Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-767/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-6987/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 21 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)220/2021 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli SF/280-19 nömrəli kredit müqaviləsinə əsasən 35.565,50 manat əsas, 1.975,86 manat faiz borcu olmaqla, cəmi 37.541,36 manat məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci m/n-da yerləşən 15/21A saylı evin 3 saylı mənzilinə (bundan son ra – mənzil) yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. 2. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli, 050/22 saylı protokoluna görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-220/2021 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan mənzil Sumqayıt şəhər İcra İdarəsinin sifarişi əsasında hərraca çıxarılmış, hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" ASC əmlakı 41437,50 manata almışdır. 3. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, mənzil 41437,50 manata "xxxx" ASC-yə satılmışdır.
4. Mənzil xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin adına dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzilinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə müvafiq ol araq hərrac təşkilatçısı olan cavabdeh tərəfindən əvvəlcə xx.xx.2022-ci il tarixində birinci hərrac barədə bildiriş göndərilmiş və bildirişdə hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il, saat 11:00, keçirilmə yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C göstərilmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ikinci hərrac barədə bildiriş göndərilmiş, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə bu barədə “Market” qəzetində elan yerləşdirilmiş və bildirişdə hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il, saat 11:00, keçirilmə yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C, əmlakın satış qiyməti kimi isə 55250 manat göstərilmişdir. İki hərracın baş tutmaması əsas gətirilərək ipoteka predmeti "xxxx" ASC tərəfindən 41437,50 manata alınmış və buna dair cavabdehlə "xxxx" ASC arasında müqavilə imzalanmışdır. Hərracın keçirilmə yeri və vaxtı barədə ümumiyyətlə məlumatlandırılmamış və hazırda buna dair heç bir sübut mövcud deyildir. Cavabdeh tərəfindən hərrac keçirilən zaman “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, hərracın keçirilməsi ilə bağlı bildiriş onun ünvanına göndərilməmişdir. Həmin bildirişlərdən məlumatlı olmadığından hərracda iştirak edə bilməmiş və nəticədə “İpoteka haqqında” AR qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş iştirak hüququndan məhrum olmuşdur. Bundan əlavə, cavabdeh hərracın keçirilməsi ilə bağlı özünün rəsmi internet saytında elan verməmişdir. Belə ki, hazırda hərracı keçirmiş hərrac təşkilatının özünün internet səhifəsi mövcud olmamışdır. Qeyd edilən hallar bir daha sübut edir ki, faktiki olaraq həmin bildirişlər formal olaraq tərtib edilmiş, əslində aidiyyəti üzrə və vaxtında göndərilməmiş, qanunvericliyin tələbləri hərrac təşkilatı tərəfindən pozulmuşdur. Nəzərə alınsa ki, ikinci hərrac xx.xx.2022-ci il tarixində keçirilib və buna dair bildiriş yalnız xx.xx.2022-cı il tarixində tərtib edilmişdir. Bu zaman hərrac təşkilatı “İpoteka haqqında” AR qanunun 42.1-ci maddəsinində nəzərə tutulmuş normanı pozmuş olur. 7. "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən hərracın nəticələri mübahisələndirildiyindən və keçirilmiş hərracın nəticəsində ipoteka predmeti olmuş daşınmaz əmlak ipoteka saxlayan və tələbkar kimi "xxxx" AS C tərəfindən əldə edildiyindindən və buna dair daşınmaz əmlakın dövlət reyesterindən müvafiq qaydada çıxarış əldə edildiyindən iddia tələbi üzrə qəbul edilən məhkəmə qərarı "xxxx" ASC-nin mənafelərinə toxunur.
8. Məhkəmə tərəfindən "xxxx" ASC hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmişdir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-2967/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müdafiə etdiyi tələbi əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi dəlillər inandırıcı hesab olunmamışdır.
11. Həmçin in birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin xx.xx.2022ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 050/22 saylı protokolunun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Bu səbəbdən, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 416.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3, 124.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bund an sonra - apellyasiya instansiya məhkəməsi) 24 oktyabr 2022-ci il tarixli, 2(103)-6987/2022 nömrəli qətnaməsi ilə (hakimlər Elşən Kazımovun sədrliyi və məruzəsi ilə, Akif İsgəndərov və İlham Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada ipoteka qoyan olmasa da, iddiaçının yaşadığı ünvana bildiriş göndərilmiş və 9 fevral 2022-ci il tarixdə həmin ünvanda sonuncunun atası tərəfindən həmin bildiriş xəbərnaməli qəbzə imza edilməklə alınmış, eləcə də ipoteka qoyan M MC-yə də həmin bildiriş göndərilmişdir. İddiaçı ipoteka qoyan olmasa da, onun həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Ona görə mənzilin hərracın nəticəsi olaraq bankın mülkiyyətinə keçməsi iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının "Market" qəzetinin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir.
16. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı şikayətində hərracın keçirildiyi tarixləri də düzgün göstərməmiş, eləcə də “İpoteka haqqında” Qanunun qüvvədə olmayan 42.1-ci maddəsinin mətninə istinad etmişdir. Bu hallar isə şikayətin əsaslı olmasını açıq-aşkar istisna edir.
17. Bunda n başqa, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə ipoteka qoyan olmasa da, iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxslərə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin mənzili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına da səbəb olur.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 385.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1, 43.4, 43.5, 44-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 dekabr 2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3 dəfə hərrac keçirilmiş və hərracların keçirilməsi vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumatın verilməsini təsdiq edən dəlillər məhkəməyə təqdim olunmamışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi, eləcə də apelyasiya instansiyası məhkəməsi iddiaçıya hərracın baş verməsi barədə məktubların göndərilməsini əsas götürərək, iddiaçıya faktiki olaraq məlumatın verilib-verilməməsini, iddiaçının həmin məktubları alıb-almadığını dəqiqləşdirmədən, bu barədə əsassız qənaətə gəlmişdir ki, iddiaçıya hərracların keçirilməsi barədə məlumat verilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı özünün rəsmi internet saytında elan verməmişdir. Belə ki, hazırki hərracı keçirmiş cavabdehin özünün internet səhifəsi mövcud olmamışdır. Qeyd edilən hallar bir daha sübut edir ki, faktiki olaraq həmin bildirişlər formal olaraq tərtib edilmiş, əslində aidiyyəti üzrə və vaxtında göndərilməmiş, qanunvericliyin tələbləri cavabdeh tərəfindən pozulmuşdur.
21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, 416-cı, Azərbaycan Respublikasının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 319.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
24. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğind ə beh ödəməlidir.
25. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
26. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka sa xlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
27. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə ke çirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
35. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci b əndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)-6987/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.