Məhkəmə qərarları › İş №2(102)-7654/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7654/2019

13.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7654/2019 13.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçının,iddiaçının vəkili X11 iştirakıilə, İddiaçının Cavabdehna qarşı qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2019- ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçının Cavabdeh na qarşı qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddiası təmin edilmiş, 18 yanvar 2012-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 10 yanvar 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışda qeyd edilmiş 0.39 ha torpaq sahəsinin mərhuma aid hissəsinin və25 iyun 2014-cü il tarixdə vəfat etmiş X4 miras qalmış Zaqatala rayonu Aşağı Taia kəndində yerləşən, RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 10 yanvar 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışda qeyd edilmiş ümumi sahəsi 62.90 kv.m olan yaşayış evinin və 0.39 ha həyətyanı torpaq sahə sinin mərhuma aid hissəsinin üzərində İddiaçı 1/2 hissəyə dair qanun üzrə vərəsəlik hüququnun verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 29 aprel 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün fakti ki halları aydınlaşdırmamışdır. Ona görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı məhkəməyə iddia ərizəsi verərək 18 yanvar 2012-ci il tarixdə vəfat etmiş anası X5 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, 0.39 ha torpaq sahəsinin mərhuma aid hissəsi və 25 iyun 2014-cü il tarixdə vəfat etmiş bacısı X4 miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, ümumi sahəsi 62.90 kv.m olan yaşayış evinin və 0.39 ha həyətyanı torpaq sahəsinin mərhuma aid hissəsi üzərində ona 1/2 hissəyə dair qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş e tmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X10 18 yanvar 2012-ci ildə, X9 25 iyun 2014-cü ildə vəfat etmişlər. X3 iddiaçının anası, mərhum X9 iddiaçının bacısı və Cavabdeh iddiaçının qardaşıdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 62.90 kvm olan fərdi yaşayış evi tam X6, həmin evin həyətyanı sahəsi 0.39 ha isə X6 və X7 ümumi birgə mülkiyyətindədir. Vərəsələr arasında mübahisə olduğundan və vərəsələr özlərinə çatası paya mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürdüklərindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. X1 vərəsələri X9 (ailə qurmayıb və 2014-cü ildə vəfat edib), X8, İddiaçı və Cavabdehdur. Eyni zamanda işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X2 və X9 vəfat etdikdən sonra onlara məxsus ev və həyətyanı torpaq sahəsi İddiaçı və Cavabdeh tərəfindən miras açıldığı vaxtdan sonra qanunla müəyyən olunmuş 3 ay müddət ərzində faktiki olaraq idarə edilməklə qəbul edilmişdir. Mülki Məcəllənin 1134.1 -ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1159-ci maddəsində deyilir ki, qanun üzrə vərəsəli k zamanı aşağıdakılar bərabər pay hüquqlu vərsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad(ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Bu maddənin tələbinə görə miras qalmış ev və torpağın mülkiyyətçilərindən biri tərəflərin anası digəri bacısıdır. Tərəflərin bacısı olan mərhum X6 əri və övladı olmadığından ondan miras qalmış əmlak üzərində də tərəflərin vərəsəlik hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 -ci maddəsində qeyd olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Qeyd olunan maddənin məzmununa müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında mübahisə olduğundan, haqlı olaraq n otarius tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir və miras əmlak üzərində vərəsələrin vərəsəlik və mülkiyyət hüququ məhkəmə qərarı əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddəsində qeyd olunur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olma sından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bununla yanaşı mülki kollegiya hesab edir ki, miras əmlaka dair vergi borclarının ödənilməsi miras açıldıqdan 6 aylıq müddət keçdikdən sonra yəni, 2018-ci və 2019-cu illər ərzində baş verdiyinə görə həmin halların mirasın faktiki qəbul edilməsi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsinin qanunsuz olması, ona görə də bu halın qətnamənin ləğvinə əsas olması barədə cavabdehin dəlilləri hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas deyildir. Çünki işin hallarından göründüyü kimi iddiaçı miras əmlakı miras açıldığı vaxtdan faktiki qəbul etdiyindən qeyd edilən ödənişlərin sonradan edilməsi miras əmlakın qəbul edilməsi üçün zəruri hərəkətlərin 2018-ci ildə deyil, miras a çıldığı vaxtdan qəbul edilməsini istisna etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar