Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-77/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı “əmlakdan düşən payın ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq pulun verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4503/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respub likası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-267/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi qismən təmin edilərək, İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 70 saylı mənzilin açıq hərracdan satılması; mənzilin satılmasından əldə edilən vəsaitin tərəflərin paylarına mütənasib surətdə İddiaçı və Cavabdeh2 arasında bölünməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4503/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva - sədrlik edən və məruzəçi, Fuad Babayev və Günay Axundova) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmışdır.
3. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
4. İşə kassasiya instansiyası məhkəməsinin icraatında olarkən İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, iddiasından imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı, həmçinin məhkəməyə özünə məxsus 1/5 hissədə payının cavabdehə bağışlanmasına dair notarial qaydada bağlanmış 7 noyabr 2023-cü il tarixli bağışlama müqaviləsinin əslini və cavabdeh tərəfindən onun hesabına 21000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair qəbz təqdim etmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imt ina etmə yazılı formada ifadə edilməlidir. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddələr 52.1, 191.2, 261.0.4, 417.1.5).
6. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, ərizəçinin iddiadan imtina etdiyini aydın ifadə etdiyi ərizə qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir.
7. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 52, 191, 261, 262, 416- 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4503/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 qarş ı “əmlakdan düşən payın ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq pulun verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.