Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-771/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X X10rşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab olunması 16.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6675/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sa bunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi xx.xx.2018-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 2. 23.04.2018-ci il tarixli etibarnamə ilə İddiaçı tərəfindən X4 müəyyən edilmiş bütün əqdləri bağlamaq və s. hərəkətləri etmək səlahiyyətləri də etibar edilmişdir. 3. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı (nümayəndəsi X6 vasitəsilə) Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evini 120.000 manata Cavabdeh Ahmed Alameriyə satmışdır. 4. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli mədaxil qəbzinə əsasən, Cavabdeh Ahmed Alameri tərəfindən X7 Bakı şəhəri, 9 saylı notariat kontorunda olan hesabına 120.000 manat və 240 manat köçürülmüşdür.
5. Bakı şəhəri, 9 saylı notaria t kontorunun xüsusi notariusunun "xxxx" ASC-nin 6 saylı şöbəsinə ünvanlandığı məktubda xahiş edilmişdir ki, Cavabdeh Ahmed Alameri notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 120.000 manat məbləğində pulun təsdiq edildikdən sonra 3.232,80 manat vergi məbləğinin X8 və 116.767,20 manat pulun X2 verilməsi üçün bankda olan depozit hesabına köçürülmüşdür.
6. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evi xx.xx.2018-ci il tarixdə Cavabdeh Ahmed Alamerinin adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
7. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5720/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə X22 Ahmed X1 qarşı bağ evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilmişdir.
8. B akı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Edrees AliAwadh Ahmed Alamerin arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, icarə müqaviləsi üzrə ödənilməmiş 6.600 manat icarə haqqının X22 Ahmed Alamerindən İddiaçı xeyrinə tutulması qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
9. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-537/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X22 Ahmed Alameri və "xxxx" MMC-nin İddiaçı və X4 qarşı mülkiyyət hüququnun tanınması, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya pul tələbinə dair iddia təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
10. Bakı şəhəri, Nərimanov Rayon Məhkəmə sinin 2(005)-1772/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X22 Ahmed Alamerindin Bakı şəhəri, 9 saylı Notariat ofisinə, İddiaçı və X4 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X22 Ahmed Alamerin Bakı şəhəri, 9 saylı notariat ofisinə, İddiaçı və X4 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə X22 Ahmed Alamerin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1772/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlaılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3550/2023 nömrəli, xx.xx.2 023-cü il tarixli qərarı ilə X22 Ahmed Alamerin kassasiya şikayəti qismən təmin edilmiş, X22 Ahmed Alamerin Bakı şəhəri, 9 saylı Notariat Ofisinə, İddiaçı və X4 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh Ahmed Alameriyə (bundan sonracavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2018-ci il tarixdə bağladığı AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunaraq, həmin müqavilə əsasında əmələ gəlmiş bütün hüquqi nəticələrinin ləğv olunması, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli bağ evinin üzərində mülkiyyət hüquqlar ının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehi digər bir şəxs vasitəsilə tanımışdır. Belə ki, bir neçə il öncə İddiaçı sərnişin daşıma sahəsində fəaliyyət göstərirmiş, bunun sayəsində cavabdehin tanıdığı X21 Nomanla tanış olmuş və onlar arasında əməkdaşlıq münasibətləri yaranmışdır. Daha sonra Ali Arsalan vasitəsilə cavabdehlə tanış olmuşdur. Bu tanışlıq münasibətləri 2017-2018-ci illərdə cavabdeh Bakıya gəldiyi zaman olmuşdur. O, özünü nüfuzlu işgüzar şəxs kimi təqdim etmiş və Azərbaycanda bir neçə investisiya layihələr üzərində fəaliyyət aparmaq istədiyini bildirmişdir. Lakin bunun üçün o, Azərbaycanda müvəqqəti qalmaq üçün miqrasiya orqanından icazə a lmaq istədiyini bildirmişdir. Cavabdeh bildirmişdir ki, hazırkı dövrdə investisiyanın Azərbaycana gətirməsi üçün obyektiv səbəbdən imkanı olmadığından, yəni onun adına Azərbaycanda dəyəri 100.000 manatdan az olmayan daşınmaz əmlak olduğu halda o, asanlıqla burada məskunlaşa biləcək. Bu vaxt ərzində də, onun Azərbaycanda rahat və maneəsiz qalaraq faktiki bazar münasibətlərini, bazarın konyukturasını öyrənərək, hansı sahəyə sərmayə qoyuluşunun daha münasib olacağını müəyyən etmək imkanı olacaqdır. Ən vacib isə, iddiaçıya Azərbaycanda hər hansı bir biznes sahəsi açdığı halda, onu həmin şirkətin meneceri olacağına inandırmışdır. Həmin vaxt iddiaçının mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən 12 sotdan ibarət olan torpaq sahəsi və onun üzərində 70 kv.m. iba rət olan 94 nömrəli bağ evi olmuşdur. Qeyd olunan əmlakı iddiaçı daha öncə başqa şəxsdən alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Beləliklə, cavabdehin təklifinə əsasən, həmin əmlak 120 000 manata, yalnız “kağızda" (yəni formal olaraq) alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə öz adına keçirilməsini iddiaçıya təklif etmişdir. Alqı-satqıya az müddət qalmış cavabdeh Bakıya gələndə özü ilə pulun olmayacağını bildirmiş və müqavilə bağlanacağı vaxtda notariat ofisindəki banka pulu öz vəsaiti hesabına qoymasını iddiaçıya təklif etmişdir. Bunu yaşadığı ölkədə vergi orqanları ilə problemlərinin olması və pul vəsaitini özü ilə Azərbaycana gətirməyə imkanı olmayacağı ilə əsaslandırmışdır. Əlavə olaraq alqı-satqının yalnız kağızda olacağını iddiaçı üçün hər hansı bir mənfi təsiri olmayacağı nı bildirmişdir. Cavabdehin verdiyi vədə görə də 1-2 ilə Azərbaycanda qazana biləcəyi puldan alqı-satqıya görə ödəniləcək pulun əvəzinə 5 qat həcmində pul məbləğini iddiaçıya qaytarılacağını bildirmişdir. Lakin zaman keçdikcə nə müqaviləyə görə ödənilmiş pul qaytarılmış, nə də ki, vəd verilmiş qazanılacaq pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Eləcə də cavabdeh Azərbaycanda hər hansı bir biznes da yaratmamışdır. Beləliklə, də xx.xx.2018-ci il tarixində Bakı şəhəri 9 saylı Notariat Ofisinə gələrək, cavabdehin Azərbaycanda uzunmüddətli qalması və daha sonra burada bir neçə biznes layihələrin görülməsi üçün adına (mülkiyyətində) hər hansı bir evin olması üçün yalnız kağızda qalmalı olan bir alqı-satqı müqaviləsi bağlamışlar. Məhz bu səbəbdən də, notariat ofisinin bank depozitinə müqavilədə göstərilən 120000 manat pul məbləği iddiaçı (iddiaçının atası M.Qəhrəmanov) ödəmişdir. Alqı-satqı zamanı mülkiyyətçi özü Azərbaycanda olmadığına görə onun adından etibarnamə əsasında atası iştirak etmişdir. Beləliklə həmin müqavilənin bağlanılmasına əsl niyyəti olmadan və ən vacibi isə müqavilədə nəzərdə tutulan pul məbləği cavabdeh (alıcı) tərəfindən ödənilmədiyi üçün həmin alqı-satqı müqaviləsi pərdələnmiş olub və məhz buna görə də etibarsız hesab olunmalıdır. Cavabdeh iddiaçıya (onun nümayəndəsinə) müqaviləyə əsasən ödənilməli olan 120000 manat puldan 1 manat da ödəməyib. Belə olan halda qarşılıqlı olaraq iddiaçı tərəfindən müqavilədə göstərilən pul qaytarılmalı da deyildir. Bu əqd formal olaraq, hüquqi nəticə yaratmadan bağlanılmışdır. Cavabdeh Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olmaqla orada yaşayır. Lakin onun mülkiyyətində Azərbaycan Respublikasında daşınmaz əmlak vardır.
15. Cavabdeh yazılı etiraz verərək etirazını beləö əsaslandırmışdır ki, cavabdeh iddianı qəbul etmir.xx.xx.2017-ci ci il tarixdə cavabdeh ilk dəfə Azərbaycana gəlmiş, onu hava limanında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan İddiaçı qarşılamış və aralarında münasibətlər yaranmışdır. İddiaçı təklifi ilə Edrees Ali Bakıda bağ evi almaq istəmiş və bu işi İddiaçı tapşırmışdır. Edrees Ali aralarında olan razılaşmaya görə İddiaçı adına pul göndərməli, əvəzində Edrees Alinin adına şirkət təsis edərək, torpaq sahəsi şirkətin adına rəsmiləşdirilməklə, bağ evi Edrees Alinin mülkiyyətinə keçirilməli idi. xx.xx.2017-ci il tarixdə Edrees Ali tərəfindən İddiaçı atası, eyni zamanda, etibarnamə ü zrə nümayəndəsi X3 adına 176.070,87 USD köçürülmüşdür. ("xxxx"ASC-nin xx.xx.2021-ci il tarixli məktubu) xx.xx.2017-ci il tarixdə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, ümumi sahəsi 0.09 ha olan torpaq sahəsində yerləşən 94 nömrəli bağ sahəsini 32.000 manata X15 alaraq öz adına rəsmiləşdirmişdir. Bundan əlavə, Edrees Ali torpaq səhəsində inşa edilən bağ evinin tikinti və təmiri üçün müxtəlif məbləğlərdə İddiaçı pul göndərmişdir. İddiaçı adına rəsmiləşdirdiyi həmin evi xx.xx.2018-ci il tarixdə 120.000, manata Edrees Aliyə satmışdır. Lakin torpaq sahəsini öz mülkiyyətində saxlamışdır. xx.xx.2018-ci il tarixdə "Edrees Alameri” MMC dövlət qeydiyyatından keçirilmişdir. İddia ərizəsində göstərilənlərin hər biri uydurma olmaqla, həmin halları təsdiq edəcək bir dənə də olsun sübu t iş materiallarında müəyyən olunmur. Əksinə, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlardan görünür ki, xx.xx.2017-ci il tarixdə ilk dəfə turist kimi Azərbaycana gələn cavabdeh ona sərnişindaşıma xidməti göstərən İddiaçı təklifi ilə razılaşmış və xx.xx.2017ci il tarixdə ona bağ evi almaq üçün 176.070,87 USD göndərmişdir. Pul köçürülməsindən 2 ay 7 gün sonra - xx.xx.2017-ci il tarixdə İddiaçı mübahisələndirilən 94 nömrəli bağ sahəsini 32.000 manata İrina Rzayevadan alaraq öz adına rəsmiləşdirmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı həmin evi 120.000 manata Edrees Aliyə satmışdır. xx.xx.2018-ci il tarixdə "xxxx" MMC dövlət qeydiyyatından keçirilsə də, İddiaçı torpaq sahəsini MMC-nin adına keçirməmişdir. İddiaçılə digər BƏƏ vətəndaşı X21 Nomanla da eyni əsasla mübahisə (torpaq sa həsinə mülkiyyət hüququnu özündə saxlamaqla, yalnız evin alqı-satqı müqaviləsinin bağlanması) mövcuddur. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı iddiası əsassız olmaqla yanaşı, əsaslı olsa belə, iddiaçının tələbi üzrə iddia müddəti keçmişdir. İddiaçı aldanılaraq sözügedən bağ evinin üzərində mülkiyyət hüququnu cavabdehin adına keçirməsini və müqavilədə müəyyən olmuş dəyərin 120.000 manatın ödənilmədiyinə istinad edərək, alqı-satqı müqaviləsinin pərdələnmiş əqd olmasını göstərmişdir. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda adıçəkilən daşınmaz əmlaka dair iki müqavilə bağlanmışdır 179,6 kv metrdən ibarət olan 94 nömrəli bağ evinin AN-İ seriyalı ******* nömrəli alqı-s atqı müqaviləsi 9 sot torpaq sahəsinin icarə müqaviləsi. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi verərək icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Tərəflər arasında bir neçə məhkəmə mübahisəsi də olmuşdur.Bakı Apellyasiya Məhkəmsinin icraatında olan 2(103)-4636/2023 iş üzrə Kassasiya instansiya məhkəməsinin göstərişinin icrası məqsədilə torpaq sahəsinin mülkiyyətçisi İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, (iddia tələbi əsaslı sayılsa belə) hazırkı iddia tələbi əhəmiyyətsiz əqd üzrə verilmişlərin geri qaytarılması əsaslarını və müddətlərini tənzimləyən maddi hüquq normaları çərçiv əsində qiymətləndirilməli və həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla baxılan iş üzrə iddiaçının etibarsız əqd üzrə verdiyi əvəzedilən əşyaların qaytarılması barədə tələbinə Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən 1 illik iddia müddəti tətbiq edilməlidir. Deməli müqavilə tələbləri üzrə iddia müddətini tətbiq edilsə belə iddia müddəti keçmişdir. Odur ki, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3641/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, iddiaçının tələbin ə əsasən, cavabdeh ona heç bir pul verməmiş, aralarında bağlanmış əqd uydurma əqd olmuş, əslində başqa bir əqdi pərdələmək üçün bağlanmışdır.
18. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, başqa əqdi pərdələyən uydurma əqd deyil, yalan əqddir. Bu halda isə iddiaçı göstərə bilməmişdir ki, bu hansı əqddir, hansı əqdi pərdələmişlər, belə bir əqd varmı?
19. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən, qanuni yolla tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı notariat işindən göründüyü kimi pulun ödənilməsi barədə qəbzdə banka pul alıcı X22 Ahmed Alameri tərəfindən ödənilmiş və pulu Bankdan çıxartmaq üçün hazırkı İddiaçı nümayəndəsi X5 notarius tərəfindən məktub verilmişdir.İddiaçı evin alqı-satqısı üçün ödənilmiş pulun onun tərəfindən ver ildiyini iddia etsə, də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, əksinə iş materiallarında olan notariat işində olan qəbzdən görünür ki, pul cavabdeh tərəfindən ödənilmişdir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-5720/2021 nömrəli qətnaməsindən də görünür ki, iddiaçı X22 Ahmed Alamerinin iddiası təmin olunaraq, X12 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 nömrəli ünvanda yerləşən bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması qət edilmişdir. Göründüyü kimi sözügedən bağ sahəsi cavabdehin mülkiyyətində olmuş və məhkəmə iclasında iddiaçının vəkili hazırda həmin bağ sahəsində heç kimin yaşamadığını bildirmişdir.
21. Məhkəmə hesab etmişdir ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində və ya Məcəllədə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
22. Məhkəmənin qənaətinə görə, hazırkı halda alqı-satqı müqaviləsi üzrə bütün mühüm şərtlər yerinə yetirilmiş, müqavilə tərəflərin tam sərbəst iradələri əsasında bağlanmışdır.Mübahisələndirilən əqdin məzmunu qanuni olmaqla yanaşı onu bağlayan şəxslər hüquq və fəaliyyət qabiliyyətli olmuş, əqddə iradənin və iradə ifadəsinin bir-birinə uyğun gəlməklə əqdin qanunla müəyyən edilmiş formasına əməl olunmuşdur.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı mübahisə predmetini təşkil edən müqavilənin digər müqaviləni pərdələmək üçün bağlan dığına əsaslanaraq, onun etibarsız hesab edilməsini xahiş edir. Lakin bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Tərəflər arasında hər hansı başqa münasibətlərin olması və bağlanmış əqdlərin hər hansı başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanması iş materialları ilə təsdiq olunmur.
24. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, satıcı ona məxsus əmlakı satmaq, alıcı isə həmin əmlakı almaq niyyətində idi. Alıcının satılan əmlakları hansı məqsədlə alması hazırkı vəziyyətdə əqdi əmələ gətirən iradənin mövcud olmaması anlamına gəlmir. Qeyd edilən müqavilənin bağlanması zamanı notarial qaydada etibarnamə verdiyi şəxs müqavilənin bağlanması üçün Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət etmiş, bağ sahəsi üzrə müəyyən edilmiş satış məbləği alıcı tərəf indən notariusun depozit hesabına köçürülmüş və iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmişdir.
25. Bununla yanaşı məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə münasibətdə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd olunmuşur ki, “İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Məhkəmə bununla bağlı B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına istinad etmişdir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 337.1, 340.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ona qarşı yol verdiyi dələduzluq hərəkətlərindən sonra uzun müddətdir ki, Bakı şəhərinə gəlməkdən çəkinir. Onun dələduzluq əməlləri barədə Sabunçu rayon Polis İdarəsinə məlumat vermişdir. Son zamanlar cavabdeh özü Bakıya gəlib-getməsə də, buradakı vəkil vasitəsi ilə ona qarşı müxtəlif uydurma iddialar irəli sürür. Bu iddia ərizələrində faktları saxtalaşdırır. Törətdiyi dələduzluq əməllərini ona qarşı qaldırdığı iddia ərizələrində faktlarla sadalayaraq təsdiq edir. Bu günə kimi ona qarşı qaldırdığı iddia tələblərinin hamısı məhkəmə instansiyaları tərəfindən birmənalı şəkildə rədd olunub. Bu gün icraatda olan, cavabdehin ona qarşı qaldırdığı icarə müqaviləsinin etibarsız hesab olunmasına dair iddia tələbi həmçinin məhkəmə baxışının predmeti olmuş və onun tələbi ilə bu icarə müqaviləsinə xitam verilmişdir. Hazırda onun əlində bu şəxsin dələduz əməllərini sübuta yetirən səs yazıları, digər təkzibolunmaz yazılı sübutlar mövcuddur.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6675/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: E.Kazımov sədrlik edən və məruzəçi, İ.Şirinov və N.Cəfərov) apellyasiya şikayəti təmin ed ilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən alqı-satqı müqavilələri görünüş üçün bağlanan uydurma əqd də hesab oluna bilməz. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edir ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdür lər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən alqı-satqı müqavilələrinin uydurma əqd olduğunu yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan cavabdeh bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmiş, əksinə evə aid torpaq sahəsinin qanuni əsaslarla ona qaytarılması üçün müxtəlif iddialar irəli sürmüşdür. Demək ki, alqı-satqı müqaviləsinin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. İddiaçı şikayətində bildirmişdir ki, cav abdeh uzun müddətdir ki, ona qarşı etdiyi hərəkətlərə görə Bakı şəhərinə gəlməkdən çəkinir, ona qarşı qaldırdığı iddialar rədd edilib.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu hallar alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığı qənaətinə gəlmək üçün əsas deyildir. Üstəlik bu halların həqiqiliyi belə iddiaçıya da hüquqdan sui-istifadə edərək qarşı tərəfə qarşı uğursuz iddia irəli sürməyə əsas vermir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviələdən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
34. Məhkəmə kollegiyası ö z hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 340.1, 340.2. 560.1, 560.2, 560.3.1, 560.3.2, 560.3.3, 560.3.4-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı hazırda ABŞ-da müvəqqəti yaşayır və orada iş qurmağa çalışır. Onunla cavabdeh arasında uzun müddətli telefon və SMS əlaqələri mövcud olub.Bu yazışmalarda cav abdeh Elçinə bildirmişdir ki, onun tələblərindən fərqli olaraq, cəmi 30-40 min dollar borcu var və bu məbləği ödəmək üçün oğlunu Bakıya göndərir.Onun oğlu da, Məhəmməd kimi müraciət etdiyi Elçinlə əlaqə saxlayaraq, Bakıda olduğunu, Bakıya onlara olan 30 min ABŞ dolları borcunu gətirdiyini bildirmiş və bu pulu qəbul etməklə mübahisəyə son qoyulmasını xahiş etmişdir.Onlar isə bununla razılaşmır onun ələ keçirdiyi məbləğin ən azı, 120 min manat və 60 min ABŞ dolları olduğunu, Edreesin bu hərəkətlərinin sırf dələduzluq olduğunu qeyd edirlər. Cavabdeh etibardan suiistifadə etmişdir.Özünü pul haqq-hesabı aparmayan milyoner kimi qələmə verərək, 120 min manata başa gələn evin haqqını ödəmədən, onun adına rəsmiləşdirilməsinə nail olmuşdur.Alqı-satqı zamanı o pul ödəməmişdir. İddiaçı həmçinin qeyd e tmişdir ki, əqd bağlanarkən Mülki Məcəllənin 567-ci maddəsinin tələbləri pozulmuşdur.Bu isə əqdin etibarsız hesab olunması üçün əsasdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digə r tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
41. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqd a) onun dəyərini pulla ödəməlidir.
44. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
45. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
46. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
47. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
48. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
49. Maddə 351.4. Əgər əhəm iyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
50. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
51. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
52. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
53. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı a ndan geriyə təsir qüvvəsinə malikdir.
54. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
55. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
56. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsi nə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
57. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
58. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
59. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:
60. Maddə 560.3.1. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;
61. Maddə 560.3.2. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;
62. Maddə 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;
63. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq nor malarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
72. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pro sessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
73. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
74. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən alqı-satqı müqavilələri görünüş üçün bağlanan uydurma əqd də hesab oluna bilməz. Çünki uydurma əqd mütləq etibarsız (p uç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edir ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən alqı-satqı müqavilələrinin uydurma əqd olduğunu yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan cavabdeh bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmiş, əksinə evə aid torpaq sahəsinin qanuni əsaslarla ona qayta rılması üçün müxtəlif iddialar irəli sürmüşdür. Demək ki, alqı-satqı müqaviləsinin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək.
75. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, alqı-satqı müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. İddiaçı şikayətində bildirmişdir ki, cavabdeh uzun müddətdir ki, ona qarşı etdiyi hərəkətlərə görə Bakı şəhərinə gəlməkdən çəkinir, ona qarşı qaldırdığı iddialar rədd edilib.
76. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hallar alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığı qənaətinə gəlmək üçün əsas deyildir. Üstəlik bu halların həqiqiliyi belə iddiaçıya da hüquqdan sui-istifadə edərək qarşı tərəfə qarşı uğursuz iddia irəli sürməyə əsas vermir.
77. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür idd ianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviələdən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
78. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıd a göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarix li, 2(103)-6675/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.