dolları), 15.000 ABŞ dollarının da 10 faizi (1.500 ABŞ dolları) dərhal ondan geri alınmış, həmin pullar isə 2017-ci ilin əvvəllərində, yəni müqavilələrin bağlandığı tarixdən bir neçə ay əvvəl verilmiş, Emin Həsənov hələ 2017-ci ildə pulu onlara qaytarmış, onlar isə həmin pulları faizə çıxmış, həmin pullar isə 2017-ci ilin əvvəllərində, yəni müqavilələrin bağlandığı tarixdən bir neçə ay əvvəl verilmiş, bundan sonra Röya adlı şəxs Emin Həsənovdan qalan borcun təminatı kimi mənzil istəmiş, daha sonra isə İddiaçı və Röya adlı şəxs Emin Həsənova təzyiq və təsir göstərərək, sonuncunun xalası Cavabdeh ilə həmin müqavi lələrin bağlanmasına nail olmuşlar. Halbuki, Cavabdeh 21 saylı Notariat Kontorunda müqavilələri bağlayan zaman ona müqavilələrin əsl mahiyyəti izah olunmamış, həmin vaxt İddiaçı və Röya adlı şəxs ona, iş görəcəklərini, əldə olunacaq gəlirdən ona da pay verəcəklərini demiş, bununla da Cavabdeh etibarından sui-istifadə edərək, onu aldadaraq, faktiki olaraq əmlakını ələ keçirməyə cəhd etmişlər.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)4640/2024 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və E.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya məhkəmə si birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmaqla, qeyd etmişdir ki, cavabdeh “Kredit müqaviləsi” əsasında kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh, “Kredit müqaviləsi” əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə olan halda o, üzərinə götürdüyü öhdəliyin icra etməməsinə görə məsuliyyət daşıyır və kreditor, öhdəliyin ipoteka predmeti hesabına icra edilməsini tələb etməkdə haqlıdır.

19. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə bildirmişdir ki, kredit və ipoteka müqavilələrin etibarlılığına qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmiş və məhkəmələr hesab etmişlər ki, müqavilələr etibarlıdır. Buna görə də, qeyd edilən dəlil hazırkı işdə yenidən araşdırıla və əsaslı hesab edilə bilməz.

20. Məhkəmə həmçinin göstərmişdir ki, cavabdeh ipoteka predmetinin qiymətinin daha yüksək olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: hər hansı qiymətləndirici tərəfindən verilmiş “Qiymətləndirmə hesabatını” və s.) məhkəmələrə təqdim etməmişdir.

21. Apellyasiya kollegiyası mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1, 384, 384, 385.2, 392, 393, 402, 405ci, “İpoteka haqqında” Qanunun 34.1, 36.1, 36.2, 36.3-cü və “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 36.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. Cavabdeh Tahir qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6-cı, “İpoteka haqqında” Qanunun 34.1, 36.1, 36.2-ci maddələri düzgün tətbiq edilməmiş, Mülki Prosessual Məcəllənin 9, 14, 77.1, 217.4-cü maddələri pozulmuşdur.

24. Belə ki, Tahir Hüseynovun ölüm tarixindən, 18 sentyabr 2018-ci ildən etibarən onun tərəfindən verilmiş etibarnamə qanuni olaraq qüvvədən düşmüşdür. İddiaçı bu etibarnam ə ilə bağladığı Kredit və İpoteka müqavilələrinin hüquqi əsasları olmamışdır. Kredit və ipoteka müqavilələri yalnız görünüş xarakteri daşıyır və əslində heç bir real maliyyə əməliyyatı baş verməmişdir. Kredit müqaviləsinə əsasən, 25.000 ABŞ dolları borc verildiyi bildirilmişdir. Lakin cavabdehə heç bir məbləğ verilməmişdir. İpoteka müqaviləsi də yalnız görünüş xarakterli olmuşdur, çünki, dövlət qeydiyyatından keçməmişdir. Cavabdeh, nə İddiaçı, nə də Tahir Hüseynovu tanımır və onlardan heç bir pul almamışdır. Bütün proseslər, o cümlədən pulun verilməsi və ipoteka müqaviləsinin bağlanması, Cavabdeh xəbəri olmadan baş vermişdir. Bu, onun razılığına əsaslanmayan əməliyyatlar olduğu üçün müqavilələr etibarsız sayılmalıdır. Emin Həsənovun ifadəsi və əldə olunan digər faktlar, yəni borcun təhlili nə dair məlumatlar, məhkəmə qərarının əsasında dayanan müqavilələrin və onların icrasının etibarsız olduğunu sübut edir. Emin Həsənovun müəyyən tarixlərdə pul qaytardığını və həmin pulların Röya Nəbiyeva vasitəsilə faizə qoyulduğunu bildirməsi, bu müqavilələrin dələduzluq məqsədli olduğunu göstərir. Həmçinin, ipoteka predmetinin bazar qiyməti 120000 manat olduğu halda, qiymət aşağı müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsi təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə lə ğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov q oyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyə nləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 54-cü maddəsinə əsasən bu Qanuna müvafiq olaraq ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən onun ilkin satış qiyməti bazar qiyməti nəzər ə alınmaqla müəyyən edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparmış, işdə olan sübutlara səlahiyyətləri çərçivəsində hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

34. Kassasiya şikayətinin dəlillərinin birincisi kredit və ipoteka müqavilələrinin etibarsızlığı ilə bağlıdır.

35. Lakin, kredit borcunun tutulması hazırkı mübahisənin predmetini təşkil etmir, borc məbləği bu hissədə qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə tutulmuşdur. Odur ki, kredit müqaviləsinin etibarlılığının yoxlanılması, hazırkı mübahisəyə aid deyildir.

36. Müvafiq olaraq ipoteka müqaviləsinin etibarlılığı eyni əsaslarla (cavabdehə borc verilməməsi, onun iddiaçını və atasını tanımaması, müqavilənin görüntü üçün bağlanması və s.) mübahisələndirilməklə, açıq aydın əsassız olduğundan və ipoteka müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilmədiyindən, kassasiya şikayətinin dəlili bu hissədə qəbul edilə bilməz.

37. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

38. İddiaçının atasının ölümü ilə bağlı ona verilən etibarnamə üzrə səlahiyyətlərə xitam verilməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, hazırkı iddia İddiaçı tərəfindən etibarnamə əsasında atasının adından deyil, atasının vərəsəsi kimi öz adından verilmişdir.

39. Kassasiya şikayətinin sonuncu dəlili ipoteka predmetinin ilkin satış qiymətinin həqiqi dəyərindən aşağı müəyyən edilməsi ilə bağlıdır.

40. Bununla bağlı qeyd olunmalıdır ki, iş materiallarına əsasən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmişdir. Müəyyən olunan ilkin satış qiyməti cavabdeh tərəfindən mübahisələndirilsə də, onun düzgün olmaması birinci instansiya məhkəməsində mübahisələndirilməmiş, habelə müvafiq sübutlar (alternativ mütəxxəsi və ya ekspert rəyi, elan internet resurslarından və kütləvi informasiya vasitələrindən çıxarışlar və s.) işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

41. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddəl ərinin tələblərinə riayət etmişdir.

42. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

43. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin ekspert rəyinin əsassızlığı ilə bağlı dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

44. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)-4640/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar