Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-768/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1475/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları
1. İddiaçı Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay şəhəri 5 saylı tam orta məktəbinin 14.06.2017-ci il tarixli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə X “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı məhkəməyə iddia tələbinin predmentinin dəyişdirilməsi barədə ərizə verərək elektron informasiya sisteminə daxil edilmiş 1 il müddətinə Göyçay şəhər 5 saylı orta məktəbə müəllim vəzifəsinə təyin edilməsinə dair 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bildirişinin, onunla 15 sentyabr 2020-ci ildə bağlanmış əmək müqavi ləsinin müddətli hesab edilməsi hissəsinin və həmin tarixli 84 saylı əmrinin onun işə müddətli əsaslarla bərpa olunmağı hissəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İş materiallarından görünür ki, İddiaçı X tam orta məktəbin 31.10.2012-ci il tarixli əmri ilə həmin məktəbə laborant işinə təyin olunmuş və ona “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. Sonradan X14.06.2017-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmri ilə onunla bir il müddətinə müvəqqəti əmək müqaviləsi bağlanmışdır.
4. Azərbaycan Respublikası Təhsil nazirinin 29.11.2017-ci il tarixli əmri ilə mövcud qaydalara zidd olaraq müəllim kimi daimi əmək müqaviləsi əsasında v ə əvəzçilik qaydasında işə qəbul olunmuş iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi ilə əlaqədar tədbirlər görülməsi barədə Göyçay şəhəri 5 saylı tam orta məktəbə tapşırıq verilmiş və X 01.12.2017-ci il tarixli əmri ilə iddiaçı X “Azərbaycan dili və ədəbiyyatı” müəllimi vəzifəsindən azad olunmuşdur.
5. İddiaçı hazırkı icraatdan əvvəl Göyçay Rayon Məhkəməsində X qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə iddia qaldırmışdır.
6. Göyçay Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2310 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 01 may 2019- cu il tarixli 2(046)-834/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh X qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə iddiasının təmin edilməsi və Göyçay şəhəri 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin mübahisələndirilməsi üçün İddiaçı tərəfindən ötürülmüş müddətin bərpa edilməsi, X 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
8. Bundan sonra X direktoru X1 15 sentyabr 2020-ci il tarixli 84 say əmri ilə həmin tarixdən 14 iyun 2021-ci il tarixə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli 2(102)-7442020 nömrəli qərarına əsasən X müddətli əmək müqaviləsi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilmiş, onunla həmin tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır.
9. İddiaçı bildirir ki, X 11 noyabr 2012-ci il tarixli 78 saylı əmrinə əsasən həmin tarixdən 0.5 oklad hesabı ilə məktəbə lobarant vəzifəsinə təyin edilərək ixtisası üzrə dərs aparmağına icazə verilmişdir. 16 aprel 2013-cü ildən lobarant vəzifəsindən azad edilmişdir. Həmin vaxtdan məktəbdə yalnız müəllimə kimi əmək fəaliyyətini davam etdirmiş, əmək kitabçasına hər iki əmr daxil edilmişdir. Məktəb direktorunun 01 dekabr 2017-ci il tarixli əmri ilə işdən azad edilsədə Şəki Apellyasiya Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə 01 dekabr 2017-ci il tarixli 98 saylı əmri ləğv edilmiş, həmin məktəbə ixtisası üzrə «azərbaycan dili və ədəbiyyatı» ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, iddiasının təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvədə saxlanılmışdır. 15 sentyabr 2020-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən əvvəlki işinə bərpa olunmuşdur. İşə bərpa olunduqdan bir müddət sonra məktəb direktoru ona 1 il müddətinə işə bərpa edildiyini bildirmiş və göstərmişdir ki, onunla 14 sentyabr 2017-ci ildə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin surətinin verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, 15 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən başqa əvvəllər işə qəbul edilməsi ilə əlaqədar bağlanmış əmək müqavilələri yoxdur, 15 sentyabr 2014-cü ildə onunla əmək müqaviləsinin bağlanması barədə əmr yoxdur, 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmr mövcud olsa da, əmrlə onun tanış edilməsi haqqında heç bir sənəd mövcud deyildir. Halbuki, 30 mart 2021-ci ildə elektron informasiya sistemindən özü ilə bağlı bu məlumatları əldə etmiş və orada qeyd edilmişdir ki, onunla 15 sentyabr 2014-cü ildə və 15 sentyabr 2020-ci ildə müddətli müqavilə bağlanmışdır. Həmin məlumatlarda 14 sentyabr 2017-ci il tarixli əmrlə bağlı məlumat yerləşdirilməmişdir. Halbuki, işəgötürənlə 15 se ntyabr 2014-cü ildə və 14 sentyabr 2017-cü ildə əmək müqaviləsi bağlamamışdır. Məktəbin direktoru əmrin 14 sentyabr 2014-ci il tarixli olmasını göstərsə də, elektron informasiya sisteminə isə 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bağlanması daxil edilmişdir. Ona məxsus əmək kitabçasında isə ümumiyyətlə bu barədə hər hansı əmr qeyd edilməmişdir. Bu səbəbdən də əmrdən uzun müddət xəbərsiz olmuşdur. İşə bərpa olunarkən isə cavabdeh məktəbdə hər hansı müqaviləsi aşkar olunmadığını bildirib əmək müqaviləsini imzalamalı olduğunu bildirmişdir. Hazırda isə ona məlum olmuşdur ki, onun barəsində əvvəl olan müqavilələr müddətli olduğundan bağlanmış əmək müqaviləsi də müddətlidir. Müqavilələrin surəti ona verilmədiyindən bundan elektron informasiya sistemindən həmin məlumatları çıxartdıqdan s onra xəbərdar olmuşdur.
10. Cavabdeh X direktrou X2 bildirir ki, məktəbə yeni direktror təyin olunmuşdur. İddiaçının işə bərpası ilə əlaqədar məhkəmə qətnaməsi icra edilmiş, lakin ondan əvvəl işləmiş direktrorun 15 sentybr 2017-ci il tarixli əmri ilə İddiaçı müddətli müqavilə ilə işə qəbul edildiyindən, 15 sentyabr 2020-ci il tarixli əmri müddətli əmək müqaviləsi kimi hazırlamış və imzalamışdır. Lakin elektron informasiya sisteminə daxil edilmiş 14 sentyabr 2014-cü il tarixli İddiaçı ilə bağlı əmr və bununla əlaqədar bağlanmış əmək müqaviləsi mövcud deyildir, elektron informasiya sisteminə daxil edilmiş 15 sentyabr 2017-ci il tarixli əmr, əmr kitabında 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmr kimi mövcuddur. Həmin 14 sentyabr 2017-ci il tarixli əmrlə əlaqədar İddiaçı ilə bağlanmış ə mək müqaviləsi məktəbdə aşkar olunmamış, həmin əmrlə İddiaçı tanış edilməsi barədə məlumat yoxdur. Məktəbdə yalnız İddiaçı ilə onun 2012-ci il tarixdə 05 oklad hesabı ilə lobarant təyin vəzifəsinə təyin edilməsi və məktəbə ixtisası üzrə dil ədəbiyyat fənnini tədris etməyə icazə verilməsi barədə 01.11.2012-ci il tarixli 78 saylı əmri mövcuddur. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən 15.09.2020-ci il tarixdə X 84 saylı əmrlə Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, İddiaçı X 1 il müddətinə Azərbayca n dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilməsinə dair 15 sentyabr 2014cü il tarixli elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin ləğv edilməsi, İddiaçı X Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilməsinə dair Göyçay şəhər 5 saylı orta məktəbin direktoru ilə bağlanmış 15.09.2020-ci il tarixli əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsi və məktəbin direktoru tərəfindən imzalanmış 15.09.2020-ci il tarixli 84 saylı əmri İddiaçı işə müddətli əsaslarla bərpa olunması hissəsinin ləğv edilməsi, bu qətnamənin İddiaçı ilə X direktoru arasında bağlanmış 15.09.2020-ci il tarixli 84 saylı müqavilənin müddətsiz hesab edilməsi üçün əsas hesab olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışd ır ki, iddiaçı 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad ediləndən məktəbdə əvəzçilik üzrə «Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətini davam etdirdiyindən, həmin vaxt onun işə qəbul edilməsi ilə bağlı müddət tərəflər arasında razılaşdırılmadığından işə götürənin birtərəfli qaydada əmək müqaviləsinin şərtlərini dəyişdirməsi qanunsuzdur. Həmçinin işəgötürənin əmək müqaviləsi bağlamadan mövcud olmayan 15 sentyabr 2014-cü ildə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə məlumatlar daxil etməsi, əmr kitabında 14 sentyabr 2017-ci il tarix qeyd olunmasına baxmayaraq elektron informasiya sisteminə mövcud olmayan 15 sentyabr 2017-ci il tarixli müddətli əmək müqavilərini daxil etməklə işçinin hüquqlarını pozması müəyyən olunur və 5 saylı orta məktəbin direktorunun məktubu ilə də təsdiq olunur ki, həmin tarixli əmək müqavilələləri mövcud deyildir və həmin tarixli əmrlərin, əmək müqavilələrinin iddiaçı ilə tanış edilməsi barədə cavabdeh tərəfdən məlumat yoxdur. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilə əmək münasibətlərinin müddətli olması müəyyən olunmadığından İddiaçı ilə 15 sentyabr 2020-ci ildə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi bu barədə verilmiş eyni tarixli 84 saylı əmrinin müddətli əsaslarla bərpa edilməsi hissəsi ləğv edilməlidir.
13. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı 18.09.2014-cü il tarixdə və 28.11.2017-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsi bildirişlərindən göründüyü kimi İddiaçı həmin bildirişləri 30.03.2021-ci il ta rixdə əldə etmişdir.
14. Göründüyü kimi İddiaçı hüquqlarının pozulduğu gündən müddəti ötürmədən pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmiş və cavabdeh isə bu hissəni mübahisələndirmədiyindən müddət ötmüş hesab edilə bilməz.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7, 44, 45, 81, 85, 86, 294, 296-cı, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apelyasiya şikayəti vermişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi) M.Əsədli və A.Mahmudov) 2(107)-1475/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X dir ektoru X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 may 2021ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əs aslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (m addə 88)
29. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
30. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
31. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
32. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası m əhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
34. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
36. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamı şdır. (29-30)
37. İş materiallarından görünür ki, iddiaçı hazırkı icraatdan əvvəl Göyçay Rayon Məhkəməsində X məktəbə qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə iddia qaldırmışdır.
38. Göyçay Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(107)-2310 saylı, 18 sentyabr 2019-cu il tarixli 2(107)-2310/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 01 may 2019- cu il tarixli 2(046)-834/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh X qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə iddiasının təmin edilməsi və X01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin mübahisələndirilməsi üçün İddiaçı tərəfindən ötürülmüş müddətin bərpaedilməsi, X 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir.
39. Həmin qətnamədən görünür ki, məhkəmə kollegiyası X 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən İddiaçı ilə bir il müddətinə bağlanmış əmək müqaviləsini etibarlı müqavilə kimi qiymətləndirmiş və həmin müqavilə üzrə işçi statusuna malik İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə ə mri qanunsuz hesab edərək onun pozulmuş hüquqlarını bərpa etmişdir.
40. Eyni zamanda İddiaçı həmin icraatda müddətli bağlanması əsası ilə qeyd edilən müqavilənin etibarsızlığını tələb etməmişdir.
41. Qeyd edilən qətnamə əsasında İddiaçı X müəllim kimi işə bərpa edilmiş və işəgötürən məhz həmin qətnamənin icrası qaydasında 15 sentyabr 2020-ci il tarixli müqaviləni 14.09.2017-ci il tarixli əmək müqaviləsinin davamı kimi sonrakı bir illik müddətə bağlamışdır.
42. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən 15 sentyabr 2020-ci il tarixli müqavilə məhz X məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən İddiaçı ilə bir il müddətinə bağlanmış müddətli əmək müqaviləsi üzə pozulmuş hüquqların bərpası məqsədi ilə bağlanmışdır.
43. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və həmin hala hüquqi qiymət verməmişdir.
44. Eyni zamanda işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı hazırkı icraatdan əvvəl Göyçay Rayon Məhkəməsində X qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə qaldırdığı iddia üzrə məhkəmə icraatı zamanı Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrinə əsasən onunla bağlanmış müqavilənin müddətli olmasından xəbərdar olmuş, lakin həmin müqavilənin müddətli olmasını mübahisələndirməmişdir.
45. Halbuki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üç ün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
46. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
47. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
48. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1475/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.