Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-768/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5226/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Quliyev X7-35 nömrəli, 01 iyun 2018-ci il tarixli əmrlə “Saatlı Gənclər evi” sosialxidmət müəssisəsinə direktor vəzifəsinə təyin edilmişdir. İddiaçı Kişbala oğlu polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq mübahisə etmiş və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət növündə intizam tənbeh tədbiri tətbiq edilmişdir. 17 oktyabr 2019-cu il tarixli Şt-83 nömrəli əmrlə İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində nazirliyin nüfuzuna, qanuni mənafeyinə və həyata keçirdiyi gənclər siyasətinə dair fəaliyyət istiqamətlərinə ciddi xələl gətirdiyini nəzərə alaraq və Azərbaycan Respubli kasının Prezidentinin 18 aprel 2006-cı il tarixli, 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin 14.4-cü maddəsi rəhbər tutularaq o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Gənclər və X8 Rəhimov tərəfindən verilmiş Şt-83 nömrəli, 17 oktyabr 2019-cu il tarixli əmrinin ləğv edilməsinə, onun işə bərpa edilməyinə və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, o, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatdadır və sözügedən kənddə yaşayır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 2007-ci və 2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı fərqləndiyinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Yubiley Medalı ilə təltif edilmişdir. 15 aprel 2009-cu il tarixdən Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsində “Heydər Əliyev” muzeyinə “Ekskursiyaçı” vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamışdır. 11 noyabr 2009-cu il tarixdən “Heydər Əliyev” muzeyinə “Baş mühafizəçi” vəzifəsinə, 15 sentyabr 2011-ci il tarixdən “Heydər Əliyev” muzeyinə müvəqqəti olaraq “Direktor” v əzifəsinə təyin edilmişdir. 10 aprel 2012-ci ildən isə həmin mərkəzin “direktoru” vəzifəsinə təyin edilmişdir. 13 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, işdən azad edilmişdir. 01 iyun 2018-ci ildən “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh Respublika X3 Hazırlıq və İxtisasartırma Mərkəzində 2013-cü ildə və 2015-ci ildə kursda olmuşdur. Bundan əlavə olaraq həm də idmançıdır, Azərbaycan Döyüş Federasiyası Assosiasiyasının üzvüdür. Azərbaycan Respublikasında keçirilən prezident və parlament seçkilərində fəal iştirak etmişdir. 65 nömrəli Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 3 nömrəli Məntəqə Seçki Komissiyasının üzvüdür. Fəaliyyəti müddətində 10 may 2013-cü il tarixdə Saatlı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir. Saatlı rayon İcra Hakimiyyətinin və Saatlı rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə həyata keçirilən “Layihələrin yazılması və idarə olunması” və “Sosial şəbəkələrdən səmərəli istifadə qaydaları” adlı təlimlərdə iştirakına görə 29 iyul 2016-cı ildə “Şəhadətnamə” ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında X2 Dəstəyi Şurası tərəfindən “sertifikat”la təltif edilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Uşaq və Gənclərin İnformasiya Texnologiyaları X1” İctimai Birliyi tərəfindən “sertifikat”la təltif edilmişdir. 03 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “diplom”la təltif edilmişdir. 15 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mühasibatlıq uçotu sektorunun baş məsləhətçisi K.Veysov və sözügedən nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin aparıcı məsləhətçisi Vüqar Baxışov tərəflərindən Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin fəaliyyətinin və Saatlı rayonu sakinləri E.Əzizovun və H.Babayevin ərizələrinin yoxlanması barədə “arayış” tərtib edilmişdir. Sözügedən əməkdaşlar tərəfindən qərəzli arayış tərtib edilmiş və nəticədə Azərbaycan Respublikası Gənclər və X8 Rəhimovun Şt-83 nömrəli, 17 oktyabr 2019-cu il tarixli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Qeyd edir ki, onun barəsində toplanmış materiallar Azərbaycan Respubl ikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilmişdir. Orada şikayətçilər Saatlı rayonu sakinləri E.Əzizov və H.Babayev notarial qaydada təsdiq olunmuş ərizələr təqdim edərək, onunla bağlı şikayətlərinin olmadığını bildirmişlər. Həmin ərizələrin də surətlərini iddia ərizəsinə əlavə edir. Halhazırda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsində onun barəsində toplanmış materiallar rədd edilmişdir. İşlədiyi illər ərzində öhdəsinə düşən vəzifə və tapşırıqları vicdanla, vaxtlı-vaxtında icra etmişdir. Həmişə digər işçilərdən irəlidə olmuşdur. Bildirir ki, işlədiyi müddətdə həmişə başqa işçilərə nümunə olmuşdur. Buna görə də müxtəlif fəxri fərmanlarla, diplomlarla və sertifikatlarla mükafatlandırılmışdır. Vəzifədən qeyri-qanuni azad edilməyi barədə Gənclər və İdman Nazirliyinin əməkdaşlarına bildirsə də, onlar heç bir əsaslı səbəb göstərə bilməmişdilər və məhkəməyə şikayət etməyini tövsiyyə etmişdilər. Ona aydın deyildir ki, işçiləri hansı prinsiplərlə işdən azad edirlər. Onun hüquqları kobud surətdə pozulmuşdur. Hesab edir ki, ona qarşı əsassız qərar verilibdir və o işə bərpa olmalıdır. Ona görə də, Gənclər və İdman Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Ailəlidir, himayəsində bir azyaşlı övladı, xəstə atası və xəstə anası vardır. Hal-hazırda işsiz olduğu üçün uşağının maddi tələbatı və xəstə valideynlərinin dərmanlarını ala bilmir. Ailədə ondan başqa işləyən və gəlir gətirən yoxdur. Həyət yoldaşı da evdar qadındır. İşsiz halda ailəni dolandırmaq ona çox çətindir. Odur ki, işə çox ehtiyacı vardır. Azərbaycan Respublikası Gənclər və X8 Rəhimov Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci, 69-cu və 70-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Onun qanunsuz əmrinə məhkəmə orqanları tərəfindən hüquqi qiymət verilməlidir. Beləliklə, təsdiq olunur ki, Azərbaycan Respublikası Gənclər və X8 Rəhimov tərəfindən verilmiş Şt-83 nömrəli, 17 oktyabr 2019-cu il tarixli əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)899/2020) iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqı tələbinə dair iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassız olmaqla, eyni zamanda iddia müddətinin keçməsi səbəbi ilə iddianın təmin olunması istisna olunur. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək Nərimanov rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli 2(103)-5226/2020 saylı qətnaməsi ilə (hakim F.Babayev sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və E.Həsənov ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-899/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işdən çıxarılması barədə əmrdən həmin əmrin verildiyi tarixdə xəbərdar olmuş, onunla son haqq-hesab aparılmış, əmrin surəti ona təqdim edilmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin hər hansı pozuntusuna yol verilməmiş, iddia tələbi əmrin verilməsindən 2 aydan artıq müddət keçdikdən sonra irəli sürülmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli 2(103)-5226/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xah iş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırlımışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Apellyasiya məhkəməsi şikayətində irəli sürdüyü dəlillərlə bağlı heç bir araşdırma aparmamışdır. Onun seçki məntəqəsinin üzvü olması, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılması səbəbindən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ka ssasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsini n qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qə rar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: müəssis ə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsini nəzərə almaqla qeyd ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizam ının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfində n müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instan siyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu göstərmiş, bir neçə maddi hüquq normasının mətnini köçürərək, işin hallarını sadalamış, apellyasiya şikayətində göstərdiyi və həmin məhkəmə tərəfindən artıq qiymətləndirilmiş dəlillərə, yəni korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılması və onun barəsində yazılan yazıların əsassız olması, həmin səbəbdən və seçki məntəqəsində olan vəzifəsi ilə bağlı iddia ərizəsinin verilməsi müddətinin keçdiyini göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, müvafiq hüquq mühafizə orqanında hər hansı araşdırmanın aparılması özlüyündə iddia tələbinin irəli sürülməsini məhdudlaşdırmır və həmin səbəb müddətin bərpa edilməsi əsası kimi qəbul olunmur. Bunun üçün üzürlü səbəblər olmalıdır ki, belə səbəblərin isə mövcud olmaması aşkardır. İşin aşkar halları baxımından məhkəmələr müəyyən etmişlər ki, iddiaçının işdən azad olunması maddi hüquq normalarının tələblərinə uyğun olmuş və i ddia müddəti ötürülmüşdür. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5226/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.