Məhkəmə qərarları › İş №2(102)-7657/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7657/2019

24.12.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7657/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili X3, Cavabdeh və onun vəkili X13 iştirakı ilə, Cavabdeh tərəfindən xxxx Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)3486/2019 nömrəli iş üzrə 12 aprel 2019-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: xxxx şəhəri Yasamal rayon məhkəməsinin (hakim Xuraman Məhərrəmova) 10 oktyabr 2018-ci il tarixli, 2(004)-838/20 18 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı xxxx şəhəri, ünvani üzərində sahiblik hüquqları tanınmaqla, mənzilin Cavabdeh və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq, Cavabdeh və onun ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. xxxx Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Zabit oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə xxxx şəhəri Yasamal rayon məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh, X14 və X2 xxxx şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı (keçmiş H.Süleymanov) küçəsindəki 3 nömrəli evin 37 nömrəli mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq İddiaçı təhvil verilmələri qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xxxx şəhəri, ünvani üzərində sahiblik və istifadə hüquqlarının tanınması, mənzilin Cavabdeh və onun ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınaraq naturada İddiaçı faktiki sahiblik istifadəsinə verilməsinə, Cavabdeh və onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə və onların mənzildən fiziki olaraq çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək xxxx Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 aprel 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. xxxx Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsi ilə tanış olduqda bəlli olur ki, məhkəmə apellyasiya şikayətində göstərilən hallan əsaslı hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olmasını qəbul edərək, həmin qətnaməni ləğv etmişdir (maddi və prosessual pozuntular olduğuna əsasən).Lakin eyni zamanda apellyasiya məhkəməsinin mülki kollegiyası yenidən iddianı qismən təmin etmişdir və burada məhkəmə kollegiyası belə hüquqinəticəyə gəlmişdir ki, iddiaçının iddia ərizəsi ilə məhkəmə yə müraciət etmək hüququ birbaşa olmasa da, dolayısı ilə olmuşdur.xxxx Apellyasiya Məhkəməsinin qətnaməsinin əsasını aşağıdakı dəlillər təşkil edir:Cinayət işi üzrə cavabdehin zərərçəkmiş kimi tanınması;İddiaçının həyat yoldaşına aid mübahisəli mənzillə bağlı orderin olması,Subyektiv hüququn olması.İlk növbədə qeyd etmək lazımdır ki, məlum cinayət işi üzrə hər iki tərəf zərərçəkmiş kimi tanınmasına baxmayaraq, kimin mənzilin sahibi olmasına dair heç bir məcburi göstəriş və ya məhkəmə qərarı mövcud deyildir. Əgər həmin iş üzrə əsaslandırılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə belə bir hal müəyyən edilmiş olsa idi bu zaman mülki qaydada mübahisənin araşdırılması sadəcə formal xarakter almış olardır. Hazırki mübahisə ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzilin mülkiy yətçi olan ərinin hüquqi varisi kimi məhkəməyə müraciət etmişdir. Məhkəmədə cavabdeh tərəfindən sübuta yetirilmişdir ki, nə iddiaçı, nə də onun həyat yoldaşı mübahisəli mənzilin mülkiyyətçisi olmamışdır. İddiaçı vərəsə ola bilər. Ancaq qeyd edilən mənzilin vərəsəsi deyildir. Çünki iddiaçının həyat yoldaşı qeyd edilən mənzili özəlləşdirməmişdir.İş materiallarında notarial qaydada təsdiq edilmiş order olsa da, həmin orderin mənbəyi ilə bağlı orderi verməsi ehtimal edilən qurum olan xxxx şəhər İcra hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda belə bir orderin verilməməsi və onun verilməsinə nəyin əsas olması barədə məlumatın olmaması qeyd edilmişdir. Amma nədənsə bu zaman məhkəmə kollegiyası həmin orderi mötəbər sübut kimi qəbul etmişdir. Halbuki qeyd edilən halda mənzil MTK- nın mülkiyyəti hesab edilməli və MTK tərəfindən həmin mənzilin cavabdehə tam qanuni əsaslar üzrə satılmış olması məhkəmə tərəfindən qəbul edilməli idi. Hətta əgər orderin qanuni əsaslarla verilmiş olması ehtimal belə edilərsə, bu zaman məhkəmə nəzərə almalı idi ki, iddiaçının həyat yoldaşı sağlığında həmin mənzili özəlləşdirməmişdir, yəni mənzil xüsusi mülkiyyətə keçməmişdir. Order özlüyündə yaşayış sahəsindən istifadə etmək hüququ verən sənəddir və mülkiyyət sənədi deyildir. Belə olan halda iddiaçının istifadə hüquqlarına dair vərəsə qismində məhkəməyə müraciət etməsi yolverilməzdir və bu zaman iddiaçının subyektiv hüququ ilə bağlı mübahisə yaranmaqdadır. Amma işə baxan məhkəmə bu hala da qərəzli qiymət verərək belə hesab etmişdir ki, iddiaçı vərəsə olmasa belə özü mənzildən istifadə etmə k hüququna malik olan şəxs olduğundan məhkəməyə müraciət etmək hüquq vardır. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, cavabdeh tam hüquqi əsaslarla mənzilin pay haqqını tam şəkildə ödəmişdir, MTK-nın üzvlüyünə qəbul edilmişdir və pay haqqı tam ödənildiyindən payın əvəzinə ona yaşayış sahəsi verilmişdir. Belə olan halda cavabdehin hüquqlarının müdafiəsi məhkəmə üçün daha prioritet xarakter daşımalı idi.Digər bir tərəfdən iddiaçının öz həyat yoldaşının vərəsəsi olmasını, orderin olmasını nəzərə alınsa, bu zaman məhkəmə iddiaçının mərhum həyat yoldaşının vərəsəsi kimi onun MTK-ya sağlığında ödəmiş olduğu pul vəsaitinə münasibətdə vərəsə olmasını nəzərə almalı idi ki, bu zaman da cavabdeh olaraq MTK və tələb isə pul tələbi olmalı idi.Lakin bütün bu hallara baxmayaraq işə baxan xxxx Apellya siya Məhkəməsi tamamilə əsassız və qərəzli bir qətnamə qəbul etmişdir.Mübahisənin mahiyyəti miras əmlakla bağlı olması iləəlaqələndirilmişdir. Belə olan halda iddiaçı ilk növbədə vərəsə olmasını təsdiq edən vərəsəlik şəhadətnaməsini və ya onu əvəz edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməli və bundan sonra məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının mövcud olmasını əsaslandırmalı idilər. Lakin bu cür sənəd iş materiallarına əlavə edilməmişdir, məhkəmə isə faktiki olaraq tələb hüququ olmayan şəxslərin iddiası əsasında icraata başlamışdır. Çünki iddiaçıların mərhumun övladları olması hələ onların mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilmə sini xahiş etdilər. İddiaçı vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə xxxx Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 aprel 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən,01.09.1999-cu il tarixli 023739 saylı Orderin təsdiq olunmuş surətindən görünür ki, xxxx şəhəri, H.Süleymanov küçəsi (indiki İ.Qutqaşınlı) ev 3-də yerləşən 37 saylı mənzil X11 məxsus olmuşdur. Orderdə özü, arvadı İddiaçı və iki övladı qeyd edilmişdir. 1 saylı xxxx «ASAN Xidmət» Mərkəzinin 05.07.2016-cı ildə verdiyi, surəti notarial qaydada təsdiq edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 05.07.2016-cı il tarixdə Beyin kötüyünə qansızma nəticəsində ölmüşdür. 6 saylı Notariat Kontorunun notariusu Ə.L.İmanovun Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxx şəhər Ərazi İdarəsinə ünvanladığı 12.07.2016-cı il tarixli x-1285 saylı məktubdan görünür ki, X7 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında 12.07.2016-cı ildə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilm iş və ünvan 3 ünvanında yerləşən mənzilə dair Çıxarış verilməsi xahiş olunmuşdur. 6 saylı Notariat Kontorunun məhkəməyə təqdim etdiyi 22.07.2016-cı il tarixli 2V/95 reyestrli vərəsəlik işinə aid olan sənədlərdən görünür ki, 28.06.2016-cı il tarixdə vəfat etmiş X7 vərəsəsi İddiaçı miras əmlak olan Abşeron rayonu Goradil qəsəbəsində yerləşən ümumi sahəsi 1 ha, 0,5 ha, 0,12 ha, 0,45 olan torpaq sahəsinə, ümumi sahəsi 455,9 kvadrat metr olan fərdi yaşayış evinə, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59,1 kvadrat metr qeyriyaşayış sahəsinə vərəsədir. “xxxx” Mənzil Kooperativi üzvlərinin ümumi yığıncağının 02 avqust 2016-cı il tarixli 01 saylı protokolu ilə qərara alınmışdır ki, X8 «xxxx» MK-nın üzvlüyündən çıxarılması, Cavabdeh Zahid oğlunun “xxxx” MK-ya üzv qəbul edilməsi və Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, mərtəbə 13-də mənzil 37-də yerləşən, ümumi sahəsi 137 kvadrat metr olan mənzil onun adına keçirilməsi qərara alınmışdır. Cavabdeh «xxxx» M.K.-nın sədri E.Məhərrəmova yazdığı 02.08.2016-cı il tarixli ərizədən görünür ki, o, MTK-ya məxsus Yasamal rayonu, İ.Qutqaşınlı küç. 3, mən.37-də yerləşən X8 adına olan mənzili və payı onun adına keçirilməsini xahiş etmişdir. «xxxx» M.K.-nın sədri E.Məhərrəmovun həm İdarə Heyətinin sədri, həm də mühasibi kimi imzaladığı 02.08.2016-cı il tarixli MK-01/05 saylı maliyyə arayışından görünür ki, ünvan 5 ünvanda yerləşən kooperativ binası «xxxx» M.K-ya məxsusdur. Bu binanın İ giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 137 kvadrat metr olan 4 otaqlı 37 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir. MK-ya borcu yoxd ur. “xxxx” ASC-nin Hüquq İdarəsinin rəisi Rza Məmmədovun 03.11.2017-ci il tarixli NX17/2680 saylı cavab məktubundan görünür ki, elektron bazasında olan məlumata əsasən Yasamal rayonu, İ.Qutqaşınla küç. 3 saylı evin 37 saylı mənzili (abuna kodu **********30037) üzrə abonent kimi 15.04.2003-cü il tarixdən X15 qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxx şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanladığı **********757 saylı, 27.12.2017-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına xxxx şəhəri, Yasamal rayonu, İ.Qutqaşınla küç. 3 saylı evin 37 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. xxxx Ağır Cinayətlər Məhkəməsinin 2(101)-77/2019 saylı 17 yanvar 2019-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X9 təkrarən qulluq mövqeyi ndən istifadə etməklə qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, xxxx şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 nömrəli binanın (İ.Qutqaşınlı küçəsi 3) 13-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 80,9 kvadrat metr olan 37 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 01.09.1999-cu il tarixli 023739 nömrəli orderi əsasında İddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin X2ə məxsus olduğunu deməklə Kooperativin iclasının 07.04.2015-ci il tarixli 04 nömrəli protokol əsasında 141500 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 148700 manat) X5 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu qeyrisinin vasi təsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin X1a satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri-Kooperativin iclasının 07.04.2015-ci il tarixli 04 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə X1a verib, aldığı 141500 ABŞ dolları pulu qeyrisi ilə aralarında bölməklə, Bundan başqa o, təkrarən qulluq mövqeyindən istifadə etməklə qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək qeyd edilən mənzilin sonuncuya məxsus olduğunu alıcıya bildirib aldadaraq Kooperativin iclasının 27.08.2015-ci il tarixli 02 nömrəli protokol əsasında 144000 A BŞ dollarına (həmin dövrün məzənnəsi ilə 151200 manat) X6 qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncunun atası X3dən cinayət əlaqəsində olduğu qeyrisinin vasitəsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin X4ə satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri-Kooperativin iclasının 27.08.2015-ci il tarixli 02 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə X3ə verib, aldığı 144000 ABŞ dollar pulu qeyrisi ilə aralarında bölməklə, Bundan başqa o, təkrarən qulluq mövqeyindən istifadə etməklə qeyrisi ilə qabaqcadan razılaşmaql a əlbir olub cinayət əlaqəsinə girərək qeyd edilən mənzilin sonuncuya məxsus olduğunu alıcıya bildirib aldadaraq Kooperativin iclasının 02.08.2016-cı il tarixli 01 nömrəli protokol əsasında 135000 manata Cavabdeh qanunsuz satıb, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu qeyrisinin vasitəsi ilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Cavabdeh satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - Kooperativin iclasının 02.08.2016-cı il tarixli 01 nömrəli protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək qeyrisinin vasitəsi ilə Cavabdeh verib, ald ığı 135000 manat pulu qeyrisi ilə aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, cəmi 16 mənzili 40 fiziki şəxsə qanunsuz satmaqla qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, cinayət əlaqəsində olduğu X5, X6un və qeyrilərinin cinayətin törədilməsində məlumatları ilə, cinayətin törədilməsi üçün vasitələr vermək, maneləri aradan qaldırmaqda ifadə olunan köməkliyindən istifadə edərək tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmçinin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və cinayət əlaqəsində olduğu X5, X6 və qeyriləri üçün qanunsuz olaraq üstünlük əldə etmək məqsədilə onların köməkliyi ilə qul luq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində 15 mənzilin mülkiyyətçisi olan 15 fiziki şəxsin, o cümlədən... İddiaçı... faktiki olaraq mənzildən istifadə hüququndan məhrum etməklə kütləvi surətdə vətəndaşların əmlak hüquqlarını mütləq şəkildə pozmaqla ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 115-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsin də nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənziltikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə so n qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və ist ifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdı raraq, sadalanan normalara və Pelnumunu qərarlarına istinad edərək qeyd etmişdir ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlil lər qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, iddiaçının iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğundur, yəni dizpozisiya əlamətləri ilə uzlaşır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddia tələbinə etirazının əsası kimi, istinad etdikləri hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mübahisəli xxxx şəhəri, H.Süleymanov küçəsindəki (indiki İ.Qutqaşınlı) 3 nömrəli evin 37 nömrəli mənzilin xxxx şəhəri İcra Hakimiyyətinin 21 iyun 1999-cu il tarixli 563 nömrəli Sərəncamına əsasən 01 sentyabr 1999-cu ildə 023739 nömrəli orderlə iddiaçının mərhum əri X11 verilməsi, həmin orderdə iddiaçının və iki övladının adının qeyd olunması işin mübahisəsiz halıdır. 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 115-ci maddəsinə əsasən həmin orderdə adları qeyd olunan şəxslər, o cümlədən iddiaçının qeyd olunan mənzilə köçmək üçün qanuni əsas olmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən orderin verilməsindən əvvəl kooperativ üzvü pay haqqını tam şəkildə ödəməli və bina (mənzilin) da hazır olmalıdır. Başqa sözlə, order yalnız hazır olan mənzilə münasibətdə pay haqqını tam ödəmiş kooperativ üzvünə verilə bilər. Qeyd olunan order isə, heç vaxt, hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, məhkəmə qaydasında etibarsız hesab edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının əri X7 05.07.2016-cı il tarixdə ölməsi iddianın əsassızlığına dəlalət edə bilməz. Çünki, iddiaçı mərhum ərinin vərəsəsi olmasa belə, orderdə adı qeyd olunduğundan mənzilə istifadə və sahiblik hüququ olan şəxs kimi məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Konkret olaraq mübahisəli mənzillə bağlı iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməməsi də onun həmin mənzillə bağlı vərəsəlik hüququ əldə etməsin istisna etmir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, qeyd olunan maddə də əksinə iddiaçının mübahisəli mənzillə bağlı mərhum ərinin vərəsəsi olduğunu açıqaşkar təsdiq edir. Mübahisəli mənzil üzərində X1 xüsusi mülkiyyət hüququnun qeydə alınmaması da iddiaçının həmin mənzillə b ağlı vərəsəlik hüququnu istisna edə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin həmin mənzildə 2 ildən çox yaşaması, 40000 manat dəyərində təmir işləri görməsi həqiqət olsa belə, bu hallar da iddianın əsaslılığına təsir etmir. Qeyd olunduğu kimi mübahisəli mənzilin iddiaçının və ailə üzvlərinin istifadəsində və sahibliyində olmasını təsdiq edən mötəbər sübut elə qeyd olunan orderdir və bu order də mənzilin dəyərinin tam ödənildiyini, mənzilə köçərək oradan istifadə etməni və mənzilə sahib olmanı təsdiq edir. X1 ölməsi iddiaçının və ailə üzvlərinin mənzilə sahiblik və istifadə hüquqlarının itirilməsinə səbəb ola bilməz. X1 ölənədək öz hüququndan istifadə etmədən, yəni mənzili özəlləşdirmək hüququndan istifadə etmədən vəfat etməsi onun vərəsələrinin bu hüququ həya ta keçirməyə mane ola bilməz. Eyni zamanda X7 “mənzili özəlləşdirmək hüququndan istifadə etməməsi” dəlili qüsurlu olsa da bu hal da onun təqsiri ilə bağlı olmamışdır. Çünki, mənzilə sahiblik və istifadə etmək hüququnu onsuzda əldə etmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə mənzil üzərində sərəncam vermək hüququnu əldə edə bilərdi. Bunu isə mərhum X15 deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan aidiyyəti orqanlar etməli idi. Cavabdehin vicdanlı əldə edən olması ilə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının ailəsi ilə sonradan başqa mənzilə köçməsi və başqa yerdə yaşaması hər hansı bir şəxsə ixtiyar vermir ki, bu hallar həqiqət olsa belə, bundan istifadə edərək onun mənzilini qanuna zidd şəkildə sənədləri saxtalaşdırmaqla başq a şəxslərə satsın. Çünki, iddiaçının mənzil üzərində öz mülahizəsinə və iradəsinə uyğun istədiyi kimi sərəncam vermək haqqı vardır. Bunun, ümumiyyətlə mübahisələndirilməsi özü əsassızdır. Cavabdeh mənzil alarkən aldanmaması üçün özü lazımi diqqət və ehtiyatlılıq göstərərək (ən azından həmin vaxt mənzilin əvvəldən aid olduğu şəxslərin kimliyi ilə maraqlana bilərdi və.s) mübahisəli mənzilə başqa şəxslərin hüququnun olub-olmaması hallarını yoxlamaq əvəzinə, bu istiqamətdə iddiaçının riskinə aid olmayan məsələləri qabartmaqla özünün haqlı olduğunu göstərməyə çalışır. Lakin, bu dəlillər də cavabdehə kömək edə bilməz. Cavabdehin “xxxx” MK ilə bağlanmış müqaviləsi və MTK-nın üzvlüyünə qəbul edilməsi ilə bağlı dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu barədə q ərarın olması və həmin müqavilə və qərarın ləğv edilməməsi, cavabdehin qeyd edilən mübahisəli mənzilin qanuni sahibi və istifadəçisi olması demək deyildir. Çünki, qeyd olunan qərarın və müqavilənin kooperativin vəzifəli şəxslərinin cinayət əməlləri nəticəsində sənədləri saxtalaşdırmaqla, məhz cavabdehə zərər vurmaq məqsədilə edilməsi artıq cinayət mühakimə icraatı qaydasında da yoxlanılmış, bununla bağlı yuxarıda qeyd olunduğu kimi həmin şəxslərə məhz bu epizod üzrə də ittiham verilmiş və məhkəmənin ittiham hökmü çıxarılmışdır. Göründüyü kimi, məhkəmənin ittiham hökmü ilə də mübahisəli mənzilin iddiaçıya məxsus olduğu, həmin mənzillə bağlı cavabdehin məhz kooperativin vəzifəli şəxsləri tərəfindən aldadıldığı öz təsdiqini tapmışdır. Apellyasiya baxışı zamanı həm iddiaçının, həm də cavabdehi n cinayət işi üzrə zərərçəkən şəxs kimi tanındıqları müəyyən olunmuşdur. İddiaçı mənzilinin cinayət yolu ilə başqa şəxslərə təkrarən satılmasına görə, cavabdehin isə mübahisəli mənzilin ona qanunsuz və sənədləri saxtalaşdırılaraq aldatma yolu ilə satılaraq pulunun talanmasına görə tanındığı müəyyən edilmişdir. Ona görə də, hazırki mülki işin həmin cinayət işinin nəticəsindən hansısa bağlılığı olsa da, lakin asılılığı olmadığından, mülki işə mahiyyəti üzrə baxılmasına da maneə mövcud deyildir. Çünki, həmin cinayət işinin nəticəsi olaraq çıxarılmış hökmdə müəyyən olunanlardan görünür ki, həmin hadisələr iddiaçının maraqlarına uyğun, yəni iddianın əsaslılığını təsdiq edəcək preyudisial əhəmiyyətə malik hadisələr hesab oluna bilər və heç bir halda mübahisəli mənzilin 1999-cu ildə iddiaçının mə rhum ərinə və ailə üzvlərinə qanuni əsaslarla verilməsini təkzib edə bilməz. Çünki, “xxxx” Mənzil Kooperativi mülkiyyətində olmayan mənzil barəsində sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə zidd olmuşdur. Qeyd olunanlarla yanaşı apellyasiya instansiyasiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzil üzərində sahiblik hüquqlarını tanınmaqla qismən təmin etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçının mübahisəli mənzil üzərinədə sahiblik və mənzildən istifadə hüququ olmuşdur. Mövcud olan hüququn yenidən tanınmasına isə hər ha nsı bir zərurət olmamışdır. Bununla yanaşı, cavabdehlərin mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüquqları yaranmadığından, onların həmin hüquqları da itirilmiş hesab edilə bilməz. Çünki, hüquq mövcud deyilsə, onun itirilməsindən də söhbət gedə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh mübahisəli mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. İddia ərizəsində adları açıq şəkildə çəkilməsə də, ailə üzvlərinə qarşı tələbin yönəldilməsi mübahisəsizdir. Çünki, iddiaçı onların da mənzildən çıxarılmasını tələb etmişdir. Lakin birinci instansiya məhkəməsi Cavabdeh ailə üzvlərinin, yəni qızı X10 və arvadı X2 iştirakını təmin etmədən onların hüquqları ilə bağlı məsələni həll etmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış ol araq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qitymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. İddiaçının həyat yoldaşının mənzili özəlləşdirməməsi, həmin mənzillə bağlı iddiaçının adına vərəs əlik şəhadətnaməsinin verilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Həmin mənzilə dair vərəsəlik şəhadətnaməsi verilmədən də İddiaçı istifadə və sahiblik hüquqları vardır. Mülki Məcəllənin 158.1 və 158.1.2 və 158.4-cü maddələrinə görə onun bu hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Bundan başqa mənzilə dair verilmiş orderdə iddiaçının adı da qeyd edilmişdir. Belə olan halda iddiaçının həmin mənzilə dair gözlənti mülkiyyət hüququ olmuşdur. Bu hüquq 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 115-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə görə, mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər. 01.09.1999-cu il tarixli 023739 saylı Orderin təsdiq olunmuş surətindən görünür ki, xxxx şəhəri, H.Süleymanov küçəsi (indiki İ.Qutqaşınlı) ev 3-də yerləşən 37 saylı mənzil X11 məxsus olmuşdur. Orderdə özü, arvadı İddiaçıH və iki övladı qeyd edilmişdir. Odur ki, xxxx Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 aprel 2019-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, xxxx Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3486/2019 nömrəli iş üzrə 12 aprel 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar