Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-77/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firuddin oğlundan ibarət tərkibdə, X38 oğlunun katibliyi, İddiaçı, vəkili X39 oğlunun, 3-cü şəxslər Maraqlı şəxs2 və X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) Ərazi İdarəsinə, maraqlı tərəflər Beyləqan rayon Mənzil İstismar Sahəsinə və Maraqlı şəxs2 qarşı “mənzilin qeydiyyat vəsiqəsinin ləğv edilməsi və həmin m ənzilin adına sənədləşdirilməsi işlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) Ərazi İdarəsinə tapşırılması” tələbinədair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli 2(106)-08/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X39 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Texniki və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən Beyləqan şəhəri, SMD-42 küçəsində yerləşən X7 adına verilmiş 121 saylı Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi və həmin mənzilin adına sənədləşdirilməsi işlərinin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) Ərazi İdarəsinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin (sədrlik edən Nəsrullah Əliyev) 2(020)-442/2015 saylı, 18 may 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) Ərazi İdarəsinə, maraqlı tərəflər Beyləqan rayon Mənzil İstismar Sahəsinə və Maraqlı şəxs2 qarşı, Azərbaycan Respublikası Dövlət Texniki və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tə rəfindən Beyləqan şəhəri, SMD-42 küçəsində yerləşən X7 adına verilmiş 121 saylı Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi və həmin mənzilin adına sənədləşdirilməsi işlərinin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) Ərazi İdarəsinə tapşırılması tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Zəki Babayev - sədrlik edən və məruzəçi, Nüsrət Mirzəyev və Qəzənfər Kərimov) 30 iyul 2019-cu il tarixli 2(106)-08/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-442/2015 saylı, 18 may 2015-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əssən dəyişdirilmə dən saxlanılmışdır. İddiaçı və vəkili X39 oğlu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli 2(106)-08/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Beyləqan rayonunda anadan olub, Beyləqan rayon 152 saylı SMD-də işləyib və həmin idarədə də ev qeydiyyatına durub. Həmin idarədən ev iddiaçıya həmkarların qərarı və order əsasında verilmişdir. Həmin orderin əsli onda qalmış, surətini isə bacısına vermişdir. İdarədən ona ev verilərkən bacısı Maraqlı şəxs2 ailəsi ilə birlikdə yataqxanada yaşamışlar. Məcbur qalıb Beyləqan rayon 152 saylı SMD-dən verilən evi bacısı Xnin ai ləsinə müvəqqəti yaşamaq üçün vermişdir. Mübahisəli ev Beyləqan rayon 152 saylı SMD-nin mülkiyyətində olmuş, sonradan isə Beyləqan rayon İH-İ Mənzil İstismar Sahəsinin balansına verilmiş və iddiaçının xəbəri olmadan həmin ev qanunsuz olaraq özəlləşdirilərək X10 verilmiş və saxta yolla həmin evə qeydiyyat vəsiqəsi alınmışdır. Həmin qeydiyyat vəsiqəsinin saxta olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) Ərazi İdarəsinin 03 oktyabr 2014-cü il tarixli məktubundan da görünür. Hazırda həmin evin ünvanı ünvan 1ə ilə bağlı aidiyyəti orqanlara müraciət olunsa da, heç bir nəticə əldə olunmamışdır. Beyləqan rayon İH-i Mənzil İstismar sahəsi arayış verərək mənzildə X16, Maraqlı şəxs2, X23 və X2 kimi yaşamasını g östərir. Mənzil özəlləşdirilərkən Azərbaycan Respublikası Dövlət Texniki və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinə razılıq ərizələri verilmişdir. İddiaçının razılığı alınmamış, Maraqlı şəxs2 və X17 adına isə saxta ərizə yazılaraq qoyulmuşdur. Onların bu ərizələrdən xəbərləri olmamışdır. Hazırda iddiaçıya məxsus mənzil cavabdeh tərəfindən zəbt edilərək mülkiyyət hüquqları kobud şəkildə pozulur və mənzilə mülkiyyət, istifadə və sərəncam hüquqlarından istifadə edə bilmir. X16 ilə Atakişiyeva (Rzayeva) X Rza qızı arasında 1978-ci ildə bağlanmış nikah pozulmuşdur. Lakin həmin boşanma barədə nə Xnin, nə də ki X2nın məlumatı olmamışdır. X və X2 həmin məhkəmədə iştirak etməmiş, ümumiyyətlə həmin məhkəmədən xəbərsi z olmuşlar. Digər tərəfdən, nikahın pozulması ilə bağlı verilmiş iddia ərizəsindəki imza da Atakişiyev X2ya məxsus deyildir. Ona görə də məhkəmə imzanın X2ya məxsus olmasını müəyyən etmək üçün məhkəmə xətşünaslıq eksperti təyin etməli idi. Məhkəmə “maraqlı tərəf Beyləqan rayon İH-nin Mənzil İstismar Sahəsinin mövqeyinə və Beyləqan rayon İH MİS-nin 30.04.2015-ci il tarixli 34 saylı arayışına istinad edərək, guya Beyləqan rayon Mənzil İstismar Sahəsi yarandığı gündən Mənzil İstismar Sahəsinin balansında olan yaşayış binalarındakı mənzillərdə İddiaçı adına heç bir order və ya hər hansı bir sənəd olmaması” barədə nəticəyə gəlmişdir. Lakin Jdanov (Beyləqan) rayon XDS İK-nin 07.07.1988-ci il tarixli 126 saylı orderinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Beyləqan rayon SMD-42 qəsəbəsi, Magistral küçəsində 12 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 2 saylı, 37 kv.m mənzil sahəsini tutmağa ixtiyarı vardır. Magistral küçəsi hazırda C.Naxçıvanski küçəsi adlanır. Belə ki, hazırkı şikayətə əlavə edilən Beyləqan Kənd Tikinti ASC-nin 03.03.2015-ci il tarixli Aktının surətindən göründüyü kimi, 152 №-li SMD-nin idarəsində katibə işləyən İddiaçı növbəlilik əsasında 42 №-li SMD qəsəbəsində yerləşən 12 saylı yaşayış binasının 1-ci mərtəbəsindən 37 kv.m olan 2 otaqlı mənzil verilmişdir. Beyləqan Kənd Tikinti ASC-nin 03.03.2015-ci il tarixli arayışından görünür ki, o, 152 nömrəli SMD-də işə qəbul olunmuş, həmin birliyin nəzdində mənzil növbəsinə durmuş və 1988-ci ildə növbəlilik əsasında 42 №-li SMD qəsəbəsində yerləşən 12 saylı yaşayış binasının 1-ci mərtəbəsindən 37 kv.metrl ik 2 otaqlı mənzil verilmişdir. Məhkəmənin “Beyləqan rayon Dövlət Arxivinin 29.04.2015-ci il tarixli məktubuna sübut kimi istinad edərək, Beyləqan rayon XDS İK-nin 1986-cı ildən 1990-cı ilədək olan protokollarında İddiaçı adına heç bir order müəyyən edilməməsi” barədə nəticəsi əsassızdır. Belə ki, yuxarıda istinad edilən sənədlərdən göründüyü kimi, həmin nəticənin heç bir faktiki əsası yoxdur. Eyni zamanda məhkəmənin “121 saylı sentyabr 2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə sübut kimi istinad edərək, Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən yaşayış evinin X5 adına 2004-cü ilin sentyabr ayında ½ payla qeydə alınması” barədə nəticəsi qanunsuz və əsassızdır. Belə ki, hazırkı şikayətə əlavə edilən 121 saylı sentyabr 2004-cü il tarixli Qeydiyyat vəsiqəsinin surətindən göründüyü kimi, həmi n qeydiyyat vəsiqəsində qeydiyyat günü; hansı evə aid olması; hansı mənzilə aid olması; SMD-42 küçəsində olması; mənzilin hansı mərtəbədə olması; mənzilin neçə otaqdan ibarət olması qeyd edilməmişdir. Digər tərəfdən, həmin qeydiyyat vəsiqəsində X9 atasının adı “Zəkəriyyə” kimi, SMD-42 qəsəbəsi “SMD-42 küçəsi” kimi qeyd edilmişdir. Məhkəmənin sübut kimi istinad etdiyi “121 saylı sentyabr 2004-cü il tarixli Qeydiyyat vəsiqəsində olan məlumatlar tam olmamaqla yanaşı, həm də mənzilin həqiqi göstəricilərinə uyğun deyildir. Mübahisəli mənzilə aid Texniki X1 atasının adı “Zəkəriyyə” kimi, mənzil birinci mərtəbədə olduğu halda, ikinci mərtəbə kimi; binada mənzillərin sayı 12 olduğu halda, 16 mənzilli bina kimi qeyd edilmişdir. Həmin Texniki Pasportda Şəxsi mülkiyyət hüququnu təsdiq edən sənədlər kimi, Beyləqan rayon Dövlət Texniki İnventarlasdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin 09 saylı 16 sentyabr 2004-cü il tarixli protokolu göstərilmişdir. Qanunvericilikdə mənzili (evi) özəlləşdirmək üçün mənzilə hüquq verən yeganə sənəd - mənzil sahəsinin orderidir, başqa sözlə, qanunvericilikdə mənzili (evi) özəlləşdirmək üçün protokol, qeydiyyat orqanının protokolu deyilən sənəd növü müəyyən edilməmişdir. Belə olan halda, həmin protokol (əgər həqiqətən varsa) qanunsuz tərtib edilmiş və məhz həmin qanunsuz protokol əsasında mənzil qanunsuz özəlləşdirilmişdir. Mənzilin X4 adına özəlləşdirilməsinə əsas hesab edilmiş sənədlərdən - X8 ərizəsi, Maraqlı şəxs2, X23 və X17 razılıq ərizələri eyni (bir) şəxsin xətti ilə yazılmışdır, ən əsası isə həmin ərizələrdəki i mzalar həmin şəxslərin heç birinə məxsus deyildir. Ərizələrdəki imzaların həmin şəxslər tərəfindən icra edilib-edilməməsini müəyyən etmək məqsədilə məhkəmə - xətşünaslıq ekspertizası təyin edilməlidir. Göründüyü kimi, Jdanov (Beyləqan) rayon XDS İK-nin 07.07.1988-ci il tarixli 126 saylı orderinə əsasən İddiaçı qanuni istifadəsində olan Beyləqan rayon SMD-42 qəsəbəsi, Magistral (hazırda C.Naxçıvanski) küçəsində yerləşən, 12 saylı evin, 1-ci mərtəbəsində, 2 otaqlı, 2 saylı, 37 kv.m sahəsi olan mənzil tamamilə qanunsuz olaraq özəlləşdirilmiş və həmin mənzilə tamamilə qanunsuz olaraq X6 mülkiyyət hüququnun qeydiyyatı aparılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nət icədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız bir qətnamə qəbul edilmişdir. Apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında İddiaçı və vəkili X1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. 3-cü şəxslər Ziya Atakişiyev və Maraqlı şəxs2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Beyləqan rayonu 152 saylı SMD ilə Beyləqan rayon Mənzil İstismar Sahəsi arasında bağlanmış 23 may 1994-cü il tarixli Akta əsasən ünvan 2 ünvanda yerləşən ünvan 3 evin, 2 saylı mənzili X4 adına göstərilmişdir. X11 ilə Beyləqan rayon Mənzil İsticmar Sahəsi arasında 05 yanvar 2001-ci il tarixdə mənzil kirayə müqaviləsi bağlanmışdır. Mübahisəli mənzil 2004-cü ilin sentyabr ayında X4 adına özəlləşdirilmiş və onun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə əvvəllər X2 Atakişiyevlə onun ailə üzvləri, arvadı Maraqlı şəxs2, uşaqları X23 və X24 birlikdə yaşamışlar. X27 Rzayevanın arasında olmuş nikah Beyləqan rayon Məhkəməsinin 13 aprel 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. X11 06 yanvar 2015-ci il tarixdə vəfat etsə də, hazırda mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbində ünvan 3 evin, 2 saylı mənzilin Jdanov rayon XDS İcraiyyə Komitəsinin 06 iyul 1988-ci il tarixli, 103 saylı qərarı ilə verilmiş, 07 iyul 1988-ci il tarixli, 126 saylı order əsasında ona verilməsini qeyd etsə də, həmin orderin müvafiq orqanlarda qeydiyyatdan keçməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, həmçinin birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilin İddiaçı mülkiyyətində olmasını təsdiq edən hər hansı sübut əldə edilmədiyindən, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa iş materiallarında olan, Beyləqan Rayon Məhkəməsinin 2(020)-790/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Beyləqan rayon Mənzil İstismar Sahəsinə, üçüncü şəxslər Maraqlı şəxs2, X23 və X19 qarşı 05 yanvar 2001ci il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Həmçinin İddiaçı il ə iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 bacı olmaqla münasibətləri həmişə yaxşı olmuş, mübahisəli mənzilin mərhum X4 adına özəlləşdirilməsindən məlumatları olmuş, iddiaçı hazırki iddia ilə məhkəməyə X2 Atakişiyevin ölümündən sonra, Maraqlı şəxs2 ilə onun oğlu Ziya Atakişiyev arasında mübahisəli mənzildən istifadə hüquqlarıyla bağlı məhkəmə çəkişmələrinin başlanmasından sonra müraciət etmişdir. Bu hallar isə İddiaçı və Maraqlı şəxs2 mübahisəli mənzilin mərhum X4 adına özəlləşdirilməsindən məlumatlarının olmaması barədə fikirlərinin yalan olmasını təsdiq edir. Odur ki, İddiaçı hazırki iş üzrə 2004-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə 10 fevral 2015-ci il tarixdə iddia verməklə iddia müddətini də ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunu n 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və v əzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia qaldırılan zaman mübahisə predmetini təşkil edən mənzilə hər hansı hüququnun olması müəyyən edilmədiyindən, onun həmin mənzil ilə bağlı iddia qaldırmağa subyektiv hüququ mövcud deyildir. Belə ki, idddiaçı mübahisəli mənzilin Jdanov (Beyləqan) rayon XDS İK-nin 07.07.1988-ci il tarixli 126 saylı orderinə əsasən ona ayrıldığın, lakin sonradan saxta sənədlər əsasında X4 adına keçirildiyini əsas gətirərək, həmin mənzilə dair sonuncunun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi və həmin mənzilin adına sənədləşdirilməsi işlərinin aparılmasını tələb edir. Lakin iş materiallarında olan, Beyləqan rayon prokurorluğundan daxil olmuş 26 iyul 2016-cı il tarixli, 313-16 saylı məktubundan görünür ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 103də yaşayan X14 mərhum qardaşına məxsus Beyləqan şəhəri, SMD-42 qəsəbəsindəki evə saxta yolla order alınması barədə Beyləqan rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Həmin müraciət üzrə toplanmış material rayon PŞ-nin İB-nə göndərilmiş və material üzrə araşdırma aparılmışdır. Araşdırma materiallarından görünür ki, Maraqlı şəxs2 məhkəmdə nümayəndəsi olmuş X25 tərəfindən təqdim edilmiş, İddiaçı adına verilmiş 1988-ci il tarixli, 126 nömrəli orderin mətni kiril əlifbası ilə yazılmış, həmin orderə vurulmuş möhürün kənarlarındakı yazılar kiril əlifbası ilə icra olunmasına baxmayaraq mərkəzində olan yazılar latın əlifbası ilə icra olunmuşdur. Vətəndaşlara yaşayış evlərinin verilməsi üzrə orderlərin təqdim edilməsinə dair uçot kitabındakı qeydiyyatla 126 nömrəli orderin İddiaçı deyil, X20 verildiyi müəyyən edilmişdir. Eyni zamanda hazırda Beyləqan adı verilmiş rayon həmin dövrdə, yəni 1988-ci il tarixdə Jdanov rayonu olduğu halda, möhürdə “Beyləqan” sözü yazılmışdır. Araşdırma zamanı İddiaçı 126 nömrəli orderin əslini istintaq a təqdim etmişdir. Həmçinin, araşdırma zamanı 1980-ci illərdə digər şəxslərə verilmiş 9 ədəd orderlər əldə edilərək götürülmüşdür. Araşdırma zamanı İddiaçı adına verilmiş 126 nömrəli orderdə olan möhürün Beyləqan rayonu, Mənzil Komunal İstismar İdarəsinə mənsub olub-olmaması, araşdırma zamanı əldə edilmiş 9 ədəd orderlərdə olan möhürlərlə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15.07.2016-cı il tarixli, 14806 saylı məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı adına olan 07.07.1988-ci il tarixli, 126 nömrəli orderin ön və arxa tərəfində olan möhür əksləri relyef klişedən sənədin üzər inə birbaşa vurulmuşdur. İddiaçı adına olan 07.07.1988-ci il tarixli, 126 nömrəli orderin arxa tərəfində olan möhür əksi hal-hazırda istifadədə olan mənzilistismar sahəsinə məxsus möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Odur ki, faktla bağlı Beyləqan rayon PŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılır. İş materiallarında olan, Beyləqan rayon X32 Bölməsinin müstəntiqi X21 “cinayət işinin icraatına xitam verilməsi barədə” 23 noyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilməd iyinə görə xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, istintaq zamanı İddiaçı hüquqverən rəsmi sənəd hesab edilən 07.07.1988-ci il tarixli, 126 nömrəli orderin notariat qaydada təsdiq edilmiş surətini 29.07.2015-ci il tarixdə Beyləqan rayon Məhkəməsinə təqdim edərək saxta sənəddən istifadə edərək, Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən X4 adına rəsmiləşdirilmiş 121 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə nail olması təsdiq olunsa da, həmin orderin İddiaçı tərəfindən saxtalaşdırılması, həmçinin onun bilə-bilə həmin hüquq verən sənəddən istifadə etməsi təsdiq olunmamışdır. Görünüyü kimi, iddiaçının münahisəli mənzilin ona məxsus olduğunu təsdiq etmək üçün istinad etdiyi 07.07.1988-ci il tarixli, 126 nömrəli orderin saxta olması müəyyən edilmişdir. Məhəmə kollegiyası qeyd ed ir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MM-nin: - 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bi lər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçının yuxarıda göstərilən tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi (157.8-ci maddə nəzərə alınmaqla) təşkil edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilmir. Məhkəmə kollegiyas ı qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə iddiaçının aidiyyəti qanunla müəyyən edilmiş sübutlarla təsdiq olunmadığından iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində göstərdiklərinə münasibət bildirərək, qeyd edir ki, iş materiallarından da göründüyü kimi məsələ ilə bağlı məhkəmələr tərəfindən sübutlar tam olaraq araşdırılmış, kifayət qədər şahid ifadələri dindirilmiş bundan başqa iddiaçı tərəfindən tələb olunan əşyaların mövcudluğu cavabdehin öz etirafedici izahatlarında da təsdiqini tapmışdır. Bu səbəbdən mülki kollegiya kassasiya şikayətində göstərilənlərin heç bir əsası və isbatı olmadığı qənaətinə gəlir. Buna görə də, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərb aycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2019-cu il tarixli 2(106)-08/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-77/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-77/2020
08.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver