Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-772/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X8 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözləri: yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı, X3 və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşa yış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5706/2024 nömrəli, 27 noyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı üçüncü şəxs X8 ilə 2013-cü ildə rəsmi nikaha daxil olmuş, 2018-ci il tarixdə isə nikahları pozulmuşdur.
2. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır.
4. Cavabdeh2 qızı ünvan 2 ünvanında qeydiyyatdadır. 5. ünvan 3 ünvanı üzrə vergi ödəyicisi Cavabdeh1dır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1244/2018 nömrəli, xx.xx.2018ci il tarixli qətnaməsi ilə, X2 xx.xx.2012 -ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 5 ünvanda 0,02 hektar torpaq sahəsində yerləşən 3 yaşayış otağından, 1 dəhliz, 1 mətbəx və sanitar qovşağından ibarət bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8245/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı və üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1244/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-612/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə, cavabdeh İddiaçı və üçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)8245/2018 nömrəli, qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4776/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı və üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1244/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2833/2020 nömrəli qətnaməsi ilə, İddiaçı ünvan 3nin sonunda yerləşən 3 otaqlı bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6894/2021 nömrəli qətnaməsi ilə, cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)2833/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsindən çıxarılmaları və cavabdehlər tərəfindən yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmisi oğ lu Elçinin maddi köməkliyi ilə mübahisəsi gedən evi almışdır. Ev alınarkən evin təmir işləri iddiaçı tərəfindən aparılmışdır. Tərəflər rəsmi nikah münasibətində olarkən X8, həmin evdə yaşaya-yaşaya həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə o, həmin evə köçürülmüşdür. Daha sonra iddiaçı özü həmin evə köçürülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hər iki tərəfin Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsinə köçürülmələri ilə bağlı məhkəmə qətnamələri var. Qətnamənin icra edilməsi mərhələsində həmin mübahisəli evdə hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 yaşadıqları müəyyən olunmuş, qətnamənin icrası mümkün olmamışdır, hazırda da icra ol unmadan qalmaqdadır. Mübahisəli ev özbaşına tikilidir, rəsmi çıxarışı yoxdur, bu səbəbdən həmin evlə bağlı alğı-satqı mümkün deyildir, çünki dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi icraya yönəldilməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurlarının hərəkətsizlikləri nəticəsində bu günə qədər qətnamə icra edilməmiş və icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla icra işi məhkəməyə qaytarılmışdır. Bu müddətdən istifadə edən qeyd olunan mülki iş üzrə cavabdeh X8 mübahisəsi olunan evə qeyri-qanuni də olsa hazırkı iş üzrə cavabdehi və onun ailə üzvlərini buraxmışdır. Dəfələrlə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmasından ötrü icra məmurları ilə mübahisəli ünvana gedilsə də, hazırkı iş üzrə cavabdeh və onun ailə üzvləri məhkəmə qərarını icra etməyə maneçilik göstərmişlər. İcra məmuru tərəfindən çıxarılmış xx.xx.2023-il tarixli qərarla icra işi məhkəməyə qaytarıldığına görə iddiaçı məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(008)274/2024 nömrəli qətnaməsi ilə (hakim-Həqiqət Mahmudova) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan fərdi yaşayış evinə dair halhazırda da cavabdehlərin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdi r.
16. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunmaqla, faktiki olaraq onların istifadə və sahibliyindədir.
17. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsinə münasibətdə vicdanlı əldə edəndir. Belə ki, iş üzrə üçüncü şəxslərin və cavabdehlərin məhkəməyə verdikləri izahatlarına əsasən, mübahisə predmeti olan fərdi yaşayış evi Dinar İlyasova tərəfindən Murad Tağıyevə, sonuncu tərəfindən isə, Cavabdeh1 satılmışdır. İddiaçı tərəfindən bu faktı təkzib edəcək, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Evin alıcıları evin “problemli” olduğunu bilm əmiş, bu halı əvvəlcədən bilsəydilər, onu almayacaqlarını izahatlarında qeyd etmişlər. Beləliklə, məhkəmə, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsini vicdanlı əldə edən olmasına əsaslanaraq, hazırkı iddianı qanuni və əsaslı hesab etməmiş və rədd edilməli olması qənaətinə gəlmişdir.
18. Məhkəmə, eyni zamanda hesab etmişdir ki, İddiaçı cavabdeh qismində Dinar İlyasovaya qarşı birgə nikah dövründə əldə edilməsinə əsaslanmaqla, sözügedən fərdi yaşayış evinin satılması nəticəsində ona çatmayan vəsaitin tələb edilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 148.2, 182.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun N.Manafovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarına; “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 10 mart 2020-ci il tarixli Plenumum Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.2, 88, 217.4 və 216-220-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 182.1-ci maddəsinə istin ad etdiyi halda qanunun tələbini pozaraq düzgün tərtib etməmişdir. Qanun birbaşa tələb etmişdir ki, əşya özgəninkiləşdirilmiş olmalı və özgəninkiləşdirən əşyanın mülkiyyətçisi olmalıdır. Mübahisəsi olunan yaşayış sahəsi özəlləşdirilməmiş və iş üzrə 3-cü şəxs kimi işə cəlb olunmuş X7 onun mülkiyyətçisi olmamışdır. Bu fakt iş üzrə cavabdehlərə mübahisəli mənzilə buraxılmamışdan əvvəl, yəni əldə olunana qədər məlum olmuşdur. Belə olan halda vicdanlı alıcılıqdan söhbət gedə bilməz. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə qətnaməsində göstərilir ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mübahisəsi olunan ünvan 6 ünvanında yerləşən yaşa yış sahəsi iddiaçı ilə iş üzrə 3-cü şəxs kimi işə cəlb olunmuş X8 tərəfindən nikahda olduqları dövrdə əldə olunmuş, onların ailə münasıbətləri pozulduqdan sonra X8 evi digər 3-cü şəxs Murad Tağıyevə, o isə öz növbəsində Cavabdeh1 satmışdır. Məhkəmənin bu qənaətə gəlməsi belə bir sual doğurur. Real alğı-satqı müqaviləsi varmı. Ümumiyyətlə mübahisəsi olunan yaşayış sahəsi alğı-satqı müqaviləsinin predmeti ola bilərmi?. Tərəflər alğı-satqı müqaviləsinin tələblərin riayət etmişlərmi? Bütün bu sualların cavabını əvvəlcədən cavabdehlər bilirdi. Buna baxmayaraq məhkəmə tərəfindən onların əməlinə qanunsuz da, olsa vicdanlı alıcı kimi qiymət verilməklə qeyri-qanuni qətnamə çıxarılmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5706/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətna məsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmişdir.
23. Kollegiya hesab etmişdir ki, məhkəmə Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsini vicdanlı əldə edən olmasına əsaslanaraq iddianı rədd edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Göründüyü kimi, mübahisəli ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlər o zaman vicdanlı alıcı hesab oluna bilərlər ki, həmin tikili rəsmi reyestrdə qeydə alınmış olsun, onu satmış 3-cü şəxs Dinar İlyasova reyestrdə mülk iyyətçi kimi qeydə alınmış olardı. Göründüyü kimi bu hallar müəyyən olunmur. Buna görə də, cavabdehlər mübahisəli evə münasibətdə vicdanlı alıcı hesab oluna bilməzlər. Qüvvədə olan məhkəmə qətnamələrinə əsasən iddiaçının qeyd olunan özbaşına tikilidə yaşamaq hüququ olmaqla, onun həmin evə köçürülməsi qət olunduğundan, kollegiya iddiaçının həmin mənzilə yenidən yaşamaq hüququnun olması ilə bağlı məsələyə qiymət verilməsinə zərurət görməmişdir.
24. Məhkəmə, iddianı rədd edərkən həmçinin qeyd etmişdir ki, İddiaçı cavabdeh qismində Dinar İlyasovaya qarşı birgə nikah dövründə əldə edilməsinə əsaslanmaqla, sözügedən fərdi yaşayış evinin satılması nəticəsində ona çatmayan vəsaitin tələb edilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Kollegiya məhkəmənin qeyd olunan mövqeyi ilə razıl aşmamışdır. Göründüyü kimi, hazırkı özbaşına tikili fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərə malik olmaqla, iddiaçının həmin özbaşına tikilidə yaşamaq hüququ vardır. İddiaçının hazırda 3cü şəxs olan Dinar İlyasovaya qarşı əmlakdakı payına mütənasib olan hissəsinin tutulması ilə bağlı iddiası yoxdur. Əgər iddiaçının belə bir iddiası olduğu təqdirdə, məhkəmə həmin tələbə qiymət verə bilər. Bu o anlama gəlməyə əsas vermir ki, hazırkı iş üzrə vicdanlı alıcı olmayan cavabdehlər tərəfindən iddiaçının birgə nikah dövründə əldə etdikləri maddi dəyər təşkil edən evdə yaşamaq hüququndan məhrum olsun. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin hər hansı bir qanuni əsas olmadan mübahisələndirilən mənzildə yaşaması iddiaçının həmin evə köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsinin icrasına maneə olmaqla, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, cavabdeh tərəfə isə izah olunmalıdır ki, həmin əmlakı pul müqabilində əldə etmişlərsə, pulu verdikləri şəxsdən geri tələb etmək hüquqları vardır.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.8, 162, 164.1, 164.2, 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, qətnamə ilə iddiaçının hüquqlardan sui-istifadə etməsinə şərait yaradılmışdır. Hazırda iddiaçı mənzilə onun iradəsinə zidd kimi cavabdehin həmin evdə keçmiş arvadından evi olaraq yaşamağına görə köçürülə bilmədiyinə istinad etsə də, nədənsə keçmiş arvadından evin satışından əldə edilən puldan ona çatası pula olan payını və ya evin onun iddia etdiyi dəyərinə payını deyil, mənzilə köçürülməyini və bunu cavabdehin həmin evdən çıxarılmağım hesabına edilməsini istəyir. Əslində iddiaçı bununla hüquqlardan sui-istifadə edir. İddiaçı əgər evə köçmək istəyirsə bunu cavabdehin həmin evdən köçürülməyi hesabına nə üçün istədiyini əsaslandıra bilmir. Əgər evdə birgə yaşamaq mümkündürsə onda tələbini düzəltsin və evə cavabdehin həmin evdə yaşadığı halda köçürülməyini istəsin. Göründüyü kimi iddiaçı m əqsədyönlü, bəlkə də keçmiş arvadı ilə əlbir olub cavabdehə qarşı bu iddianı qaldırıb.
28. Apellyasiyanın belə bir qətnamə qəbul etməsi hazırda mülkiyyətçi olmasa da, əmlakdan istifadə hüququ olan şəxs kimi qanunun tələblərinin (MM 158.1.2, 158.2, 158.3, 158.4) pozulması ilə nəticələnmişdir.
29. Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsini tətbiq etməmək üçün bələdiyyənin qərarının adını belə qətnaməsində çəkməmişdir. Çünki bilirdi ki, bələdiyyənin qərarının adını çəksə, iş üzrə icraata xitam verməli olacaq və əvəzində iddiaçının hüquqlardan sui-istifadə etməsinə şərait yaradan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konsti tusiyası
31. Maddə
12. İİ hissə. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
32. Maddə
43. İ-hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. Maddə
162. Əşyaya faktiki sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.
36. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan e dilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
37. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
39. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfləri n qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəl illərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiy yətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar müvafiq prosessual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
54. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şika yətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli 2(103)-5706/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.