Məhkəmə qərarları › İş №2(102)-770/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-770/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-770/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5820/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 20 may 2019-cu il tarixli icarə müqaviləsinə görə, icarəyə verən fiziki şəxs İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,1 kv.metrdən ibarət olan icarə obyekti üçün ayda 800 manat icarə haqqı ödənilməsi şərtləşdirilmişdir. 2. xx.xx.2019-cu il tarixli 3M-152 nömrəli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında əlavə müqaviləyə (sazişə) əsasən, həmin müqaviləyə tərəflər arasında sonradan 9 iyun 2021-ci il tarixdə dəyişilik edilmiş, müqavilənin müddəti xx.xx.2021-ci il tarixə qədər, aylıq icarə haqqının məbləği isə 300 manat müəyyən olunmuş, əlavə sazişin xx.xx.2021-ci il tarixdən qüvvəyə minməsi razılaşdırılmışdır.

3. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışa görə, B akı şəhəri Yasamal rayonu Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi 10 xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır.

4. Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 9/2103 nömrəli ekspert rəyinə görə, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 20 may 2019-cu il tarixli və 20 iyun 2021-ci il tarixli müqavilələrdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh MMC-nin İddiaçı xx.xx.2022-ci il tarixə olan borcu 6.190.00 manat məbləğdə müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.894,75 manat, cərimə borcu üzrə 294,75 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20 may 2019-cu il tarixli icarə müqaviləsu üzrə 6.575 manat icarə haqqı borcu, 328,75 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 200 manat xərc, dövlət rüsumu olaraq ödənilmiş 92,08 manat, yekun olaraq 7.195,83 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-194/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 5.894,75 manat icarə haqqı borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə 294,75 manat, hüquqi xidmət üçün 200 manat və ödənilmiş 92,08 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.481,58 manatın tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5820/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdehin apellyasiya şikayətinin iki dəlili var: 1) tərəflər arasındakı razılaşmaya əsasən bank hesabına köçürülməli olan icarə haqqı nağd şəkildə iddiaçının özünə ödənilmişdir; 2) icarə müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilədə, ümumiyyətlə, icarə haqqı üzrə iddiaçının iddia etdiyi borc məbləği qeyd edilməmiş, bu da onunla təsdiq edilir ki, cavabdehin borcu olmamışdır. Kollegiya şikayətinin “cavabdehin icarə haqqını bank hesabına deyil, nağd şəkildə iddiaçının özünə ödəməsilə bağlı” dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasındakı icarə müqaviləsinin şərtinə görə icarə haqqı bank hesabına ödənilməli idi, cavabdeh isə aylıq icarə haqqını iddiaçının bank heabına deyil, iddiaçının özünə nağd şəkildə ödədəyini bildirir, bu halı sübut etmək cavabdehin vəzifəsidir, buna baxmayaraq, cavabdeh bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut əlavə etməmişdir, halbuki AR MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu mənada, cavabdeh tərəfin belə bir sübutu olsaydı, onu şikayətə əlavə etməsi qaçılmaz idi. Deməli, cavabdehin belə bir sübutu olmamışdır. Bundan başqa, mülki işdə olan "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, cavabdeh tərəfindən iddiaçı tərəfin bank hesabına müəyyən ödənişlər edilmişdir. Buna görə də apellyasiya şikayətinin bu dəlili əsassızdır və təmin edilə bilməz. Apellyasiya şikayətinin digər dəlili - icarə müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı müqavilədə, ümumiyyətlə, icarə haqqı üzrə iddiaçının iddia etdiyi borc məbləğinin qeyd edilməməsi, bununla da onun borcunun olmaması qənaətinə gəlinməsi” barədə bildirdikləri sadəcə subyektiv mülahizələrdən və ehtimallardan ibarət olmuşdir, sübut deyildir, buna görə də apellyasiya şikayətinin bu dəlili də əsassız olmuşdur, demək ki, şikayət təmin oluna bilm əz.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

11. Kassasiya şikayətinin dəlillərinə görə, 20 may 2019-cu ilin icarə müqaviləsinə dair 09 iyul 2021-ci ilin dəyişiklik edilmiş müqavilədə icarə haqqı üzrə borc ümumiyyətlə qeyd olunmamışdır. Bu hal təsdiq edir ki, iddiaçı 09 iyul 2021-ci tarixdə cavabdeh ilə müqavilə bağladığı zaman 20 may 2019-cu il tarixli icarə müqaviləsinə dair icarə haqqı üzrə borcun olmaması ilə razılaşmışdır. Lakin, apellyasiya məhkəməsi bu halı nəzərə almamış, hansı ki, işin həlli üçün böyük əhəmiyyət təşkil etmiş, bununla bağlı qətnamədə formal əsaslar göstərmiş, həmin ziddiyyəti aradan qaldırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı iddiaçının etirazında şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanl ılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqa vilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apel lylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

22. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır, dəlillərə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

23. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5820/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar