Məhkəmə qərarları › İş №2(102)-767/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-767/2022

11.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-767/2022 11.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Abasəli oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin onun istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2021 saylı iş üzrə 06 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 Abasəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı 29 oktyabr 2004-cü il tarixdə Şamaxı rayonunun Avaxıl Bələdiyyəsindən 3 hektar torpaq sahəsi almış, həmin sahənin 0,20 hektar hissəsinin təyinatı tikinti üçün nəzərdə tutulmuşdur. O, bu torpaq sahəsini dövlət qeydiyyatına aldırmış və ona müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu dövlət aktı verilmişdir. Bir neçə vaxtdır ki, onun qonşuluğunda torpaq sahəsi almış Bakı şəhər sakini Cavabdeh ona məxsus torpaq sahəsinin 0,50 hektarını tutaraq ətrafına metal tor çəkib və həmin sahədə 5 ədəd kot tec tikdirmişdir. Dəfələrlə Cavabdeh bu barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh ona məxsus torpaq sahəsini boşaltmır və sökmür. Cavabdeh Avaxıl bələdiyyəsindən aldığı torpağın mülkiyyətində olmasına dair 5 dəfə ayrı-ayrı hüquqmüəyyənedici sənədlər almışdır. Həmin sənədlər bir-biri ilə üst-üstə düşmür, hər sənəddə cavabdehə məxsus torpağın koordinatları müxtəlif göstərilir. Bundan başqa, peyk vasitəsi ilə çəkilmiş fotoşəkillərdə Cavabdeh ona məxsus torpaqda 5 ədəd kottec tikdirdiyi aydın görünür. Buna baxmayaraq, o, cavabdehə mübahisəni barışıq yolu ilə həll etməyi təklif etmiş, lakin cavabdeh ilkin olaraq barışığa razı olsa da, sonradan bundan imtina etmişdir. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı2 Abasəli oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, cavabdehin ona məxsus torpaq sahəsinin 0,50 ha hissəsinin kənarına çəkilmiş metal torun sökülərək boşaldılması, orada inşa etdirdiyi kotteclərin, tikililərin sökülməsi və həmin sahənin onun istifadəsinə qaytarılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

3. Şamaxı Rayon Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli, 2(074)-588/2013 saylı qərardadı ilə (hakim T.Hüseynova) iş üzrə məhkəmə torpaqşünaslıq və tikinti-texniki ekspertizası təyin edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2014-cü il tarixli, 5134 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssis rəyini və mülki işdə olan sənədləri nəzərə alaraq, İ ddiaçı2 Şamaxı Avaxıl bələdiyyəsinin qərarı ilə 0,20 ha tikinti, 2,80 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş 28 noyabr 2005-ci il tarixli, 346 Kod 41010058 seriya ilə qeydə alınmış Dövlət Aktında cizgi daxilində olan torpaq sahəsinin və Cavabdeh Şamaxı rayon Avaxıl bələdiyyəsinin qərarı ilə 1,0 ha tikinti, 1,0 ha r kənd təsərrüfatı məqsədi üçün verilmiş 17 dekabr 200ü-cü il tarixli JN N:246 058 seriya ilə qeydə alınmış Dövlət Aktında göstərilən cizgilər torpaq sahələrinin sənədlər üzrə deyil, naturada istifadə etdikləri sahələrinin üst-üstə düşməsi, İddiaçı2 mülkiyyətindəki torpaq sahəsinin 304 kv.metr hissəsinin Cavabdeh çəpərə aldığı torpaq sahəsinin hüdudları daxilində, Cavabdeh mülkiyyətindəki torpaq sahəsinin 704 kv.metr hissəsinin isə İddiaçı2 çəpərə aldığı torpaq sahəsi hüdudları daxilində qalması, üst-üstə düşən torpaq sahələrində tikinti işlərinin aparılmaması müəyyən edilir. Mütəxəssis rəyində əlavə olaraq göstərilmişdir ki, Cavabdeh mülkiyyətinə aid torpaq sahəsinin 6252 kv.metr hissəsindən başqa fiziki və ya hüquqi şəxs tərəfindən istifadə olunur. Cavabdeh ona məxsus torpaq sahəsinə bitişik Avaxıl bələdiyyəsinin mülkiyyətinə aid 5972 kv.metr torpaq sahəsini çəpərə almışdır. Cavabdeh faktiki istifadəsində 2,0 hektar torpaq sahəsi vardır. İddiaçı İddiaçı2 mülkiyyətindəki torpaq sahəsinin bir tərəfi açıqdır və çəpərə alınmamışdır. Lakin onun mülkiyyətindəki torpaq sahəsinin cənubi-şərq hissəsindən 5340 kv. metr digər şəxs tərəfindən istifadə olunur.

5. Şamaxı Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2(074)-17/2014 saylı qərardadı ilə (hakim T.Hüseynova ) iş üzrə təkrar komissiyon tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2014-cü il tarixli məlumatına əsasən ekspertizanın keçirilməsi mümkün olmamışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2427/2016 saylı mülki iş üzrə 16 sentyabr 2016-cı il tarixli qərardadı ilə hazırkı mülki iş baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir.

8. Qobustan Rayon Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli, 2(026)-22/2017 saylı qərardadı ilə (hakim Q.Hacıyev) iş üzrə əlavə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2019-cu il tarixli, 32 623 saylı ekspert rəyindən görünür ki, mülki iş üzrə verilmiş mütəxəssis rəylərində göstərilən mübahisəli sahələri plan-cizgiləri və həmin sahələrə dair verilmiş koordinatları fərqli olduğuna və mütəxəssis rəylərinin nəticələri arasında zidiyyətlər olduğuna görə, hazırkı ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. Göstərilən məsələ son nəticədə ilkin sənədlərdə olan baza məlumatları ekspertizaya təqdim edildikdən sonra mütəxəssisin iştirakı ilə baxış keçirilərək müqayisəli şəkildə tədqiq olunduqdan sonra həll edilə bilər.

10. Qobustan Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(026)-3/2019 saylı qərardadı ilə (hakim M.Quliyev) iş üzrə komissiyon məhkəmə torpaqşünaslıq və tikinti-texniki ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respubli kası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2019-cu il tarixli, 14864 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən iş materiallarındakı məlumatlara əsasən Cavabdeh məxsus 2,0 ha torpaq sahəsinə dair eyni nömrəli və tarixli (JN246 KOD 41010058 17.12.2004) dövlət aktı və 375102 saylı, 11 noyabr 2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində eyni torpaq sahəsinə dair qeyd edilən koordınatlar, eləcə də torpaq sahələrinin konfiqurasiyası bir-birindən fərqli olduğuna, Dövlət Yerquruluşu Layihə İnstitutunun, DTXK-nın Şamaxı rayon şöbəsinin və Avaxıl bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 24.05.2013-cü ıl tarixli aktın məlumatlarına, həmçinin tədqiq olunan hər iki torpaq sahələrinə dair ilkin arxiv sənədləri, dövlət aktları, koordinat nöqtələri olduğu halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən edilmədiyinə, eləcə də ayrı-ayrı suallar üzrə mütəxəssis aktlarında göstərilən faktlar bir-birinə uyğun olmadığına görə, tədqiqat aparılması mümkün olmamışdır.

12. Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(026)-3/2020 saylı qətnaməsi ilə (hakim M.Quliyev) iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı2 Abasəli oğluna məxsus torpaq sahəsinin 0,50 ha hissəsinin kənarına çəkilmiş metal torun cavabdehin vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsi, torpaq sahəsinin sahibinə qayt arılması qət olunmuşdur.

13. Məhkəmənin mövqeyi belə olmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin 0,50 hektarı özbaşına olaraq tutulmuş və həmin tutulmuş torpaq sahəsini dəmir torla hasarlayaraq 5 ədəd kottec tikmişdir, buna görə də iddia təmin olunmalıdır.

14. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3, 180.4, Torpaq Məcəlləsinin 111, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

15. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(026)-3/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instans iyası məhkəməsindəki icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2343/2020 saylı mülki iş üzrə 02 oktyabr 2020-ci il tarixli qərardadı (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi) G.F.Tağızadə və T.Q.Məmmədov) ilə iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli məlumatına əsasən ekspertizanın keçirilməsi mümkün olmamışdır.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-243/2021 saylı mülki iş üzrə 12 mart 2021-ci il tarixli qərardadı (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi) S.A.Qafari və T.Q.Məmmədov) ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

19. Azərbaycan Respublikası Əd liyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 10/1266 saylı rəyindən görünür ki, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarına əsasən Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3,00 hektar torpaq sahəsinə dair tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu “Dövlət aktı”nın Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sənədinə uyğun olduğu müəyyən olunur. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin bütün sərhədləri müəyyən olunmadığından, İddiaçı2 məxsus torpaq sahəsinin JN 0346 saylı, 41010058 kodlu dövlət aktın a uyğun naturada öz yerində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin mübahisəli hissədə olan sərhəd xətti istisna olunmaqla digər sərhədlərinin JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktı”na uyğun olmadığı müəyyən olunur. Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarına əsasən Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 2,00 hektar torpaq sahəsinə dair iş materiallarında (1-ci cild, səh 29-32 də) olan torpağa mülkiyyət hüququna dair JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktı”nın Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sənədinə uyğun olduğu müəyyən olunur. Eyni zamanda qeyd olunur ki, Cavabdeh məxsus iş materiallarında olan 1-ci cild, səh 37-40 da göstərilmiş JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktr’nın və 1-ci cild, səh 41-42 də göstərilmiş AN 375102 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ekspertizaya təqdim edilmiş Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədinə uyğun olmadığı müəyyən olunur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07.06.2021ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, İddiaçı2 məxsus JN346 Dövlət Aktı ilə verilmiş torpaq sahəs inin 0,042 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Eyni zamanda Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,064 ha hissəsi İddiaçı2 tərəfindən istifadə olunur. Həmin üst-üstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır. Mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə İddiaçı2 Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsində naturada ölçmə işlərinin aparılması mümkün olmadığından kənar şəxslər tərəfindən hər hansı formada müdaxilə olub-olmaması bilinməmişdir. Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin arasında 5-7 metrədək yol məqsədilə məsafə saxlanılmışdır. Həmin yol kimi saxlanılan torpaq sahəsi dəmir t orla çəpərə alınmışdır. Rəyə əlavə edilmiş sxemdən görünür ki, tərəflər arasında yol kimi saxlanılmış sahə mübahisəli hissədə (cavabdeh tərəfindən əlavə istifadə olunan 0,042 ha torpaq sahəsinin yerləşdiyi hissədə) Cavabdeh tərəfindən istifadə olunur.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-243/2021 saylı mülki iş üzrə 06 sentyabr 2021-ci il tarixli qətnaməsi (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi) S.A.Qafari və T.Q.Məmmədov) ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(026)-3/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, Cavabdeh tərəfindən İddiaçı2 Abasəli oğluna məxsus torpaq sahəsinin 0,042 ha hissəsinin kənarına çəkilmiş metal torun cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçıya geri qaytarılması, Qalan hissədə iddianın təmin edilməməsi, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, keçirilmiş ekspertizaların xərci olaraq cəmi 450 manat pulun 225 manatı Cavabdeh, 225 manatı isə İddiaçı2 Abasəli oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

21. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası gəldiyi qənaəti əsaslandırarkən qeyd etmişdir ki, tərəflərə bələdiyyə tərəfindən verilmiş torpaq sahələri qonşuluqda yerləşməklə müəyyən hissədə kəsişirlər. İşdəki çoxsaylı ekspert və mütəxəssis rəylərindən tərəflərin torpaq sahələrinin kəsişməsi, konfiqurasiyası bar ədə dolğun məlumat olmadığından, eləcə də, bu rəylər arasında kəskin ziddiyyətli məqamlar olduğundan məhkəmə kollegiyasının 12 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın ilkin torpaq ayırma sənədləri əsasında aparılması tələb edilmişdir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07 iyun 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsi ilə bitişik və mübahisəli sərhəddinin naturadakı vəziyyəti ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara uyğundur. 375102 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi ilkin to rpaqayırma sənədlərə qismən uyğundur. Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarına əsasən İddiaçı2 Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsi ilə Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarına əsasən Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 2,00 hektar torpaq sahələrində ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara (DWG) əsasən İddiaçı2 əlavə 0,064 ha torpaq sahəsindən, Cavabdeh isə əlavə 0,042 ha torpaq sahəsindən istifadə edirlər. Həmin üst-üstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır (sxem əlavə olunur). Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edil miş sxemə əsasən, İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,042 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Eyni zamanda Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,064 ha hissəsi İddiaçı2 tərəfindən istifadə olunur. Həmin üstüstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır. Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin arasında 5-7 metrədək yol məqsədilə məsafə saxlanılmışdır. Həmin yol kimi saxlanılan torpaq sahəsi dəmir torla çəpərə alınmışdır. Rəyə əlavə edilmiş sxemdən görünür ki, tərəflər arasında yol kimi saxlanılmış sahə mübahisəli hissədə (cavabdeh tərəfindən əlavə istifadə olunan 0,042 ha torpaq sahəsinin yerləşdiyi hissədə) Cavabdeh tərəfindən istifadə olunur. İş materiallarındakı ekspert rəyləri ilə razılaşmayan cavabdehin vəsatəti əsasında yenidən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssis və ekspert rəylərilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0,042 ha hissəsini zəbt etmiş, oranı dəmir torla hasarlamışdır. Lakin bu ərazidə hər hansı tikinti işləri aparılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia məhz bu hissədə təmin edilməlidir, yəni cavabdeh zəbt etdiyi hissədə torpaq sahəsindən çıxarılmalı, məftildən çəkilmiş çəpər onun hesabına sökülməli, bu sahədə isə onun tərəfindən heç bir tikinti işləri aparılmadığından iddia tikililərin sökülməsi hissəsində təmin edilməməlidir.

22. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1, 180.4, Torpaq Məcəlləsinin 84, 111, Mülki Prosessual Məcəllənin 384.0.2, 119-cu maddələrinə istinad etmişdir.

23. İddiaçı2 (şikayəti tərtib edən Vəkil1) kassasiya şikayəti verərək, hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-243/2021 saylı 06 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi, və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi 07.06.2021-ci il tarixdə verilmiş mütəxəssis rəyinə və onun əsasında verilmiş ekspert rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və rəydə olan ziddiyyətli məqamlara aydınlıq gətirməmişdir. Belə ki, mütəxəssis bir tərəfdən qeyd edir ki, torpaq sahəsinin bitişik və mübahisəli sərhədi istisna olmaqla digər sərhədləri naturada məlum olmadığından ölçü işlərinin aparılması mümkün olmamışdır, digər tərəfdən isə bildirir ki, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarına əsasən İddiaçı2 Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsi ilə Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarına əsasən Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 2,00 hektar torpaq sahələrində ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara (DWG) əsasən İddiaçı2 əlavə 0,064 ha torpaq sahəsindən, Cavabdeh isə əlavə 0,042 ha torpaq sahəsindən istifadə edirlər. Sual yaranır: Torpaq sahəsinin "A" nöqtəsi bəlli olmadığı halda mütəxəssis necə müəyyən etdi ki, İddiaçı2 torpaq sahəsinin eni və yaxudda uzunluğu harada bitir? Burada məhkəmə əlavə tikinti-texniki ekspertizası təyin etməli idi. Lakin məhkəmə həmin qərəzli rəyi vermiş mütəxəssisi məhkəmə iclasına çağıraraq dindirmişdir. Təbii ki, mütəxəssis özünün verdiyi qərəzli və ziddiyyətli rəyini müdafiə edəcəkdir. Yuxarıda qeyd edilən sualı mütəxəssisə verdikdə isə sonuncu bu sualı cavablandıra bilməmişdir. Bu isə o deməkdir ki, tərəflərin torpaq sahələrinin hansı ölçüdə üst-üstə düşməsinin müəyyən edilməsi üçün önəmli və işin düzgün həlli üçün olduqca əhəmiyyətli məsələdir. Göründüyü kimi eyni rəydə mütəxəssis bir -biri ilə ziddiyyət təşkil edən cavablar verir. Məhkəmə isə bu ziddiyyətli halları görə-görə mahiyyəti üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Yuxarıda göstərilən əsaslara görə MPM-nin 88-ci maddəsinin tələbləri pozularaq təqdim olunmuş sübuta (mütəxəssis rəyinə) tam və hərtərəfli baxılmamışdır. Bundan əlavə AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş **********27 saylı, 07 iyun 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsi ilə bitişik və mübahisəli sərhəddin naturadakı vəziyyəti ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara uyğundur. 375102 saylı torpaq sahəsinin plan və ölçüsü sənəd i ilkin torpaqayırma sənədlərə qismən uyğundur. Eyni qurum tərəfindən verilmiş (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) 14 yanvar 2021-ci il tarixli, **********35 saylı rəydə isə qeyd olunur ki, Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinin 29 oktyabr 2004-cu il tarixli, 19 saylı qərarına əsasən (JN- 0346 saylı, 41010058 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı) İddiaçı2 Abasəli oğluna ayrılmış 3,0 ha torpaq sahəsi ilə iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşsə də konfiqurasiya və sahə uyğunsuzluğu vardır. İlkin torpaqayırma sənədləri təqdim edilmədiyindən JN- 0346 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Ş amaxı rayonu, Avaxıl Bələdiyyəsinin 17 sentyabr 2004-cu il tarixli, 16 saylı qərarına əsasən (JN-0246 saylı, 41010058 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı) Cavabdeh Tariyel oğluna ayrılmış 2,0 ha torpaq sahəsinin cizgiləri ilə cavabdehin faktiki naturada istifadə etdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi mövcuddur. İlkin torpaqayırma sənədləri təqdim edilmədiyindən AN 375102 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilkin torpaqayırma sənədlərinə uyğun olduğunu müəyyən etmək mümkün olmadı. Elektron məlumat bazasında mövcud olan kompleks yerquruluşu xəritəsi ilə naturadakı faktiki istifadəçilik arasında konfiqurasiya sahə fərqi mövcud olduğundan iddiaçiya aid olan JN 0346 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 3,0 ha torpaq sahəsinin cavabdehə aid olan JN 0246 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 2,0 torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Mütəxəssis bu rəylərində fərqli rəylər verməklə ziddiyyətli hallara yol vermişdir. Necə olur ki, 14.01.2021-ci il tarixli rəydə torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmur, lakin sonrakı rəyində artıq müəyyən olunur ki, iddiaçı cavabdehin torpaq sahəsinin 0.064 ha hissəsindən istifadə edir, cavabdeh isə iddiaçının 0.042 ha torpaq sahəsindən istifadə edir. Göründüyü kimi verilmiş hər iki rəylər arasında, həm də 07.06.2021-ci il tarixli rəyin özündə də qoyulmuş suallara verilmiş cavablar arasında da ziddiyyətlər vardır. Həmin ziddiyyətlər isə məhkəmə tərəfindən aradan qaldırılmamış və bununla MPM-nin 88-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, məhkəmə iş materiallarında olan eyni torpaq sahəsinə cavabdehin adına müxtəlif vaxtlarda verilmiş və müxtəlif konfiqurasiyalı dövlət aktlarına da qiymət verməmişdir.

25. Cavabdeh məhkəməyə kassasiya şikayətinə yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiada göstərildiyi kimi, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,5 ha (5000 kv. metr) hissəsindən deyil, yalnız 0,042 ha (420 kv. metr) hissəsindən istifadə edilir. Beləliklə, iddianın 0,458 ha (4580 kv. metr) torpaq sahəsinin onun tərəfindən boşaldılmalı olmasına dair hissəsi tamamilə əsassızdır. Mütəxəssis rəyinə əsasən onun istifadə etdiyi, iddiaçıya məxsus 420 kv. metr torpaq sahəsində heç bir t ikili aşkar olunmadığı üçün, iddianın tikililərin sökülməsinə dair hissəsi də tamamilə əsassızdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən düzgün nəticə çıxarılmışdır. İddiaçının mövqeyini xarakterizə edən digər hal, mütəxəssis rəyindən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus cəmi 420 kv. metr torpaq sahəsindən istifadə edildiyi halda, iddiaçı tərəfindən ona məxsus 640 kv. metr torpaq sahəsindən istifadə edilir. Qeyd olunanları nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını 06.09.2021-ci il tarixli 2(105)-243/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclası yazılı icraat qaydasında keçirild iyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən fa ktlarla və hallarla əlaqədardır.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün a pellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

35. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. İddiaçı2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndirdiyindən qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. İddiaçı2 Abasəli oğlu cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin 0,50 ha hissəsinin kənarına çəkilmiş metal torun sökülərək boşaldılması, orada inşa edilmiş kotteclərin, tikililərin sökülməsi və həmin sahənin onun istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilmişdir. Odur ki, qətnamə iddianın rədd edilmiş hissəsində ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmaları ilə müəyyən edilmişdir ki, Şamaxı rayonu Avaxıl Bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Cavabdeh Tariyel oğluna Şamaxı rayonu Avaxıl kəndində bələdiyyənin ehtiyat fondundan (1 ha tikinti, 1 ha kənd təsərrüfatı təyinatlı) 2 ha torpaq sahəsi, 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə isə İddiaçı2 Şamaxı rayonu Avaxıl kəndində bələdiyyənin ehtiyat fondundan ( 0,20 ha tikinti, 2,80 ha kənd təsərrüfatı təyinatlı) 3 ha torpaq sahəsi ayrılmışdır. Tərəflər bu torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlər almışlar. Belə ki, Cavabdeh torpağa mülkiyyət hüququna dair JN 0246 saylı, 41010058 kodlu dövlət aktı, İddiaçı2 isə torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu dövlət aktı almışdır. İş materiallarından görünür ki, hər iki sahə qonşuluqda yerləşirlər və müəyyən xətt üzrə kəsişirlər.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərə bələdiyyə tərəfindən verilmiş torpaq sahələri qonşuluqda yerləşməklə müəyyən hissədə kəsişirlər. İşdəki çoxsaylı ekspert və mütəxəssis rəylərindən tərəflərin torpaq sahələrinin kəsişməsi, konfiqurasiyası barədə dolğun məlumat olmadığından, eləcə də, bu rəylər arasında kəskin ziddiyyə tli məqamlar olduğundan məhkəmə kollegiyasının 12 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın ilkin torpaq ayırma sənədləri əsasında aparılması tələb edilmişdir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07 iyun 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsi ilə bitişik və mübahisəli sərhədinin naturadakı vəziyyəti ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara uyğundur. 375102 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi ilkin torpaqayırma sənədlərə qismən uyğundur. Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarına əsasən İddiaçı2 Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsi ilə Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarına əsasən Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 2,00 hektar torpaq sahələrində ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara (DWG) əsasən İddiaçı2 əlavə 0,064 ha torpaq sahəsindən, Cavabdeh isə əlavə 0,042 ha torpaq sahəsindən istifadə edirlər. Həmin üst-üstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır (sxem əlavə olunur). Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəs inin 0,042 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Eyni zamanda Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,064 ha hissəsi İddiaçı2 tərəfindən istifadə olunur. Həmin üst-üstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır. Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin arasında 5-7 metrədək yol məqsədilə məsafə saxlanılmışdır. Həmin yol kimi saxlanılan torpaq sahəsi dəmir torla çəpərə alınmışdır. Rəyə əlavə edilmiş sxemdən görünür ki, tərəflər arasında yol kimi saxlanılmış sahə mübahisəli hissədə (cavabdeh tərəfindən əlavə istifadə olunan 0,042 ha torpaq sahəsinin yerləşdiyi hissədə) Cavabdeh tərəfindən istifadə olunur.

45. Məhkəmə kollegiyası kassatorun yuxarıda qeyd etdiyi dəlillərlə razılaşar aq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən qədər ekspert rəyləri arasındakı ziddiyyətli məqamlara münasibətini bildirsə də, tam şəkildə rəydə olan rəyin ümumən nəticəsini şübhə altına ala biləcək ziddiyyətə aydınlıq gətirə bilməmişdir. Belə ki, iddiaçı dəlilində qeyd etmişdir ki, ekspertiza rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyində torpaq sahələrinin naturada ölçülməsi mümkün olmadığı bildirilsə də, iddiaçı ilə cavab arasında olan sərhəd zonasının naturada ölçülərinin müəyyən edilməsinə dair ziddiyyətli qənaətə gəlinmişdir.

46. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara istinad edilməklə, cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi qənaətinə gəlinmişdir. Halbuki, məhkəmə bu qənaətə gələrkən, iddianın təmin edilməmiş hissəsinə dair işdə olan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci və 103.1-ci maddələrinin tələbləri baxımından qiymət verməli və sübutlar arasında olan ziddiyyətlərə aydınlıq gətirməli idi.

47. Belə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

48. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işdə olan ekspertiza rəylərinə işdə olan digər sübutlarla yanaşı prosessual qanunvericiliyin tələb etdiyi formada qiymət verməm iş, habelə digər sübutları müqayisəli şəkildə təhlil etməmişdir.

49. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

50. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, kifayət qədər araşdırmam ış, beləliklə də, gəldiyi nəticələr prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

51. Belə ki, tərəflərə ayrılmış torpaq sahələrinin koordinatları yerində dəqiq müəyyən olunmalı, zəbt olunmuş torpaq sahəsində kotteclərin tikilib-tikilmədiyi araşdırılmalı, bütün ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, hazırkı iş üzrə mübahisəli hüquq münasibətində yaranmış qeyri-müəyyənliyi aradan qaldırmalıdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edi lməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, iddianın rədd edilmiş hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, həmin maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

55. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan prosessual hüquq normalarının tələblərinə riayət etməklə, işin ziddiyyətli hallarını aradan qaldırmaqla, yeni məhkəmə aktı qəbul etməlidir.

56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, iddianın rədd edilmiş hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə mövcud deyildir.

57. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 Abasəli oğlunun kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-243/2021 saylı iş üzrə 06 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddianın rədd edilmiş hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar