Məhkəmə qərarları › İş №2(102)-768/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-768/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-768/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin (əvvəlki adı "xxxx" Mənzil Tikinti Kooperativi) Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin boşaldılaraq geri qaytarılması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X2 (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin (əvvəlki adı "xxxx" Mənzil Tikinti Kooperativi) Cavabdeh qarşı "mənzilin boşaldılması və pul" tələbinə dair iddiası barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6761/2022 saylı, 17 oktyabr 2022 -ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları:

1. İddiaçı1 MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, GH-B 10/001184 saylı müqaviləyə əsasən İcraçı (Mənzil Tikinti Kooperativi) Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən İddiaçı1 çoxmərtəbəli yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbə, ümumi sahəsi 99.00 kvadrat metr olmaqla, yaşayış sahəsi 77.00 kvadrat metr, o cümlədən eyvan sahəsi 14,61 kvadrat metr olan iki otaqdan ibarət 130 saylı mənzili “Sifarişçiyə” (iddiaçıya) təhvil verməyi, sifarişçi isə müqavilə ilə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş mü ddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında olan 23 avqust 2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsinə əsasən borcverən ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) borcalana (Cavabdeh) mənzilin alınması üçün 120.285 manat məbləğində 240 ay müddətinə kredit vermişdir. 3. xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli zaminlik müqaviləsinə əsasən kreditor bankla İddiaçı1 və Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli zaminlik müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə İddiaçı1 kreditor qarşısında zamin olaraq öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 MTK Cavabdeh qarşı mənzilin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət 130 saylı mənzilin boşaldılması, giriş qapısının açarlarının Cavabdeh alınaraq mənzilin İddiaçı1 MTK-ya təhvil verilməsi və Cavabdeh müqavilə şərtlərinin pozulmasına görə hesablanmış cərimə və vurulmuş ziyana görə hesablanmış məbləğdən ödənilməmiş qalan 4.811 manat qalıq məbləğinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun İddiaçı1 MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin 2.1.1-ci bəndinə əsasən iddiaçının cavabdehdən müqavilə öhdəliklərini, o cümlədən "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən yaranmış aylıq annuitet ödəniş də daxil bütün vəzifələrini vaxtında və tam şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətinin maliyyələşdirilməsi üzrə "xxxx"’ ASC ilə bağlanılmış kredit müqaviləsi üzrə aylıq annuitet məbləği və digər pul öhdəliklərini vaxtında tam şəkildə ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri (ƏDV xaric) 133.650 (bir yüz otuz üç min altı yüz əlli) manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə qiymətinin 13.365 (on üç min üç yüz altmış beş) manat hissəsi cavabdehin vəsaiti hesabına, qalan 120.285 (yüz iyirmi min iki yüz səksən beş) manat hissəsi isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında, cavabdeh müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 10 (on) %-i həcmində iddiaçıya cərimə ödəyəcək. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflərin bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirinin əvəzi) görə, mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 10.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə bəndin tələbləri tam və ya qismən) pozularsa iddiaçının müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə müqavilə bağlamaq hüququ vardır. Cavabdeh bununla əlaqədar iddiaçıya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.2-ci bəndinə əsasən müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi halında, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və iddiaçıya dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar iddiaçının birbaşa və dolaylı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində cavabdehə qaytarılacaq. Yuxarıda qeyd olund uğu kimi mənzilin qiymətinin 120.285,00 (yüz iyirmi min iki yüz səksən beş) manatlıq hissəsi cavabdeh tərəfindən "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli kredit müqaviləsinə əsasən 240 ay müddətinə götürülmüş kredit məbləği hesabına ödənilmişdir. xx.xx.2016-cı il tarixli 4-xxxx-2016-SHM-GH nömrəli zaminlik müqavilələrinə əsasən İddiaçı1 MTK və X3 kreditor Bankla borclu Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHMGH nömrəli kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və ödənilməsini öhdələrinə götürmüşlər. "xxxx" ASC-dən kredit müqaviləsi üzrə zamin İddiaçı1 MTK-ya daxil olmuş xx. xx.2021-ci il tarixli məktubda Cavabdeh 15.237,00 manat məbləğində aylıq ödənişlərini gecikdirdiyi qeyd olunmuşdur. Bundan sonra MTK tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq məktubları, xx.xx.2021-ci il tarixdə isə bildiriş göndərilmiş və Banka gecikdirilmiş ödənişlərinin 7 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda alqı-satqı müqaviləsinin şərtləri kobud şəkildə pozulduğu üçün müqavilənin birtərəfli qaydada ləğv olunacağı (müqavilənin 10.1ci bəndinə əsasən) barədə xəbərdar edilmişdir. Bildiriş Cavabdeh xx.xx.2021-ci il tarixdə şəxsən təqdim edilmişdir. Buna baxmayaraq, cavabdeh yaranmış borcun ödənilməsi ilə bağlı hər hansı bir tədbir görməmiş və sonralar onunla əlaqə saxlamaq mümkün olmadığı üçün “Respublika” qəzetinin xx.xx.2021-ci il tarixli sayında elan verilmişdir. Elanda i ddiaçı ilə cavabdeh arasında yaranmış qeyri-müəyyənliyə görə tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və bununla əlaqədar münasibətlərin tənzimlənməsi üçün cavabdehin 7 gün ərzində iddiaçıya müraciət etməsi tələb olunmuşdur. "xxxx" ASC-nin Cavabdeh və İddiaçı1 MTKya xx.xx.2021-ci il tarixdə ünvanladığı bildirişdə xx.xx.2021-ci il tarixə Cavabdeh 16.500,00 manat gecikdirilmiş borcunun olduğu qeyd olunmuş və Cavabdeh 5 iş günü ərzində həmin borcu ödəməzsə, Bankın zaminlik müqaviləsinə əsasən zamin “Grand Hayat“ MTK-ya müraciət etmək, Zaminin isə Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 10-cu blokda yerləşən 2 (iki) otaqdan ibarət 130 saylı mənzili öz sahibliyinə keçirərək B ank qarşısında borcu bağlamaq hüququnun olması barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən görülmüş bütün tədbirlərə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırmağa davam etmişdir. Bu səbəbdən də, xx.xx.2021-ci il tarixdə iddiaçının ümumi yığıncağı keçirilmiş və qərara alınmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilə birtərəfli qaydada ləğv edilsin. (Müqavilənin 10.1-ci bəndinə əsasən), müqavilənin predmeti olan mənzil hazırda qüvvədə olan şərtlər daxilində 3-cü şəxslərə təklif edilsin, müqavilənin ləğv olunması barədə cavabdeh və "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məlumat verilsin. Bank ilə Cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli kredit müqaviləsinin və həmin müqavilənin təminatı kimi çıxış edən zaminlik müqaviləsinin də müvafiq surətdə ləğv edilməsi ilə bağlı münasibətlər tənzimlənsin. Bundan sonra isə iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli, GH-B 10/001184 saylı müqavilənin xx.xx.2021-ci il tarixdə birtərəfli qaydada ləğv edilməsi barədə "Respublika’' qəzetinin xx.xx.2021-ci il tarixli sayında elan verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli kredit müqaviləsi üzrə “Azərbaycan Beynəlxalq Bankı“ ASC-yə borcu zaminlik müqaviləsinə əsasən İddiaçı1 MTK tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilənin ləğv olunmasına və müqavilənin predmeti olan mənzilin hazırda qüvvədə ol an şərtlər daxilində 3-cü şəxslərə təklif edilməsi üçün cavabdehin banka olan kredit borcunun iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə baxmayaraq, hal-hazıradək cavabdeh mənzildən əşyalarını çıxarmamış və mənzili iddiaçıya təhvil verməmişdir. Həmçinin Müqavilənin 10.2-ci bəndinə əsasən müqavilə ləğv edildikdən sonra həmin vaxta qədər cavabdeh tərəfindən iddiaçıya ödənilmiş vəsaitdən müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr, dəbbə pulları və iddiaçıya dəymiş ziyan (o cümlədən, bu mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar iddiaçının birbaşa və dolaylı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxılmış və cavabdehin iddiaçıya 4.811.00 manat ödənilməmiş qalıq məbləği qalmışdır.

6. İddiaçı1 MTK-nın nümayəndəsi Nümayəndə məhk əməyə dəqiqləşdirmə ərizəsi verərək iddiaçının adının işə məhkəmədə baxıldığı dövrdə dəyişdirilərək "xxxx" MTK kimi vergi orqanında qeydiyyatdan keçməsini nəzərə alaraq hazırki iş üzrə iddiaçının "xxxx" MTK kimi qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi (hakim Günel Əkbərli) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1 MTK ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2016-cı il tarixli GH-B 10/001184 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllədə yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbədə yerləşən 2 otaqlı 130 saylı mənzi li cəmi 133.650 manata almış, həmin məbləğdən 13.365 manat hissəsini ilkin ödəniş olaraq MTK-ya ödəmişdir. Mənzilin dəyərinin qalan hissəsini, yəni 120.285 (yüz iyirmi min iki yüz səksən beş) manat hissəsini isə Cavabdeh "xxxx" ASC-dən götürdüyü kredit hesabına MTK-nın hesabına tam şəkildə ödəmişdir. Belə olan halda, qeyd olunan alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MTK qarşısında alqı-satqı müqaviləsi üzrə olan öhədəliyini tam şəkildə icra etmiş hesab olunur. Yəni, dolayısı ilə mübahisə predmeti olan mənzil Cavabdeh qanuni sahibliyinə keçmişdir. Bunun məntiqi nəticəsi olaraq, İddiaçı1 MTK-nın GH-Q02-210726-002/PMİK saylı, 26 iyul 2021-ci il tarixli ümumi yığıncağının qərarı ilə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli GH-B 10/001184 saylı müqavilənin məhkəmədən kənar birtərəfli qaydada ləğv edilməsi də əhəmiyyətsiz olmaqla hər hansı hüquqi nəticəyə səbəb olmur. Borclu Cavabdeh xx.xx.2016-cı il tarixli 4-xx-xx-2016-SHM-GH nömrəli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi qalmışdır ki, İddiaçı1 MTK həmin borc üzrə zamin olduğundan Cavabdeh əvəzinə 127.250,29 manat pul vəsaitini banka ödəmişdir. Belə olan halda, İddiaçı1 MTK-nın hazırda Cavabdeh kredit və zaminlik müqavilələrindən irəli gələrək pul borcunun ödənilməsini tələb etmək hüququ yaranır. Dolayısı ilə, İddiaçı1 MTK-nın hazırda Cavabdeh qarşı mənzilin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Mü lki Məcəllənin 385.1, 421.1, 421.2, 421.3, 425.1, 442 və 448.1-ci maddələrinə, “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə, “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı "xxxx" MTK apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(004)-884/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

11. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamə qəbul edərkən tərəflərin azad surətdə müəyyənləşdird iyi müqavilə şərtlərini nəzərə almamış, müqavilə şərtlərinə hərfi yanaşmış və yanlış nəticəyə gəlmişdir. Belə ki, bir-biri ilə əlaqədar olan, iddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixdə № GH-B 10/001184 saylı müqavilənin, cavabdeh və "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsinin, iddiaçı, cavabdeh və "xxxx" ASC arasında imzalanmış zaminlik müqaviləsinin tərəfləri tərəfindən azad şəkildə müəyyən olunmuş şərtlərinə məhkəmə düzgün qiymət verməmişdir. Razılaşdırılmış müqavilə şərtləri cavabdeh tərəfindən tam icra olunmadığı üçün həmin müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv edilənə qədər qüvvədə olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməklə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuş və göstərilən halları nəzərə almamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı, cavabdeh və "xxxx" ASC arasında bağlanılmış yuxarıda göstərilən müqavilələrin şərtlərinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə aylıq ödənişlərini ödəmədiyi üçün Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbədə yerləşən 2 (iki) otaqdan ibarət 130 saylı mənzillə bağlı hüquqlar "xxxx" ASC-yə keçmiş, daha sonra isə Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcu zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" MTK tərəfindən tam şəkildə ödənilmiş və mənzillə bağlı hüquqlar "xxxx" ASC-dən "xxxx" MTK-ya keçmişdir. Məhkəmənin qətnamədə xx.xx.2016-cı il tarixdə GH-B10/001184 saylı müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğvinin əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticəyə səbəb olmaması və hazırki iddia tələblərini irəli sürməyə iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə işin hallarının düzgün araşdırılmadığını söyləməyə əsas verir. Belə ki, tərəflər arasında imzalanmış müqavilələrin şərtlərinə əsasən qeyd olunan mənzillə bağlı hüquqlar MTK-ya keçmiş, lakin cavabdeh mənzildən əşyalarını çıxarmamış və mənzili iddiaçıya təhvil verməmişdir. Nəticədə də iddiaçı hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Belə olan halda, məhkəmənin xx.xx.2016-cı il tarixdə GH-B 10/001184 saylı müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğvi və subyektiv hüquqla bağlı gəldiyi nəticə əsassız olmuşdur. Hesab edir ki, bu halllar məhkəmənin gəl diyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Digər tərəfdən isə iddiaçı, cavabdeh və "xxxx" ASC arasında bağlanılmış yuxarıda göstərilən müqavilələrin şərtlərinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə aylıq ödənişlərini ödəmədiyi üçün Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 10-cu blok, 20-ci mərtəbədə yerləşən 2 (iki) otaqdan ibarət 130 saylı mənzillə bağlı hüquqlar "xxxx" ASC-yə keçmiş, daha sonra isə Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcu zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" MTK tərəfindən tam şəkildə ödənilmiş və mənzillə bağlı hüquqlar "xxxx" ASC-dən "xxxx" MTK-ya keçmişdir. Nəticədə də iddiaçının hazırki iddia tələblərini irəli sürmək üçün subyekt iv hüququ yaranmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6761/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Xumar Mərdanova) iddiaçı "xxxx" MTK-nın (əvvəlki adı "xxxx" MTK) apellyasiya şikayətinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi cavabdehin bankla bağladığı 23 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsidir. Belə ki, iddiaçı cavabdehin kredit müqaviləsi ü zrə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirib, eyni tarixli zaminlik müqaviləsinə əsasən cavabdehin 240 ay müddətinə ödəməli olduğu kredit borcunu birdəfəyə ödəmiş, bununla da cavabdehin bank qarşısında olan öhdəliyi tam icra edilmişdir. Bu işin mübahisəsiz halıdır. Ən azından bu halı iddiaçı və bank mübahisələndirmir. Deməli, iddiaçı cavabdehin bank qarşısında olan, kredit müqaviləsindən irəli gələn öhdəliyini yalnız zamin olduğu üçün icra etmişdir. Ona görə də, iddiaçıya öhdəliyi icra etmiş zamin kimi kreditorun (bankın) həmin öhdəlik üzrə hüquqları və kreditora girov kimi mənsub olmuş hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçə bilər, həmçinin kreditora ödədiyi məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi təl əb edə bilər. Ancaq iddiaçı zamin kimi cavabdehdən kreditora ödədiyi məbləği tələb etmək əvəzinə, fərqli bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu cür iddia qaldırılması üçün gərək faktiki hallar hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olsun.

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilə dair bankın girov (ipoteka) saxlayan kimi hüquqlarının ona keçdiyini düşünərək bu cür iddia irəli sürsə də, həmin mənzil ipoteka predmeti olmamış və ona dair ipoteka müqaviləsi bağlanmamışdır. Kredit müqaviləsinin 4.3-cü bəndində də qeyd olunan mənzilə dair hüquq daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq çıxarış verildikdən sonra ipoteka ilə rəsmiləşdiriləcəyi nəzərdə tutulmuşdur. Demək, rəsmi ipoteka müqaviləsi olmadığı və bankın da ipotek a saxlayan kimi hansısa hüquqları yaranmadığı üçün, iddiaçıya da bankın bu cür yaranmamış və qeydə alınmamış hüquqları keçə bilməzdi. İddiaçı cavabdehə qarşı hazırki iddianı mübahisəli mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin 10.1-ci bəndinin şərtlərinə əsasən əsaslandırmağa cəhd etsə də, bu hal da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 529-cu maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Cavabdeh də iddiaçı ilə mübahisəli mənzilin alınmasına dair bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Başqa sözlə, iddiaçı mənzilə görə ödənilməli olan vəsaitin ödənilmədiyini mübahisələndirmir. Əksinə, ilkin ödənişin cavabdeh, qalan məbləğin isə bank tərəfindən tam ödənildiyini təsdiq edir. Demək, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda, öhdəlik icra olunduğu üçün müqavilə də artıq hüquqi qüvvəsini itirmişdir. Bu cür vəziyyətdə iddiaçının qüvvədə olmayan, daha doğrusu icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsi, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ ola bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 385, 386.1, 386.2, 390.1, 390.2, 390.4, 390.5, 390.6, 390.7, 399.3, 399.4, 425.1, 425.2, 427.5, 430.1, 442, 475.1 və 528-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-6761/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. 17. kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

19. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29, İV hissə Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir.

26. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

27. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

28. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

29. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

30. Maddə 399.3 Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliy in icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

31. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

32. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədi nə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Maddə 528.Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6761/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar