Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7659/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1, cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)6468/2019 saylı qətnaməsindən İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(009)-689/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ş.Rüstəmli) İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB qarşı “əmək haqqının 5 misli məbləğində müavinətin tam ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)6468/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 22 fevral2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi qismən təmin edilib və cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB-dən 1.013,63 manat pulun tutulub İddiaçı5 verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatdan onların hər birinə nəzərdə tutulmuş əmək haqqının 5 misli məbləğində müavinətin tam ödənilməsi, yəni cavabdeh təşkilatdan iddiaçılar İddiaçı1 xeyrinə 2.247,43 manat, İddiaçı2 xeyrinə 927,91 manat, İddiaçı3 xeyrinə 1.417,54 manat, Xin xeyrinə 1.087,59 manat, İddiaçı5 xeyrinə 1.013,63 manat, İddiaçı6 xeyrinə 1.139,20 manat, İddiaçı7 xeyrinə 1.002,95 manat, İddiaçı8 xeyrinə 1.349,50 manat, İddiaçı9 xeyrinə 1.667,75 manat, İddiaçı10 (X2in hüquqi varisi) xeyrinə 1.103,42 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozub, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçı1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilib, iddia ərizəsinin ona aid hissədə təmin edilərək, cavabdeh təşkilatdan 2.247,43 manat pul un tutulub ona ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə də iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı1 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instans iyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB vəkili X1 öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Digər iddiaçılar İddiaçı2, İddiaçı3, X, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb qeyd edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul etməklə, iddia ərizəsini qismən edib cavabdeh təşkilatdan İddiaçı5 xeyrinə 1.013,63 manat pulun tutulmasını qət edib, qalan hissədə iddia ərizəsini rədd edərkən, birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasına, iddia ərizəsinin qismən İddiaçı5 münasibətdə təmin edilməsi üçün əsasların olmasına, qalan iddiaçılara münasibətdə iddia ərizəsinin təmin edilməsi üçün əsasların müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 70, 77, 175-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normala rının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Əvvəla işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia ərizəsi yalnız İddiaçı5 münasibətdə təmin edilməsinə və qalan iddiaçılara münasibətdə iddia ərizəsi rədd edilməsinə baxmayaraq, iddiaçılardan yalnız İddiaçı1 və cavabdeh təşkilat qətnamədən narazı qalaraq ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunilyi və əsaslılığı İddiaçı1 və cavabdeh təşkilatın kassasiya şikayətlərinin dəlilləri hüdudlarında ya lnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşdən görünür ki, İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iddia tələbini onu münasibətdə əsassız olaraq rədd etməsindən, cavabdeh təşkilat isə apellyasiya instansiyası məhkəməsinin iddia tələbini İddiaçı5 münasibətdə əsassız olaraq təmin etməsindən şikayətlənir. Belə ki, işdən görünür ki, İddiaçı1 cavabdeh təşkilatın “Abşeronneft” NQÇ İdarəsində “Quyuların əsaslı və yeraltı təmiri Sahəsin”də quyuların sementlənməsi üzrə mühəndis vəzifəsində işləmiş və o, 23 yanvar 2017-ci il tarixdə yazılı ərizə ilə işəgötürənə müraciət edərək, təqaüd yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə 30 yanvar 2017-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İşəgötürənin 30 yanvar 2017-ci il tarixli, 10-k saylı əmri i lə İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, təqaüd yaşına çatdığına görə 30 yanvar 2017-ci il tarixdən xitam verilmiş və işəgötürənin 22 aprel 2009-cu il tarixli, 57/06-19-saylı əmri əsas tutulmaqla, ona orta aylıq əmək haqqının beş misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi qərar alınmışdır. Eləcə də işdən görünür ki, İddiaçı5 cavabdeh təşkilatın “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində hidrotexniki qurğuların xidmət sahəsində dəniz buruq özülləri və estakadaların quraşdırılması və təmiri üzrə çilingər vəzifəsində işləmişdir. 27 iyun 2018-ci il tarixdə o, yazılı ərizə ilə işəgötürənə müraciət edərək, təqaüd yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə 29 iyun 2018-ci il tarixdən xitam verilməsini xahiş etmiş v ə işəgötürənin 25 iyun 2018-ci il tarixli, 48-k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüd yaşına çatmasına görə 29 iyun 2018-ci il tarixdən xitam verilmiş və işəgötürənin 22 aprel 2009-cu il tarixli 57/06-19saylı əmri əsas tutulmaqla ona orta aylıq əmək haqqının beş misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası DNŞ və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli “neft işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” birgə qərarının 4-cü bəndinə əsasən, bu qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşmanın imzalanması qərara alınmışdır. Bundan sonra həmin qərara 14 avqust 2009-cu il tarixdə dəyişiklik edilərək, sözügedən 22 aprel 2009-cu il tarixli qərarın 4-cü bəndinə “qərar olduğu tarixdən” sözlərindən sonra “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözləri əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillə rini araşdırıb, iddia tələblərinə cavabdeh təşkilatın etirazı ilə razılaşmayıb, haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında hazırda mübahisə edilən hal Azərbaycan Respublikası DNŞ və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq qərarına əsasən, iddiaçılara əmək münasibətlərinə xitam verilərkən ödənilmiş əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 102.1.4-cü maddəsinin təsir dairəsinə düşüb-düşməməsi ilə bağlıdır. Belə ki, iddiaçılar onlara ödənilmiş əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin Vergilər Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, gəlir vergisindən azad olduqlarını bildirərək hazırkı iddia tələblərini irəli sürmüşlər və eyni əsasla həmin tələblərini məhkəmədə müdafiə et mişlər. Cavabdeh təşkilat isə, bunun əksinə olaraq iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə verib göstərmişdir ki, iddiaçılar qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti üzrsüz səbəblərdən ötürməklə məhkəməyə müraciət etdikləri üçün iddia tələbləri bütövlükdə rədd edilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi barədə ərizəni əsassız hesab edərək, hazırki iş üzrə iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, düzgün olaraq qeyd etmişdir ki, iddia tələblərinə cavabdeh təşkilatın etiraz ərizəsi və hazırki əmək mübahisəsinə idd ia müddətinin tətbiqi barədə cavabdeh təşkilatın ərizəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 i yun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsa sən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşdən çıxma barədə ərizələrin və işdənçıxma müavinətinin ödənilməsi barədə əmrin tarixini nəzərə alan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, İddiaçı1 əmək mübahisəsinin həlli və pulun tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, işdən görünür ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə işəggtürənin 30 yanvar 2017-ci il tarixli, 10-k saylı əmrinə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi üzrə xitam verilmişdir. Yuxarıda qeyd edilən normaların mənasınd an da göründüyü kimi İddiaçı1 hazırki mübahisəli məsələ ilə bağlı məhkəməyə 30 yanvar 2018-ci il tarixədək müraciət etməli olduğu halda, hazırki iddia ilə məhkəməyə yalnız 07 yanvar 2019-cu il tarixdə müraciət etmişdir. Yəni, İddiaçı1 qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş və buraxılmış müddətin bərpası barədə məhkəməyə hər hansı ərizə verməmişdir. Kassasiya instansiyası məhkəməsi İddiaçı1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənatə gəlir ki, İddiaçı1 iddia tələbini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini ona münasibətdə hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda cavabdeh təşkilatın k assasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini İddiaçı5 münasibətdə təmin etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini ona münasibətdə hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, cavabdeh təşkilatla İddiaçı5 arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun öz təşəbbüsü ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçı5 işdənçıxma müavinəti olaraq əmək haqqının beş misli miqdarında pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan so nra yerdə qalan məbləğlər İddiaçı5 ödənilmişdir. Hazırda İddiaçı5 məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətin tam məbləğdə ödənilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın etiraz ərizəsi ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı5 bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq xitam verilmiş olsa da faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş 22 aprel 2009-cu il tarixli qərarın surəti ilə, həmçinin tərəflərin izahat ları ilə sübut olunur. Cavabdeh təşkilatın etiraz ərizəsində və kassasiya şikayətində əsaslandırdığı, həmçinin İddiaçı5 əmək kitabçasında və onun işdən azad olunması ilə bağlı verilən əmrdə nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü ilə” əsası formal xarakter daşıyır, İddiaçı5 tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli qərara uyğun olaraq tərtib olunmuşdur və onun müstəqil iradə ifadəsini əks etdirmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəs mi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra h akimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafıq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafıq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Həmin Məcəllənin 77-ci maddəsinin 6-cı və 7-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əmək haqqının saxlanılması, habelə bu maddənin üçüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. Həmin Məcəllənin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, əmək haqqı bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düz ələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisiııə cəlb edilir. Həmin Məcəllənin 102.1.4-cü maddəsinə əsasən, fiziki şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Apellyasiya i nstansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, cavabdeh təşkilat İddiaçı5 ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İşə əlavə edilmiş qərarda da İddiaçı5 ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Sadalanan maddələrin tələblərinə görə də, növündən asılı olmayaraq işdən çıxma müavinətindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçilərin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri qərarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən h issədə kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası DNŞ “Azneft” İB ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2(103)-6468/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7659/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7659/2019
24.12.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver