Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-766/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk İddiaçı Cavabdeh qarşı “övladı ilə birlikdə evə köçürülmə” barədə ilk, Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi” barədə qarşlıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2308/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsindən Cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh 1996-cı ildə faktiki, 28.08.1997-ci ildə nikahlarını rəsmi qeydə aldırmaqla evlənmişlər. İddiaçı cavabdehin anası X2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi ev 2 ünvanında yerləşən, hazırda isə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin ünvanda qeydiyyatdadır. Birgə yaşadıqları müddətdə 26.07.1997-ci il təvəllüdlü YYYvə 22.01.2002-ci il təvəllüdlü YYY adlı uşaqları doğulmuşdur. Cavabdeh və iki övladı ilə birlikdə 2017-ci ilin iyul ayınadək həmin ünvanda yaşamış və qızı 2016-ci ildə ailə həyatı qurar aq başqa ünvana köçmüş, cavabdeh ona şər-böhtan atdığından onunla münasibətləri korlanmış və 2017-ci ilin iyul ayında 21 il yaşadığı evdən oğlu YYYlə birlikdə çıxaraq atasının evinə getmişdir. Tərəflər arasında ailə münasibətləri normal olmadığından aralarında olan nikah Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş 22 yanvar 2002-ci il təvəllüdlü X6 oğlu İddiaçı yanında saxlanılması qət olunmuşdur. 12.09.2011-ci il tarixli Bağışlama müqaviləsinə əsasən Hüseynov Mübariz YYY oğlu və X1 rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.4 kv.m yaşayış, 69.3 kv.m yardımçı sahədən ibarət olan 2 nömrəli fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsindən özlərinə düşən 0,08 ha torpaq sahəsini oğulları Cavabdeh bağışlamışlar. Birinci instansiya məhkəməsində icraat İlk İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının və 22 yanvar 2002-ci il təvəllüdlü övladı X6 oğlunun cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki 2 otağa köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddiası onunla əsaslandırılmışdır ki, o, 2 ildir ki, oğlu YYY ilə birlikdə ata evində qalmağa məcbur olmuş, cavabdeh isə 1996-cı ildən yaşadığı və qeydiyyatda olduğu həmin ünvana onu buraxmır. Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının köçmək istədiyi 2ç saylı ev valideynləri tərəfindən 12.09.2011-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlanmışdır. Həmin ev paylı mülkiyyət deyil və tam onun mülkiyyətindədir. İddiaçı heç kim məcburi surətdə yaşadığı evdən çıxartmamışdır, o, özü könüllü surətdə gedərək valideynləri ilə yaşamağa üstünlük vermiş və iki ilə yaxındır ki, orada yaşayır. İddiaçı ona bağışlanılan xüsusi mülkiyyətinə köçürülməsi tələbi əsassızdır, çünki o, 2 ç saylı evdə deyil, 2 saylı evdə, yəni atasına məxsus olan evdə qeydiyyatdadır. Qeyd olunan ev onların birgə nikah dövründə əldə etdikləri əmlak deyildir və həmin evdə ikinci ailəsi ilə birlikdə yaşayır. Hazırkı şəra itdə keçmiş ailəsinin yaşadığı evə köçürülməsi və yeni ailəsi ilə birlikdə yaşaması mümkün deyildir. Hazırda Abşeron rayonu, Saray qəsəbəsində normal yaşayış sahəsində kirayədə yaşamağın aylıq kirayə xərci 100 manat təşkil edir. İddiaçı valideynlərinin yanından çıxaraq 3 il ərzində ayda 100 manat ödəməklə yaşasa ona 4 min manat kompensasiya ödəməyə razıdır, çünki 3 ilin kirayə xərci 3600 manat təşkil edir. Ona görə də, cavabdeh İddiaçı “evə köçürülməyə dair” iddiasının heç bir hüquqi əsası olmadığından həmin tələbin təmin edilməməsini, habelə humanistlik prinsiplərini əsas götürərək cavabdehə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4 min AZN (dörd min manat) kompensasiya ödəməklə və onun Abşeron rayonu, Saray qəsəbəsi M.Füzuli küçəsi, ev 2-yə olan yaşayış hüququna xitam verilməsinə d air qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 26 sentyabr 2019-cu il tarixli, 2(012)3035/2019 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlü oğlu X6 oğlu ilə cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar, qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilk iddia üzrə Cavabdeh ilə bərabər hüquqlu şəxsdir və ona görə də iddiaçı azyaşlı uşağı 22 yanvar 2002-ci il təvəllüdlü X6 oğlu ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahəl ərindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə hesab etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində veriləcək kompensasiyanın məbləğinin yetərli olmasını qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində əsaslandırlmalı olduğu halda əsaslandırmamışdır. İlk iddia üzrə cavabdehin təklif etdiyi 4000 manat məbləğində kompensasiya, ilk iddiaçının azyaşlı övladı ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqaisədə oxşar yaşamaq imkanını əldə etməsi üçün çox azdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə, Azərbayca n Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2,228.5, Mənzil Məcəlləsinin 123 və Mülki Prosessual Məcəllənin 77.1 -ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən cavabdeh, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-3035/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv olunması, ilk iddia tələbinin rədd edilməsi və 5000 manat kompensasiya verilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apelyasiy a Məhkəməsinin (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) 2(105)-770/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)-3035/2019 saylı qətnaməsinin «İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlüX6 oğlu ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi» hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 22 yanvar 2002-ci il təvəllüdlü X6 oğlu ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanınd a yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla həmin yaşayış evinə köçürülməsi, qətnamənin - «Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, ilkin iddia üzrə İddiaçı ilə Cavabdeh arasında nikah hüquq münasibətləri 1997-ci il tarixdən yaranıb və ona görə də yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşa yış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İlkin iddia üzrə iddiaçı qeyd edilən evdə 1996-cı il tarixdən əri və ərinin digər ailə üzvləri ilə birlikdə 2017-ci ilədək yaşamış və həmin evdən uşağı ilə birlikdə istifadə etmişdir. Göründüyü kimi ailə üzvü olan iddiaçı evə köçürülmüş, uzun illər orada yaşamış və qanunun qeyd edilən tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının qeyd edilən evə daimi qeydiyyata düşməsi də, onun həmin evdən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur. Bundan başqa ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20.10.2017-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, ilkin iddiaçının həmin evə yenə də istifadə hüququ qalır. Bununla belə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı mübahisəli yaşayış evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi barədə nəticəyə gəldikdə faktiki olaraq cavabdehin mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, mübahisəli yaşayış evinin bölgüsünü aparmışdır. Bu baxımdan İddiaçı tələbi əsasında ünvan 1 ünvanında yerləşən evə köçürülməklə, fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s.) istifadə hüququ tanınmalıdır. Apelyasiya məhkəməsi toplanmış sübutları müqayis əli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Mənzil Məcəlləsinin 123, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-770/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilərək qətnamənin ləğv olunması, ilk iddia tələbinin rədd edilməsi və 5000 manat kompensasiya verilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi b arədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli 2(102)-3453/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli 2(105)-770/2020 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Kassasiya instansiyasının mövqeyinə görə İddiaçı tələbi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə hüququ tanınması hissəsində məhkə mənin mövqeyi düzgündür. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üs tünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin həlli ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçini n hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq vurğulamışdır ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşay ış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Apelyasiya məhkəməsi toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, işə mahiy yəti üzrə baxmış məhkəmələr İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər. Bu xüsusatla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorum uş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib- göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə kollegi yası hesab etmişdir ki, hazırkı işdə qarşılıqlı iddia bu qaydaya riayət edilməklə həll olunmadığı üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsinin (hakimlər Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Telman Məmmədov) 2(105)-2606/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianı n qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh iddiaçının istifadə hüququna kompensasiya verilməklə xitam verilməsində israrlıdır. Qarşılıqlı iddia qaldırılan zaman onun tərəfindən kompensasiya 4000 manat məbləğində, apelyasiya şikayəti verilərkən 5000 manat məbləğində, hazırda isə 6000 manat məbləğində təklif edilmişdir. İşdən görünür ki, İddiaçı heç bir məbləğlə razılaşmır və mübahisəli evə köçürülməsində israr edir, məhz bu səbəbdən də tərəflər arasında mübahisə yaranmışdır. İşdə olan sənədlərdən də görünür ki, tərəflər arasında ailə- məişət zəm inində kəskin münaqişə mövcuddur, onlar arasındakı münasibətlər pisləşmişdir və onların hazırda bir evdə yaşamaları daha ağır münaqişələrə səbəb ola bilər. Digər tərəfdən, Ali Məhkəmənin mübahisə üzrə məlum qərarında göstərilmişdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mübahisəli evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev 2017-ci ildənilk iddia üzrə Cavabdeh mülkiyyətindədir. İddiaçı isə uzun müddət mübahisəli evdə yaşamışdır. Tərəflər arasında münasibətlər normal olmamış, münaqişəli a ilə kimi məhkəmə çəkişmələri olmuş, İddiaçı tərəfindən Cavabdeh anasının döyülməsi barədə polisdə araşdırma aparılmış, barəsində inzibati tədbir görülməli olması barədə qərar qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, istifadə hüququ olsa da, hazırda İddiaçı Cavabdeh məxsus yaşayış evinə yaşamaq üçün köçməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Tərəflərin məhkəməyə təqdim etdikləri fərdi yaşayış evlərinin aylıq kirayə haqqı barədə müxtəlif arayışlardan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində iki otaqlı mənzil və ya fərdi yaşayış evlərinin aylıq kirayə haqqı təqribən 200-220 manatla 100-120 manat arasında dəyişir. Məhkəmə kollegiyası isə hər iki tərəfə münasibətdə bərabərlikprinsipini tətbiq edərək, belə qənaətə gəlir ki, kompensasiya məbləği hesablan arkən bu arayışlardakı orta qiymət (aylıq 150 manat) əsas götürülməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı təklif olunan 6000 manatlıq kompensasiya məbləği onun davamlı olaraq müəyyən müddətdə (təqribən 40 ay) eyni şəraitli evdə kirayədə yaşamaq imkanını verir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə, təklif olunan 6000 manat kompensasiya məbləği ilk iddia üzrə İddiaçıdavamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən qarşılıqlı iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası, İddiaçı kompensasiya təklifi ilə bağlı, ya iki otağın pulunun verilməsi, ya da köçüb orada yaşayacağı barədə şərt irəli sürməsinə münasibətdə hesab etmişdir ki, bu məsələyə düzgün yanaşma deyildir. Belə ki, daha öncə qeyd olunduğu kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Qarşılıqlı iddia üzrə cavabdehin kompensasiya əvəzinə iki otaq tələbi isə əslində evin bölünməsi anlamını verir ki, bu da qeyd olunduğu kimi mümkün deyildir. İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2606/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilərək qətnamənin ləğv olunması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli 2(102)-2244/2021 saylı qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli 2(105)-2606/2020 nömrəli qətnaməsi “hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 6000 manat kompensasiya verilməklə İddiaçı Cavabdeh mülkiyyətində ol an ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması” hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyasının mövqeyinə görə birinci kassasiya icraatında qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsini düzgün hesab edilmişdir. Kassasiya məhkəməsinin göstərişi qarşılıqlı iddia tələbi üzrə qətnamənin tam yoxlanması ilə bağlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişi həddində, yəni gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna x itam verilməsini mümkünlüyünü araşdırmalı idi. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya məhkəməsinin göstərişlərdən kənara çıxaraq qarşılıqlı iddia tələbinin qanuniliyini tam yoxlamış, yeni kompensasiya məbləği müəyyən edərkən artıq qanuni qüvvədə olan hissələrlə nəticəyə gəldiyi hissə arasında ziddiyyət yaratmış, faktiki olaraq bir mülki iş üzrə bir-birini təkzib edən iki nəticənin yaranmasına zəmin yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə qüvvədə olan hissələr üzrə hər hansı araşdırma aparmadan hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkün ola biləcəyi müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci ma ddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.» Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Sumqayıt Apelyasiya Məhkəməsinin (hakimlər Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Elman Əhmədov) 2(105 )-2308/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 nömrəli 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci kassasiya icraatında qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qarşılıqlı iddia tələbinin təmin edilməməsini düzgün hesab etmişdir.Gələcəkdə cavabdeh yeni məbləğdə kompensasiyanın verilməsi halda istifadə hüququna xitam verilməsi mümkündür. Birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə da ir qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh YYY tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2308/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, «hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın qismən təmin edilərək 7000 manat kompensasiya verilməklə İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən kassasiya şikayəti belə ə saslandırılıb ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsində istifadə hüququnu saxlanmır. Qanunun tələbindən göründüyü kimi, iddiaçının mübahisəli yaşayış evində istifadə hüququ yoxdur. Məhkəmə qətnaməsində qanunun bu tələbi nəzərə alınmamışdır, maddi və prosessual normalar düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər öz maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İddiaçının onların xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evə köçürülməsi gələcəkdə təhlükəsiz yaşamaq hüquqlarını pozur, bu da yol verilməzdir. Məhkəmə qarşılıqlı iddia ərizəsini əsassız olaraq rədd etmişdir, işi hərtərəfli araşdırmamışdır. Cavabdehin kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam v erilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göst ərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifad ə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib ha la gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddianın rədd edilmiş hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbərini pozaraq, kassasiya instansiya məhkəməsinin göstərişlərini icra etməmiş, təkrar apellyasiya baxışı zamanı məhkəmə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkün ola biləcəyini müzakirə etməmiş, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və həmin maddi hüquq normaları ilə bağlı Konstitusiya Məhkə məsinin şərhlərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına görə birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Belə olan halda, apellyasiya instansiya məhkəməsi təklif edilən kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, həmin kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq özü müəyyən etməli və iddiaçının həmin məbləğlə razı olub-olmadığını aydınlaşdırmalı idi. İşdən gö rünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə qarşılıqlı iddianın rədd edərkən, təklif edilən 4000 manat kompensasiya məbləğinin az olmasına istinad etmişdir. 1-ci apellyasiya baxışında mülkiyyətçi 5000 manat kompensasiya, 2-ci apellyasiya baxışında 6000 manat kompensasiya təklif etmiş, apellyasiya məhkəməsi isə bu məbləği kifayət hesab edərək, istifadə hüququna xitam vermiş, lakin kassasiya məhkəməsi tərəfindən həmin qtənamə ləğv edilmişdir ki, apellyasiya məhkəməsi apelyasiya hədlərindən kənara çıxmış, hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkün ola biləcəyini müzakirə etməmişdir. Sonuncu apellyasiya baxışında iddiaçı tərəfindən yeni təklif edilməmiş, məhkəmə də zəruri hesab etdiyi kompensasiya məbləğini müəyyən etməmişdir. Hal-hazırd a kassasiya şikayətində mülkiyyətçi 7000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci kassasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi qarşlıqlı iddiaya aid hissədə ləğv edilərək, yeni baxışa göndərildiyindən apellyasiya məhkəməsinin baxış predmetini qarşılıqlı iddianın yenidən araşdırılması təşkil edir. Təklif edilən kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün iddia ərizəsində göstərilib-gəstərilməməsindən asılı olmayaraq apellyasiya məhkəməsi kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bu zaman mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığı olarsa, məhkəmə həmin bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 22.01.2002-ci il təvəllüdlü oğlu ilə irgə yaşayış sahəsinə istifadə hüququ tanınmış, məhkəmə araşdırmaları gedən dövrdə 22.01.2002-ci il təvəllüdlü X6 oğlu yetkinlik yaşına çatmışdır. Qarşılıqlı iddia ərizəsində isə tək iddiaçının özünün, yoxsa oğlu ilə birlikdə istifadə hüququna xiatm verilməsi dəqiqi göstərilməmişdir. Məhkəmə kolegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə dəqiqləşdirilməli, həmçinin artıq yetkinlik yaşına çatmış X6 oğlunu işdə prossesual vəziyyəti müəyyən edilməklə, qarşılıqlı iddia tələbinə yuxarıda qeyd edilən göstərişlər əsasında yenidən baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2308/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.