Məhkəmə qərarları › İş №2(102)-7682/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7682/2019

13.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7682/2019 13.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 30.01.2012-ci il tarixli 56 saylı kredit müqaviləsinə əsasən 30.01,2014-cü il tarixə ödənilməmiş 3532 manat məbləğində əsas borcun, 101,96 manat faiz borcun və 23,40 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3657,36 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş “VOLKSWAGEN PASSAT” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili:2003, Tip: sedan, Ban nömrəsi WVWPD63B84E126652) avtomobilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutman ın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qər ardadındaniddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qərardad çıxararkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MKnın 10 iyul 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və kassasiya şikayətinin icraata qəbul olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” ASC-nin Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması” tələbinə dair iddia vermişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 30.01.2012-ci il tarixli 56 saylı kredit müqaviləsinə əsasən 30.01,2014-cü il tarixə ödənilməmiş 3532 manat məbləğində əsas borcun, 101,96 manat faiz borcunun və 23,40 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3657,36 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş “VOLKSWAGEN PASSAT” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqavilə si üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmet inə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qərardadındaniddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qərardadından iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi “xxxx” ASC-nin Lə ğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qərardadını 14.06.2019-cu il tarixdə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardaddan şikayət verilməsi tarixi məhz həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsinə əsasən qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 may 2019-cu il tarixli qərardadından kassasiya şikayətini 03.07.2019-cu il tarixində poçta vermiş və həmin şikayət 04.07.2019-cu il tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bununla da prossesual qanunvericilikdə müəyyən edilən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Eyni zamanda buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət de təqdim olunmamışdır. Mülki Prossesual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, geri qaytarılır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəf indən verilmiş kassasiya şikayətinin kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi üçün əsaslar olmadığından geri qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar