Məhkəmə qərarları › İş №2(102)-769/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-769/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-769/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin mənzilə köçürülməsi, ailə üzvü olmayan şəxsin mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətçinin mənzilə köçürülməsi və cavabdehlərin mənzildən çıxarılması tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6218/ 2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəli Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı bir otaqlı mənzil, 25 dekabr 2004-cü il tarixli ÖM seriyalı 219783 saylı qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 25 avqust 2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

2. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 iddiaçının gəlini, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 isə iddiaçının nəvələridir.

3. Cavabdeh1 04 iy un 2006-cı ildə Cavabdeh2 ilə ailə həyatı qurmuş və bu nikahdan 2009cu ildə Zəhra, 2015-ci ildə isə Zeynəb adlı qızları doğulmuşdur. Onlar 2015-ci ilə kimi başqa ünvanda kirayə yaşamış, həmin vaxtdan isə iddiaçının razılığı ilə mübahisəli mənzilə köçmüşdür. İddiaçı özü Masazır qəsəbəsində yaşamağa başlamışdır.

4. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əmlakları ilə birlikdə mübahisəli mənzilindən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətində dir. Cavabdehlər təxminən 2006-cı ildə ailə qurmuşlar və kirayədə yaşamışlar. Həmişə demişlər ki, pul toplayıb özlərinə ev alacaqlar. Onlar, yəni valideynlər də imkanları daxilində köməklik göstərmişlər. 2015-ci ildə kirayədən çıxıb müvəqqəti onun mülkiyyətində olan hazırda yaşadıqları bir otaqlı mənzilə köçmüşlər. Cavabdeh1 əvvəldən mənzildə qeydiyyatda olsa da, digərlərini uşaqlar doğulandan sonra poliklinikada qeydiyyata düşmələri üçün qeydiyyata almışdır. Özü isə bu müddət ərzində müvəqqəti olaraq Abşeron rayonun Masazır kəndi Yoncalıq yaşayış massivi deyilən ərazidə, qızının yanında yaşayır. Xəstədir, tez-tez həkim çağırmaq və ya həkimə getmək lazım gəlir. Dəfələrlə hazırda cavabdeh olan oğluna mənzilə köçmək istədiyini bildirib, onlardan mənzili boşaltmalarını xahiş etsə də, heç bir nəticəsi olmayıb. Cavabdehlərin mənzil almaq fikirləri yoxdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyun 2022-ci il tarixli, 2(006)-1773/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilinə köçürülməsi, Cavabdeh2 övladları - xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2015ci il təvəllüdlü Cavabdeh4 ilə birlikdə (əşyaları da daxil olmaqla) İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının öz mülkiyyətindən s ərbəst, maneəsiz istifadə etmək kimi hüquqları olduğu üçün onun mülkiyyətinə köçürülməsinə dair iddiası əsaslıdır.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehlər mübahisəli evə ailə olaraq 2015-ci ildə köçsələr də, həmin ev iddiaçının adına xüsusi mülkiyyət kimi 25 dekabr 2004-cü il tarixdə qeydə alındığından evin mülkiyyətçisi ilə Cavabdeh2 arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.

10. Cavabdeh2 iddiaçının ailə üzvü deyildir. Beləliklə də, iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilindən istifadə hüququ verməmiş, Cavabdeh2 istif adə hüquqlarının olmasına dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeyd aparılmamışdır. Cavabdehlərdən Cavabdeh2 və uşaqları mənzilə müvəqqəti buraxılmışlar. İddiaçının öz mülkiyyətində olan mənzildən zərurətlə bağlı çıxmaları tələbinə həmin cavabdehlər məhəl qoymamış, mənzildən çıxaraq, boşaldıb iddiaçıya təhvil verməmişlər. Cavabdeh2 iddiaçının razılığı ilə müvəqqəti yaşamaq üçün mənzilə köçsə də, mənzil üzərində heç bir hüququ olmadığı halda iddiaçının tələbi ilə mənzildən çıxmamaqla sonuncunun mülkiyyət hüquqlarını pozduğundan iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, Cavabdeh2 və övladları həmin mənzildən çıxarılmalıdırlar.

11. Digər Cavabdeh1 iddiaçının ailə üzvü olmaqla, 1982-ci ildən həmin mənzildə yaşayır, bir müddət kirayədə yaşamasına baxmay araq, həmin mənzildən istifadə hüququ vardır. Onun həmin hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun həll oluna bilər.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33.2-ci, Mülki Məcəllənin 152.1, 139.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin M ülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ap elyasiya şikayəti verərək, qətnamənin qismən, sonuncunun övladları ilə birlikdə mənzildən çıxarılması hissəsində ləğv edilməsi və yeni qətnamə çıxarılması, qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, onların yaşamağa başqa yerləri, kirayə haqqı ödəməyə imkanları yoxdur. Məhkəmə onların faktiki ayrılmasına qərar vermişdir. Məhkəmə uşaqların azyaşlı olmasını, Cavabdeh2 isə notarial qaydada razılıq verilməklə qeydiyyata alınmasını nəzərə almamışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6218/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh4 (əşyaları da daxil olmaqla) İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilindən çıxarılmaları hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə Cavabdeh2 mənzildən çıxarılması hissəsində düzgün nəticəyə gəlmişdir.

17. Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü dairəsinə daxil deyildir. O, 2015-ci il tarixdə mübahisəli evə köçürülsə də, bu hal “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir.

18. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin, iş materiallarından görünür ki, Cavabdeh2 iddiaçının ailə üzvü deyildir.

19. Mübahisəli ev Cavabdeh2 qayınanasına məxsus olmuşdur və sonuncu ilə Cavabdeh2 arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır.

20. Eləcə də Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, Cavabdeh2 ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib o lmuşdur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır.

21. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılması hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur. Göründüyü kimi xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh4 mənzilin mülkiyyətçisinin nəvələri olduğundan «digər qohum» kateqoriyasına aiddirlər və bununla da, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından (yaşayış sah əsinin mülkiyyətçisi ilə onlar arasında başqa razılaşma yoxdur), onlar həmin yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilməsindən isə söhbət gedə bilməz, çünki hər iki cavabdeh (Zəhra və Zeynəb) iddiaçının nəvələridir və onların ailə münasibətlərinə xitam verilməsi mümkün deyildir. Valideynlər hazırda faktiki olaraq ər-arvad münasibətlərindədir və işin mübahisəsiz halıdır ki, uşaqların valideynləri arasında hər hansı mübahisə yoxdur, yəni valideynlər ayrılmadığından və uşaqların valideynlərindən hansının yanında qalması kimi bir mübahisəli hal olmadığından, hazırda yaşayış yerinə malik olan valideyn isə Cavabdeh1 olduğundan və uşaqlar da ataları ilə bərabər həmin mənzildə yaşadıqlarından, on ların mənzildən çıxarılması hissəsində iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 27.2, 228.1, 228.2, 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin qismən, yəni Cavabdeh2 mübahisəli mənzildən çıxarılması hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh1 kassasiya şikayəti qeyri-mümkün sayılmışdır.

25. Cavabdeh2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materialında olan iddiaçının Cav abdeh2 qeyd edilən mənzilə notarial qaydada razılığı əsasında köçürülməsi və qeydiyyata alınmasını nəzərə almamışdır.

26. Məhkəmə apellyasiya şikayətində göstərilmiş dəlillərə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

28. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsi ndə öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

32. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

34. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

35. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyy ətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

36. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə qismən, yəni Cavabdeh2 mübahisəli mənzildən çıxarılması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən his sədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisəli mənzil 25 dekabr 2004-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçının oğlu Cavabdeh1, 04 iyun 2006-cı ildə Cavabdeh2 ilə evlənmişdir. Onların nikahından Cavabdeh3 və Cavabdeh4 adlı uşaqları var. Cav abdeh1 və Cavabdeh2 2015-ci ilə kimi başqa ünvanda kirayədə yaşamış, həmin vaxtdan isə iddiaçının razılığı ilə mübahisəli mənzilə köçmüşdür. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar.

50. İddia tələbi cavabdehlərin iddiaçının mənzilindən çıxarılması barədədir. Bu halda iddia tələbi Mülki Məcəllənin 152.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin işığında təhlil olunmalıdır. İddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən Cavabdeh2 istifadə etməsinə yol verməmək ixtiyarı vardır. Lakin mülkiyyətçinin bu hüququ, mülkiyyətçi üçün qanunla və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə mümkündür.

51. Bu baxımdan Cavabdeh2 mənzilə hüquqlarının müqavilə və ya qanuna əsa sən yaranıb yaranmadığı araşdırılmalıdır. Yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

52. Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi (31-32-ci paraqraflar) yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

53. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normaların disp ozisiya şərtləri əsasında araşdıraraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında mənzildən istifadəyə dair notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır.

54. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir (34-35-ci paraqraflar). Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

55. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddianı təhlil etmiş və qeyd etmişdir ki, Cavabdeh2 iddiaçının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyil.

56. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslini n müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

57. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

58. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” a nlayışının əhatə dairəsinə daxil edilməmişdir.

59. Məhkəmə kollegiyası kassatorun mənzildə daimi qeydiyyatda olması barədə dəlilini də qətnamənin ləğvi üçün əsas saymır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeydiyyatın hüquqi nəticələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

61. Göründüyü kimi, mənzildə qeydiyyatın olması, həmin şəxsin mənzildən istifadə hüququnun yaranmasına əsas hesab olunmur. Buna görə də məhkəmə kassatorun mənzildən istifadə hüququnun olmadığı barədə düzgün nəticəyə gəlmişdir.

62. İşin halları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir.

63. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

64. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları il ə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6218/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar