Məhkəmə qərarları › İş №2(102)-766/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-766/2023

23.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-766/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6569/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 QSC BOKT-un kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9609.62 ABŞ dolları məbləğində əsas borcun, 1828.76 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 11438.38 ABŞ dolları məbləğində kred it borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 MMC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “Hyundai Elantra” minik markalı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 MMC əsl İddiaçı2 QSC BOKT ilə əvəz edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(0 11)-7/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 5632 ABŞ dolları məbləğində əsas borc, 847.99 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 6479.99 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı2 BOKT QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddia tələbinin “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı2 BOKT QSC-nin hesabına ödənilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. (hakim İlahə Abbasova) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6569/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(011)-7/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddianın qismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 5622,53 ABŞ dolları məbləğində əsas borc (öd əniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla) və 22 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı2 BOKT QSC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri tərəflər arasında bölüşdürülmüşdür (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddia tələbi əsas borc üzrə 9609,62 ABŞ dolları, faiz borcu üzrə 1828,76 ABŞ dolları həddində olmuş, sonradan iddiaçı yeni maliyyə arayışı v erərək əsas borcun 5632 ABŞ dolları, faiz borcunun 1828,76 ABŞ dolları olmasını göstərmişdir. Birinci instansiya məhkəməsi həmin iddianı 5632 ABŞ dolları əsas borc və tələbin ipoteka predmetinə yönəldilməsi hissələrində tam, 1828,76 ABŞ dolları faiz borcu hissəsində qismən – 847,99 ABŞ dolları hissədə təmin edib, “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi” hissəsində rədd etsə də, iddiaçı həmin hissələrdən apellyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı əsas borc üzrə 5622,53 ABŞ dolları və tələbin ipoteka predmetinə yönəldilməsi hissələrində təmin, faiz borcu və “ satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi” hissələrində isə rədd etmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsi iddianı 5622,53 ABŞ dolları əsas borc və tələbin ipoteka predmetinə yönəldilməsi hissələrində təmin, faiz borcu və “satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi” hissələrində isə rədd etmişdir. Qətnaməni iddiaçı apellyasiya qaydasında mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də faiz borcu və qismən də əsas borc istisna olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ilə eyni məzmunda olmuşdur. Göründüyü kimi, hazırda iddiaçının mübahisələndirdiyi hissə əsas borc üzrə 9,47 ABŞ dolları (5632 ABŞ dolları-5622,53 ABŞ dolları=9,47 ABŞ dolları), faiz borcu üzrə 847,99 ABŞ dolları olmaqla 857,46 ABŞ dolları həddindədir. Belə olan halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan bundan kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilə r. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı2 QSC BOKT-un Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6569/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı2 QSC BOKT-un Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6569/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya ş ikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı2 QSC BOKT-un Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6569/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar