Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-770/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il İş 2(102)-770/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı “İddiaçı” ASC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Cavabdeh1 və vəkili Fərrayev Ehtiram Kamal oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin10 aprel 2018-ci il tarixli qətnamə siilə (Ş.Ə.Məhərrəmova, iş2(001)-3575/2018) iddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maliyyə lizinqi müqaviləsi üzrə müqavilənin ləğv edilməsi, yaranmış borcun ödənilməsi və lizinq predmetinin geri qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, “İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2014-cü il tarixli, 00/0341/LİZ saylı maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, 3947,14 (üç min doqquz yüz qırx yeddi manat 14 qəpik) AZN gecikdirilmiş əsas borc, 2844,65 (iki min səkkiz yüz qırx dörd manat 65 qəpik) AZN gecikdirilmiş lizinq mükafatı və 180,44 (bir yüz səksən manat 44 qəpik) AZN cərimə, ümumilikdə 6972,23 (altı min doqquz yüz yetmiş iki manat 23 qəpik) AZN pul vəsaitinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “İddiaçı” ASC-nin xeyrinə ödənilməsi, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş **-AC-*** dövlət qeydiyyat nişanlı “Nissan Qashqaı” minik markalı avtomobilin Cavabdeh1 geri alınaraq “İddiaçı” ASC-yə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (S.F.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski, iş 2(103)-8029/18) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-3575/2018 saylı, 10 aprel 2018-ci il tarixli qətnaməsinin lizinq müqaviləsi üzrə əsas borc məbləğinin tutulması tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, 148,14 (bir yüz qırx səkkiz manat on dörd qəpik) manat gecikdirilmiş əsas borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “İddiaçı” ASC-nin xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Fərrayev Ehtiram Kamal oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəiddianın rədd edilməsi barədə yeni qərarın göndərilməsinixahişetmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “İddiaçı” ASC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, Cavabdeh2 üzürsüzsəbəbdənm əhkəməiclasınagəlmədiyindənkassasiyakollegiyasıişəonuniştirakıolmadanbaxıl masınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı “İddiaçı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2014-cü il tarixli, 00/0341/LİZ saylı maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, “İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2014-cü il tarixli 00/0341/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən 3947,14 (üç min doqquz yüz qırx yeddi manat 14 qəpik), gecikdirilmiş əsas borc, 2844,65 (iki min səkkiz yüz qırx dörd manat 65 qəpik) AZN gecikdirilmiş lizinq mükafatı və 180,44 (bir yüz səksən manat 44 qəpik) AZN cərimə olmaqla ümumilikdə 6972,23 (altı min doqquz yüz yetmiş iki manat 23 qəpik) AZN məbləğin və ödə nilmiş 30,40 manat (30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı) məhkəmə xərclərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “İddiaçı” ASC-yə ödənilməsi, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş **-AC-*** dövlət qeydiyyat nişanlı Nissan Qashqaı minik markalı avtomobilin Cavabdeh1 geri alınaraq “İddiaçı” ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili Fərrayev Ehtiram Kamal oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının nümayəndəsi və vəkili Vəki l oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsəl ələrin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan “İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2014-cü il tarixli, 00/0341/LİZ saylı lizinq müqaviləsindən görünür ki, "İddiaçı" ASC təsviri bu müqavilədə göstərilən və ümumi dəyəri 25880 (iyirmi beş min səkkiz yüz səksən) manat olan 2013-cü il buraxılışlı, TİP: Universal, Ban: SJNFBNJ10Z2897647, mühərrik JVbMR2026616W olan, ağ rəngli, «NİSSAN QASHQAİ» minik markalı 1 ədəd avtomobili öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir; Həmin müqaviləni n 8.3-cü bəndinə əsasən lizinq alan 3799 (üç min yeddi yüz doxsan doqquz) manat məbləğində ilkin ödənişi bu müqavilə imzalandığı andan 5 (beş) gün ərzində ödəməyi öhdəsinə götürmüşdür; İşdə olan 19.07.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 lizinq alan Cavabdeh1 ilə “İddiaçı” ASC arasında bağlanmış 19.07.2014-cü il tarixli lizinq müqaviləsi üzrə lizinq alan Cəmiyyət qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək lizinq alanla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, “İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2014-cü il tarixli, 00/0341/LİZ saylı lizinq müqaviləsi ilə “İddiaçı” ASC təsviri bu müqavilədə göstərilən və ümumi dəyəri 25880 (iyirmi beş min səkkiz yüz səksən) manat olan 2013-cü il bur axılışlı, TİP: Universal, Ban: SJNFBNJ10Z2897647, mühərrik JVbMR2026616W olan, ağ rəngli, «NİSSAN QASHQAİ» minik markalı 1 ədəd avtomobili öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin tarixli zaminlik müqaviləsi ilə zamin Cavabdeh2 lizinq alan Cavabdeh1 “İddiaçı” ASC arasında bağlanmış 19.07.2014-cü il tarixli lizinq müqaviləsi üzrə lizinq alan Cəmiyyət qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək lizinq alanla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh lizinq müqaviləsinə 1 saylı əlavədə (Lizinq ödənişləri cədvəli) göstərilmiş illik 18% olmaqla mütəmadi olaraq hər ay 560,71 (beş yüz altmış manat 1 qəpik) manat ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu m əbləği ödəməmiş və bununla da, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin 3947,14 (üç min doqquz yüz qırx yeddi manat 14 qəpik) AZN gecikdirilmiş əsas borc, 2844,65 (iki min səkkiz yüz qırx dörd manat 65 qəpik) AZN gecikdirilmiş lizinq mükafatı və 180,44 (bir yüz səksən manat 44 qəpik) AZN cərimə olmaqla ümumilkdə 6972,23 (altı min doqquz yüz yetmiş iki manat 23 qəpik) AZN məbləğində gecikdirilmiş lizinq borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; -748-1.12.4 maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; -750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verilərsə lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; -474.2-ci maddəsinə zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borclu dur; -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, Cavabdeh1 müqavilə üzrə ödənişləri müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməməklə və yaxud da ödənişlərin edilməsini təmin etməməklə lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da, müqavilənin şərtlərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğ undan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, lizinq müqaviləsi üzrə yaranmış borcunu cərimə borcu ilə birlikdə iddiaçıya ödəməlidir və digər Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi yaranmış borcun cavabdehlərdən tutulması barədə düzgün qənaətə gəlsə də, müqavilə üzrə əsas borcun məbləğini düzgün müəyyən etməmişdir. İş materiallarından görünür ki, bağlanmış ilkin lizinq müqaviləsinə əsasən lizinq obyektinin dəyəri 25.880 (iyirmi beş min səkkiz yüz səksən) manat müəyyən edilmiş, ilkin ödəniş məbləği qismi ndə 3.799 manat məbləğində ödəniş edilmişdir və lizinq məbləği də 22.081 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin edərkən ümumi lizinq ödənişlərinə aid olan ilkin ödəniş məbləğini nəzərə almamaqla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizi nq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərclər daxildir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda yaranmış lizinq məbləği üzrə əsas borcdan, ilkin ödəniş qismində edilmiş məbləğ çıxılmaqla (3947,14-3799=148,14) lizinq məbləği üzrə əsas borc 148,14 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mükafat və cərimə məbləği hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. İş materiallarından görünür ki, cavabdehin 2844,65 (iki min səkkiz yüz qırx dörd manat 65 qəpik) AZN gecikdirilmiş lizinq mükafatı və 180,44 (bir yüz səksən manat 44 qəpik) AZN məbləğində cərimə borcu mövcuddur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hesablanmış cərimə borcunun məbləği də Azərbay can Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarına uyğun olmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 15 avqust 2018-ci il tarixli, 2(103)-8029/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-770/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-770/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver