Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7719/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməs ini xahiş etmişdir. İşin halları: İddiaçı vəkili və nümayəndəsi Məmmədov Mustafa Əvsəl oğlu 16 iyul 2019-cu il tarixli ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan şəhər, ünvan 1 ünvanında mənzil 10-la bağlı Naxçıvan şəhər icra başçısı vəzifəsində işləmiş X4 tərəfindən imzalanması ehtimal olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə təsdiq olunmuş X1 soyadının alt hissəsində ə/d əlyazma hərflərindən sonra imzalanmış 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab edilməsi, həmin sərəncam əsasında aparılmış mənzilin özəlləşdirilməsi və həmin mənzilin X2 adına aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şəhər məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərardadı ilə (hakim G.Səfərəliyeva, iş № 2(078)-625/2019) İddiaçı cavabdeh təşkilatlar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhər ünvan 1 ünvanında mənzil 10-la bağlı Naxçıvan şəhər icra başçısı vəzifəsində işləmiş X4 tərəfindən imzalanması ehitmai olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə təsdiq olunmuş V.Ş.Səfərov soyadının alt hissəsində ə/d əlyazma hərflərindən sonra imzalanmış 07.02.2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab edilməsi, həmin sərəncam əsasında mənzilin özəlləşdirilməsinin və həmin mənzilin X3 adına aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qərardadından narazı qalan iddiaçının vəkili və nü mayəndəsi Məmmədov Mustafa Əvsəl oğlu 16 avqust 2019-cu il tarixdə şikayət ilə Naxçıvan Şəhər məhkəməsinə müraciət edərək Naxçıvan şəhər məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şəhər məhkəməsinin 19 avqust 2019-cu il tarixli qərardadı ilə (hakim G.Səfərəliyeva, iş № 2(078)-625/2019) Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2019cu il tarixli, 2(078)-625/2019 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Məmmədov Mustafa Əvsəl oğlu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kоllegiyаsının 11 sentyabr 2019-cu il tаrixli qərar dadı ilə (hakimlər S.Qarayev (sədrlik edən və məruzəçi), F.Abbasov və M.Allahverdiyev, iş № 2(108)-182/2019) iddiaçı və iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Naxçıvan şəhər məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilərək, İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati İqtisad Məhkəməsinə müraciət etmək hüququnun izah olunması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019cu il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şika yətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı vəkili və nümayəndəsi Məmmədov Mustafa Əvsəl oğlu 16 iyul 2019-cu il tarixli ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan şəhər, ünvan 1 ünvanında mənzil 10-la bağlı Naxçıvan şəhər icra başçısı vəzifəsində işləmiş X4 tərəfindən imzalanması ehtimal olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə təsdiq olunmuş X1 soyadının alt hissəsində ə/d əlyazma hərflərindən sonra imzalanmış 07 fevral 2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab edilməsi, həmin sərəncam əsasında aparılmış mənzilin özəlləşdirilməsi və həmin mənzilin X2 adına aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şəhər məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh təşkilatlar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhər ünvan 1 ünvanında mənzil 10-la bağlı Naxçıvan şəhər icra başçısı vəzifəsində işləmiş X4 tərəfindən imzalanması ehitmai olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin möhürü ilə təsdiq olunmuş X1 soyadının alt hissəsində ə/d əlyazma hərflərindən sonra imzalanmış 07.02.2017-ci il tarixli, 09 nömrəli sərəncamın etibarsız hesab edilməsi, həmin sərəncam əsasında mənzilin özəlləşdirilməsinin və həmin mənzilin X3 adına aparılmış ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qərardadından narazı qalan iddiaçının vəkili və nümayəndəsi Məmmədov Mustafa Əvsəl oğlu 16 avqust 2019-cu il tarixdə şikayət ilə Naxçıvan Şəhər məhkəməsinə müraciət edərək Naxçıvan şəhər məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şəhər məhkəməsinin 19 avqust 201 9-cu il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(078)-625/2019 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Məmmədov Mustafa Əvsəl oğlu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə baxaraq aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Bununl a əlaqədar olaraq Konstitusiyanın 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin, onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (MPM-nin 24.2-ci maddəsi). Beləliklə, qanunun yuxarıda qeyd olunmuş normalarına əsasən hüquqi işləri, yəni hüquq barədə mübahisələri və individual xarakterli digər hüquqi məsələləri həll etmək səlahiyyəti məhkəmələrə məxsusdur. İşə səlahiyyətli məhkəmə tərəfindən baxılması mübahisənin ixtisaslaşmış məhkəmə tərəfindən hərtərəfli və obyektiv həll edilməsinə zəmanət yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumu (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək b məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin normanın məzmunundan belə nəticə hasil olur ki, inzibati akt ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələləri nizama salmaq məqsədi ilə qəbul edilir və ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradır, müəyyən şəxslərin dairəsinin bu və ya digər dərəcədə maraqlarına toxunur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2ci maddələrinin şərh edilmə sinə dair 06 oktyabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlikyarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyrimümkün edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmas ının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.1 -ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təs nifatı”nda verilmişdir Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsi, inzibati mübahisələrin aidiyyəti isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.” Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiyası məhkəməsi işə məhkəmə aidiyyətinə dair qaydalara düzgün əməl etməklə baxmışdır. İddiaçının vəkili və nümayəndəsi M.Ə.Məmmədov kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər mülki hüquq münasibətlərin ə aid olduğuna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinin tələblərinə müvafiq olaraq onun iddiasına ümumi məhkəmədə baxılmalı olduğu halda, apelyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinin inzibati məhkəməyə aid olması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi qərardadında aşağıdakıları qeyd etmişdir: “...ilk növbədə münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. Yəni, iddiaçı mənzilin özəlləşdirilməsinin qanunsuz aparıldığını bildirdiyi üçün mübahisələndirilən hüquq münasibəti məhz dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı yaranan hüquq münasibətidir. Bu münasibətlərin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununu n müddəaları əsasında qurulduğu şübhə doğurmur. Həmin qanun isə publik hüququnun nizamasalma predmetinə aid məsələlərin tənzimlənməsinə yönəlmişdir. Digər tərəfdən aydındır ki, mənzilin özəlləşdiriliməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında mənzili özəlləşdirmək istəyən şəxslərlə müvafiq səlahiyyət verilmiş dövlət orqanı (inzibati orqan) arasında yaranan münasibətlərdir. Bu münasibətlərdə özəlləşdirməni həyata keçirən orqan qanunun ona verdiyi səlahiyyət əsasında hərəkətedir, onunla özəlləşməni həyata keçirmək istəyən şəxs arasındakı münasibətlərdə hakimiyyət-tabeçilik elementi mövcuddur. Beləliklə, dövlət mənzil fonduna məxsus olan mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər publik hüququnun nizamasalma predmetinə aid olduğundan həmin özəlləşdirmənin qanunsuz aparıldığını iddia edən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdırlar. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, özəlləşdirmə prosesinin özü də inzibati icraat qaydasında aparılan prosesdir. İnzibati orqanda aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması isə inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab etmir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normalar ı düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7719/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7719/2019
19.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver